Məhkəmə qərarları › İş №2(102)-5318/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5318/2019

07.08.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5318/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli 2(103)1827/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-5683/2018) İddiaçı cavabdeh “BP Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycan Respublikası ndakı nümayəndəliyinə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.Ə.Sarıyev və E.Y.Şamayev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh şirkətinin Dəniz Əməliyyatları Departamentində texniki xidmət üzrə texnik vəzifəsində işləmiş və şirkətin 08 avqust 2018-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləs inə xitam verilərkən Əmək Məcəlləsinin 77.4-cü maddəsinin tələbinə uyğun olaraq onun razılıq ərizəsinin alınmamasını, onun işlədiyi dəniz platformasının daha az işçi ilə idarə edilməsinin mümkün olmamasını və həmin platformada ştat ixtisarının baş verməməsini, hazırda həmin platformada eyni sayda və ştatda işçinin çalışmasını əsas göstərməklə onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas g östərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, şirkətdə baş vermiş ştat ixtisarı müəssisənin daha səmərəli idarə edilməsi və xərclərin azaldılması məqsədi ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyi prezidentinin qərarı əsasında həyata keçirilmişdir. İxtisarla əlaqədar “Alfa” dəniz platformasında çalışan 4 nəfər “J2” dərəcəli texniki xidmət üzrə texnik vəzifəsindən üçü ixtisar olunmuş, platformada yalnız bir texnik vəzifəsi saxlanılmışdır. İxtisar zamanı şirkətdə işçilərin əmək vəzifələrinin icra olunma səviyyəsinin illik qiymətləndirmə nəticələri nəzərə alınmış, Platformada işləyən eyni dərəcəli 4 nəfərdən yalnız biri - X1 əmək vəzifələrinin yerinə yetirilməsi səviyyəsinə görə texnik vəzifəsində saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göstərilənlərlə əlaqədar şirkətdə ştat ixtisarının baş verməsi və ixtisardan sonra da platformada eyni sayda (4 nəfər) texnikin işləməsinə dair iddiaçının dəlillərini apellyasiya instansiyası məhkəməsi əsassız hesab etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbir lər görür. Müəyyən olunmuşdur ki, ixtisarla bağlı iddiaçıya qanunda nəzərdə tutulan ödənişlərdən əlavə xüsusi ödənişlər də verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçının həmin maddə ilə işdən azad edilməsi üçün əsaslar olduğundan və ixtisar Əmək Məcəlləsində müəyyən olunmuş şərtlərə əməl edilməklə aparıldığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassa siya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 08 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar