Məhkəmə qərarları › İş №2(102)-5331/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5331/2021

01.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5331/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-213/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,23 ha torpaq sahəsi X1 mülkiyyətinə ayrılmış, bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0050, kod90318018 nömrəli Dövlət aktı verilmişdir. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X2 mülkiyyətinə ayrılmış, bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-071A, kod-90318018 nömrəli Şəhadətnamə verilmişdir. X4 ilə xxx(bundan sonra – iddiaçı) 24 dekabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. X4 24 aprel 2010-cu il tar ixdə vəfat etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-785/2012 nömrəli iş üzrə 04 noyabr 2012-ci il tarixli qətnaməsi ilə, X1 ölümündən sonra ondan miras qalmış, Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən, Torpağa mülkiyyət hüququna dair JN-0050, kod-90318018 nömrəli Dövlət aktına əsasən ona məxsus 0.23 hektar çöl pay torpaq sahəsi, habelə Torpağın mülkiyyətə verilməsinə dair JN-071A, kod-90318018 nömrəli Şəhadətnaməyə əsasən ona məxsus 0.24 hektar həyətyanı torpaq sahəsinin və həmin sahədə yerləşən fərdi yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuş və adına qeydə alınması qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2019cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsi 08 noyabr 2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 17 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının adına qeydiyyata alınmış və ona bu barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən, RX1408800 saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsini özbaşına zəbt etmiş cavabdehin oradan məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəsinin qadağan edilməsi, mülkiy yət hüququnu pozmaqla həmin torpaq sahəsində apardığı özbaşına tikilinin, yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ərindən miras qalmış əmlakla əlaqədar məhkəmə qətnaməsinin mövcudluğuna, 0,24 ha torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq heç bir hüquqi əsası olmadan onun mülkiyyət hüququnu pozmuş, həyətyanı torpaq sahəsini özbaşına zəbt etmiş, torpaq sahəsində özbaşına yaşayış evi tikmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh mübahisə predmeti olan iddiaçının mülkiyyətində yerləşən torpaq sahəsini zəbt edərək özbaşına yaşayış evi tikmişdir. Qeyd olunanlar müvafiq məhkəmə qətnaməsi və mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 01 aprel 1969-cu il tarixdə mübahisə predmeti olan torpağın yerləşdiyi kənddə həmin təsərrüfatda anadan olmuş və bu günədək həmin təsərrüfatda qeydiyyatda olmaqla 2008ci il tarixədək həmin evdə yaşamışdır. 2008-ci ildə ailə qurmağı ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərinə köçərək orada yaşamış və 2012-ci ilin dekabr ayında yenidən Şəmsabad kəndinə qayıtmışdır. Bu gün də həmin kənddə, həmin təsərrüfatda qeydiyyatdadır. Ağdaş rayon Dövlət Arxivindən əldə etdiyi sənədlərdən məlum olmuşdur ki, 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında onun adının üstündən xətt çəkilmiş və təsərrüfatı ayrı göstərilmişdir. Lakin təsərrüfatı barədə səhifə açılmamış, təsərrüfatının həyətyanı torpaq sahəsinin ölçü sü göstərilməmişdir. Bütün bunlar barədə onun məlumatı və xəbəri olmamışdır. Ona ayrı təsərrüfat verilməsi ilə əlaqədar heç bir quruma müraciət etməmişdir. Kənd icra nümayəndəliyindən verilən məlumata görə, ona torpaq sahəsi mərhum valideynlərindən qalmış 0.24 hektar torpaq sahəsindən ayrılmışdır. Belə olmasaydı, kənddə islahat zamanı adambaşına 0.42 hektar pay torpaq sahəsi düşdüyü halda mərhum qardaşına cəmi 0.23 hektar pay torpaq sahəsi verilməzdi. Yəni onun adına verilmiş şəhadətnaməyə əsasən həmin ünvanda yerləşən 0.24 hektar torpaq sahəsinin 0.11 hektar hissəsi zəbt kimi və yaxud da özgə torpağı kimi yazılmışdır. 2010-cu ildə qardaşının ölümündən sonra iddiaçının 2012-ci ildə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməsindən, məhkəmə tərəfindən miras qalmış həyətyanı torpaq s ahəsinin və onun üzərində mərhum valideynləri tərəfindən tikilmiş və mərhum anasının adına olan yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsinə dair 04 noyabr 2012-ci il tarixdə qətnamə qəbul edilməsindən xəbəri olmamışdır. Qeyd olunanlar onun xəbəri olmadan onun təsərrüfatı üçün ayrılmış 0.10 hektar həyətyanı torpaq sahəsinin hazırda iddiaçının mülkiyyətində olan 0.24 hektar həyətyanı torpaq sahəsində yerləşdiyini təsdiq edir. Məhz buna görə də o, 2018-ci ildə həmin həyətdə heç kim yaşamadığından şəxsən kənd icra nümayəndəliyini xəbərdar etməklə və onun icazəsi ilə yaşayış evi tikdirmişdir. Həmin vaxt kənd icra nümayəndəsi onun üçün ayrılmış təsərrüfatın məhz mərhum valideynlərinə məxsus, onların ölümündən sonra mərhum qardaşı XXXun adına qeydə alınmış 0.24 hektar həyətyanı torpaq sahə sində olduğunu bildirmişdir. O, heç kimin torpağını zəbt etməmişdir. Faktiki olaraq özünə məxsus olan torpaqdan istifadə edir və həmin torpaqda yaşayış evi tikdirmişdir. Odur ki, iddia rədd olunmalıdır. Məhkəmə iclasında tədqiq edilən ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən, iddiaçının mərhum həyat yoldaşı X3 JN-071A nömrəli Şəhadətnamə ilə verilmiş 0,24 ha torpaq sahəsində cavabdeh fərdi yaşayış evi inşa etdirmiş və həmin torpaq sahəsindən istifadə edir. JN-050 nömrəli Dövlət aktı ilə X3 verilmiş 0,23 ha torpaq sahəsindən cavabdeh istifadə etmir. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)26/2020 nömrəli iş üzrə 09 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddia təmin edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün tələb edilən xərc - 60 manatın cavabdehdən tutularaq Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 180.4-cü, habelə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111.1, 111.2-ci maddələrini rəhbər tutaraq hesab etmişdir ki, mütəxəssis rəyi və tərəflərin izahatları ilə cavabdehin iddiaçının mülkiyyətində olan 0,24 hektar torpaq sahəsini zəbt edərək orada özbaşına olaraq yaşayış evi inşa etdirməsi mü əyyən olunduğundan, iddia əsaslı hesab edilərək təmin olunmalıdır. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 80, 88, 217.2-217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazında göstərdiyi dəlillərlə əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı işin həqiqi hallarını yaxşı bilmiş, onun mübahisəli həyətdə ev tikdirdiyindən əvvəldən xəbəri olduğu halda, işlər yekunlaşandan sonra məhkəməyə müraciət etmişdir. Halbuki həyətə mişar daşı töküləndə, ustalar işləyəndə XXXın bu barədə məlumatı vardı və heç bir etirazı olmamışdır. Qardaşı XXX2010-cu ildə vəfat et dikdən sonra onun yoldaşı XXX uşağı olmadığından həyəti tərk etmiş və bir gün də olsa həmin həyətə gəlməmiş və yaşamamışdır. Qardaşının ölümündən uzun müddət sonra XXX onun və digər bacı-qardaşlarının xəbəri olmadan həmin həyətyanı torpaq sahəsini və onun üzərində mərhum valideynləri tərəfindən tikilmiş və mərhum anası X6 adına qeydə alınmış yaşayış evinin məhkəmə qətnaməsi ilə qəbul edilməsinə nail olsa da, qətnamədən sonra həmin həyətyanı torpaq sahəsini və üzərində yerləşən yaşayış evini DƏDRX-nin 17 saylı Ərazi İdarəsində mülkiyyət hüququ əsasında adına qeydə aldıra bilməmişdir. Çünki yaşayış evinin texniki pasportu mərhum anasının adına rəsmiləşdirilərək onun adına qeydə alınmışdır. İddiaçının daşınmaz əmlaka mülkiyyət hüququ müvafiq icra orqanında qeydə alınmadığına görə ona qarşı ha zırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüququ yoxdur. Kənddə bütün sakinlər, qohum-əqrəba qətnamədən narazıdır, ata-anasının mülkünün başqa qadına verilməsinə, həmçinin onun evinin sökülə biləcəyinə çox hiddətlidirlər. O, doğulduğu gündən hazırkı vaxta qədər həmin evdə qeydiyyatdadır və torpaq sahəsinin hər hansı formada iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq onun qeydiyyatda olduğu və yaşadığı həyətdə ev tikmək ixtiyarı vardır. Həyətdə onun valideynlərinin köhnə evi vardır və hazırda da həmin ev mövcuddur. O, həmin evdə doğulmuş və bütün həyatı boyu həmin evdə yaşamışdır. Keçmiş gəlinləri XXXın bütün həyət-bacaya yiyələnməsi və üstəlik də onu bu həyətdən çıxararaq tikdiyi evi sökməsi heç bir haqqa-ədalətə sığmır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-213/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğundur. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətində iddia ərizəsinə etirazında və apellyasiya şikayətində qeyd etdiyi dəlilləri göstərməklə əlavə olaraq bildirmişdir ki, məhkəmə mübahisəli torpaq sahəsinin konturlarını, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin və Bələdiyyənin balansında olan torpaq sahəsinin sərhədlərini dəqiq müəyyən etməmişdir. Hal-hazırda Bələdiyyə fonduna aid olan torpaq sahəsinin ona satılması ilə əlaqədar Bələdiyyəyə müraciət etmişdir və torpaq sahəsinin ona satılması ilə əlaqədar s ənədləşdirmə işləri aparılır. Tikdirdiyi fərdi yaşayış evi Bələdiyyə fonduna aid olan torpaq sahəsində yerləşir. İşə baxan məhkəmə tərəfindən iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilsəydi fərdi yaşayış evinin Bələdiyyə fonduna aid torpaq sahəsində yerləşdiyi dəqiq müəyyən olunardı. Məhkəmə işin həqiqi hallarını tam və ətraflı araşdırmamış, onun adına ayrılmış torpaq sahəsinin iddiaçının miras əmlak kimi qəbul etdiyi 0.24 hektar torpaq sahəsində və ya ona bitişik Bələdiyyə balansında olan torpaq sahəsində yerləşdiyini dəqiq müəyyən etməmiş, ona ayrılmış torpaq sahəsinin 0.24 hektar torpaq sahəsinin tərkibində olmasını nəzərə almamış, yalnız mütəxəssis rəyinə və məhkəmə qətnaməsinə əsaslanaraq qanunsuz və ədalətsiz qətnamə qəbul etmiş, mülki qanunvericiliyin tələblərini və onun qanunla qorunan mülkiyyət və istifadə hüquqlarını kobudcasına pozmuşdur. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 139.1, 146.2, 152.1, 152.5-ci, MPM-in 14.2, 76.1, 76.2, 106.1, 217.3, 217.4, 220.4-cü, Torpaq Məcəlləsinin 5, 67.1, 84.1ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-ni n 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (152.1, 152.5, 157.2-ci maddələr). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4). Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyətı üzrə geri qaytarılır (maddə 111.2). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmə lidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin madd i və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və cavabdehin daha əvvəllər istinad etmədiyi və məhkəmə baxışı zamanı araşdırma predmeti olmamış hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabde h tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-213/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar