Məhkəmə qərarları › İş №2(102)-531/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-531/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-531/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7119/2023 nömrəli, 2023-cü il 21 noyabr tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Xəzər M” firması ilə "xxxx" şirkəti arasında bağlanmış birgə fəaliyyət haqqında 1 nömrəli, 16 fevral 2007-ci il tarixli müqaviləyə əsasən tərəflər ünvan 1 ünvanda firmanın mülkiyyətində olan, real qiyməti 3.000.000 manat olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində, (Klinikada) tibbi xidmət göstərilməsi məqsədilə birgə fəaliyyət barədə razılığa gəlmişlər. Həmin müqavilənin 1-ci bəndinə əsasən Kompleksin bütün otaq, palata, laboratoriya, əməliyyat otaqları və eləcə də digər xidmət personalları üçün nəzərdə tutulan sahələrinin müasir dövrün səhiyyə tələblərinə uyğun rekonstruksiya və təmir edilməsini təmin etmək Cavabdeh1 firmasının öhdəliyi kimi nəzərdə tutulmuş, rekonstruksiya və təmir xərclərinin m əbləği 500.000 manat müəyyən edilmişdir. 2. “Xəzər M” firmasında payın alqı-satqısına dair 05 may 2009-cu il tarixli müqaviləyə əsasən, İddiaçı “Xəzər M” firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh3, 50 faizini isə X1. Firmanın nizamnaməsinə 12 may 2009-cu il tarixdə edilmiş dəyişikliyə əsasən, vətəndaş X12 və vətəndaş Cavabdeh3 müəssisənin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləri kimi qeyd olunmuşlar. Bu dəyişiklik xx.xx.2009-cu ildə vergi orqanında qeydə alınmaqla təsdiqlənmişdir.

3. Tərəflər arasında çoxsaylı məhkəmə çəkişmələri olmuş, Bakı səhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əl dən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli, 2(103)1592/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2017ci il tarixli, 2(007)-456/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı «alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)3198/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmışdır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X5, Cavabdeh3, 3- cü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X10 və X6 qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddiasının iddianın qismən təmin edilməsi, Cavabdeh3 1.180.000 ABŞ dolları məbləğində borcun və 54.083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1.234.083 ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7056/2020 saylı qətnaməsi ilə İddiaçı və üçüncü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X12 və X7 tərəfindən v erilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, cavabdehlər Ş.Şahbazov və Cavabdeh3 nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 1217/2021 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7056/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasına qarş ı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasından 70.000 ABŞ dolları və 150.000 manat məbləğində pul vəsaitinin və 560 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etmək üçün əllərində olan nəğd pulları və 8-ci km. bazarının yaxınlığında yerləşən iki otaqlı mənzilini satmış və ilkin olaraq 150.000 manat məbləğlə təmir işlərinə başlamışdır. Hətta həmin təmir-tikinti işlərində o, və digər qardaşları fəhlə kimi işləmişlər. Sonradan pulları çatmadığından məcbur olub Azərbaycan Beynəlxalq Bankından xx.xx.2007-ci il tari xdə 250000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 100000 ABŞ dolları məbləğində kredit götürmüşlər və “İdman sağlamlıq mərkəzi” kompleksini Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya işlərinə 500000 manat məbləğindən də artıq pul xərcləmişlər. Qeyd olunur ki, klinika fəaliyyət başladıqdan sonra vəd edilən gəlir əldə edilmədikdə və iddiaçı xüsusi külli miqdarda borclandığı üçün klinikanın son satış qiymətinin 2.400.000 ABŞ dolları olmaqla satmağı qərarlaşdırmış, satışdan əldə olunan vəsaitdən Azərbaycan Beynəlxalq Bankına Cavabdeh1 firmasının borcuna görə iddiaçı şəxsən ödədiyi 70.000 ABŞ dollarını və “İdman sağlamlıq mərkəzi” kompleksinin təmirinə ilkin olaraq xərclədiyi 150.000 manatı götürməli idi. Azərbaycan Beynəlxalq Bankı Sahil filialından verilmiş arayışdan da g örünür ki, xx.xx.2009-cu il tarixədək Cavabdeh1 firmasının borcuna görə 70.000 ABŞ dolları ödəniş olunmuşdur. Həmçinin, belə razılığa gəlinmişdir ki, iddiaçı ilkin olaraq 05 may 2009-cu il tarixdə yalnız Cavabdeh1 firmasının nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh3, 50 faizini isə X2, buna görə X12 tərəfindən 1.200.000 ABŞ dolları ödənilmiş və həmin məbləğdən Azərbaycan Beynəlxalq Bankına 280 000 ABŞ dolları qalıq borc ödənilmişdir. İddiaçının X10 qarşı heç bir tələbi yoxdur. Qalan məbləğ cavabdehlər tərəfindən ödənildikdən sonra müəssisə əmlakının alqı-satqısı ilə bağlı da ayrıca müqavilə bağlanmalı idi. Lakin, cavabdehlər tərəfindən dəfələrlə vədlər verilsə də qalıq məbləğ ödənilməmiş, üstəlik saxta sənəd hazırlanaraq və saxta möhürdən istifadə edilməklə 12 may 2009- cu il tarixdə “Xəzər M” firmasının nizamnaməsinə dəyişiklik edilmişdir. Bu yaxınlarda əldə etdiyi xx.xx.2018-ci il tarixli, 11377 saylı ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, tədqiq olunan xx.xx.2009-cu il tarixli Cavabdeh1 firmasının dəyişiklik adlanan sənədin blankı, həmin sənədin yuxarı hissəsində əks olunan möhür əkslərinin izləri və imzalar ksesosurət olub bir neçə dəfə surətçıxaran qurğu vasitəsilə çıxarılaraq hazırlanmış, xx.xx.2009-cu il tarixli Cavabdeh1 firmasının dəyişiklik adlanan sənədin blankının ilkin mətni xüsusi kompüter proqram təminatından istifadə edilməklə hazırlanmışdır. Cavabdeh1 firmasında fəaliyyət göstərən loqosu “Nigar” olan Klinikanın qanuni təmsilçisi və kassiri işləmiş Cavabdeh2 onun çəkdiyi xərclərin, o cümlədən ödənilmiş məbləğin qısa zaman ərzində ödə niləcəyinə yalan vədlərlə inandıraraq Cavabdeh3 ilə eyni qanunsuz hərəkətləri nümayiş etdirmişdir. Belə ki, Cavabdeh2, digər Cavabdeh3 yaxın qohumu, əmisi oğlu olmaqla yanaşıCavabdeh1 firmasında fəaliyyət göstərən loqosu “Nigar” olan Klinikada qanuni təmsilçi və kassir işlədiyindən Klinikanın fəaliyyət göstərdiyi dövr ərzində yığılan pullar üzərində sərəncam vermək səlahiyyətində olmuş və yuxarıda qeyd olunan faktlarda bir başa iştirak edərək təmir xərcinin ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Göründüyü kimi, cavabdehlərin Cavabdeh3 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində həmçinin İddiaçı 70.000 ABŞ dolları və 150.000 manat zərər vurulmuşdur.

7. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və "xxxx" Firmasına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə əlaqədar e-2(006)-2742/2023 saylı iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı sözügedən “pul” tələbinə dair iddia üzrə məhkəməyə işin həqiqi halları barədə dolğun və düzgün məlumat verməmiş, tərəflər arasında əvvəl olmuş məhkəmə çəkişmələri və məhkəmələrin yekun qərarları barədə məlumatı gizlətmişdir. Belə ki, İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2009-cu il tarixli 30 saylı Dövlət Notariat Kontoru vasitəsilə bağlanılmı ş “Xəzər M" firmasının alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı iddia verilərək, xx.xx.2009-cu il tarixdə Bakı şəhər 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alğı-satqı müqaviləsinin Cavabdeh3 münasibətdə etibarsız hesab edilməsi, Cavabdeh3 adına rəsmiləşmiş “Xəzər-M" firmasının nizamnamə kapitalının 50%-i ondan alınaraq iddiaçıya qaytarılmasını, 2009-cu il tarixindən hazırki vaxtadək əldən çıxmış fayda kimi 420.000 manat məbləğin Ş.Şahbazovdan və Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi, Ş.Şahbazovun və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişd ir. Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-456/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apelvasiva Məhkəməsinin 2(103)1592/2018 saylı 30 yanvar 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, İddiaçı cavabdehlər X5 və Cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-in qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi" barədə iddiası təmin olunmamışdır. Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-456/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Azərbayvan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-3198/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdi r. Bundan sonra İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək (iddia tələbinin həcmi artırılmışdır), cavabdehlər X9 və Cavabdeh3 müştərək qaydada 1.200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, cavabdehlər X9 və Cavabdeh3 təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin alınaraq ona ödənilməsi, X4 borc kimi aldığı 200.000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, əldən çıxmış fayda kimi 420.000 manat məbləğinin X9 və Cavabdeh3 alınaraq ona ödənilməsi, X9 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində dəymiş 100.000 manat məbləğində mənəvi ziyanın əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı səlıəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-19/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegivasının xx.xx.2020-ci il tarixli, 2(103)-7058/2020 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2(007)-19/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1217/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Bundan başqa İddiaçı Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "Riyad-Renta” Şirkətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2009-cu il tarixdə Bakı şəhərinin 30 saylı Dövlət Notariat Kontorunda təsdiq e dilmiş, "xxxx" firmasında payın alğısatqısına dair müqavilənin Cavabdeh3 aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakiın Fikrət Mirzəyev) 2(007)-2055/2021 saylı, 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Şirkətinin və “Nigar Klinikası" MMC-nin təsisçisi İlqar Əliyev ayrı-ayrılıqda apelyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Qübət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov və Fuad Talısinski) 2(103)-7157/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apelyasiy a şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “RiyadRenta" Şirkətinin və “Nigar Klinikası" MMC-nin təsisçisi X12 tərəfindən verilmiş kassasiya şikayətləri də təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7157/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sadalananlara dair qətnamə və qərarlar elektron məhkəmə sisteminə əlavə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, İddiaçı tərəfindən eyni iddia tələbi ilə bir neçə dəfə məhkəməyə müraciət edilmişdir. Belə ki, hal-hazırda məhkəmənin icraatında olan e2(006)-2742/2023 saylı mülki iş cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 firmasından 70.000 ABŞ dolları və 150.000 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə bağlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Nigar" klinikası fəaliyyətə başladıqdan sonra vəd edilən gəlir əldə edilmədikdə və iddiaçı xüsusi külli miqdarda borclandığı üçün klinikanın son satış qiymətinin 2.400.000 ABŞ dolları olmaqla satmağı qərarlaşdırmışdır. Belə razılığa gəlinmişdir ki, iddiaçı ilkin olaraq 05 may 2009-cu il tarixdə yalnız “Xəzər-M" firmasının nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh3, 50 faizini isə X2, buna görə X12 tərəfindən 1.200.000 ABŞ dolları ödənilmiş və həmin məbləğdən Azərbaycan Beynəlxalq Bankına 280.000 ABŞ dolları qalıq borc ödənilmişdir. Lakin cavabdehlər tərəfindən dəfələrlə vədlər verilsə də qalıq məbləğ ödənilməmiş, üstəlik saxta sənəd hazırlanaraq və saxta möhürdən istifadə edilməklə 12 may 2009-cu il tarixdə “Xəzər-M" firmasının nizamnaməsinə dəyişiklik edilmişdir. Qeyd edilmişdir ki, cavabdehlərin Cavabdeh3 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində həmçinin İddiaçı 70.000 ABŞ dolları və 150.000 manat zərər vurulmuşdur. Bildirir ki, yuxarıda 1-ci sırada qeyd edilən Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-456/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş iş üzrə İddiaçı öncə cavabdehlərə qarşı "alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə iddia qaldırsa da, sonradan iddia ərizəsinə dəqiqləşmə verərək pul tələbini də əlavə etmişdir (“Xəzər-M" firmasının nizamnamə kapitalının 50%-i, əldən çıxmış fayda kimi 420.000 manat 100.000 manat məbləğində mənəvi ziyan). İddia ərizəsinin əsaslandırılmas ı da hal-hazırda məhkəmənin icraatında olan iş üzrə iddia ərizəsi eyni predmeti təşkil edir. Onu da qeyd edir ki, öncəki iddia tələbi apelyasiya və kassasiya baxışında olmuş, yekunda rədd edilmişdir. Həmçinin yuxanda hal-hazırda məhkəmənin icraatında olan işlə eyni predmeti təşkil edən və eyni tərəflər arasında olan İddiaçı tərəfindən verilmilş digər iddialar da qeyd edilmişdir. Bu iddialar da hal-hazırda məhkəmənin icraatında olan iddia tələbi ilə eyni əsaslar üzrə verilmişdir. Belə ki, bu iddia tələbləri də apelyasiya və kassasiya baxışında olmuş, yekunda rədd edilmişdir. İşin görünən tərəfi ondan ibarətdir ki, İddiaçı bütün mümkün iddiaları məhkəmədə qaldırmış, lakin iddia tələbinin əsassızlığı səbəbindən iddialar rədd edilmişdir. Lakin sonuncu sadəcə olaraq, məhkəmənin ərazi aidiyyətin i dəyişməklə, əsassız olaraq, Cavabdeh3 hüquqlarını pozmaqdadır. Hazırki iddia tələbinə artıq eyni tərəflər arasında baxılmış yekunda iddia təmin edilməmişdr. Belə olan təqdirdə iş üzrə icraata xitaın verilməsi zəruridir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-2742/2023 nömrəli iş üzrə 2023-cü il 19 sentyabr tarixli qərardadı ilə (hakim Ceyhun Tağıyev) ərizə qismən təmin edilərək İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Cavabdeh3 cavabdeh qismində cəlb etməklə eyni tələblə daha öncə də məhkəməyə müraciət etmiş və iddiaçının tələb inə ədalət mühakiməsini həyata keçirən məhkəmələr (birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri) tərəfindən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir.

11. Göründüyü kimi, iddiaçının hazırda Cavabdeh3 qarşı olan pul tələbinə mahiyyəti üzrə baxılmış və nəticə etibarı ilə eyni tələb üzrə eyni cavabdehə qarşı qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.0.2, 262.1 və 262.5ci maddələrinə istinadla əsaslandırmışdır.

13. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın qismən, yəni İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməsi hissəsində ləğv edilməsi və Cavabdeh3 nümayəndəsi və vək ili Vəkil2 mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin həmin hissədə də təmin olunmaması barədə yeni qərardadın qəbul edilməsi xahiş edilmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edirlər ki, məhkəmə tərəfindən qeyd olunan həmin prosessual norma düzgün tətbiq edilməmişdir. Belə ki, Bakı şəhəri qərardadda qeyd olunur ki, iş materiallarında mövcud olan sənədlərdən aydın olur ki, İddiaçı Cavabdeh3 cavabdeh qismində cəlb etməklə eyni tələblə daha öncə də məhkəməyə müraciət etmiş və iddiaçının tələbinə ədalət mühakiməsini həyata keçirən məhkəmələr (birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələri) tərəfindən hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının hazırda Cavabdeh3 qarşı olan pul tələbinə mahiyyəti üzrə baxılmış və nəticə etibarı ilə eyni tələb üzrə eyni cavabdehə qarşı qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Qeyd olunur ki, “Xəzər M” firması ilə "xxxx" Şirkəti arasında bağlanmış birgə fəaliyyət haqqında 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən “Xəzər M” firmasının təsisçisi və mülkiyyətçisi İddiaçı ilə "xxxx" Şirkətininn təsisçisi X12 “Xəzər M” firmasının hüquqi ünvanı olan ünvan 3 mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində, (Klinikada) tibbi xidmət göstərilməsi məqsədilə birgə fəaliyyət göstərilməsi haqqında müqavilə bağlanmışdır və həmin müqavilənin 3-cü bəndinə görə “İdman sağlamlıq mərkəzi” kompleksinin Klinika kimi fəaliyy ət göstərməsi üçün təmir və rekonstruksiya xərci 500.000 manat məbləğində müəyyən edilmişdir. Məhz İddiaçı 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin cavabdehlər X9 və Cavabdeh3 tələb etmişdir. Hazırki iddia tələbinə görə isə İddiaçı "xxxx" ASC-yə Cavabdeh1 firmasının borcuna görə şəxsən ödədiyi 70.000 ABŞ dollarını və 8-ci km. bazarının yaxınlığında yerləşən iki otaqlı mənzilini sataraq “İdman sağlamlıq mərkəzi” kompleksinin təmirinə ilkin olaraq xərclədiyi 150.000 manatı cavabdehlərdən tutulmasını tələb edir. Göründüyü kimi, hazırki mübahisə üzrə tərəflər eyni olsa da, mübahisənin predmeti və əsası fərqlidir, belə olan halda isə iş üzrə icraata qismən xitam verilməsi yolverilməzdir

15. Bakı şəhəri Nəsimi Ray on Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)2742/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7119/2023 nömrəli mülki iş üzrə 2023-cü il 21 noyabr tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmış və şikayətin dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhz İddiaçı 16 fe vral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən təmir və rekonstruksiya işlərinə çəkdiyi 500.000 manat məbləğinin cavabdehlər X9 və Cavabdeh3 tələb etmişdir. Hazırki iddia tələbinə görə isə İddiaçı Azərbaycan Beynəlxalq Bankına Cavabdeh1 firmasının borcuna görə şəxsən ödədiyi 70 000 ABŞ dollarını və 8-ci km. bazarının yaxınlığında yerləşən iki otaqlı mənzilini sataraq “İdman sağlamlıq mərkəzi” kompleksinin təmirinə ilkin olaraq xərclədiyi 150000 manatın cavabdehlərdən tutulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətçinin bu dəlilləri həm iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarının məzmunu ilə təkzib edilir, həm də şikayətçi 70.000 ABŞ dolları və 150.000 manat məbləğində pul vəsaitinin qeyd edilən məhkəmə işlərində Cavabdeh3 qarşı irəli sürülən t ələblərə daxil olmamasını məhkəmə iclasında sübut edə bilməmişdir. Qeyd olunanlar kollegiyaya bu nəticəyə gəlməyə əsasən verir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firmasına qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh3 münasibətdə xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

18. Yuxarıda göstərilən - qanuni qüvvəsini almış qətnamədən görünür ki, iddiaçı həmin iş üzrə eləcə də, hazırki iş üzrə xx.xx.2007-ci il tarixli “birgə fəaliyyət haqqında” müqaviləyə istinad etməklə Cavabdeh3 pul tələbi ilə məhkəməyə müraciət etmiş və tələbin bu hissəsinə qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmuşdur. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üz rə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan birinci instansiya məhkəməsi icraata Cavabdeh3 münasibətdə xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir.

19. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən MPM-in 261.0.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 mülki iş üzrə icraata xitam verilməsi barədə ərizəsinin bütövlüklə təmin olunmaması barədə qərar çıxarılması xahiş olunur.

21. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən onun məhkəmə müdafiəsi hüququnu müəyyən edən konstitusion normaların tələbləri pozulmuşdur. Konstitus iyanın bu müddəalarına uyğun olaraq məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Açıq-aşkardır ki, iddiaçının hüquqlarının müdafiəsinə məhkəmələr tərəfindən təminat verilməmiş və qərəzli yanaşılmışdır.

22. Hazırda tələb edilən məbləğlə bağlı məhkəməyə müraciət edilməyib və iddia ərizəsində də göstərildiyi kimi, bu xərclər “birgə fəaliyyət haqqında” müqavilə üzrə nəzərdə tutulmuş xərclərə daxil deyildir və əlavə xərc olaraq “İdman sağlamlıq mərkəzi” kompleksinin Klinikaya çevrilməsi üçün iddiaçı tərəfindən çəkilmişdir. Lakin işə baxan məhkəmələr işin bu həssas və incə məqamına düzgün qiymət verməmişlər və tələmtələsik şəkildə bu hissədə heç bir araşdırma aparmadan iş üzrə icraata xitam verilməsi barədə sözügedən qərardadı qəbul etmişlər. Qeyd olunur ki, hazırki mübahisə üzrə tərəflər, mübahisənin predmeti və əsası fərqlidir, belə olan halda isə iş üzrə icraata qismən xitam verilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

23. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.

24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ola n bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

27. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütö vlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

43. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxar ıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından məlum olmuşdur ki, əvvəlki məhkəmə çəkişmələrində iddiaçının Cavabdeh3 qarşı rekonstruksiya və təmir işlərinə çəkilmiş xərclərin tutulmasına dair tələb mövcud olmuşdur və həmin tələbə baxılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. İddiaçı məhz həmin iş üzrə də tələb etdiyi məbləğin bir hissəsinin mülkiyyətində olan satılmış mənzilində dəyərindən əldə etdiyi məbləğə aid etmişdir. Banka ödənildiyini iddia etdiyi məbləği, təmir xərci olaraq iddia etdiyi məbləği məhz qanuni qüvvədə olan qətnamələrin çıxarılmasına aid olan işdə mübahisələndirilmiş və məhkəmələr tərəfindən həmin hissələr üzrə araşdırmalar aparılmış və yekun qərar qəbul edilmişdir. Belə olan h alda həmin tələblər üzrə işin mahiyyəti üzrə baxılması yolverilən hesab edilmir.

44. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7119/2023 nömrəli, 2023-cü il 21 noyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar