Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5313/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5313/20 (Açar sözlər: pay torpaq sahəsindən çıxarılması tələbi) 24.11.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-911/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2020-ci il tarix də Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət tərəfindən onun istifadəsinə verilmiş 0.59 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpağın onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, məcburi köçkün kimi Biləsuvar rayon ərazisində məcburi köçkünlər üçün salınmış 2 saylı qəsəbə ev 278-də yaşayır. Hazırda yaşadığı evi 2012-ci ildə X1 alıb. Azərbaycan Respublikası Qaçqın və X3 üzrə Dövlət Komitəsinin göstərişi ilə evlərin alqı-satqısı notariat qaydasında deyil, Qaçqınkom tərəfindən tərtib olunmuş “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən 31.08.2012-ci il tarixli q-2/278 saylı kirayə müqaviləsi əsasında aparılmış və “Dövlətqaçqınkom” Mənzil İstismar Departamenti tərəfindən də təsdiq edilmişdir. Hər bir məcburi köçkün ailəsinə verildiyi kimi həmin ev onun da ailəsinə verilərkən evlə birlikdə əkib becərmək üçün 0.59 hektar pay torpaq sahəsi verilmişdir. Lakin 5 ildir ki 278 saylı evdə yaşasa da, evə məxsus olan 0.59 hektar pay torpaq sahəsindən məhrum olmuşdur. Belə ki, evin ilkin sahibinin qardaşı, yəni Cavabdeh bilərəkdən həmin torpaq sahəsini zəbt edib, özü üçün istifadə edir. Halbuki həmin torpaq sahəsi aldığı 278 saylı evə məxsusdur. Cavabdehdən dəfələrlə torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh torpağı qaytarmamşdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birin ci instansiya məhkəməsində icraat Cəbrayıl Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Nuriyev, iş № 2(072)-484/2019) iddianın təmin edilməsi, X6 və Xəritəçəkmə Komitəsinin Lənkəran Yerquruluşu dəstəsi tərəfindən 2493 saylı püşk əsasında İddiaçı kirayə müqaviləsi əsasında yaşadığı 2 saylı qəsəbədəki 278 nömrəli ev üçün ayrılmış 0.59 hektar torpaq sahəsi İddiaçı istifadəsinə qaytarılmaqla Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 31.08.2012-ci il tarixli q-2/278 saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Biləsuvar rayonu 2 saylı qəsəbədə yerləşən 278 saylı 1 otaqlı mə nzil Cəbrayıl rayon Çaxırlı kəndi işğaldan azad olunanadək 3 nəfər ailə üzvü ilə birlikdə yaşaması üçün müvəqqəti olaraq İddiaçı verilmişdir. Cəbrayıl Rayon Kənd Təsərrüfatı İdarəsinin 21 noyabr 2017-ci il tarixli 124 saylı məktubuna görə, Azərbaycan Respublikası Prezidentinin ''Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 'bəzi tədbirlər haqqında" 13 may 2002-ci il tarixli 93s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Biləsuvar rayonu ərazisində İran İR-ilə Bəhrəmtəpə Astara magistralı arasında 6 qəsəbə salınmışdır. Həmin ərazidə məskunlaşmış hər bir ailəyə kənd təsərrüfatı ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin Sərəncamın icra sı məqsədi ilə Cəbrayıl rayon İHBnın 19 dekabr 2003-cü il tarixli 46 saylı Sərəncamı ilə əhaliyə bölünəcək torpaq sahələrinin uçotu barədə Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yer quruluşu planı təsdiq edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran Yerquruluşu Dəstəsi tərəfindən hər bir ailəyə püşk əsasında 0.59 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan bölgü əsasında həmin dövrdə 2 saylı qəsəbə 278 nömrəli evdə yaşayan rayonun Hovuslu kənd sakini X2 (məktubda səhvən Nüslət qeyd edilib) da 2493 nömrəli püşk əsasında 0.59 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin ev Dovlətqaçqınkom"un müvafiq qrumu tərəfindən Cəbrayıl rayonun Çaxırlı kənd sakini İddiaçı verilmişdir. Bu səbəbdən həmin ev üçün nəzərdə tutulmuş torpaq sahəsi də evın yeni sahibinin istifad əsinə keçmişdir. Azərbaycan Respublikası Qaçqın və X3 üzrə Dövlət Komitəsinin Mənzil Kommunal İstismar Sahəsinin cavab məktubuna görə, 2 saylı qəsəbədə yerləşən 278 saylı ev X2 (məktubda səhvən Mürsəl qeyd edilib) 2003-cü ildə Dövlətqaçqınkomun Repatriasiya departamenti tərəfindən ailə tərkibi 1 nəfər olmaqla verilmişdir. 2012-ci ilin avqust ayında dəfələrlə Dövlətqaçqınkom tərəfindən invertallaşma aparılmış və onun həmin evdə yaşamadığı müəyyən olunmuşdur. 2012-ci il avqust ayının 30-31-i Dövlətqaçqınkom rəhbərliyinin sərəncamı əsasında kim hansı evdə yaşayırsa həmin ev birtərəfli qaydada həmin şəxsin adına sənədləşdirilmişdir. 2 saylı qəsəbədə yerləşən 278 saylı evə baxış keçirilən zaman Cəbrayıl rayon Çaxırlı kənd sakini İddiaçı ailə tərkibi ilə həmin evdə yaşadığına görə ev onun adına ailəlikcə sənədləşdirilmişdir. Bundan sonra X4 indiyədək Mənzil Kommunal İstismar Sahəsinə evində digər şəxsin yaşaması barədə yazılı və ya şifahi müraciət etməmişdir. 09 dekabr 2019-cu il tarixdə birinci instansiya məhkəməsi tərəfindən 2493 nömrəli püşk əsasında verilmiş 0.59 hektar olan torpaq sahəsinə yerində baxış keçirilmiş və həmin sahədə buğda əkilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi nəticə etibarilə qeyd olunan evdə yaşayan İddiaçı müvəqqəti olaraq verilmiş, lakin mülkiyyətçi kimi tanınmamışdır. Həmin ev və torpaq sahəsi dövlətin mülkiyyətindədir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasə n daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onu n verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 0.59 hektar torpaq sahəsi iddiaçı və cavabdehin mülkiyyətində olmamış, məcburi köçkün olduğu üçün onun istifadəsinə ver ilmişdir. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğundan alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X6 və Xəritəçəkmə Komitəsinin Lənkəran Yerquruluşu dəstəsi tərəfindən 2493 saylı püşk əsasında İddiaçı kirayə müqaviləsi əsasında yaşadığı 2 saylı qəsəbədəki 278 nömrəli ev üçün ayrılmış 0.59 hektar torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılmaqla Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov, iş № 2(106)-911/2020 ) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təm in edilməmiş, Cəbrayıl Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli 2(072)-484/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahi blik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hü quqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Apelyasiya məhkəməsinin gəlmiş olduğu nəticəsinə görə mübahisə predmeti olan torpaq sahəsi nəticə etibarilə qeyd olunan evdə yaşayan İddiaçı müvəqqəti olaraq verilmiş, lakin mülkiyyətçi kimi tanınmamışdır. Həmin ev və torpaq sahəsi dövlətin mülkiyyətindədir. 0.59 hektar torpaq sahəsi iddiaçı və cavabdehin mülkiyyətində olmamış, məcburi köçkün olduğu üçün onun istifadəsinə verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətində olduğundan alqı-satqı müqaviləsinin predmeti ola bilməz. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)911/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi ni, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-911/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına g əlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məh kəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilənlərlə bağlı təkrar olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin ''Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosialməişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı 'bəzi tədbirlər haqqında" 13 may 2002-ci il tarixli 93s saylı Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Biləsuvar rayonu ərazisində İran İR-ilə Bəhrəmtəpə Astara magistralı arasında 6 qəsəbə salınmışdır. Həmin ərazidə məskunlaşmış hər bir ailəyə kənd təsərrüfatı ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həmin Sərəncamın icrası məqsədi ilə Cəbrayıl rayon İHB-nın 19 dekabr 2003-cü il tarixli 46 saylı Sərəncamı ilə əhaliyə bölünəcək torpaq sahələrinin uçotu barədə Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış Yer quruluşu planı təsdiq edilmiş və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lənkəran Yerquruluşu Dəstəsi tərəfindən hər bir ailəyə püşk əsasında 0.59 ha torpaq sahəsi ayrılmışdır. Qeyd olunan bölgü əsasında həmin dövrdə 2 saylı qəsəbə 278 nömrəli evdə yaşayan rayonun Hovuslu kənd sakini X2 (məktubda səhvən Nüslət qeyd edilib) da 2493 nömrəli püşk əsa sında 0.59 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin ev Dovlətqaçqınkom"un müvafiq qurumu tərəfindən Cəbrayıl rayonun Çaxırlı kənd sakini İddiaçı verilmişdir. Bu səbəbdən həmin ev üçün nəzərdə tutulmuş torpaq sahəsi də evın yeni sahibinin istifadəsinə keçmişdir. Belə olan halda məhkəmələr haqlı olaraq iddiaçını torpaq sahəsinin qanuni istifadəçisi hesab edərək cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Lakin cavabdeh tərəf torpaq sahəsinin onun tərəfindən istifadə edilmədiyini kassasiya şikayətində göstərir və tələbə cavab verməli olmadığını iddia edir. Lakin bununla bağlı məhkəmələrə iş üçün əhəmiyyətli ola biləcək hər hansı sübut təqdim etmir. Məhkəmələr isə məhz cavabdehin torpaq sahəsinin zəbt etməsi və oradan çıxarılmalı olması ilə bağlı haq lı nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-911/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi