Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5312/2019 31.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X8 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli 2(103)9/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-7029/2018) İddiaçı Cavabdeh-yə qarşı mənzildən istifadəyə törədilən maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilərək ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 15-ci mərtəbəsində yerləşən üç otaqlı 62 saylı mənzilə dair iddiaçının sahiblik və istifadəsinə MMC tərəfindən törədilən maneələrə son qoyulması və mənzilin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, S.Q.Hüseynov və İ.K.Xəlilov, iş № 2(103)3780/2018) üçüncü şəxs Nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev, A.K.Kalbal ıyev və V.Ə.İbayev, iş № 2(102)-4808) üçüncü şəxsin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 oktyabr 2018-ci il tarixli qərarı ilə üçüncü şəxsin əlavə kassasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 avqust 2018-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) X2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı iddia tələbinin rədd edilməsi, X2 və Cavabdeh-nin iddialarının qismən təmin edilib İddiaçı ilə Cavabdeh arasında bağlanmış yuxarıda göstərilən üç otaqlı mənzilə dair 23 fevral 2013-cu il tarixli 257 saylı müqavilənin qismən, 15-ci mərtəbədə yerləşən 62 saylı (mübahisə predmeti olan) mənzilə aid hissədə etibarsız hesab edilməsi, N və MMC–nin iddialarının qalan hissədə təmin olunmamasına dair qətnamə qəbul edilmişdir. İşin halları: 23 fevral 2013-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının üç otaqlı 62 saylı mənzilinə dair müqavilə bağlanmış və mənzilin ümumi dəyəri 124.480 manat məbləğində müəy yən olunmuşdur. Mənzilin tam dəyərinin ödənilməsi barədə İddiaçı 23 fevral 2013-cü il tarixli maliyyə arayışı verilmişdir. 2017-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin tam dəyərini ödəməsinə və mənzilin MMC tərəfindən ona təhvil verilməsinə dair onların iştirakı ilə 01 may 2015-ci il tarixli aktın tərtib edilməsinə baxmayaraq cavabdehin mənzilin açarını dəyişərək onun mənzilə daxil olmasına mane olmasını əsas göstərməklə mənzilə sahiblik və istifadə etməsinə cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması və mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılıb iddianın təmin olunmasına dair qətnamə qəbul edildikdən sonra N mübahisəli 62 saylı mənzilin MMC tərəfindən ona 24 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satılmasını əsas göstərməklə məhkəməyə qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 10 yanvar 2017ci il tarixli onunla Cavabdeh MMC arasında bağlanmış müqaviləni və mənzilin pay haqqını ödəməsinə dair 24 noyabr 2014-cü il tarixli maliyyə arayışını təqdim etmiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti vermişdir. Bundan sonra qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 24 avqust 2018-ci il tarixli qərarı Ali Məhkəmənin Plenumunun 31 oktyabr 2018-ci il tarixli qərarı ilə ləğv edildikdən sonra işə təkrar apellyasiya qaydasında baxılarkən Cavabdeh İddiaçı və 3-cü şəxs X4 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək 01 sentyabr 2011-ci il tarixdə “Həsrət” kiçik müəssisəsi ilə Cavabdeh MMC–nin təsisçilərindən biri X10 arasında Badamdar qəsəbəsindəki torpaq sahəsinin 1.700.000 ABŞ dollarına alqı-satqısına dair ilkin müqavilənin bağlanmasını, müqavilə üzrə veriləcək 1.000.000 manatın əvəzinə Cavabdeh MMC-nin “Həsrət” kiçik müəssisəsinə 6 mənzil təhvil verməsini və həmin mənzillərdən biri olan 62 saylı mübahisəli mənzilin “Həsrət” kiçik müəssisəsi adından X9 adına rəsmiləşdirilməsini, 2013-cü ilin fevral ayında isə Nun həmin mənzili İddiaçı satmasını, mənzilin dəyərinin isə Cavabdeh-yə deyil, Qoşqar Yusifova ödənilməsini, 01 sentyabr 2011-ci il tarixli müqavilə üzrə alqı-satqının predmeti olan torpaq sahəsinin İlham Qasımova verilməməklə başqa şəxslərə satılmasını, İddiaçı ilə 23 fevral 2013-cü i l tarixli müqavilənin icra edilməmiş 01 sentyabr 2011-ci il tarixli müqavilənin əsasında bağlanmaqla, mənzilin dəyərinin Cavabdeh-yə ödənilməməsini, mənzilin 24 noyabr 2014cü il tarixli müqavilə əsasında Cavabdeh tərəfindən X1 və mənzilin sonuncu tərəfindən tam təmir edilməsini əsas göstərməklə İddiaçı ilə bağlanmış 23 fevral 2013-cü il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisəli mənzili 24 noyabr 2014-cü il tarixli müqavilə əsasında əldə etmiş N da İddiaçı və 3-cü şəxs Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh-nin qarşılıqlı iddia ərizəsinin dəlillərinə əsaslanmaqla və eyni zamanda mənzili tam təmir etməsini əsas göstərməklə MMC ilə İddiaçı arasında bağlanmış 23 fevral 2013-cü il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iddia tələbləri üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə İddiaçı kassasiya şikayəti verərək Cavabdeh-nin və X3 iddia tələblərinin Azərbaycan Respublikası MPM-nin 372.4-cü maddəsinin tələblərinə zidd olaraq icraata qəbul edilməsini, mübahisəli mənzilin əvvəlcə ona satılmasına və mənzilin dəyərinin MMC-yə ödənilməsinə baxmayaraq həmin mənzilin belə vəziyyətdə başqasına satılmasının qanunsuz olmasını,qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini, onun iddia tələbinin t əmin, MMC-nin və Nın iddia tələblərinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili, həmçinin 3-cü şəxs və vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin ape llyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 10 noyabr 2009-cu il tarixdə Nla “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən MMCNı 3 saylı yaşayış binasında üç otaqlı mənzillə təmin etmək barədə üzərinə öhdəlik götürmüş, mənzilin dəyərinin onun tərəfindən ödənilməsindən sonra həmin mənzilin Na satılması məlum olmuş və bununla əlaqədar “Həsrət” kiçik müəssisəsi ilə Cavabdeh-nin təsisçilərindən biri olan X10 arasında bağlanmış torpaq sahəsinin alqısatqısına dair 01 sentyabr 2011-ci il tarixli müqavilənin icrası ilə əlaqədar Nun “Həsrət” kiçik müəssisəsinə verməli olduğu pulun əvəzinə 2 saylı binada 6 mənzil, o cümlədən mübahisəli 62 saylı mənzil “Həsrət” kiçik müəssisəsinə təhvil verilmiş, mübahisəli 62 saylı mənzil “Həsrət” kiçik müəssisəsinin adından X9 adına rəsmiləşdirilmiş və 2013-cü ilin fevral ayında N həmin mənzili İddiaçı satmış bu zaman mənzilin dəyəri MMC-yə deyil, Na ödənilmiş, 01 sentyabr 2011-ci il tarixli müqavilə isə icra edilməməklə torpaq sahəsi N verilməmişdir. Məhkəmə kollegiyası tərəfindən həmçinin müəyyən olunmuşdur ki, mübahisəli mənzilə dair Nla Cavabdeh arasında 24 noyabr 2014-cü il tarixdə müqavilə bağlanmış, mənzilin dəyəri N tərəfindən MMC-yə ödənilmiş, mənzil Na təhvil verilmiş və mənzil onun tərəfindən tam təmir edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etdiyi həmin hallara əsaslanaraq hesab etmişdir ki, mənzil ilk dəfə 2017-ci ildə Nın sahibliyinə verilmiş və sonuncu mənzilə yiyələnməklə onu əldə etmişdir. Kollegiyaya görə Cavabdeh “xxxx” MMC-nin N qarşısında icra etmədiyi öhdəliyini öz üzərinə götürmüş və mənzilə dair 24 noyabr 2014-cü il tarixdə Nla müqavilə bağlamışdır. Göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbinin əsassız, MMC-nin və Nın iddia tələblərinin isə qismən əsaslı olması barədə nəticəyə gələrək mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452, 522.1, 556.1, 352, 443.1, 443.5, 448.1 və 452.2-ci maddələrinə əsaslanmışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5312/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5312/2019
31.07.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver