Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5321/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi bar ədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon məhkəməsinə müraciət etmişdir. Lənkəran rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Rzayev, iş 2(049)-3759/2018) iddia təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərovvə F.Abbasov, iş № 2(106)-717/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı (apelyasiya şikayətinə) münasibətdə mübahisələndirilən hissədədəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əs aslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhk əmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yo xlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə görə, İddiaçı 03 noyabr 2015-ci il tarixdən “xxxx" məntəqəsində operator vəzifəsində işləyir. Azərinteltek QSC tətəfindən verilm iş 10 oktyabr 2018-ci il tarixli məktuba görə, Lənkəran rayonu “Qala” deyilən ərazidə “Ticarət nümayəndəsi (agent) haqqında” müqaviləyə əsasən 104149 saylı “xxxx” satış məntəqəsi fəaliyyət göstərməkdədir. Qeyd olunan “xxxx” idman mərc oyunları satış məntəqəsində 06 may 2018-ci il tarixində İngiltərə premyer liqasında keçirilən “Çelsi- Liverpul” oynuna ardıcıllıqla 8 ədəd (hər biri 500 manat dəyərində) mərc qoyuluşu edilmişdir. Mərc qoyuluşunu təsdiq edən mərc biletləri yalnız bir dəfə çap olunaraq mərc qoyuluşu edən şəxsə verilir. Bundan başqa bu biletin çap edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə mərc bileti - aidiyyəti oyuna və ya oyunlara iştirak hüququ verən, terminal vasitəsilə çap edilən, operatora ödənilən pul vəsaitini özündə əks etdirən və uduşl u olduğu halda, operatordan əvvəlcədən bəyan edilən meyarlar əsasında hesablanan pul mükafatını almaq hüququnu təsdiqləyən sənəddir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəllənin 1083.1-ci maddəsinə əsasən oyunlar və mərclər hər hansı təsərrüfat məqsədi daşımayan müqavilələrdir, onlara əsasən iştirakçılar qismən də olsa, qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan mənfəət götürür və ya zərər çəkirlər. Bu fəslin müddəaları törəmə maliyyə alətlərinə şamil edilmir Həmin Məcəllənin 1084-cü maddəsinə əsasən oyun və mərc üzrə heç bir tələb əmələ gəlmir. Həmin Məcəllənin 1085.1-ci maddəsinə əsasən oyun və mərc prosesində könüllü verilmiş ödənişlər geri tələb edilə bilməz. Həmin Məcəllənin 1085.2-ci maddəsinə əsasən oyunda və ya mərcdə uduzulan məbləği ödəmək məqsədi ilə oyunçunun və ya mərc gələnin imzaladığı, mövcud borcun etirafına dair müqavilə və ya qiymətli kağız, onun verilməsinə baxmayaraq, reallaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2010-cu il tarixli 153 nömrəli qərarı ilə təsdiq edilmiş idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010cu il 31 may tarixli, 1019-lllQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu i! 10 iyun tarixli, 282 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində keçirilən idman mərc oyunlarının təşkili və oynanılmasının şərtlərini, bu oyunların operatorunu n və iştirakçılarının hüquq və vəzifələrini tənzimləyir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən idman mərc oyunları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (bundan sonra — nazirlik) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - operator) tərəfindən həyata keçirilir. Həmin qaydaların 2.8-ci bəndinə əsasən iştirakçılar tərəfindən üzərində yerləşdirilmiş xanaları, arxa tərəfində yazılmış təlimata uyğun olaraq, işarələmək yolu ilə mərc oyunlarının oynanması üçün nəzərdə tutulmuş və operator tərəfindən xüsusi formada çap olunmuş vərəqə kupon hesab olunur. Həmin qaydaların 2.11.1-ci bəndinə əsasən operatorla bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərən və mərc oyununun iştirakçıları ilə ope rator arasındakı bütün əlaqələri stasionar terminallar vasitəsilə mərkəzi mərc sisteminə bağlı olaraq təmin edən hüquqi və ya fiziki şəxs mərc oyunlarının satıcısı hesab olunur. Həmin qaydaların 5.1.1-ci bəndinə əsasən mərc oyunlarının Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarına uyğun olaraq təşkili və keçirilməsini həyata keçirmək operatorun vəzifəsidir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərin ə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillə ri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikay ətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5321/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5321/2019
02.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver