Məhkəmə qərarları › İş №2(102)-5330/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5330/2021

11.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5330/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi 11.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4005/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında b axaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xxx saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İşin mübahisə edilməyən hallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18.06.2006-cı il tarixli, 105 saylı müqavilə ilə satıcı xxx ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alıcıya təhvil verməyi, alıcı həmin mənzilləri qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Mənzillərin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. 3. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.11,2006-cı il tarixli müqavilə ilə satıcı xxx ünvanda tikiləcək yaşayış binasının 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı həmin mənzili qəbul edərək qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən xxx ünvanda tikilən hündürmərtəbəli binanın 2-ci blok, 2-ci mərtəbəsində sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilin dəyəri tam ödənilmişdir 4. "xxxx" MMC-nin direktoru X dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması X tərəfindən "xxxx" MMC-yə həvalə edilmişdir. 5. 28.04.2013-cü ildə "xxxx" MMC "xxxx" MMC ilə İddiaçı arasında olan 105 saylı, 18.06.2006-cı il tarixli müqavilədən X keçid müqaviləsi” adlanan müqavilə əsasında xxx ünvanda 12 mərtəbəli yaşayı evinin 2-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili X1.

6. Bundan sonra İddiaçı cavabdehlər "xxxx" MMC və X5 qarşı 28.04.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, xxxx ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə dair istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02.04.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" Şirkətinə (MMC-yə) və X5 qarşı müqaviləni n etibarsız hesab edilməsi, müqavilə üzrə əldə edilmiş daşınmaz əmlakların təhvil verilməsi və mənzillərə istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin edilərək cavabdehlər arasında bağlanmış 28.04.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, xxx ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində olan 1 otaqlı 101 saylı mənzilinin və 2-ci blok 4-cü mərtəbələrindəki ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin iddiaçıya təhvil verilməsi və həmin mənzillərə dair iddiaçının istifadə hüquqlarının tanınması qət edilmişdir. 8. 16.08.2016-cı il tarixli ekspert rəyi ilə xx ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətinə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri-yaşayış mərtəbəsinin üzərind ən başladığı müəyyən edilmişdir.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən xxx ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutlmuş mənzillər binanın 2 qeyr-yaşayış mərtəbəsinin üzərindən (-+0.000 səviyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus xxx saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzil, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus xxx saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşir, cavabdehə məxsus yaşayış evi xxx saylı evin, 2-ci blok, 2-ci mərtəbəsində yerləşir.

10. İddiaçı bildirir ki, "xxxx" MMC ilə aralarında olan 18.06.2006-cı il tarixli, 105 saylı müqaviləyə əsasən MMC-nin ünvan 5 ünvanda inşa etdiyi iki bloklu yaşayış binasının ikinci blok 3- cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzil almışdır, müqavilənin ümumi dəyəri 26.895,96 manat olmuş, mənzillərin dəyəri tərəfindən tam ödənilmişdir. "xxxx" MMC-nin direktoru X dələduzluq cinayəti törətməsi səbəbindən həbs edildiyindən yaşayış binasının tikintisinin tamamlanması X tərəfindən "xxxx" MMC-yə həvalə edilmişdir. Binanın tikintisi başa çatdıqdan sonra şəxsi vəsaiti hesabına ona məxsus olan 3-cü mərtəbədə olan 1 otağa və onun üzərində 4-cü mərtəbədə yerləşən digər 1 otağa dəmir qapılar qoymuşdur. "xxxx" MMC ilə X6 arasında bağlanmış “28.04.2013-cü iltarixli "xxxx" MMC ilə onun arasında olan 105 saylı, 18.06.2006-cı il tarixdə bağlanmış müqavilədən X keçid müqaviləsi” adlanan saxta müqavilə əsasındə ona məxsus mənzillərdən biri ünvan 6 ünvanda yerləşən yaşayış evinin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, sahəsi 57, 47 kvadrat metr olan bir otağı X satılmışdır. Bundan xəbər tutandan sonra həmin keçid müqaviləsinin etibarsız hesab edilməsi, mənzillərin ona təhvil verilməsi və həmin mənzillərə istifadə hüququnun tanınması barədə iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 02.04.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Maddi imkanı olmadığından mənzillərdə təmir işləri aparıb köçə bilməsə də, mütəmadi olaraq mənzillərinə baş çəkmişdir. 2018-ci ilin fevral ayında onun mənzillərdə yaşamamasından istifadə edən Cavabdeh ona məxsus mənzillərdən birinin, 3-cü mərtəbədə yerləşən 1 otaqlı mənzilin dəmir seyf qapısının qıfılını sındıraraq mənzilə daxil olmuş, zəbt edərək mənzilin qapısına yeni qıfıl qoymuşdur. Cavabdehin bu özbaşına, qanunsuz hərəkətlərindən xəbər tutandan sonra dəfələrlə mənzili boşaltmasını və özünə qaytarılmasını tələb etsə də, cavabdeh onun tələblərinə məhəl qoymur, mənzili qaytarmır.

11. Cavabdeh bildirir ki, iddiaçının ona məxsus mənzilə heç bir aidiyyatı yoxdur. Onun mənzili binanın 2-ci yaşayış mərtəbəsində yerləşir, onun nömrəsi 94-dür. Binanın birinci iki mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, binanın ümumi 3-cü mərtəbəsi birinci yaşayış mərtəbəsidir. Beləliklə, yaşayış mərtəbələri binanın ümumi 3-cü mərtəbəsindən başlanır. Onun mənzili binanın ümumi 4-cü mərtəbəsində, yəni 2-ci yaşayı ş mərtəbəsindədir. İddiaçının mənzili isə onun mənzilindən bir mərtəbə yuxarı, yəni binanın ümumi 5-ci mərtəbəsində yerləşir və həmin mənzilin nömrəsi 101-dir. Onunla bağlanmış müqavilədən də görünür ki, onun mənzili binanın 2-ci mərtəbəsindədir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən ona məxsus mənzil binanın 3-cü mərtəbəsindədir. Beləliklə, onun 94 saylı mənzili və X 101 saylı mənzili eyni mənzil deyil, bu, ayrı-ayrı mənzillərdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(011)2645/2019 saylı qətnaməsi ilə (hakim S.B.Mehrəliyev) iddia təmin edilərək, Cavabdeh İddiaçı məxsus olan xxx saylı evin 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzilindən çıxarılması və həmin mənzilin iddiaçının sahibliyinə və istifadəsinə qaytarılması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı aradırılmış sübutlarla xxx ünvanda tikiləcək yeni hündürmərtəbəli binanın 2-ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri alqı-satqısına dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 18.06.2006-cı il tarixli, 105 saylı müqavilənin bağlanması, mənzillərin müqavilə ilə nəzərdə tutulmuş qiymətinin alıcı tərəfindən tam olaraq ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(103)- 1342/2016 saylı mülki iş üzrə təqdim olunmuş ekspert rəyi ilə xxx ünvanında inşa olunan yaşayış binasında binanın layihəsinə və mövcud vəziyyətin ə əsasən yaşayış sahəsi kimi nəzərdə tutulmuş mənzillərin binanın 2 qeyri- yaşayış mərtəbəsinin üzərindən başladığının müəyyən edilməsi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.11.2006-cı il tarixli, 179 saylı müqavilə əsasında alıcıya verilməsi nəzərdə tutulan mənzilin 2-ci mərtəbədə yerləşməsi, bununla da, cavabdeh tərəfindən iddiaçıya məxsus mənzilin qanunsuz və əsassız olaraq zəbt edilməsi müəyyən olunmuşdur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 521-ci, Mülki Prosessual Məcəllənin 2.1, 4.1, 14.2, 77.1, 78.1, 80, 81, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-323/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2019-cu il tarixli, 2(011)2645/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli ekspert rəyinə əsasən xxx ünvanında yerləşən mövcud binaya dair "xxxx" MMC-nin adına tərtib olunmuş layihəyə əsasən binanın yaşayış sahəsi kimi nəzərdə tutlmuş mənzillər binanın 2 qeyr-yaşayış mərtəbəsinin üzərindən (+0.000 səv iyyəsindən) başlayaraq yerləşir. Layihəyə əsasən iddiaçıya məxsus xxxx saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kvadrat metr olan 1 otaqlı mənzil, hal-hazırda cavabdehin faktiki yaşadığı mənzil olduğu müəyyən edilmişdir. Layihəyə əsasən iddiaçıya məxsus xxx saylı evin, 2-ci blok, 3-cü mərtəbəsində yerləşir, cavabdehə məxsus yaşayış evi xxx evin, 2-ci blok, 2-ci mərtəbəsində yerləşir.

18. Kollegiya hesab etmişdir ki, qeyd edilən məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur.

19. Qeyd olunanları, eyn i zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. c) Kassasya instansiyası məhkəməsindəki birinci icraat

20. Apelyasya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) 2(102)-363/21 saylı, 26 yanvar 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

22. Kassasi ya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə xxx ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və xxx ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin xxx ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunsa da, apelyasiya instansiyası məhkəməsi həmin qətnamə ilə artıq müəyyən olunmuş və hal-hazırda iddiaçının sahibliyində olan 101 saylı mənzilin qeyd olunan binanın 3-cü mərtəbəsində, digər mənzilin isə 4-cü mərtəbəsində yerləşməsinə qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir.

23. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş analoji işlər üzrə qeyd olunan binanın yaşayış sahələri üzrə mərtəbələrinin necə müəyyən olunmasına dair cavabdehin apelyasiya şikayətinin əsaslı dəlillərinə hüquqi qiymət verməmiş, yalnız formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmişdir. Buna görə apelyasiya instansiyası məhkəməsi tərəfindən MPMnin 103.1ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

24. Bundan əlavə iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəm əsinin 29 iyul 2013-cü il tarixli hökmünün surətindən görünür ki, binanın 2-ci blok 4-cü mərtəbəsindəki eyni bir otaqlı, ümumi sahəsi 57,47 kv.m. olan nömrəsiz mənzil həm X2, həm də İddiaçı qanunsuz satıldığına görə onların hər ikisi zərərçəkən şəxs kimi qeyd olunmuşdur (2-ci cild, i/v 41;49). Lakin apelyasiya instansiyası işin bu halına və bununla əlaqədar qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsinin həmin qətnamədə qeyd olunan 4-cü mərtəbədəki bir otaqlı mənzilə aid hissədə nəyə görə icra olunmamasının səbəblərini araşdırmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4005/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2645/2019 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması, mənzilin özünün sahibliyinə və istifadəsinə qaytarılması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

26. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Kassasiya instansiyası məhkəməsinin müzakirə olunmasına göstəriş verdiyi məhkəmə aktlarından aydın olur ki, binanın 1-ci mərtəbəsi kürsü mərtəbənin üzərində yerləşir, yən i binanın mərtəbələri aşağıdan yuxarıya sayanda zirzəmi+kürsü+1-ci mərtəbə kimi inşa edilmiş, binanın zirzəmi mərtəbəsi 1-ci mərtəbə kimi sayla bilməz, binanın layihəsində mərtəbələr arasında 1A və 12B adlandırılan mərtəbələr layihələndirilməyib, binanın eskiz layihəsinə əsasən binanın ilk 3 mərtəbəsi qeyri-yaşayış sahəsidir. Lahiyədə iki qeyri-yaşayış sahəsi və 12 yaşayış mərtəbəsi nəzərdə tutulduğundan binanı tikən şirkət 3-cü qeyri-yaşayış mərtəbəsinin bir hissəsini yaşayış mərtəbəsi edərək mənzillərə bölmüş və həmin mərtəbə 1A mərtəbəsi adlandırılmışdır. Yuxarıda əlavə tikilmiş 2 yaşayış mərtəbəsi isə 12A və 12B mərtəbələri adlandırılmışdır. Binanın yaşayış sahələri faktiki olaraq 4-cü mərtəbədən başlayır. Belə ki, 3-cü mərtəbə qeyri-yaşayış sahəsi kimi tikilsə də, onun bir hissəsi y aşayış sahəsi kimi mənzillərə bölünərək satılmışdır. Qeyri-yaşayış sahəsinin 3-cü mərtəbəsinin bir hissəsi mənzillərə bölündüyündən və 1-ci mərtəbədən 12-ci mərtəbəyə kimi mənzillər artıq satılıdığından həmin mərtəbə 1A mərtəbəsi adlandırılaraq satılmışdır.

27. Qanuni qüvvəsini almış Xətai Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli qətnaməsi ilə isə xxx ünvanında yerləşən yaşayış evinin 2-ci blok üçüncü mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı 101 saylı mənzili və xxx ünvanında yerləşən yaşayış evinin 2-ci blok 4-cü mərtəbəsində, ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət olunmuşdur. Yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 101 saylı mənzilin xxx ünvanında yerləşən yaşayış evinin 2-ci blokunun 3-cü mərtəbəsində yerləşdiyi qeyd olunmuşdur.

28. Təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-7818/2017 saylı 24 avqust 2017-cu il tarixli qətnaməsinə əsasən analoji işdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı Binanın 1A mərtəbəsindəki mənzillərin yerləşməsinə görə yuxarı mərtəbədəki mənzillərdən tamamilə fərqləndiyi və 1A mərtəbəsinə aid sahələrin məhz qeyri-yaşayış sahələrinə aid olduğu, sonradan onların bir qisminin mənzil kimi istifadəyə verildiyi müəyyən edilmişdir.

29. Kollegiya yuxarıda qeyd olunan məhkəmə aktlarını nəzərə alaraq qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi binanın birinci üç mərtəbəsi qeyri-yaşayış mərtəbələridir, Binanın ümumi 4-cü mərtəbəsi 1-ci yaşayış mərtəbəsidir. Binanın yaşayış mərtəbəl əri Binanın ümumi 4-cü mərtəbəsindən başlanır. X məxsus mənzil Binanın ümumi 5-ci mərtəbəsində, yəni binanın 2-ci yaşayış mərtəbəsindədir və onun mənzili 94 nömrəli mənzildir. X məxsus mənzil isə X məxsus mənzildən bir mərtəbə yuxarıda, yəni evin ümumi 6-cı mərtəbəsində yerləşir və həmin mənzilin, yəni X məxsus mənzilin nömrəsi 101-dir.

30. Göründüyü kimi işi halları ilə müəyyən edilir ki, X məxsus 94 saylı mənzil və X məxsus 101 saylı mənzil mənzillər ayrı-ayrı mənzillərdir.

31. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarına düzgün olaraq istinad etsə də, tərəflərin qarşılıqlı münasibətlərini səhv təvsir etmiş, formal mülahizələrə əsaslanmaqla yuxarıda qeyd olunan ekspert rəyinə istinad etmiş, işin faktiki hallarını tam araşdırmamışdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Yuxarıda qeyd olunduğu kimi, İddiaçıyla Cavabdeh satılmış mənzillər ayrı -ayrı mənzillərdir bu isə o deməkdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.

33. Kollegiya həmçinin hesab etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçının iddia etdiyi mənzilin xüsusi mülkiyyət hüquqi əsasında Cavabdeh məxsus edildiyi müəyyən edildiyindən, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ da olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xxxx ünvanda ye rləşən binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsi, o cümlədən mübahisə predmeti olan mənzil binanın ön hissəsinə düşür və həmin hissədə binanın mərtəbələri ilə bağlı layihəyə heç bir dəyişiklik edilməmişdir.

36. Sonradan təşkil olunmuş 1 “A” mərtəbəsi isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılmışdır.

37. Həmçinin apelyasiya instansiyası məhkəməsi istinad etdiyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 24 avqust 2017-ci il tarixli qətnaməsinin binanın 2-3 otaqlı mənzillər yerləşən hissə ilə bağlı olmasına diqqət yetirməmiş, həmin qətnamənin hazırkı mübahisəyə preyudisiallığını müəyyən etmişdir. Halbuki həmin qətnamənin hazırkı mübahisəyə aidiyyəti yoxdur.

38. Bundan başqa Xətai R ayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11.11.2014cü il tarixli və 05.02.2015-ci il tarixli qətnamələri ilə xxx ünvanda yerləşən binanın 2-ci blokunda yerləşən 1 otaqlı mənzillərin hansı mərtəbədə yerləşməsi müəyyən edilmişdir. Belə ki, həmin qətnamələrlə iddiaçıya məxsus 4-cü mərtəbədə yerləşən 1 otağın üzərindəki 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X4, 6-cı mərtəbənin isə X3 məxsus olması öz təsdiqini tapmışdır.

39. Göründüyü kimi qeyd edilən qətnamələr təsdiq edir ki, iddiaçıya məxsus mənzillərin üstündə yerləşən 5-6-cı mərtəbələr layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələrdir və onların altında layihəyə və müqaviləyə uyğun olaraq iddiaçıya məxsus 1 otaqlı mənzil 4-cü və mübahisə predmeti olan mənzil isə 3-cü mərtəbədə yerləşir. Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

42. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

43. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

44. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

47. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. (maddə 152.1)

48. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (maddə 157.2) Mülki Prosessual Məcəllə

49. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)

50. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

51. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. (maddə 82.3)

52. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

53. Məhkəmənin qətnaməsi qan uni və əsaslı olmalıdır (maddə 217.1)

54. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)

56. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

58. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (53)

59. İşin mübahisə edilməyən hallarından görünür ki, xxx ünvanda yerləşən binanın 2ci blok, 3-cü və 4-cü mərtəbələrində sahələri 57, 47 kv.metr olan 2 ədəd 1 otaqlı mənzilləri 18.06.2006-cı il tarixli müqavilə əsasında "xxxx" MMC İddiaçı satılmışdır.

60. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02.04.2014-cü il t arixli qətnaməsi ilə xxx ünvanında yerləşən yaşayış binasının 2-ci blok 3-cü mərtəbəsində olan 1 otaqlı 101 saylı mənzilinin və 2-ci blok 4-cü mərtəbələrindəki ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzilinin İddiaçı təhvil verilməsi qət edilmişdir.

61. Həmçinin iş materiallarından görünür ki, 4-cü mərtəbədə yerləşən mənzil halhazırda iddiaçının sahibliyindədir.

62. Göründüyü kimi hazırda iddiaçının sahibliyində olan 4-cü mərtəbədə yerləşən mənzilin altında yerləşən mənzilin iddiaçıya məxsus olması həm 18.06.2006-cı il tarixli müqavilə ilə həm də Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02.04.2014-cü il tarixli qətnaməsi ilə təsdiq olunduğu halda apelyasiya instansiyası məhkəməsi bu halı nəzərə almamışdır.

63. Bundan başqa Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minm iş 11.11.2014cü il tarixli və 05.02.2015-ci il tarixli qətnamələri ilə xxx ünvanda yerləşən binanın 2-ci blokunda yerləşən 5-ci mərtəbənin yaşayış evinin layihəsində və müqavilədə göstərildiyi kimi X4, 6-cı mərtəbənin isə X3 məxsus olması, 5-6-cı mərtəbələrin layihə və müqavilədə göstərilən 5-6-cı mərtəbələr olması öz təsdiqini tapmışdır.

64. Ona görə də qeyd edilən qətnamələrə hüquqi qiymət verilməsi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa da apelyasiya instansiyası məhkəməsi həmin qətnamələrə hüquqi qiymət verməmişdir.

65. Bununla yanaşı kassator kassasiya şikayətində qeyd etmişdir ki, xxx ünvanda yerləşən binanın 2-ci blokunun 1 otaqlılar yerləşən hissəsi, o cümlədən mübahisə predmeti olan mənzil binanın ön hissəsinə düşür və həmin hissədə mərtə bələrin dəyişdirilməsi ilə bağlı layihəyə heç bir dəyişiklik edilməmişdir. Sonradan təşkil olunmuş 1 “A” mərtəbəsi isə binanın həyət tərəfində 2-3 otaqlı mənzillər yerləşən hissəsində bir mərtəbənin 2 hissəyə bölünməsi ilə yaradılmışdır.

66. Göründüyü kimi qeyd edilən halın araşdırılması hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malikdir.

67. Ona görə də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd edilən halı araşdırmalı mübahisəyə müvafiq araşdırmanın nəticəsində uyğun hüquqi qiymət verməlidir.

68. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisənin düzgün həll edilməs üçün Dövlət Arxitektura Komitəsinin nümayəndələri cəlb olunmaqla, həmin binanın layihə sənədləri əsas götürülməklə işə təkrar baxan apelyasiya instansiyası məhkəm əsi tərəfindən yerli baxış keçirilməli, yerli baxışın nəticəsinə uyğun olaraq mübahisə predmeti olan mənzilin binanın neçənci mərtəbəsində yerləşməsi və qeyd edilən əsasa görə iddiaçıya məxsus olub-olmaması müəyyən edilməlidir

69. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

70. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

71. Şərh edilənləri və Azərbaycan Respublikas ı MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4005/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar