Məhkəmə qərarları › İş №2(102)-5330/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5330/2019

02.08.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5330/2019 02.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Mirzəliyev Əsəd Abdulla oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun İmişli rayon şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun İmişli rayon şöbəsi Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Ərizəçi1 ərizəsinin rədd edilməsini xahiş etmişdir. İşin halları: Ərizəçi1 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə İmişli rayon məhkəməsinə müraciət etmişdir. İmişli rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Q.Hacıyev, iş 2(036)-3383/2018) ərizə təmin edilmiş, Ərizəçi1 1970-ci ildən 1973-cü ilin may ayınadək, 1975-ci ilin iyun ayından 1989-cu ilin sonunadək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda, 1990-1997-ci illərdə İmişli rayonunun Y.Şirinov adına kolxozunda işləmə faktının müəyyən olunması və həmin illə rin sosial siğorta stajına daxil edilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Abbasov (sədrlik edən və məruzəçi), hakimlər T.Heydərov, T.Kərimov, İş № 2(106)-1284/2019) maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun İmişli rayon şöbəsinin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə İmişli rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun İmişli rayon şöbəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəm əsi maddi qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, Ərizəçi1 ərizəsinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əda lətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi Ərizəçi1 1970-ci ildən 1973-cü ilin may ayınadək, 1975-ci ilin iyun ayından 1989-cu ilin sonunadək İmişli rayonunun M.B.Qasımov adına kolxozunda, 1990-1997-ci illərdə İmişli rayonunun Y.Şirinov adına kolxozunda işləməsi faktının müəyyən olunması və həmin illərin sosial siğorta stajına daxil edilməsi barədə İmişli rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilm əsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.4-cü bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzürlü' səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, işə baxan məhkəmələr kolxozun digər əməkdaşlarına əmək kitabçaları yazıldığı halda Ərizəçi1 əmək kitabçasının yazılmamasının, həmçinin İmişli r ayonu M.B.Qasımov və Y.Şirinov kolxozlarının müvafiq sənədlərinin harada saxlanılması barədə ətraflı araşdırma aparmamış, Ərizəçi1 zəruri sənədləri digər qaydada əldə etmə imkanına malik olub-olmamasına hüquqi qiymət verməmişdir. İkincisi birinci instansiyası məhkəməsi Ərizəçi1 1970-ci ilin hansı ayından və hansı tarixdən kolxozda işləməsi faktını dəqiqləşdirilməmiş, qətnamə qeyri-müəyyənlik yaratmışdır. Üçüncüsü məhkəmənin müəyyən etdiyi faktla razılaşarsa belə nəticə alınır ki, Ərizəçi1 15 yaşından əmək fəaliyyətinə başlamışdır. Bu isə müvafiq qanunvericiliklə uyğunluq təşkil etmir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi ləğv olunmalı və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2019-cu il tarixli il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar