Məhkəmə qərarları › İş №2(102)-532/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-532/2022

14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-532/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2nə, X12, X15, X4 qarşı “Sökülmüş mənzilin əvəzinə kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Sökülmüş mənzilin əvəzinə kompensasiya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli 2(103)4462/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 14 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları və iş üzrə məhkəmə icraatı Bakı şəhəri 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 25.09.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri-- -X8, X2, X13 və X9 iş üzrə cavabdehlərlə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış 23.09.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarını rəhbər tutaraq Cavabdeh2 başçısının 30.06.2017-ci il tarixli 219 saylı sərəncamına müvafiq olaraq abadlıq-quruculuq işlərinin davamı olaraq, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə "xxxx" MMC tərə findən İ.Qutqaşınlı, K.Kazımzadə (keçmiş A.Ağayev) və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni bina tikiləcəkdir. Həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin və mənzillərin alınması ilə bağlı alqı-satqı müqavilələri həmin evlərin mülkiyyətçiləri ilə "xxxx" MMC arasında bağlanılır. Mənzilin alqı-satqısına dair müqavilənin surətinin əldə edilməsi üçün ünvan 3 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə müraciət olunması tövsiyə olunur. "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış 19.10.2018-ci il tarixli məktubdan görünür ki, aparılmış araşdırmalar nəticəsində ünvan 6 ünvanında İddiaçı və mərhum həyat yoldaşı Nəriman Həsənovun mülkiyyətində və ya istifadəsində mənzil olması müəyyən edilməmişdir. Həmçinin İddiaçı və mərhum həyat yoldaşı Nəriman Həsənovun mülkiyyətində və ya istifadə sində hər hansı bir yaşayış sahəsinin olmasını təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, ona hər hansı kompensasiya ödənilməsinin qeyri-mümkün olduğu izah edilmişdir. X18 ilə "xxxx" MMC arasında bağlanmış 16 fevral 2018-ci il tarixli Kompensasiya müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən evdən Bakı şəhəri Cavabdeh2 başçısının sərəncamı əsasında köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə birinci tərəf-X18 ikinci tərəfdən 474240 manat məbləğində kompensasiya almaqla, ikinci tərəfin"xxxx" MMC-nin xeyrinə imtina etmişdir. X19 ilə "xxxx" MMC arasında bağlanmış 23 fevral 2018-ci il tarixli Kompensasiya müqaviləsinə əsasən ünvan 6 ünvanında yerləşən evdən Bakı şəhəri Cavabdeh2 Başçısının sərəncamı əsasında köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə biri nci tərəf-X19 ikinci tərəfdən 320.640 manat məbləğində kompensasiya almaqla, ikinci tərəfin-"xxxx" MMC-nin xeyrinə imtina etmişdir. 64 saylı MKİS tərəfindən təsdiq olunmuş Yasamal rayonu 64 saylı MKİS-in ərazisində “ünvan 9 ünvanına aid evlər sırasında İldırım Əziz oğluna məxsus 24,51 kv.m. ölçüdə, X12 məxsus 144,72 kv.m. ölçüdə, X15 məxsus 111,04 kv.m. ölçüdə, X22 məxsus 42,87 kv.m. ölçüdə və X4 məxsus 114 kv.m. ölçüdə sənədsiz evlərin olması qeyd olunmuşdur. "xxxx" ASC Yasamal Rayon Sukanal İdarəsi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 10 ünvanında İddiaçı məxsus 01.09.2001-ci il tarixində ailə tərkibi 1 nəfər olmaqla sayğacsız abonent kodu açılmış, kod açıldığı gündən İddiaçı "xxxx" ASC-yə heç bir ödəniş etməmiş, 19.02.2015-ci il tarixdə İddiaçı məxsus abonent kodu ləğv edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsinin ondan rəsmi razılıq almadan cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən sökülməsi ilə əlaqədar cavabdehlərin üzərinə sökülmüş mənzilinin əvəzinə onun müvafiq tam təmirli mənzil ilə təmin edilməsi və binanın tikintisi müddətində ona aylıq 300 manat kirayə haqqının verilməsi barədə müqavilə bağlanılması öhdəliyin qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X10, X11, X20 və X3 da cavabdeh qismində işə cəlb edilməsi və cavabdehlərdən qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsinin cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən sökülməsinə və onlardan verilmiş pul kompensasiyasına görə onun xeyrinə 180.000 (bir yüz səksən min) manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı) cavabdehlər "xxxx" MMC və Cavabdeh2nə qarşı qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsindəki 60/68 saylı evin ona aid 60 kv.metrlik hissəsinin ondan rəsmi razılıq alınmadan sökülməsi ilə əlaqədar cavabdehlərin üzərinə sökülmüş mənzilinin əvəzinə onun müvafiq tam təmirli mənzil ilə təmi n edilməsi və binanın tikintisi müddətində ona aylıq 300 manat kirayə haqqının verilməsi barədə müqavilə bağlanılması öhdəliyin qoyulmasına dair iddia qaldırmışdı. Məhkəmənin gedişində araşdırma zamanı məlum oldu ki, onunla eyni ünvanda yaşayan qohumları ondan xəbərsiz cavabdeh "xxxx" MMC ilə müqavilələr bağlayıb həm özlərinin faktiki yaşadıqları sahəyə, həm də uzun illər onun faktiki istifadəsində olan 60 kv.metrlik mənzil sahəsinə aid pul kompensasiyasını da almışlar. Bu fakt məhkəmə baxışı zamanı MTK-nın nümayəndəsinin məhkəməyə təqdim etdiyi kompensasiya müqavilələrindən sonra ona məlum oldu. 16 fevral 2018ci il tarixli kompensasiya myqaviləsinə əsasən cavabdeh MMC-nin nümayəndəsi X21 tərəfindən Bakı şəhəri, A.Ağayev küç., ev 66/68-də yaşayan cavabdeh X12 yaşayış sahəsinə görə 474240 ( dörd yüz yetmiş dörd min iki yüz qırx) manat, digər cavabdeh X14 isə 23 fevral 2018-ci il tarixli kompensasiya müqaviləlsinə əsasən 320640 (üç yüz iyirmi min altı yüz qırx) manat kompensasiya ödənilmişdir. Həmin kompensasiyalar ödənilərkən həmin ünvanda yaşamış digər cavabdehlər X20 və X3 da mənafeyi nəzərə alınsa də, onun da həmin yaşayış sahəsinə olan istifadə hüquqları nəzərə alınmamışdır. Ona görə də cavabdehlərdən onun xeyrinə bir kv.metrinin qiyməti 3000 (üç min) manat hesabı ilə onun xeyrinə 180000 (bir yüz səksən min) manat tutulmalıdır. Birinci instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmiş 64 saylı MKİS-in sabiq rəisi X23 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı ünvan 12 ünvanında qeydiyyatda olmuşdur. O, 2015-ci ilədək faktiki olaraq orada yaşamışdır, həmin vaxtadək “ev kitabçası”nda da qeydiyyatda olub. Birinci instansiyası məhkəməsinin araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı ünvan 12 ünvanında qeydiyyatda olmaqla, 2015-ci ilə qədər həmin ünvanda daimi yaşamış, daha sonra teztez evinə baş çəkmiş, buna baxmayaraq, həmin evin sakinləri ilə (evin sökülməsi və satılması ilə əlaqədar) kompensasiya müqaviləsi bağlanarkən iddiaçının kompensasiya payı nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ( hakim A.Məmmədov) 22 iyul 2019-cu il tarixli 2(004)-3301/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər X5, X6, X16 və X1 müştərək qaydada 180000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin digər cavabdehlərə münasibətdə təmin edilməməsi qət edilmi şdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli evə dair istifadə hüququ olsa da, ona mübahisəli evin sökülməsi və satılması ilə əlaqədar kompensasiya ödənilməmişdir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mübahisəli evin sökülməsi və satılması ilə əlaqədar cavabdehlər X5, X6, X16 və X1 müştərək qaydada 180 000 (yüz səksən min) manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Belə ki, həmin cavabdehlərin iddiaçıya qarşı hər hansı bir öhdəlikləri yaranmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin 158.1.2, 158.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı, həmçinin cavabdehlər YYY ayrı-ayrılıqda apelyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia tələbi "xxxx" MMC-yə və Cavabdeh2nə qarşı olan hissədə əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhz həmin təşkilatların təqsiri üzündən onun evi sökülmüş və əvəzinə kompensasiya verilməmişdir. Buna görə də, qətnamənin qismən ləğv olunub iddia tələbinin təmin olunmayan hissəsində də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X11 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o sökülmüş evin ancaq özünə aid hissəsinə görə kompensasiya almış, iddiaçının əvəzinə kompensasiya almamışdır. İddiaçı onun dayısının arvadı olmuş, İddiaçı həmin ünvanda ötə n əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəlində yaşamış, sonradan isə oradan köçüb getmişdir. İddiaçının həmin ünvanda evinin olması barədə heç bir sənədi yoxdur. Buna görə də hesab edir ki, ondan iddiaçının xeyrinə pul tutulması qanunsuzdur. Əgər İddiaçı iddia tələbi əsaslı olsa belə, kompensasiya tələbi ona qarşı yönələ bilməzdi. Bundan əlavə, məhkəmə iclasında cavabdeh 000un iştirakı təmin edilməmişdir. Buna görə də qətnamənin ləğv edilməsini, qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Cavabdeh YYYin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ondan iddiaçının xeyrinə kompensasiya tutula bilməz. Çünki kompensasiyanı ödəyən təşkilat "xxxx" MMC-dir. Bundan əlavə, iddiaçı həmin ünvanda 60 kv.metr yaşayış sahəsinə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh XXXun apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun aldığı kompensasiyanın iddiaçıya aidiyyatı yoxdur. Belə ki, o özünə görə kompensasiya almışdır. Bundan əlavə, həmin ev sökülənə qədər iddiaçının orada yaşamasını görməmişdir. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İlham Kərimli - sədrlik edən və məruzəçi, Namiq Cəfərov və Elşən Kazımov) 17 avqust 2021-ci il tarixli 2(103)-4462/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 20 19-cu il tarixli 2(004)-3301/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən 90.000 (doxsan min) manat pul tutularaq İddiaçı ödənilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ünvan 10 ünvanında özünə məxsus 60 kv.metr ölçüdə yaşayış sahəsi və köməkçi tikilinin olması barədə məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport təqdim edə bilməsə də, onun həmin evdə qeydiyyatda olmaqla adına "xxxx" ASC-də abonent kodunun açılması belə nəticəyə gəlməyə əsas verir ki, həmin ünvanda İddiaçı məxsus ev olmuşdur. İddiaçı bir neçə il əvvəl həmin ünvandan köçüb başqa yerə getdiyinə və ərazidə olan tikililər söküldüyünə görə evin mövcudluğu barədə məhkəməy ə konkret sübutlar təqdim edə bilmir. Apellyasiya məhkəməsi hesab etmişdir ki,iş materiallarından da göründüyü kimi cavabdehlər XXX və 000la şirkət arasında evin sökülüb əvəzində kompensasiya ödənilməsi barədə müqavilələr bağlanılarkən də cavabdehlər həmin evlərin onlara məxsus olması barədə tikinti şirkətinə heç bir sənəd təqdim etməmiş, həmin evlərin adları çəkilən cavabdehlərə məxsusluğu 64 saylı MKİS-in verdiyi 2 saylı forma üzrə arayışlarla müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının mübahisəli evə dair istifadə hüququ olsa da, ona mübahisəli evin sökülməsi və satılması ilə əlaqədar kompensasiya ödənilməmişdir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıya məxsus e vin sökülməsi müqabilində Bakı şəhərində pilot layihələr çərçivəsində sökülən digər evlərdə olduğu kimi 1 kv.metrinə görə 1500 manatdan olmaqla 60 kv.m. ölçüdə evə görə 90000 manat kompensasiya ödənilməlidir. İş materiallarında olan kompensasiya müqavilələrində tərəf kimi -"xxxx" MMC göstərilsə də, işin faktiki hallarından görünür ki, ərazidə söküntü və tikinti işlərini "xxxx" MMC aparmış, Bakı şəhəri Cavabdeh2 tərəfindən və "xxxx" MMC tərəfindən iddiaçıya ünvanlanmış məktublarda söküntü işlərinə məsul şəxs kimi "xxxx" MMC göstərilərək müqavilənin həmin MMC ilə bağlanmalı olduğu tövsiyə edilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus evin sökülməsi müqabilində ödəniləcək kompensasiyanı cavabdehlər X18, X19, X28 və X1 iddiaçının xeyrinə tut maqla işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatdan və iş materiallarında olan sənədlərdən görünür ki, həmin cavabdehlər iddiaçıya məxsus evin sökülməsinə görə onun əvəzinə kompensasiya almamışlar. Kollegiya həmçinin hesab edir ki, İddiaçı Bakı şəhəri Cavabdeh2 də cavabdeh qismində göstərsə də, Bakı şəhəri Cavabdeh2 nəyə görə cavabdeh qismində cəlb etdiyini əsaslandırmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi Bakı şəhəri Cavabdeh2nə qarşı hissədə rədd edilməlidir. Apellyasiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 158.1.2, 158.4-cü maddələri ilə əsaslandırmışdır. Cavab deh 1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli 2(103)-4462/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Çığalı qızının Bakı şəhəri Yasamal rayonu, K.Kazımzadə küçəsindəki 6/68 saylı mənzilə nə mülkiyyət, nə istifadə, nə də əmlak hüquqları olmamışdır. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, onları yanlış təfsir etməklə, yalnız prosessual normalara istinad etməklə iddianın təmin edilməsi haqqında qətnamə çıxarmışdır. H əm də bu zaman hər hansı sübuta deyil, ehtimallara əsaslanmışdır. Belə ki, məhkəmə qətnaməsini bununla əsaslandırmışdır ki, İddiaçı ünvan 16 ünvanında özünə məxsus 60 kv. metr ölçüdə yaşayış sahəsi və köməkçi, tikilinin olması barədə məhkəməyə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport təqdim edə bilməsə də, onun həmin evdə qeydiyyatda olmaqla adına "xxxx" ASC-də abonent kodunun açılması belə nəticəyə gəlməyə əsas verir ki, həmin ünvanda İddiaçı məxsus ev olmuşdur. İddiaçı bir neçə il əvvəl həmin ünvandan köçüb başqa yerə getdiyinə və ərazidə olan tikililər söküldüyünə görə evin mövcudluğu barədə məhkəməyə konkret sübutla təqdim edə bilmir. Göründüyü kimi məhkəmə özü də etiraf etmişdir ki, iddiaçının qeyd edilən ünvanda evinin olması sübut edilməmişdir. Yeganə sübut ki mi istinad olunan "xxxx" ASC Yasamal rayon Sükana! idarəsi tərəfindən verilmiş 11,01.2021-ci il tarixli arayışdır ki, həmin arayışda da qeyd edilən ünvanda İddiaçıva məxsus 01.09.2001 -ci il tarixdə ailə tərkibi bir nəfər olmaqla sayğacsız abonent kodu açılması, kodun açıldığı gündən İddiaçımn "xxxx" ASC-yə heç bir ödəniş etməməsi, 19.02.2015-ci il tarixdə İddiaçı məxsus abonent kodunun ləğv edilməsi göstərilmişdir. Sayğac quraşdınlmadan abonent kodunun açılması mənzilin istifadədə olmasına heç bir halda sübut edə biiməz. Mənzildən istifadə edən şəxs sayğacların göstəricilərinə əsasən işıq, su və qaz sərfiyatı ödənişlərini həyata keçirməlidir. İddiaçı isə həmin ödənişləri etməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə cavabdehlər XXXa və 000a mənzillərin m əxsusluğunu yalnız 64 saylı MKLS-in verdiyi 2 saylı forma üzrə müəyyən edilməsi nəticəsinə səhvən gəlmişdir. Belə ki, iş materiallarında olan və məhkəmənin istinad etdiyi 64 saylı MKİS tərəfindən təsdiq olunmuş Yasamal rayonu 64 saylı MKtS-in ərazisində yerləşən "xxxx"MMC tərəfindən sökülən evlərin siyahısında K.Kazımzadə 60/68 ünvanına aid evlər arasında İldırım Əziz oğluna məxsus 24.51 kv.m ölçüdə,X12 məxsus 144.72 kv.m ölçüdə, X14 məxsus 111.04 kv.m ölçüdə. X24 məxsus 42.87 kv.m ölçüdə və X29 kişi oğluna məxsus 114 kv.m ölçüdə sənədsiz evlərin olması qeyd olunmuşdur. Həmçinin cavabdeh qeyd etmişdir ki, İldırım Əziz oğluna məxsus mənzilin girişi küçə tərəfdən olmuş, digər adları çəkilən 4 şəxsin mənzillərinə giriş isə bir həyətdən olmaqla bir girişi olmuşdur. Məhkəmənin də qətnaməsində n görünür ki, iddiaçının nümayəndəsi YYYməhkəmədə verdiyi izahatında etiraf etmişdir ki, ünvan 18 ünvanında bir həyətdə cəmi 4 ev olmuşdur. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azər baycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2 əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Maddə 158.4. mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə, məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.2. Apellyasiya instansiyası məhkə məsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən ünvanda iddiaçının istifadəsində yaşayış sahəsinin mövcud olması və həmin sahənin məhz 60 kv.m olması müəyyən edilərək, həmin sahənin dəyərin olaraq 90000 manatın "xxxx"MMC-dən tutu lması barədə gəldiyi qənaət işdə olan mötəbər sübutlarla müəyyən edilmir. Belə ki, iddiaçı və ailə üzvləri həmin ünvanda qeydiyyatda olsalar da, həmin ünvanda faktiki yaşadıqları müəyyən edilmir. Eyni zamanda, həmin mübahisəli evin ümumi sahəsinin nə qədər təşkil etməsi, həmin ünvanda yaşayan digər şəxslərin istifadəsində olan və tikinti şirkətinə satılmış hissələrdən əlavə həmin ünvanda başqa sahənin olub-olmaması, iddiaçının istifadəsində olan sahənin məhz 60 kv.m olması barədə işdə heç bir sübut mövcud deyildir. İddiaçının istifadəsində məhz 60 kv.m sahə olması barədə izahatı isə işdə olan digər sübutlarla təsdiq edilmir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilm əmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birm ənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan f aktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfind ən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməli, hazırki iş üzrə yeni qərar qəbul edilməsi üçün əsaslar mövcud olmadığından kassasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx"MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli 2(103)4462/2021 saylı qətnaməsi ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar