Məhkəmə qərarları › İş №2(102)-532/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-532/2024

24.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-532/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı İlk, Cavabdeh4 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: evdən çıxarılma, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(104)-1148/2023 nömrəli qətnaməsindən Cavabdeh2 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

2. Cavabdeh1 ilə X3 29 aprel 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.

3. Cavabdeh1 İddiaçı qardaşı oğludur. Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 isə mərhum Cavabdeh1 ailə üzvləridir.

4. Cavabdeh1 27 iyul 2022-ci il tarixdə vəfat etmiş və vəfat etdiyi tarixə qədər mübahisəli mənzildə yaşamışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi Dairəsinin 21 sentyabr 2022-ci il tarixli, **********03 nömrəli məktubuna əsasən, Kirovabad şəhəri, Stalin adına kolxozun 10 mart 1959-cu il tarixli 2 nö mrəli ümumi iclas protokolundan çıxarışa əsasən İddiaçı Məhəmmədəli oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2013-cü il tarixli, 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış eskiz-layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 2i olmadan inşa edilmiş ümumi sahə 305,0 kv.m, o cümlədən yaşayış sahəsi 150,6 kv.m, zirzəmi 39,0 kv.m, həyət tikilisi 37,4 kv.m, talvar 128,5 kv.m tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. İddiaçı Məhəmmədəli oğluna Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0,07 torpaq sahəsində yerləşən tikili “A”-da 113,6 kv.m altı yaşayış otaqları, 88,5 kv.m köməkçi sahə, 39,0 kv.m y/zirzəmi, tikili “B”-də 33,4 kv.m iki yaşayış otaqları, 60,8 k v.m köməkçi sahə, tikili “C”-də 16,7 kv.m hamam, tikili “Ç”-də 20,7 kv.m hamam, tikili “İ”-də 128,5 kv.m talvar) 27 iyun 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2022-ci il tarixli, **********0 nömrəli məktubuna əsasən, Gəncə şəhər İcra Hakimiyyətinin 08 avqust 2011-ci il tarixli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 3 ünvanında üçotaqlı 2 nömrəli mənzillə təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) B irinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Sonradan, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh1 onun qardaşı oğludur və o, dəfələrlə onunla birgə yaşayışları mümkün olmadığından onun tərəfindən başqa-başqa şəxsləri gətirərək evdə qanu na zidd hərəkətlər edir. Həmin ev onun adına rəsmiləşdirildikdən sonra cavabdehlərə onun mülkiyyətində olan evdən çıxmalarını tələb etsə də, cavabdehlər həmin evdən çıxmaqdan imtina etdiklərindən məcbur olmuş məhkəməyə müraciət etmişdir. Hazırda Cavabdeh1 Qarabağ əlili olduğu üçün Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 2021-ci ilin yanvar ayında ev vermişlər və cavabdehlərin yaşaması üçün evləri vardır və mənzillə təmin edilməsi üçün hüquqları tam təmin edilmişdir. Cavabdehlərin dövlət tərəfindən təmin edilməsinin əsasında da onların yaşayış yerlərinin olmaması baxımından həll edilmişdir. Cavabdeh1lə artıq münasibətləri və birgə yaşayışları mümkün deyil.

10. Cavabdeh4 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə dair İddiaçı adına qeydiyyata alınmış 27 iyun 2013cü il tarixli RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona, əri Cavabdeh1 qarşı iddia irəli sürərək, iddia tələbində qeyd etmişdir ki, Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh1 onun qardaşı oğludur, sonuncu evə başqa-başqa şəxsləri gətirərək qanuna zidd hərəkətlər etdiyindən yaşamağı qeyri mümkündür. Həmin evi adına rəsmiləşdirdikdən sonra evdən çıxmaqlarını tələb etsə də, onlar evdən çıxma mış və nəticədə məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi 1960-cı ildə qayınatası X7 nənəsi Xanım arvad tərəfindən tikilmişdir. Belə ki, qayınatası YYYin nənəsinin həmin mübahisəli evin yaxınlığında evi olmuş, həmin ev satılmış və ünvan 5 ünvanda iki otaq tikilmiş, həmin ev iki hissəyə bölünərək qayınatası X8 və qayınatasının qardaşı olan X6 verilmişdir. Qayınatasının qardaşı olan Məmməd Məmmədəli oğlu və qayınatası X14 yaşadığı bir otaqlı evdə yaşayaraq evlənib ailə qurmuş və Məmməd Vəliyev öz ailəsi ilə 1974-cü il tarixədək orada yaşamışdır. İddiaçı həmin mübahisəli ev tikilən zaman Rusiya Federasiyasında hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra Rusiya Federasiyasında Rusiya vətəndaşı ilə ailə qurmuş v ə o ailə qurduğu xanımla 1974-cü ildə Gəncə şəhərinə qayıtmış, qayınatasının qardaşı X1 Vəliyev qayıtdıqdan sonra özünün yaşadığı bir otaqlı evi sonuncuya verərək, 1974-cü ildə öz ata evinə yaşamaq üçün getmişdir. İddiaçı 1974-cü ildən ünvan 5 fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin evin digər bir otaqlı hissəsində isə qayınatası X14 ailə üzvləri ilə birlikdə yaşamışlar. O, 2005-ci ildə Cavabdeh1 XXX oğlu ilə ailə qurduqdan sonra həmin mübahisəli mülkə gəlin gəlmiş və hal-hazırda həmin mübahisəli mülkdə uşaqları ilə birlikdə yaşayır. Lakin qayınatası sağlığında həmin mübahisəli mülkün onların yaşadığı hissəsində bir sıra tikini işləri apararaq evi böyütmüşdür. Eyni zamanda İddiaçı yaşadığı evdə qayınatasının qardaşı Məmməd Vəliyev də 1974-cü ilədək yaşadığı dövrdə bir sıra tikinti işləri apararaq evi böyütmüşdür. Onunla İddiaçı yaşadığı ev iki hissəyə hələ 1960-cı ildən bölünərək giriş-çıxış yolları ayrılmışdır. O, gəlin gələn zaman onların işıq, qaz, su xətti ayrı olaraq hərə öz kommunal xərclərini ödəyir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsinin 21 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli 2 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.07 ha torpaq sahəsi ayrılmışdır. Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 943 saylı sərəncamı və Gən cə şəhər baş memarının razılaşdırılmış eskiz layihəsinə əsasən hal-hazırda ünvanı ünvan 2i olmadan inşa edilmiş ümumi sahə 305.0 kv.m, o cümlədən yaşayış sahəsi 150.6 kv.m, zirzəmi 39.0 kv.m, həyət tikilisi 37.4 kv.m, talvar 128,5 kv.m tikililərin qeydiyyata alınmasına qərar verilmişdir. İddiaçı Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə (0.07 ha torpaq sahəsində yerləşən tikili "A"-da 113,6 kv.m altı yaşayış otaqları, 88,5 kv.m köməkçi sahə,39.0 kv.m y/zirzəmi, tikili "B"-də 33.4 kv.m iki yaşayış otaqları, 60.8 kv.m köməkçi sahə, tikili "C"-də 16,7 kv.m hamam, tikili "Ç"-də 20.7 kv.m hamam, tikili "İ”-də 128.5 talvar) xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Vəkil sorğusu nəticəsində alınmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Göygö l Rayon İcra Hakimiyyəti Göygöl Rayon Dövlət Arxivinin 26 sentyabr 2022-ci il tarixli məktubuna əsasən Kirovabad şəhəri Stalin adına kolxozun xx.xx.1959-cu il tarixli, 2 nömrəli ümumi iclas protokoluna baxıldığını və İddiaçı adı həmin protokolda aşkar edilmədiyi bildirilmişdir. Buradan da belə nəticəyə gəlmək olar ki, İddiaçı onların öz yaşadığı Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə DƏDRX-nin Gəncə 3 saylı Ərazi İdarəsindən saxta sənədlə çıxarış almışdır. Halbuki, Vəliyev X2 şəhəri, Stalin adına kolxozda işləmədiyi bir vaxtda, hətta 1959-cu ildə 19 yaşı olmaqla hərbi xidmətdə olduğu bir dövrdə həmin mübahisəli evə mülkiyyət hüququnu saxta sənədlə əldə etməsi bir daha təsdiq olunur. Onun ərizəsində göstərilən faktları təsdiq edəcək bir neçə şahidləri də vardı r. Hazırda İddiaçı tərəfindən həmin şahidlərə təsir ediləcəyindən ehtiyatlanaraq həmin şahidlərin adlarını qeyd edə bilmir. Çünki həmin şahidlər həm onun, həm də İddiaçı qonşuluğunda yaşayan şahidlərdir. O, İddiaçı saxta sənədlə Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evinə dair çıxarış alaraq mülkiyyət hüququnu qanunsuz əldə etməsi ilə bağlı hüquq mühafizə orqanlarına şikayət ərizəsi göndərmişdir. Həmin şikayət ərizəsini də qarşılıqlı iddia ərizəsinə əlavə etmişdir.

12. Məhkəmədə iclasında Cavabdeh4 qarşılıqlı iddianı müdafiə edib ilk iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, hal-hazırda uşaqları ilə birlikdə mübahisəli ünvanda yaşayır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliy i müəyyən edilmiş həyat yoldaşı Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 3 ünvanında 2 nömrəli 3 otaqlı mənzil verilmişdir. Hal-hazırda orada yaşayış yoxdur, mənzil kirayəyə də verilməmişdir. Lakin, arabir həmin mənzilinə baş çəkir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X16 izahatında bildirmişdir ki, İddiaçı və YYY onun dayılarıdır. Cavabdeh4 isə dayısı YYYin gəlinidir. Mübahisəli ünvan olan ünvan 8rək Məmməd Vəliyev və YYY ailəsi ilə birlikdə orada yaşamışdır. Məmməd Vəliyev 1974-cü ildə özünün bir otaqlı evini İddiaçı verərək öz ata evində yaşamağa getmişdir. Dayısı İddiaçı sonradan mübahisəli ünvanın ona məxs us olması ilə bağlı çıxarış almışdır.

14. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 izahatında bildirmişdir ki, tərəflərin qonşusudur və 1971-ci ildən orada yaşayır. Mübahisəli ünvanda mərhum YYYin və digər qardaşları ailə üzvləri yaşayırlar. İddiaçı Bayan küçəsinə köçəndən bəri mübahisəli evdə yaşadığını görmüşdür. YYY vəfat etdikdən sonra onun oğlu Müşfiq ilə əmisi İddiaçı arasında Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı fərdi yaşayış evi ilə bağlı mübahisə yaranmışdır.

15. Gəncə Şəhər Məhkəməsinin 2(125)-262/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zaman İmanov) ilk iddianın təmin edilməsi, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus Gəncə şəhəri, Bayan küçəsi, 5-ci döngə, 3 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ilk iddia üz rə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli ev üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli evin qanuni sahibinin digər ailə üzvləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, həmçinin cavabdehlər İddiaçı ailə üzvü hesab olunmadığından onların mübahisəli evin yaşayış sahəsindən istifadə etmək hüququ yaranmamışdır.

17. Məhkəmə, həmçinin qeyd etmişdir ki, İddiaçı ilə cavabdehlər arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma da mövcud deyildir.

18. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Cavabdeh1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstit usiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli sərəncamının icrası çərçivəsində ünvan 3 ünvanında üçotaqlı 2 nömrəli mənzil verilmişdir. Başqa sözlə, mərhum Cavabdeh1 ailə üzvləri olan cavabdehlər yaşayış sahəsi ilə də təmin olunmuşlar. Bu da onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış sahəsi ilə təmin olunması məsələsi də həll edildiyindən iddiaçının qanuni sahibliyində olan fərdi yaşayış evindən cavabdehlərin çıxmaması İddiaçı mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.

19. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə hesab etmişdir ki, mübahisəli evə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olu b, həmin evə dair verilmiş Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 943 saylı sərəncamı və Gəncə şəhər baş memarının razılaşdırılmış esksiz-layihəsindən törənmişdir. Buna görə də mübahisəli evə dair verilmiş sərəncam və Gəncə şəhər baş memarının razılaşdırılmış eksiz-layihəsi mübahisələndirilmədiyi üçün törəmə hüquq münasibəti olan mübahisəli evə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir.

20. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ hissə), 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 157.8, 228, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 7 7.1, 107, 119.1-ci maddələrinə, “İnsan Hüquqlarının və X13 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2- ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 30 noyabr 2018-ci il tarixli, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X13 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pr esedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarlarına istinad etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

21. Cavabdeh2 və Cavabdeh4 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

22. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamışdır.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1148/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, şikayətin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur.

26. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 (İ və İİ hissələr), 29, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 152.1, 152.5, 157.2, 157.4, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1, 217.3, 218.1, 384-cü maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh2 və Cavabdeh4 (Vəkil2) birgə kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

28. Kassatorlar şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiya məhkəməsi ünvan 5 fərdi yaşayış evinin kim tərəfindən və kim üçün tikilməsini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə İddiaçı həmin evin tikintisinin başa çatdıq dan nə qədər sonra həmin evə gəlməsi, onun Kirovabad şəhəri Stalin adlı kolxozda heç vaxt işləməməsini araşdırmamışdır. Həmçinin, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində həmin mübahisəli evin bir hissəsinin 1960-cı ildən sonra Cavabdeh4 qayınatası və mərhum əri tərəfindən tikilməsi, həmin evin bir hissəsində onların yaşadıqları evin qaz, işıq, su pulunun ödənilməsi, həmin evin 1960-cı ildən iki hissəyə ayrılaraq giriş-çıxışının ayrı olmasını nəzərə almamış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi isə heç bir araşdırma aparmadan həm Azərbaycan Respublikasının Konstitusiyası ilə, həm də qanunvericiliklə qorunan hüquqlarını pozan qətnamə çıxarmışdır.

29. Kassatorlar şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 6.1.4, 152.2, 152.5, 157.2, 157.8, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddələrinə istinad etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 13 (İİ hissə). Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

33. Maddə 29 (İ hissə). Hər kəsin mülkiyyət hüququ vardır.

34. Maddə 29 (İİ hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

35. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

36. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

37. Maddə 30.4. Əgər yaşayış sah əsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

40. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etira zın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

41. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, y axud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolu

45. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mül ki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına i stinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏ Rİ

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

62. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “13” “iyun” “2023”-cü il tarixli 2(104)-1148/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar