Məhkəmə qərarları › İş №2(102)-5319/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5319/2019

27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5319/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyası “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: podrat müqaviləsinə görə pul tələbi, podratçı tərəfindən podrat müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin vaxtında icra edilməməsinin nəticələri, podrat müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin sifarişçi tərəfindən vaxtında icra edilməməsinin nəticələri. (İŞ№ 2(102) 5319/2019) Bakı şəhəri 27 avqust 2019-cu il GİRİŞ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Hüseynova) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Həsənov, hakimlər İ.Əsədov və Z.Zeynalov) Cəbrayıl Rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı “xxxx” MMC kassasiya şikayə ti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı “xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Cəbrayıl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 16 yanvar 2017-ci il tarixli podrat müqaviləsinin ləğv olunması və Cavabdeh həmin müqavilə üzrə 40500 manat əsas borc, 1977,17 ma nat faiz borcu, 65606 manat dəbbə pulu olmaqla, cəmi 108083,17 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə 16 yanvar 2017-ci ildə “xxxx” MMC ilə (bundan sonra podratçı) Cavabdeh arasında (bundan sonra sifarişçi) arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə podratçı sifarişçiyə məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində 0,11 ha torpaq sahəsində 3 mərtəbəli yaşayış evinin tikintisini 8 ay müddətində inşa edib başa çatdırmağı, sifarişçi isə müqaviləyə əlavə olunmuş 2 saylı qarfikə uyğun olaraq podratçıya 95.000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə olunmuş 2 saylı əlavəyə görə sifarişçi müqavilə bağlanan gün 8000, sonr akı 3 ayda və hər ayın 15-də olmaq şərti ilə 5000, bundan sonra isə hər ayın 15-də 3600 pul ödəməklə 15 dekabr 2018-ci ildə ödənişləri tam başa çatdırmalı idi. İşin halları ilə müəyyən edilir ki, müqaviləyə əsasən sifarişçi podratçıya 38.800 manat pul vermişdir. İddiaçı bildirir ki, müqaviləyə əlavə olunmuş 1 nömrəli əlavədə görülən işləri yerinə yetirmişdir. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməmiş, ödənişləri gecikdirməklə həyata keçirmişdir. Ona görə də tikintini müqavilə ilə nəzərdə tutulmuş müddətdə tikib başa çatdıra bilməmişdir. İddiaçı hesab edir ki, gördüyü işlərin dəyəri 79.300 manat təşkil edir. Bu məbləğdən ödənilmiş 38.800 manat nəzərə alınmaqla cavabdehin ona 40.500 manat əsas borcu qalmışdır. Bundan başqa ödəmələri gecikdirdiyinə görə cavabdehin ona 1.977,17 mana t faiz borcu, 65.606 manat dəbbə pulu borcu vardır. Cavabdeh bildirir ki, müqavilə öhdəliklərini iddiaçı pozub. Belə ki, o, müqaviləyə aid olan 2 saylı əlavəyə görə 8 ay ərzində iddiaçıya 37.400 manat pul ödəməli olduğu halda 38.800 manat pul ödəyib və iddiaçı 8 ay müddətində evi inşa edib ona təhvil verməli olduğu halda öz öhdəliklərini yerinə yetirməyib. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müqavilə öhdəlikləri iddiaçı tərəfindən pozulmuşdur. Ona görə də iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini ar aşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin mübahisə edilməyən hallarından göründüyü kimi tərəflər arasında yaranmış mübahisə podrat münasibətlərindən doğan mübahisədir. Podratçı bu müqavilənin sifarişçinin təqsiri üzündən pozulduğunu iddia etməklə gördüyü işlərin haqqını və dəymiş zərəri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.1-ci maddəsinə görə, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760.2-ci maddəsinə görə, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətl ərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd edilən maddələrin dispozitiv şərtləri ilə müəyyən edilir ki, podratçı tərəfindən podrat müqaviləsi üzrə işin müəyyən edilmiş vaxt ərzində yerinə yetirilməməsi onu gördüyü işlərin haqqını tələb etmək hüququndan məhrum etmir. Eyni zamanda qeyd edilən maddələrin dispozitiv şərtlərindən göründüyü kimi müqavilə sifarişçinin təqsirli hərəkətləri nəticəsində pozulduqda podratçı gördüyü işlərin haqqı ilə bərabər dəymiş zərəri də tələb etmək hüququna malikdir. Bununla yanaşı iş materiallarından görünür ki, işə baxan məhkəmələr tərəfindən podratçı tərəfindən müqavilə üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi müəyyən edilsə d ə bunun sifarişçinin ödənişləri vaxtında edib-etməməsi ilə əlaqəli olduğu araşdırılmamışdır. Belə ki, podrat müqaviləsinin tərkib hissəsi olan 2 saylı əlavəyə görə sifarişçi 15 avqust 2017-ci il tarixə qədər 37400 manat pul ödəməli, podratçı ilə bu tarixdə işi başa çatdırmalı idi. Podratçının iddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, qeyd edilən tarixə qədər sifarişçi tərəfindən 28.400 manat pul ödənilmişdir və bu məbləğlərdən 5.400 manat 8 aylıq müddətin bitdiyi son gün, yəni 15 avqust 2017-ci ildə, ödənilmişdir. Göründüyü kimi, işə baxan məhkəmələr tərəfindən iddiaçının irəli sürdüyü dəlillər üzrə araşdırma aparılmamış və nəticədə sifarişçi tərəfindən də müqavilə üzrə öhdəliklərin vaxtında icra edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 13 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması ü çün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Aslan Kalbalıyev Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar