Məhkəmə qərarları › İş №2(102)-533/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-533/2020

22.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-533/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-3233/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri “Lift Servis” Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı, iş № 2(060)-4883/2019) İdd iaçı cavabdeh Azərbaycan Respublikası Sumqayıt şəhəri N” Birliyinə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) iddiaçının apellyasiya şikayəti təmin edilərək Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib Birliyin İddiaçı barəsində olan 04 və 10 saylı əmrlərinin ləğv edilməsi, İddiaçı “N” Birliyi üzrə N sahəsinin lift nəzarətçisi vəzifəsinə bərpa edilməsi və ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehin xx xxxx 2016-cı il tarixli əmrinə əsasən N sahəsinin lift nəzarətçisi vəzifəsində işləmiş, Birliyin direkto runun xx xxxxx 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmasını əsassız sayan İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək heç bir səbəb olmadan cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixli əmrlə xitam verilməsini əsas göstərməklə həmin əmrin ləğv edilməsi və ödənilməmiş əmək haqqının tutulmaqla işə bərpa olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikas ı MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən biri-digərinə uyğun olmayan bir neçə əmr verilmişdir. Belə ki, X2 Komitəsinin 04 saylı protokolu əsas götürülməklə Birliyin direktorunun xx xxxxx 2019-cu il tarixli 04 №-li əmri ilə İddiaçı şiddətli töhmət verilmişdir. (i/v 87) Birliyin direktorunun xx xxxxx 2019-cu il tarixli əmri ilə isə yenə də X2 Komitəsinin 04 saylı protokolu əsas götürülməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. (i/v 45) Birliyin direktoru tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 06 №-li əlavə əmrlə xx xxxxx 2019-cu il tarixli 10 saylı əmr (Birliyin kadrlar şöbəsi tərəfindən hazırlanmış) rəhbərliklə razılaşdırılmaması əsas göstərilməklə ləğv edilmişdir. (i/v 81) Birliyin direktorunun xx xxxxx 2019-cu il tarixli 11 №-li əmri ilə isə qadın olması nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə (öz xahişi ilə) xitam verilmişdir. (i/v 14) İddiaçının işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, o, əvvəlcə xx xxxxx 2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad edilmiş, lakin həmi n qeydiyyatın üzərindən çarpaz xətlər çəkilməklə əmək kitabçasında iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə başqa qeydiyyat aparılmışdır. (i/v 6) Son qeydiyyatda iddiaçının işdən azad olunması barədə əmrin xx xxxxx 2019-cu il tarixdə verildiyi göstərilsə də işdə belə bir əmrin verilməsi barədə heç bir məlumat yoxdur. İddiaçı əmək kitabçasını aldıqdan sonra orada aparılmış son qeydiyyata əsaslanmaqla işə bərpa edilməsi barədə məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İşdən görünür ki, idd iaçıya eyni intizam xətasına görə bir gündə bir neçə intizam tənbehi verilmişdir. Bundan başqa, iddiaçıya intizam tənbehləri verilərkən ondan izahat alınmamışdır. Halbuki, Əmək Məcəlləsinin 187-ci maddəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. (187.1) İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. (187.2) İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanıl masının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. (187.3) İddiaçı barəsində intizam tənbehinin tətbiqi zamanı yol verilmiş qeyri-müəyyənlik və qanun pozuntuları onun haqqında konkret olaraq hansı tənbehin tətbiq edilməsi barədə və həmin tənbehin qanuni və əsaslı olması barədə nəticəyə gəlmək üçün əsas vermədiyindən, kollegiya hesab edir ki, məhkəmə kollegiyası iddianı təmin edib iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayət i təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar