Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5324/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5324/20 (Açar sözlər: pul tələbi, iddianın qismən sübuta yetirilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(106)-137/2020 nömrəli qətnaməs indən İddiaçı verdiyi kassasiya şikayətinə 30 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İ İddiaçı və Cavabdeh ilə 15-16 il əvvəl Bakı şəhəri, 8-ci kilometr bazarında meyvə-tərəvəz alveri edən zaman tanış olublar.
2. İddiaçının cavabdehlə arasında şifahi razılaşmaya əsasən iddiaçı Türkiyədən mallar gətirməli, cavabdeh isə gətirilən malları “X2” satmalı olmuşdur. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan borclu olduğu 180000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbinin həcmini artırıb, Cavabdeh ona borclu olduğu 180000 manat pulun, eləcə də qətnamə çıxarı ldığı günə olan bank uçot dərəcəsi nəzərə alınmaqla 180000 manat əsas borcun faizi, mənəvi zıyan olaraq 15000 manat, əldən çıxmış fayda kimi 60000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
5. Daha sonra iddiaçı məhkəməyə teleqram vuraraq iddia tələbinin artırılması barədə verdiyi ərizəsində qeyd etdiyi əldən çıxmış fayda olaraq 60000 manat pulun ona vurulmuş ziyan kimi oxunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdehlə 8-ci km bazarında meyvətərəvəz alveri ilə məşğul olub. İddiaçı 15-16 il əvvəl cavabdehlə həmin bazarda tanış olub. Sonradan hər ikisi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində alver etmişlər. 7. 2015 ci ilin fevral ayında cavabdeh iddiaçının istifadəsində olan mobil te lefona zəng edərək onunla şərik işləmək istədiyini bildirmişdir. Cavabdeh demişdir ki, iddiaçı pul qoyub meyvə tərəvəz gətirsin, özü isə satışı həyata keçirsin, mal satıldıqdan və malın mayası götürüldükdən sonra qazancı yarı böləcəklər.
8. Aralarında olan şifahi razılaşmaya əsasən, iddiaçı Türkiyədən meyvə-tərəvəz gətirməli, cavabdeh isə həmin malları X2 satmalı idi.
9. İddiaçı dayısı oğlu X4 ilə birlikdə xx xxxx 2015- ci il tarixdə Türkiyənin Trabzon şəhərinə getmiş özü ilə 60.000 ABŞ dolları pul götürmüşdür ki, meyvə tərəvəz alıb Azərbaycana gətirsin.
10. Orada iddiaçı ilk olaraq 16552 ABŞ dolları dəyərində pomior, şirin və acı bilər, gül kələmi, mandarin, portağal almışdır. Həmin malların siyahısı, çəkisi və nə qədər ödəməsi ilə bağlı olan qaimələri iddiaçı istintaqa da təqdim etmişd ir. Orada 200 ABŞ dolları da fəhlələrə verməklə iddiaçı 42.674 ABŞ dollar xərcləmişdir. Həmin pulla Azərbaycana daha 2 etap mal alınacağı haqqında danışıqlar olmuşdur. Ona görə iddiaçı 16.552 ABŞ dolları dəyərində olan malı Trabzondan Gürcüstana işləyən yük maşınına yükləyib Azərbaycanın Balakən sərhəddinə gətirmiş, qalan 2 etap gətirləcək malı Emil gətirməli olmuşdur.
11. İddiaçının gətirdiyi mal təxminən 15 ton olmuş, Balakən sərhəddində hər bir tonuna 720 ABŞ dolları gömrük rüsumu verməklə 10.800 ABŞ dolları pulu gömrük rüsumu qismində vermişdir. Orada Gürcüstan maşınından mallar boşaldılmış, iddiaçı həmin malı Balakən-Bakı marşrutu üzrə işləyən yük maşınlarından birinə yükləyərək Bakı şəhərinə, “Meyvəli” ticarət mərkəzinə gətirib cavabdehə təhvil vermişdir.
12. Emil də isə öz növbəsind ə xx xxxx 2015-ci il tarixdə daha bir reys meyvətərəvəzlə yüklü maşını Trabzondan Balakənə göndərmişdir. İddiaçı həmin maşını Balakəndə qarşılamış, yenə həmin malın gömrüyünə təqribən 10.000 ABŞ dolları pul ödəmiş və ikinci gələn mal 13.575 ABŞ dolları dəyərində olmuşdur.
13. İddiaçı həmin malın qaiməsini istintaqa təqdim etmiş və həmin malı da gətirib Bakı şəhər “Meyvəli” ticarət mərkəzində cavabdehə təhvil vermişdir.
14. Üçüncü dəfə malı 2-3 gün sonra Emil Trabzondan göndərmiş və iddiaçı eyni qaydada malı Balakəndə qarşılamış, həmin mal 13900 ABŞ dolları dəyərində olmuşdur. İddiaçı həmin mala da təxminən 10.000 ABŞ dolları gömrük rüsumu ödəmiş və malı gətirib cavabdehə təhvil vermişdir. Bundan sonra iddiaçı 3 dəfə, iki səfərində 1.000 ABŞ dolları və bir səfərində 9.000 ABŞ dolları olma qla Gürcüstan yük maşınları ilə Emilə pul göndərmişdir ki, oradan mal alsın.
15. İddiaçı pulu Gürcüstan vətəndaşları Marat, Geno və adını xatırlamadığı qardaşı ilə birlikdə göndərmişdir. X1rkən cavabdeh iddiaçıya zəng edərək İftixar adlı şəxsin İzmirdən mal sifariş etdiyini, gömrüyə verməyə pulu olmadığını bildirmişdir. Bu səbəbdən iddiaçı 24 ton mandarini Trabzonda qarşılamışdır.
16. İddiaçı həmin yükü iki yük maşınına bölmüş, bir maşın 15 ton tutumlu olduğundan əvala olaraq da 5 ton pomidor da yükləmişdir. Pomidora təxminən 4.000 ABŞ dolları pul vermişdir.
17. Həmin pomidor bazardan alınmağı üçün qaimələri olmamış, həmin malların da təqribən 21.000 ABŞ dolları gömrük rüsumunu iddiaçı ödəyərək «Meyvəli» ticarət mərkəzinə gətirib cavabdehə təhvil vermişdir.
18. İddiaçı həmin maşınlarla bi rlikdə xx xxxx 2015-ci il tarixdə gəlmiş, cavabdehə malları təhvil verdikdən sonra cavabdeh göndərdiyi malın qazancından ona 3500 ABŞ dolları və 25000 manat pul göndərmişdi ki, yeni mal alıb gətirsin.
19. İddiaçı razılaşmış və cavabdehin verdiyi ünvana, Türkiyənin Antalya vilayətinin Dəmrə şəhərinə xx xxxx 2015-ci il tarixdə Emilə birlikdə getmişdir.
20. İddiaçı 25.000 manat və 3500 ABŞ dolları pulun üstünü düzəldərək Türkiyəyə 60000 ABŞ dolları pulla getmiş, Dəmrə şəhərindən iki reys mal almış, birinci reys 3.000 ABŞ dolları dəyərində, ikinci reys isə 23.050 ABŞ dolları dəyərində olmuşdur.
21. Həmin malların gömrük rüsumunu cavabdeh vermişdir. İddiaçı həmin malları da Bakı şəhərində cavabdehə təhvil vermişdir. Beləliklə, iddiaçı cavabdehə cəmi 160.877 ABŞ dolları dəyərində mal vermiş, həm in malın 43500 ABŞ dollar hissəsini iddiaçı Hikmətə verdiyi maldan gələn gəlirə, yəni 20000 manat və 25.000 ABŞ dollar olmaqla cavabdeh iddiaçıya qaytarmışdır.
22. Nəticədə cavabdehin iddiaçıya 117377 ABŞ dolları məbləğdə pul borcu qalmışdır. Lakin iddiaçının cavabdehlə olan hesabında həmin rəqəm 108.300 ABŞ dolları təşkil etmişdir.
23. İddiaçının cavabdehə göndərdiyi mallar satıldıqca, cavabdeh mallardan dövr edən pulu Emilə göndərmiş və Emil cavabdehə sonralar xx xxxx 2015-ci il tarixədək əlavə Türkiyədən mallar göndərmişdir. 24. 2016-cı ilin iyun ayında Emil Türkiyədən qayıtdıqdan sonra iddiaçı Emilə birlikdə cavabdehin yanına getmişdir ki, hesablarını bilsinlər. Hesablaşdıqdan sonra cavabdeh demişdir ki, 108.300 ABŞ dolları pul iddiaçının maya dəyəridir. 78.000 ABŞ dolları xeyirləri ol muş, həmin puldan 4.500 ABŞ dolları Emilin pulu, aldığı 500 ABŞ dolları satıcının pulu, 8.500 ABŞ dolları pul isə anbar və sənədləşmə pulları olmaqla əlavə xərclər kimi çıxıldıqdan sonra xalis gəlirləri 60.000 ABŞ dolları olmuş, həmin pul hər ikisi arasında bölünəcəkdir.
25. Cavabdeh həmçinin bildirmişdir ki, xx xxxx 2015-ci ildə oğlunun toyundan sonra, eləcə də nisyədə olan malların pulunu yığdıqdan sonra iddiaçının pulunu verəcəkdir. İddiaçı cavabdehlə razılaşmışdır. Lakin toydan sonra cavabdehdən pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək nisyə olan pulları yığa bilmədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
26. İddiaçı cavabdehin nisyə mal satdığı şəxsləri tanımır, cavabdehin Çindən gətirdiyi zəncəfil ticarəti i lə heç bir əlaqəsi olmamışdır. Cavabdeh Çindən zəncəfil gətirmiş, lakin iflasa uğramışdır.
27. İddiaçı 2017-ci ildə Bakı şəhəri Qaradağ rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət edərək, cavabdehin onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirməsi barədə şikayət ərizəsi vermiş, həmin ərizə əsasında cavabdeh barəsində CM- nin 178.3.2 maddəsi ilə cinayət ilə başlamış və istintaq aparılmış, cavabdeh şübhəli şəxs kimi tutulub saxlandıqda ona olan 108.000 manat borcdan 40.000 manatını qaytarmış, cinayət işinə xitam verilmiş, qalan borcla bağlı məhkəməyə müraiciət etmək tövsiyyə olunmuşdur.
28. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 10, 389, 405.1, 424.5, 425.1-ci maddələrinə istinad etmişdir.
29. Dəymiş zərərin ödənilməsi barədə tərəflər arasında b ağlanmış xx xxxxxx 2017ci il tarixli protokolla iddiaçının cavabdehə vurduğu zərərin ümumi məbləği 80000 manat məbləğində olması müəyyən edilmiş, həmin ziyandan 40000 manat məbləğində pulu cavabdehin dostu Elman Heydərov iddiaçıya xx.xx.2017-ci il tarixdə qaytarmış, qalan 40000 manat pulu isə cavabdeh və Elman Heydərov 2017-ci ilin may ayının sonlarınadək hissə-hissə qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı həmin 40000 manat pulu və cavabdehlə Elman Heydərovun təkliflərini qəbul etmişdir.
30. Salyan Rayon Məhkəməsinin 2(057)-404/2019 saylı, 14 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Sərdar oğlundan əsas borc qismində 40000 (qırx min) manat, faiz borcu qismində 3500 (üç min beş yüz) manat, mənəvi ziyana görə 5000 (beş min) manat və vurulmuş zərərin əvəz o laraq 30900 (otuz min doqquz yüz) manat, cəmi 79400 (yetmiş doqquz min dörd yuz) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Muradağa Qasımov)
31. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qeyd etmişdir ki, protokol özü-özlüyündə yeni bir öhdəlikdir və həmin öhdəlikdə tərəflərin qarşılıqlı razılaşması əsasında cavabdehin iddiaçıya olan borcu 80000 manat məbləğində müəyyən edilmiş, həmin borcdan 40000 manat iddiaçıya qaytarılmış, qalan 40000 manat borcu cavabdeh və onun dostu 2017-ci ilin may ayının sonlarınadək, hissə- hissə qaytaracaqlarını öhdələrinə götürmüşlər. Lakin məhkəmə müəyyən etmişdir ki, cavabdeh və onun dostu həmin öhdəliyin şərtlərini pozaraq qalan 40000 manat pulu 2017-ci ilin may ayın ın sonunadək iddiaçıya qaytarmamışlar.
32. Birinci instansiya məhkəməsi 180000 manat əsas borc tələbi barədə iddianın tam subüt edilməməsinə, cavabdehə tərəfindən həmin məbləğin 80000 manat hissəsinin etiraf edilməsinə, 40000 manatın ödənilməsinə, yalnız 40000 manat pulun cavabdeh tərəfindən ödənilməməsinə istinad edərək, iddia tələbini əsas borc hissəsində 40000 manat hissədə təmin etmişdir.
33. Birinci instansiya məhkəməsi iddiaçının ikinci tələbi, yəni qətnamə çıxarıldığı günə bank uçot dərəcəsi nəzərə alınmaqla180000 manat əsas borcun faizinin tutulması tələbinin sübuta yetilməsini qeyd edib göstərmişdir ki, cavabdeh 2017-ci ilin may ayının sonlarından başlayaraq iddiaçının pul vəsaitlərini qanunsuz olaraq özündə saxlamaqla iddiaçını həmin puldan faydalanmaq hüququndan məhrum etmişdir. Bu gün üçün bank uçot dərəcəsi 8,75% təşkil edir.
34. Məhkəmə hesab etmişdir ki, cavabdeh 40000 manat məbləğin ödənilməsini gecikdirdiyinə görə gecikdirilmiş vaxt üçün, yəni 2017-ci ilin may ayının sonlarından indiki vaxtadək 2 il üçün illik 8,75 faiz hesablanmaqla, cavabdehdən iddiaçının xeyrinə 3500 manat (40 000 manat x 8,75%: 100 % = 3500 manat) məbləğində faiz borcu tutulmalıdır.
35. Mənəvi ziyan olaraq 15000 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı ona hansı məbləğdə mənəvi ziyan vurulmasına dair məhkəməyə sübut təqdim etmədiyi üçün, digər tərəfdən, cavabdeh tərəfindən pulun ödənilməməsi iddiaçının mənəvi sarsıntılar, əsəb keçirməsinə səbəb ola bildiyindən mövcud reallıq və təcrübə nəzərə alınaraq, iddia tələbi bu hissədə qismən təmin edilməklə, cava bdehdən iddiaçıya vurulmuş mənəvi ziyan qismində ağlabatan məbləğdə – 5000 manat məbləğində pul alınaraq, iddiaçıya verilməlidir.
36. Vurulmuş zərərin əvəzi olaraq 60000 manat məbləğində pul tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin ona 60000 manat məbləğində zərər vurduğunu göstərsə də, zərərin həmin məbləğdə olması inandırıcı deyil.
37. Birinci instansiya məhkəməsi cavabdehin istintaqa verdiyi ifadəsinə əsasən iddiaçının qoyduğu hər 100 manatın 43 manat gəlir gətirməsini müəyyən edərək, hesab etmişdir ki, cavabdeh 2017-ci ilin may ayının sonundan iddiaçının 40000 manat pulunu qaytarmamaqla, iddiaçıya həmin il 17200 manat (40000x43%=17200 manat) məbləğində zərər vurmuşdur. Həmçinin 2018-ci ildə nəzərə alınmaqla, iki il ərzində iddiaçıya ümumilikdə 34400 manat zərər v urulmuşdur. Həmin zərərdən faiz borcu olan 3500 manat çıxılmış və son olaraq məhkəmə cavabdehdən zərərin əvəzi olaraq 30900 manat məbləğində pul tutulmasını qət etmişdir.
38. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 385.1, 386.1, 404.1, 442, 443.1, 443.2, 443.3, 445.2.1, 448.1, 449.1, 449.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
39. Cavabdeh apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
40. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır kı, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir.
41. İddiaçının birinci tələbi əsassız olduğundan, qalan iddialar da əsas sızdır. Cavabdehin iddiaçıya borcu yoxdur.
42. İstintaq zamanı isə borc kimi tərtib edilmiş protokolda göstərilən Elman Heydərovu tanımır və elə protokola da imza etməmişdir. İddiaçı tərəfindən təqdim etmiş borcun ona aidiyyəti yoxdur, iddiaçı tərəfindən ona nə müqavilə əsasında, nə də qaimə faktura əsasında mal təhvil verilmişdir, ibtidai istintaq zamanı verdiyi ifadə isə borcun etiraf edilməsi deyil.
43. İddiaçı apelyasiya şikayətinə yazılı etiraz verib, etirazda işin faktiki hallarına istinad edilməklə, apelyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
44. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında tərəflərin imzaladıqları protokoldakı imzanın cavabdehə mə xsus olub-olmaması barədə sual qoyulmuşdur.
45. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 1465 nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, ********* nömrəli cinayət işinin 35-ci vərəqəsində olan dəymiş zərərin ödənilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli protokolda (kserosurəti 2(106)137/2020 nömrəli mülki işin 90-cı vərəqəsindən) “Cavabdeh” yazılarından əvvəl yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur.
46. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2020 il tarixli 2(106)-137/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(057)-404/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilmiş, Cavabdeh 40000 (qırx min) manat pulun alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 138 (bir yüz otuz səkkiz) manat pulun Cavabdeh tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İsmayıl Əhmədov)
47. Apelyasiya instansiyası məhkəməsi cavabdehin iştirakının təmin edilməməsini prosessual pozuntu kimi qiymətləndirib qətnaməni ləğv etmiş, iddiaya hüquqi qiymət verməklə yeni qətnamə çıxarmışdır.
48. Apelyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin arasında şərikli biznes əlaqələrindən qurulan münasibət olmuş, tərəflər arasında yaranmış mübahisə uzrə cinayət mühakimə icraatı zamanı araşdırma aparılarkən cavabdeh 80000 manat məbləğində iddiaçıya zərər vurduğunu etiraf etmiş, həmin pulun 40000 manatını cavabdeh id diaçıya ödəmiş, qalan 40000 manatı da qaytaracağına söz vermiş, bu barədə xx.xx.2017-ci il tarixli protokol tərtib edilmişdir.
49. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh həmin protokolda olan imzanın ona məxsusluğunu mübahisələndirsə də, keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası ilə imzanın cavabdehə məxsus olması təsdiq edilmişdir və bu da cavabdehin həmin tələbə qarşı etirazının formal mülahizədən ibarət olmasını göstərir.
50. Apelyasiya məhkəməsinin mövqeyinə görə 40000 manat hissəsində iddia tələbi əsaslıdır.
51. İddia tələbinin qətnamə çıxarıldığı günə olan bank uçot dərəcəsi nəzərə alınmaqla 180000 manat əsas borcun faizinin və zərərin əvəzi olaraq 60000 manat pulun tutulması tələb ilə bağlı apelyaisya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış ticarət münasi bətləri nəticəsində cavabdeh tərəfindən malların satılmasından əldə olunan pulun bir qismi iddiaçıya ödənilmiş, digər bir qismi isə nisyə verilmiş malların pulunun ala bilməməsi səbəbindən qaytarılmamışdır. Bu isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanma kimi qiymətləndirilə bilməz. Həmçinin tərəflər arasında yaranmış münasibətlər heç bir yazılı müqavilə ilə rəsmiləşdirilmədiyindən tərəflərin öhdəliklərinin nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır.
52. Buna görə də apelyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faiz və əldən çıxmış faydaya görə pul tələbinə dair hissəsi əsassız olduğundan təmin edilə bilməz
53. İddianın mənəvi zərərə görə pul tələbinə dair hissəsinə gəldikdə isə apelyasiya məhkəməsi qeyd etmişdir kı, bu tələb o halda əsaslı hesab edilə bilər ki, həqiqətən də cavabdehin əməli (hərəkəti və ya hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirməklə, mənəvi zərərə məruz qalsın. Bunun üçün iddiaçı mənəvi sarsıntı və iztirab keçirməklə, mənəvi zərərə məruz qalmasının nədə ifadə olunmasını sübut etməlidir. Lakin mənəvi zərər tələbi iddiaçının mülahizələrindən ibarət olmaqla, hər hansı əsaslı şübhə yaratmayan sübutlarla təsdiq edilmədiyindən əsassız hesab edilməlidir.
53. Apelyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 443.1, 448.1, 449.1, 449.3, Mülki Prosessual Məcəllənin 77.1, 134.1.4, 138.1, 138.3, 168.1, 173.1-ci maddələri ilə ə saslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
54. İddiaçı kassasiya şikayəti verib, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
55. Kassasiya şikayətində işin faktiki hallarına və apelyasiya İnstansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını pozmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
56. İddiaçının kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
57. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Muradopv Hidayət Musa oğl u kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini edilməsini xahiş etdilər.
58. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkilsiz iştirak etdiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borclu dur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərəri n əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissələrində mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini də apelyasiya məhkəməsinin qətnaməsinin həmin hissələri təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
63. İddia tələbi pulun qaytarılması barədə olmaqla öhdəliyin yerinə yetirilməməsindən ibarətdir. Tərəflər arasında biznes münasibəti və buradan cavabdehin iddiaçıya pul öhdəliyinin yaranması işin mübahisələndirilməyən halı kimi müəyyən olunub.
64. Qətnamədən görünür ki, apelyasiya məhkəməsi iddia tələbinin qətnamə çıxarıld ığı günə bank uçot dərəcəsi nəzərə alınmaqla 180000 manat əsas borcun faizinin və zərərin əvəzi olaraq 60000 manat pulun tutulması hissəsini ona görə rədd etmişdir ki, tərəflər arasında yaranmış ticarət münasibətləri nəticəsində cavabdeh tərəfindən malların satılmasından əldə olunan pulun bir qismi iddiaçıya ödənilmiş, digər bir qismi isə nisyə verilmiş malların pulunun ala bilməməsi səbəbindən qaytarılmamışdır. Bu isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanma kimi qiymətləndirilə bilməz.
65. İşin müəyyən edimiş bu halına uyğun olaraq iddianın qeyd edilən hissələrdə təmin edilməsi Mülki Məcəllənin 449.1-ci maddə sinin tələbləri baxımından istisna olunur.
66. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə al araq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.”
67. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Mülk i Məcəllənin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə iddiaçı onun pulundan cavabdehin gəlir əldə etməsi barədə hər hansı sübutu işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim etməmişdir.
68. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
69. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin tam sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini tam sübuta yetirə bi lmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı qismən – sübuta yetirilən hissədə təmin etmişdir.
70. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
71. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlillərini əsassız
72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020 il tarixli 2(106)137/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.