Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-533/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı əmlak tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, əmlakdan çıxarılma, avadanlıqların dəyərinin ödənilməsi və icarə haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-479/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüquqlarının bərpa edilməsi və Cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddia ərizəsinə əlavə edilmiş siyahıda göstərilən ona məxsus əşyaların (avadanlıqların) dəyəri 400.000 (dörd yüz min) manat məbləğində pulun, habelə cavabdehdən son üç il üçün əmlak kompleksinin (istirahət mərkəzinin) istifadəsinə görə icarə haqqı kimi 684000 (altı yüz səksən dörd min) manat məbləğində pulun, cəmi ******* (bir milyon səksən dörd min) manat məbləğində pu lun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a)Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-52/2022nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi və cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, iddiaçıya məxsus Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Xaşa-Xuna bağ sahəsində istifadədə olan 0,1255 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı 62 m² yaşayış, 160,9 m² köməkçi sahədən ibarət 183 “c” nömrəli bağ evi və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 210 nömrəli xx.x x.2008-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Qala qəsəbəsi, Xaşa-Xuna bağ massivində iddiaçıya məxsus 183 ç və 183 c nömrəli bağ sahələrindəki ticarət-iaşə xidməti və istehsalat obyekti kimi istifadə edilməsi nəzərdə tutulan tikililərdən cavabdehin çıxarılması və həmin daşınmaz əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
3. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlər.
4. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(003)52/2022nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh də ap ellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(003)52/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov, (sədrlik edən və məruzəçi), F.Talışinski və A.İmanov) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin 2(003)-52/2022nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat:
7. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 2(103)472/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli qətnaməsinin iddianın təmin e dilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2980/2023 nömrəli qərarı ilə (hakimlər M.İddiaçı (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-472/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən - mübahisəli daşınmaz əmlakla birlikdə cavabdehin istifadəsinə verilmiş avadanlıqların dəyərinin qaytarılması hissəsində ləğv edilməsi, həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Məhkəmə kolle giyası öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1., 386.1., 404.1.,404.2., 560.,732., 736.3.-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. d)Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Ə.Rüstəmli, (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-52/2022 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsi, Cavabdeh 195.099 manat məb ləğində vəsait tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
11. Qətnamə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır (qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən).
12. Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə yenidən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
13. Cavabdeh apelyasiya instansiya məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-479/2024 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, apellyasiya qaydasında işə baxıldıqdan və qətnamə elan edildikdən sonra o, iş üzrə cavabdeh olaraq Vəkil2 həmin işlərlə məşğul olmamasını və kassasiya şikayətini onunla deyil, başqa vəkilə müraciət edəcəyini bildirimişdir. Bir müddət keçdikdən sonra qərara gəlmişdir ki, kassasiya şikayəti versin. Başqa bir vəkilə müraciət etmiş və ona bildirilmişdir ki, Bakı Apellyasiya məhkəməsinin qətnaməsini təqdim etsin. Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-479/2024 nömrəli qətnaməsi rəsmi qaydada ona təqdim edilməd iyindən və o, elektron məhkəmə sistemində qeydiyyata alınmadığından, məcbur olub xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Başqa vəkillə görüşüb qətnaməni təqdim etsə də, hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanılmasından imtina edildi. Təkrar Vəkil2 müraciət edərək kassasiya şikayəti vermək istədiyini, əvvəllər onun tərəfindən məhkəmədə iştirak etdiyini və işlə tanış olduğunu və bu səbəbdən onunla müqavilə bağlamaq niyyətini bildirmişdir. Kassasiya şikayətinin verilməsi üçün Vəkil2 ilə xx.xx.2024-cü il tarixdə yenidən müqavilə bağlanmışdır. Bununla yanaşı özü Asan imza alaraq Məhkəmə elektron portalında xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir. Bir daha qeyd edir ki, Vəkil2 xidmətindən Bakı Ap ellyasiya Məhkəməsində qətnamə elan edildikdən sonra nəticədən narazı qaldığından imtina etmişdir. Sonradan kassasiya şikayət vermə hüququndan istifadə etmək üçün rəsmi qaydada məhkəməyə müarciət edərək qətnamənin surətini xx.xx.2024-cü il tarixdə almışdır. Qanunvericliyin tələbləri baxımından qətnaməni rəsmi qaydada aldığı gündən 2 ay müddətinə kassasiya şikayət vermək hüququndan istifadə edir. Kassasiya qaydasında verdiyi şikayət bu baxımdan vaxtında verilmiş hesab edilməlidir. Vəkili və nümayəndəsi olmuş Vəkil2 yenidən hüquq xidmətindən istifadə etmək üçün müvafiq müqavilə bağlandıqdan sonra yeni order yazılmış və etibarnamənin təsdiq olunmuş surəti tərəfindən vəkilə təqdim edilmişdir. Hesab edir ki, ona münasibətdə verilən və vəkil tərəfindən imzalanan kassasiya şikayəti vaxtında ver ilmişdir. Buraxılmış prosessual müddəti üzürlü hesab edərək bərpa edilməsini və işin Ali Məhkəməyə göndərilməsini xahiş edib.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-479/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər – M.Ə.Rüstəmli, (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov, S.R.Səlimova),Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-479/2024 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir və kassasiya şikayəti geri qaytarılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəmə qətnaməsinin ona rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim olunduğunu bildirsə də, işdən görünür ki, Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-479/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada təqdim olunmuşdur.
17. Cavabdeh Bakı Apellyasiya Məhkməsində qətnamə elan edildikdən sonra nəticədən narazı qaldığından həmin vəkilin xidmətindən imtina etdiyini bildirsə də, işdən görünən odur ki, vəkili Vəkil2 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə cavabdeh tərəfindən ləğv edilməmişdir. Həmçinin kassasiya şikayətinə də həmin etibarnamə əlavə edilmişdir. Eyni zamanda, qeyd olunan etibarnamədə cavabdeh tərəfindən vəkili Vəkil2 məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktlarını və sənədlərini almaq səlahiyyəti verilmişdir (3-cü cild, iş v.10).
18. Göründüyü kimi, cavabde hin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı, onun kassasiya şikayəti vermək məqsədilə başqa vəkilə müraciət etmək niyyətinin olması da prosessual müddətin ötürülməsi baxımından üzürlü səbəb kimi qəbul oluna bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında vəkil və nümayəndə Vəkil2 ilə yanaşı, Cavabdeh özü də iştirak etmiş və çıxarılmış qətnamə, habelə qətnamədən şikayət verilməsi qaydası və müddəti barədə məlumatlı olmuşdur. Belə olan halda, iddiaçının bu müddət ərzində qətnamənin mətni ilə maraqlanmaması da inandırıcı deyil.
20. Cavabdeh məhkəmə iclasında ərizədə göstərilənlərdən fərqli olaraq maddi imkanı aşağı olduğuna görə vəkilə hüquqi xidmət bar ədə müqavilənin bağlanması üçün ödəniş edə bilmədiyini bildirsə də, kollegiya bu dəlili inandırıcı saymır. Belə ki, cavabdeh buna maddi imkanı yol vermədiyi halda dövlət büdcəsi vəsaiti hesabına vəkil ilə təmin olunması barədə məhkəməyə müraciət edə bilərdi, lakin bunu etməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 133, 133.3, 135.5, 135.6 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdırişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a)Kassasiya şikayətinin dəlilləri:
22. Qərardaddan Cavabdeh (Vəkil2İsrafil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-479/2 024 saylı qərardadının ləğv edilməsi və kassasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə əsasən iş üzrə buraxılmış prosessual müddət bu mənada onun tərəfindən üzrsüz səbəbdən buraxılmış hesab edilməməlidir. Onu da qeyd edib ki, Təbib Tibbi Ərazi X2 X3 tərəfindən verilmiş 28.10xx.xx.2024-cü il tarixli Epikriz-Arayışdan göründüyü kimi 3 aylarla xəstə yatır, halı özündə olmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli Arayışdan və şəxsi anket məlumatlarından göründüyü kimi 2009-cu ildən bu günə qədər işsizdir, heç bir müavinət, pensiya almır, maddi vəziyyəti də olduqca pis durumdadır. Digər tərəfdən vəkilin məhkəmədə iştirakı və onun qarşısında qoyulan tələblər, tapşırıqlar aralarında olan hüquqi xidmət göstərilməsi barədə müqavilə ilə tənzimlənir və birbaşa onun iradəsindən asılıdır. Bu isə ona münasibətdə müqavilədən kənar öhdəliklər vəkilin üzərinə qoyulmamalı və onun konstitusion hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Vəkil qarşısında Bakı Apellyasiya Məhkəməsində hüquqlarının müdafiəsi barədə məhkəmədə iştirakı etməsi razılaşdırılmışdır. Onunla sonradan qətnamədən kassasiya şikayəti verilməsi və ya qətnamənin elektron portalda yerləşdirilməsi barədə dərhal ona məlumat verilməsi, kassasiya şikayəti vermək hüququnun izah edilməsi, onunla ancaq müqavilə bağlanmas ı, qətnamənin ona təqdim edilməsi və ya bu barədə bildirilməsi nəzərdə tutulmamışdır. Qanunvericilik hüquqlarının məhkəmə qaydasında müdafiəsini digər şəxslərdən asılı edə bilməz. Kassasiya şikayətinin verilməsi üçün Vəkil2 ilə 26 noyabr 2024-cü il tarixdə yenidən müqavilə bağlayıb. Bununla yanaşı o, Asan imza alaraq Məhkəmə elektron portalında 26 noyabr 2024-cü il tarixdə qeydiyyatdan keçib. Tərəfindən Vəkil2 xidmətindən Bakı Apellyasiya Məhkməsində qətnamə elan edildikdən sonra nəticədən narazı qaldığından imtina etmişdir. Sonradan kassasiya şikayət vermə hüququndan istifadə etmək üçün rəsmi qaydada məhkəməyə müarciət edərək qətnamənin surətini 6 oktyabr 2024-cü il tarixdə alıb. Qanunvericliyin tələbləri baxımından qətnaməni rəsmi qaydada aldığı gündən 2 ay müddətinə kassasiya şikayət ve rmək hüququndan istifadə edir. Kassasiya qaydasında verdiyi şikayət bu baxımdan vaxtında verilmiş hesab edilməlidir. Vəkili və nümayəndəsi olmuş Vəkil2 yenidən hüquq xidmətindən istifadə etmək üçün müvafiq müqavilə bağlandıqdan sonra yeni order yazılmış və etibarnamənin təsdiq olunmuş surəti tərəfindən vəkilə təqdim edilmişdir.
24. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1, 135.1, 135.6, 135.8-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizə sinə əsasən buraxılmış müddəti bərpa edir.
27. Maddə 402.2.3. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qəradaddan kassasiya şikayəti verilə bilər.
28. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
29. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
30. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri:
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfində n qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
36. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyə n hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
37. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xi dməti ezamiyyət və s.).
38. Hazırkı işin materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2024-cü il tarixli qətnaməsi 12 iyun 2024-cü il tarixdə cavabdehin nümayəndəsi və vəkili olan Vəkil2 “Elektron Məhkəmə” İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qətnamə cavabdehin səlahiyyətli nümayəndəsi və vəkilinə qanunla müəyyən olunmuş qaydada təqdim olunmuşdur.
39. Hazırkı kassasiya şikayətini və müddətin bərpasına dair ərizəsini ağlabatan müddətdə deyil, təxminən 5 ay keçdikdən sonra, 27 noyabr 2024-cü il tarixdə vermiş, həmin şikayət müddət keçdiyi üçün geri qaytarılmış, cavabdeh tərəfindən yenidən kassasiya şikayəti və müddətin bərpa edilməsinə dair ərizə veri lmişdir.
40. Cavabdeh prosessual qanunvericiliklə müəyyən olunan müddəti ötürməsini üzrlü səbəbdən baş verməsini ağlabatan dəlillərlə əsaslandırmamış və müvafiq sübutları təqdim etməmişdir. 41. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
42. Beləliklə, kassasiya kollegiyası izah edir ki, zəruri prosessual hərəkətlərinin vaxtında həyata keçirilməməsi buraxılmış müddətin bərpası üçün üzrlü hal kimi qiymətləndirilə bilməz və bunun mənfi hüquqi nəticələrini məhz kassator daşımalıdır.
43. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassator tərəfindən müddətin ötürülməsini üzrlü edən, onun iradəsi və hərəkətlərindən asılı olmayan səbəblərə istinad edilmədiyindən və belə səbəblərə dair sübutlar apellyasiya məhkəməsinə təqdim edilmədiyindən müddətin bərpasına dair ərizəsi əsassız olmuşdur.
44. Kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin vəkili eyni zamanda etibarnamə əsasında onun nümayəndəsi olduğundan və etibarnamədə üçüncü şəxs vəkilə digər səlahiyyətlərlə yanaşı, məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması) səlahiyyətini verdiyindən, həmçinin Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin məzmununa görə kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli olduğundan, məhkəmə aktından şikayətin verilmə müddətinin axımının həmin aktın nümayəndəyə rəsmi verildiyi tarixindən hesablan malı olmasına dair apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
45. Odur ki, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli, 2(103)479/2024 n ömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.