Məhkəmə qərarları › İş №2(102)-5324/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5324/2019

27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5324/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 27 avqust 2019-cu il İŞ№2(102) 5324 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnun katibliyi, İddiaçı1, İddiaçı2, nümayəndəsi X5, cavabdeh X1nun, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-ya və X2 qarşı hərrac qərarının, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Mə hkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Qasımov) İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası ƏMDK-ya və X2 qarşı hərrac qərarının, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Soltanov, hakimlər İ.Əhmədov və R.Cəfərov) Salyan rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti ilə Azərbaycan Resp ublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı1 və İddiaçı2 X1 və Azərbaycan Respublikası ƏMDK yanında 7 saylı Şirvan Regional İdarəsinə qarşı hərrac qərarının, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv olunması tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan Salyan rayonunun, Kürsəngi kəndində yerləşən 100 nəfərlik yeməkxana binası dövlət mülkiyyətində olmuşdur. ƏMDK həmin əmlakı satışa çıxarmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin tələblərinə riayət edərək hərracın keçirilməsinə bir ay qalmış öz orqanı olan “Mülkiyyət” qəzetində müvafiq elanlar yerləşdirmişdir. Cavabdeh X1 hərracın keçirilməsində iştirak etmək üçün beh qismində 2520 manat ödəniş etmiş, hərracın qalibi olmuş və onunla hərr acın təşkilatçısı arasında hərracın keçirildiyi 28.03.2017-ci il tarixdə hərracın nəticələri haqqında 01 nömrəli protokol imzalanmışdır. Həmin protokol əsasında cavabdeh X1 sözügedən obyektə dair RX seriyalı, ******* nömrəli Çıxarış almış və bununla da həmin obyektə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdi rilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokolu daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçılar iddia tələblərini və qətnamədən verdikləri şikayətləri onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan obyekti (yeməkxananı) satın almaqda onlar üstünlük hüququna malik olmuşlar. Belə ki, onlar bir müddət əmək müqavilsəi əsasında həmin yeməkxanada işləmiş, lakin sonralar ərazidə Nett Şirkəti tərəfindən aparılan qazma işləri dayandırıldığı üçün onlarla bağlanmış əmək m üqaviləsinə xitam verilmişdir. Lakin bundan sonra da onlar həmin yeməkxananı təmir etmiş və təmirə 20.000 manat pul xərcləmişlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların qeyd etdikləri dəlillərə hüquqi qiymət verməklə düzgün olaraq hesab etmişdir ki, həmin dəlillər təsdiq edildiyi təqdirdə də mübahisəli əmlaka dair onların üstünlük hüququna və göstərilən hala əsasən iddianın təmin edilməsinə əsas vermir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikas ı MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Aslan Kalbalıyev Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar