Məhkəmə qərarları › İş №2(102)-5320/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5320/2020

30.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5320/2020 30.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)1551/2020 saylı qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Neftçala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.Z.Fərhadov, iş № 2(053)-199/20) İddiaçı cavabdeh X1 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilərək iddiaçının ünvan 1 ünvanda yerləşən iki otaqdan ibarət olan iki nömrəli mənzilə köçürülməsi qət ed ilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Z.B.Babayev, Q.B.Kərimov və N.F.Mirzəyev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər xx xxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Neftçala Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Neftçala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2013-cü il tarixli, 18 saylı sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahələrinə kirayə müqavilələrinin bağlanması barədə sərəncama əs asən N ünvanda inşa olunmuş iki mərtəbəli 16 mənzilli yaşayış binasının birinci mərtəbəsində iki otaqdan ibarət ümumi sahəsi 80,224 kv. m, faydalı sahəsi 39,78 kv.m olan iki nömrəli mənzil İddiaçı dörd nəfərdən ibarət olan ailə tərkibində verilmişdir. 2020-ci ilin fevral ayında iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə münasibətləri pozulduqdan sonra bir müddət başqa yerdə yaşamasını, mənzilə qayıtmaq istəyərkən cavabdehin onu mənzilə buraxmamasını və s. əsas göstərərək N ünvanda yerləşən iki nömrəli mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli mənzil xüsusi mülkiyyət kimi heç kimin adına qeydiyyatdan keçməmiş, sosial kirayə müqaviləsi əsasında iddiaçıya ailə üzvləri ilə birlikdə verilmiş, o, ailə üzvləri ilə birlikdə həmin mənzilə köçərək orada yaşamış və birgə təsərrüfat aparmış, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması müəyyən edilməmiş və onun mənzili müvəqqəti tərk etməsi mənzildən istifadə hüququnun itirilməsinə səbəb olmamışdır. Apelyasiya instansiyası məhkəməsi haz ırkı mübahisəyə birinci instansiya məhkəməsi tərəfindən 2010-cu ildən sonra qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilərək mübahisənin həll edilməsini qanuni saymışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab ed ilə bilərlər.(68.1.) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.(68.2.) İddiaçı mübahisəli mənzilə istifadə hüququnu qanuni əsaslarla əldə etdiyindən o, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Göstərilən vəziyyətdə iddiaçının mənzilə köçürülməsi qanuni və əsaslı olduğundan kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əs asən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar