Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5329/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarılmaları” tələbinə dair ilkin və iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçınə qarşı “xidməti mənzildə istifadə hüquqlarının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: xidməti mənzilə hüquqların yaranması, xidməti mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Ar az Əhməd oğlunun katibliyi ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1204/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən yaşayış binasının 56 nömrəli mənzili xidməti mənzil fonduna aiddir. İddiaçı Başçısının aparatı yanında Mənzil komissiyasının 3/1 nömrəli xx xxxx 2003cü il tarixli qərarı və İddiaçı Başçısının 154 nömrəli xx xxxx 2003-cü il tarixli sərəncamı ilə ünvan 1 saylı evdə yaşayış sahəsi 34,5 kv.metr olan iki otaqlı 56 saylı mənzil 5 nəfər ailə üzvü ilə rayon Hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X1 istifadəsinə veril mişdir. Cavabdeh1 və ailə üzvləri 2004-cü ildən hazıradək ünvan 1 saylı evdə olan iki otaqlı 56 saylı mənzildə faktiki yaşayırlar. Cavabdeh1 xx xxxxxxxx 2003-cü il tarixdən xx xxx 2012-ci il tarixədək keçmiş Zaqatala rayon Hərbi Komissarlığında, xx xxx 2012-ci il tarixdən xx xxxxxx 2014-cu il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hərbi xidmət keçmişdir. Cavabdeh1 hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən hərbi travma almış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsinə dair sistem çıxarışına əsasən ikinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsini n İddiaçı Başçısına ünvanlandığı xx xxxxxx 2019-cu il tarixli 737 nömrəli məktuba əsasən həmin Xidmətin Zaqatala rayon şöbəsinin hərbi qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. İddiaçı balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 3 ünvanda yerləşən mənzillərdə hal hazırda şöbənin keçmiş əməkdaşları müvəqqəti yaşayırlar. Həmin yaşayış sahələrinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsində hazırda xidmət edən əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli 8/1614/N16/2 nömrəli məktuba əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsi 2019-cu il 21 avqust tarixli, 737 nömrəli məktubla RİH-ə müraciət edərək, RİH-in balansında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zaqatala Rayon şöbəsinin xidməti istifadəsinə verilmiş ünvan 5 ünvanlarında yerləşən mənzillərə şöbənin yeni əməkdaşlarının köçürülməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Buna görə də Rayon İcra Hakimiyyəti həmin mənzillərdə yaşayan, Hərbi Komissarlıqda işləmiş, hazırda tərxis olunmuş şəxslərin ailələrinin xidməti mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1, mənzil 56-dan xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı balansında olan ünvan 1 xidməti yaşayış sahəsi kimi İddiaçı Başçısının x xxxx 2003-cü il tarixli 154 saylı sərəncamı ilə 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərmiş Zaqatala rayon Hərbi Komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləyən X3 verilmişdir. X6 uzun illər əvvəl Zaqatala rayon Hərbi Komissarlığından işdən və eyni zamanda mənzildən çıxmışdır. Lakin Cavabdeh1 heç bir sərəncam olmadan həmin ünvanda yerləşən xidməti mənzilə girərək həmin mənzildə ailəsi ilə yaşamışdır. Sonuncu xx xxxxxx 2014-cü il tarixdə Hərbi Komissarlıqdan işdən azad edilsə də, mənzili boşaltmamışdır. Dəfələrlə ondan mənzili boşaltması tələb olunsa da, sonuncu bu tələbə heç bir müsbət münasibət bildirməmişdir. İddiaçılar Cavabdeh1, X9, Cavabdeh4 və Cavabdeh3 cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 56-dən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 2003-cü ilin sentyabr ayında xidməti vəzifəsi ilə əlaqədar Müdafiə Nazirinin müvafiq əmri ilə Zaqatala rayon hərbi komissarının müavini vəzifəsinə təyin edilmişdir. O, 2005-ci ili n mart ayına qədər Zaqatala şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamış, 2005-ci ilin mart ayında Zaqatala rayon hərbi komissarının göstərişinə əsasən ünvan 6 ünvanında yerləşən xidməti mənzilə köçmüşdür. Komissarlığın rəhbərliyi Rayon İcra Hakimiyyəti tərəfindən ona order veriləcəyini bildirmişdir. Onlar 14 ildir ki, bu mənzildə yaşayırlar. Cavabdeh1 ehtiyatda olan mayor rütbəsini daşıyır, Azərbaycan Silahlı Qüvvələrində 30 il xidmət etmişdir, xidməti vəzifələrini yerinə yetirərkən İİ qrup əlillik almışdır. Cavabdeh4 hərbi qulluqçudur, X7 3-cü kursunda təhsil alır. Cavabdeh1 və ailəsinin daimi və ya müvəqqəti yaşayış yerləri yoxdur. Lakin İddiaçı bütün bunlara baxmayaraq onu xidməti yaşayış sahəsindən digər yaşayış sahəsi verilmədən çıxarmaq istəyir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx xx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) ilkin iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 56-dan, xidməti yaşayış sahəsindən, digər yaşayış sahəsi verilmədən çıxarılmaları, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçılar Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçınə qarşı xidməti mənzildə istifadə hüquqlarının tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xidməti mənzil fonduna aid və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin sərəncamında olan ünvan 1 nömrəli evin 56 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X9, C avabdeh3 və Cavabdeh4 qanuni əsaslar olmadan istifadə etmişlər. b) Apelyasiya instansiyası məhkəməsində icraat İlkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1204/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.H.Şükürovun sədrliyi və məruzəsi ilə, hakimlər A.M.Eyvazovdan və R.Ə.Əliyevdən ibarət tərkibdə) cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(033)-83/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmiş, apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd etmişdir ki, mübahisələndirilən mənzil Cavabdeh1 deyil, 2003-cü ildə rayon hərbi komissarlığında çağırış bölməsinin rəisi vəzifəsində işləmiş X1 istifadəsinə verilmiş və cavabdehə yaşayış sahəsindən istifadə üçün order verilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixl i, 2(107)-1204/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuşlar. Belə ki, hər hansı sənəd olmasa da, 2004-cü ildən cavabdehlərin mənzildə yaşamaları ilə bağlı Mənzil İstismar İdarəsində qeydiyyat aparılmış, mübahisə yaranana qədər mənzilin aylıq kirayə haqlarını cavabdehlər ödəmişlər, kommunal xidmətlərin sayğacı cavabdehlərin adına olmuşdur. Bu onu göstərir ki, cavabdehlərin mənzildən istifadələri qanuni olmuşdur. Məhkəmələr İddiaçı iddia ilə bağlı məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olub-olmamasını a raşdırmamışlar. İddiaçı qeyd olunan mənzilin xidməti yaşayış sahəsi sırasına aid olmasını iddia etsə də, bununla bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmələr mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci maddəsinin və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, üçüncü şəxslər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nin Zaqatala Rayon Şöbəsi və Zaqatala rayon Mənzil İstismar İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmiş, ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar), habelə tərəflərin vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti yalnız ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 tərəfindən verilsə də, mübahisələndirilən yaşayış sahəsindən qalan cavabdehlərin hüquqları kasatorun hüquqlarından asılı olduğundan, bununla da tələblər bölünməz oldu ğundan, kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildə n qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitammı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azər baycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. 104-cü maddəsinə əsasən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. 105-c i maddəsinə əsasən aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nə ticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan hədd i-buluğa çatmamış uşaqlar. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurla r. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılm ış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Avropa İnsan Hüquqları Məhkəməsi X12rşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, mülkiyyət” kimi qiymətləndirilə bilər. Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən mə hkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yar anmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kasasiya və apelyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi ilkin iddianı təmin edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirilmədən saxlayan apelyasiya instansiyası məhkəməsi nəticələrini onunla əsaslandırmışlar ki, cavabdehlər mübahisələndirilən yaşayış sahəsindən qanuni əsaslar olmadan istifadə etmiş, onlara həmin sahədən istifadə üçün order verilməmişdir. Lakin işin mübahi səsiz halı ondan ibarətdir ki, iddia olunan mənzil xidməti mənzil fonduna aid olunmaqla Zaqatala rayon Hərbi Komissarlığının (sonradan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin) əməkdaşlarının istifadəsi üçün təhkim olunmuş və həmin orqanın əməkdaşı olmuş Cavabdeh1 ailə üzvləri ilə birlikdə 2004-cü ildən qeyd olunan mənzildə yaşamışlar. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı təşkilat tərəfindən cavabdehin mübahisəli mənzildən istifadəsi üçün qərarın verilməməsi özü-özlüyündə sonuncunun həmin mənzildən istifadəsinin qanunsuz olması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı təşkilat Azərbaycan Respublikası MPM-in 77.2-ci maddəsinə əsasən cavabdehlərin mənzildən istifadəsinin qeyri-qanuni olmasının sübutetmə yükünü daşıyır. Məhkəmə kollegi yasının qənaətinə görə cavabdehin uzun müddət (təxminən 15 il) ərzində mübahisələndirilən mənzildə yaşamasının qeyri-qanuni olmasına dair cavabdeh təşkilat tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Əksinə, iş materiallarında olan Zaqatala rayon Mənzil İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli arayışına əsasən Cavabdeh1 2018-ci ilin sonunadək ünvan 1, mənzil 56nın kirayə pulunu ödəmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş arayışlardan müəyyən olunur ki, mübahisələndirilən mənzilə kommunal xidmətlərin abunəçisi Cavabdeh1dur. Eyni zamanda müəyyən olunur ki, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. Məhkəmə kollegiyasının qənaətinə görə, mövcud qanunvericiliyə əsasən şəxsin pasport qeydiyyatı özü-özlüyündə ona yaşayış sahəsindən istifadə hüququnu verməsə də, cavabdehin pasport qeydiyyatına alınması, habelə mənzilə çəkilən xidmətlərin (su, elektrik və qaz təchizatlarının) abunəçisi kimi qeydiyyata alınması üçün mənzil ixtiyarında olan təşkilat tərəfindən müvafiq icazənin verilib-verilməməsi məsələsi araşdırılmalıdır. Bu məsələyə hüquqi qiymət verilərkən həmçinin cavabdehin qeydiyyatda olduğu mənzilin və faktiki yaşadığı mənzillərin nömrələrində olan ziddiyyət aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, göstərilən halların müəyyən edilməsinin nəticəsindən asılı olaraq, cavabdehlərin mübahisələndirilən mənzildən Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinin tələbləri baxımından, yəni onlara dig ər yaşayış sahəsi verilmədən çıxarılmalarına yol verilib-verilməməsi məsələsinə qiymət verilə bilər. Lakin cavabdeh qeyd olunan məsələləri apelyasiya şikayətində dəlil kimi göstərsə də, apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququn a təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X10rşı" iş üzrə xx xxxxxx 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apelyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, cavabdehin mübahisələndirilən yaşayış sahəsindən, ona başqa yaşayış sahəsi verilmədən Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 105-ci və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Re spublikası Qanununun 12-ci maddələrinin tələbləri baxımından mümkünlüyünə hüquqi qiymət verilməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(107)1204/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qü
Məhkəmə qərarları › İş №2(102)-5329/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5329/2020
23.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver