Məhkəmə qərarları › İş №2(102)-5325/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5325/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5325/2020 30.11.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5325/20 (Açar sözlər: pul tələbi, tələbin qismən sübuta yetirilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X1 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh1 qarşı “pul tələbi” nə dair mülki iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasi ya şikayətinə 30 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4 ha torpaq sahəsinin dəyərini ödəmiş, cavabdeh torpağı iddiaçının adına rəsmiləşdirməyə söz vermişdir.

2. Sonradan cavabdeh torpaq sahəsini iddiaçının adına sənədləşdirməkdən imtina etmişdir. a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə Cəlilabad rayon məhkəməsinə müraciət edərək, Cavabdeh1 4 ha torpaq sahəsinin adına sənədləşdirilməsi və ya torpağa görə 17000 manat, dövlət rüsumuna görə 30 manat pulu n alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbinin həcminin azaltmış Cavabdeh1 torpağa görə verdiyi 12000 (on iki min) manat pulun, 8 ton arpanın dəyəri olan 1600 (bir min altı yüz) manat pulun, 1600 (bir min altı vüz) ABŞ dollarının və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 iddiaçının dayısı oğludur. Cavabdeh Cəlilabad rayonunun Təzəkənd kəndində yaşayır. 6. 2014-cü ildə cavabdeh əkin üçün yararlı olan 4 ha torpaq sahəsini iddiaçıya 12000 manata satmışdır. Bundan başqa, iddiaçı torpağa görə cavabdehə 1600 manat dəyərində 8 ton arpa, daha sonra isə əlavə olaraq 1600 ABŞ dolları pul vermişdir. Ümumilikdə iddiaçı cavabdehə 17000 manat pul v ermişdir ki, cavabdeh də bunun müqabilində 4 ha torpaq sahəsini iddiaçının adına rəsmişləşdirməli idi.

7. Lakin bu günədək cavabdeh torpağı iddiaçının adına rəsmiləşdirməyib. etməmişdir. Dəfələrlə tələb etsə də, cavabdeh aldığı pulları da geri qaytarmamışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 425, 443.1, 445.1-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh1 birinci instansiya məhkəməsinə ərizə verərək, iddianı qismən etiraf etmişdir.

10. Cavabdeh ərizəsində göstərib ki, iddiaçıdan 4 ha torpaq sahəsinə görə 6400 manat pul almış, daha sonra iddiaçı ona həmin torpağa görə bir kiloqramı 0.20 qəpikdən olmaqla 800 manat dəyərində 4 ton arpa vermişdir

11. Bundan əlavə həmin torpaq sahəsinə görə iddiaçı ona Zaur adlı şəxsin vasitəsi ilə 1600 (bir min altı yüz) manat pul vermiş, lakin həmin pul iddiaçıya deyil, Zaur adlı şəxsə məxsus olmuşdur.

12. Torpaq sahəsinə görə iddiaçı tərəfindən ona (cavabdehə) verilmiş 6 400 manat pulu və arpanın dəyəri olan 800 (səkkiz yüz) manat pulu iddiaçıya, 1600 manat pulu isə Zaur adlı şəxsə qaytarmağa razıdır.

13. Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli 2(073)-381/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək, Cavabdeh1 12000 (on iki min) manat pulun, 8 (səkkiz) ton arpanın əvəzi olaraq ödənilmiş 1600 (bir min altı yüz) manat pulun, 1600 (bir min altı yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsinin və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Qalib Paşayev)

14. Birinci instansiya məhkəməsi tərəflərin izahatı və şahidlərin ifadələrinə qiymət ve rib müəyyən etmişdir ki, cavabdeh özünün və ailə üzvlərinin mülkiyyətində olan Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçıya satmış, həmin torpağa görə iddiaçıdan 12000 (on iki min) manat pul, 1600 (bir min altı yüz) manat dəyərində 8 ton arpa və 1600 (bir min altı yüz) ABŞ dolları almış və həmin torpaq sahəsini iddiaçının adma rəsmiləşdirəcəyinə söz versə də, torpaq sahəsini iddiaçının adına rəsmiləşdirməmiş, həmçinin ondan aldığı pulu da geri qaytarmamışdır.

15. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2 maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh Cavabdeh1 apelyasiya şika yəti verib, qətnamənin ləğv, yeni qətnamə şəxarılmasını xahiş edib.

18. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, cavabdeh torpaq sahəsini satmayıb, həmin torpaq sahəsini iddiaçıya icarəyə verib, bunun müqabilində 7 il torpaqdan istifadəyə görə 6400 manat məbləğində pul, əlavə 1 il də istifadə etməkdən ötrü 8 ton arpa və 1500 manat məbləğində pul alıb. Həmin pul məbləği icarə haqqı kimi hesablanmalıdır.

19. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2020 nömrəli,16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-381 /2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Təvəkkül oğlundan 7200 (yeddi min iki yüz) manat və 12 (on iki) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov, İsmayıl Əhmədov)

20. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbləri üzrə toplanmış sübutlar düzgün qiymətləndiilməyib, işin faktiki halları düzgün müəyyənləşdirilməyib, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edilməyib.

21. Apelyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, işdə olan sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında mübahisəli torpaq sahəsinə dair razılaşma olmuşdur. Həmin razılaşmaya əsasən torpaq sahəsi iddiaçıya v erilməli, sonuncu isə razılaşmalarına uyğun olaraq pul məbləğini cavabdehə verməli idi. İddiaçı həmin razılaşma üzrə cavabdehə 12000 manat pul, 1600 manat dəyərində 8 ton arpa və iddiaçının şəriki Zaur Mirzəyev tərəfindən 1600 ABŞ dolları məbləğində pulun verildiyi, cavabdeh isə əksinə, iddiaçının ona 6400 manat məbləğində pul və çəkisi 0,20 qəpikdən olmaqla 800 manat dəyərində 4 ton arpa verildiyini, 1600 ABŞ dolları məbləğində pulun iddiaçı deyil, Zaur Mirzəyev tərəfindən 1600 manat məbləğində verildiyini, onu da sonuncuya qaytarmağa hazır olduğunu bildirmişdir.

22. Apelyasiya instansiyası həmçinin müəyyən etmişdir ki, iddiaçının cavabdehə verdiyi pul məbləği cavabdeh tərəfindən 6400 manat hissəsində və çəkisi 0,20 qəpikdən olmaqla 800 manat dəyərində 4 ton arpa verilməsi hissəsində etir af olunur. Zaur Mirzəyev tərəfindən verilmiş 1600 ABŞ dolları pul məbləği Z Mirzəyev tərəfindən 1600 manat şəklində cavabdehə verildiyi, cavabdeh də isə həmin pul məbləğinin iddiaçının deyil, Z.Mirzəyevin tərəfindən verildiyindən sonuncuya qaytarmağa hazır olduğunu etiraf edir.

23. Apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında torpaq sahəsinin satılmasına görə razılaşmaya uyğun olaraq verilmiş pul məbləğinə dair iş üzrə tədqiq edilmiş sübutlar əsaslı şübhə yaratmayan sübut kimi yetərli olmadığından, lakin iddia tələbi üzrə göstərilən xüsusatlar cavabdeh tərəfindən qismən etiraf edildiyindən, həmin etiraf (6400 manat məbləğində pulun və 0.20 qəpikdən 4 on arpa olmaqla 800 manat məbləğində pulun alınması) hissəsində əsaslı hesab ed illməlidir.

24. Apelyasiyanın mövqeyinə görə cavabdehin etiraf etdiyi pul məbləği cavabdehə torpaq sahəsinin satılmasına görə verilib, cavabdeh həmin torpaq sahəsini satmaqdan imtina edib. Pul məbləğinin cavabdehdə qalması hər hansı hüquqi əsası olmadan cavabdehin əmlak vəziyyətini yaxşılaşdırmaqla iddiaçını həmin pul məbləğindən məhrum etmiş olur. Cavabdehin torpaq sahəsinin iddiaçının xeyrinə özgəninkiləşdirilməsinə dair razılaşma əsasında üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, həmin torpaq sahəsinin özgəninkiləşdirilməsinə görə verilmiş pul məbləği də (6400 manat + 800 manat=7200 manat) cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

25. Apelyasiya instansiyası 1600 ABŞ dolları hissəsində iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iş üzrə şahid kimi dindirilmiş Zaur Mirzəyev tərəfi ndən verilmiş həmin pul məbləği cavabdeh tərəfindən alınması etiraf olunsa da, həmin pul məbləği tərəflərin deyil, Z.Mirzəyevlə cavabdehin razılaşması əsasında sonuncuya verildiyindən, həmin pul məbləğinin də geri tələb etmək hüququ iddiaçının deyil, Z.Mirzəyevin olduğundan, həmin pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya verilməsi əsaslı hesab edilə bilməz.

26. Apelyasiya instansiyası öz mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2, 1092.2, 1093.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxar ılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayətində göstərilmişdir ki, cavabdeh iddiaçının ondan torpaq sahəsini aldığını və iddiaçının ona pul və arpa məhsulu verdiyini təsdiq edir. Yalnız cavabdeh maddi məsuliyyətini yüngülləşdirmək üçün aldığı pul məbləğini və arpa məhsulunun çəkisini azaldır. Əgər apelyasiya instansiyası ədalətli, müqayisəli şəkildə araşdırma aparsaydı, iddia tələbinin haqlı olması nəticəsinə gələrdi. Həmçinin torpağa görə 1600 ABŞ dolları pulun iddiaçının adından Zaur adlı şəxsin cavabdehə verməsi təsdiqini tapsa da, məhkəmə səhvən belə qənaətə gəlmişdir ki, həmin pul Zaur adlı şəxslə cavabdeh arasında olan borc münasibətidir.

29. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı

30. İddiaçı və onun vəkili Vəkil kollegiyanın iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsinin xahiş etdilər.

31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091 1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır kı hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir kı bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır kı bu cur varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərim məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1 Əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən [məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini gen tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan subut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

34. İddia tələbi iddiaçının cavabdehə torpaq sahəsini almaq üçün verdiyi pulun qaytarılması barədədir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinə görə cavabdehə 12000 manat pul, 1600 manat dəyərində 8 ton arpa verdiyini bildirsə də, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçı tələbini həmin həcmdə sübut edə bilməmişdir.

36. Apelyasiya məhkəməsi iddia tələbini 7200 manat həcmdə təmin edərkən, iddianın cavabdeh tərəfindən məhz həmin hissədə təmin etiraf edilməsinə istinad etmişdir. Belə ki, cavabdeh iddiaçının verdiyi pul məbləğinin 6400 manat hissəsini və çəkisi 0,20 qəpikdən olmaqla 4 ton arpa verilməsi (800 manat dəyərində) hissəsini etiraf etmişdir.

37. Mə hkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

38. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin tam sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini tam sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianı qismən – cavabdehin etiraf etdiyi sübuta yetirilən hissədə təmin etmişdir. 39. 1600 ABŞ dolları hissəsində iddia tələbinə gəldikdə, apelyasiya məhkəməsinin həmin hissədə müəyyən etdiyi işin hallarına görə iş üzrə şahid kimi dindirilmiş Zaur Mir zəyev tərəfindən verilmiş həmin pul məbləği 1600 manat şəklində olmuş və həmin pul məbləği iddiaçı ilə cavabdehin deyil, Z.Mirzəyevlə cavabdehin razılaşması əsasında sonuncuya verilmişdir. Belə olan halda da, apelyasiyanın mövqeyinə görə pul məbləğini də geri tələb etmək hüququ da iddiaçıya deyil, Z.Mirzəyevə məxsusdur.

40. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddia tələbi üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

41. Apelyasiya məhkəməsi bütün sübutları, o cümlədən şahid ifadələrini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

42. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozul ması barədə kassasiya şikayətinin dəlillərini əsassız sayır.

43. Kassasiya şikayətinin digər dəlilləri isə işin faktiki halları ilə əlaqəlidir. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı oğlunun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-949/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar