Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5332/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2(106)1153/2019 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövl ət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(050)-2910/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Musayev) ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi təmin edilərək, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “Boradigah çay fabrikində” fəhlə işləməklə iş stajına malik olma faktı müəyyən edilib. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2(106)1153/2019 saylı qət naməsi ilə (hakimlər İ.Q.Əsədov sədrlik edən, məruzəçi, Z.A.Zeynalov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Masallı rayon məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Maraqlı şəxs qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, ərizəçi məhkəmədə maraqlı şəxsə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə verərək, 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, “Boradigah çay fabrikində” fəhlə işlədiyi illərin iş stajı kimi sosial stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin vəkili Xəqan Hümmətzadə kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Ərizəçi İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən mə hkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin vəkili Xəqan Hümmətzadənin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “Boradigah çay fabrikin”də fəhlə işləsə də, lakin bu barədə əmək kitabçasında müvafiq qeydiyyat aparılmamasına, ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə, Masallı rayonu, “X3” 1975-1998-ci illərə aid sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsinə, ərizəçinin iddia etdiyi faktların şahid ifadələri ilə təsdiq edilməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 307, 308-ci maddələrinin və digər madd i, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, ərizədən görünür ki, ərizəçinin maraqlı şəxsə qarşı tələbi 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, “Boradigah çay fabrikində” fəhlə işləməsi faktının müəyyən edilməsindən və həmin illərin iş stajı kimi sosial stajına daxil edilməsi barədə qətnamə qəbul edilməsindən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.1-ci maddələrinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında və digər işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsində göstərilir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-307.2.11-ci maddələrində məhkəmənin hansı hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxa bilməsinin dairəsi dəqiq müəyyən edilib göstərilmişdir. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və onlara xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və onlara xitam verilməsini əlaqələndirir. Nəzərə a lmaq lazımdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə- həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmaması nəzərdə tutulur. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və ya onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyəti olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razıl aşarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X, X1, X2nın ifadələrini iş üzrə toplanmış digər sübutlarla, o cümlədən ərizəçinin özünün izahatı ilə yanaşı yoxlayıb, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək fəhlə işləməsini iddia etdiyi Masallı rayonu, “Boradigah 2 saylı çay fabriki”nin hüquqi statusuna, fəaliyyət göstərib-göstərməməsinə aydınlıq gətirmədən, ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsinə dair məhkəməyə heç bir yazılı sübut təqdim etməməsinə əhəmiyyət vermədən, yalnız Masallı rayon D övlət Arxivinin 06 noyabr 2018-ci il tarixli arayışına və birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələrinə əsaslanaraq ərizəni təmin etmişdir. Halbuki, sözügedən arxiv arayışı ilə müəyyən olunur ki, Masallı rayonu, Boradigah qəsəbəsinin ərazisində fəaliyyət göstərmiş “Boradigah 2 saylı çay fabriki”nin sənədləri, o cümlədən fabrikin əmrlər kitabı, əmək haqqı sənədləri ümumiyyətlə Masallı rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən də ərizəçinin “Boradigah 2 saylı çay fabrikin”də işləyib-işləməməsi barədə, eləcə də fabrikin nə vaxt yaranması və ya nə vaxt ləğv edilməsi barədə Dövlət Arxivində heç bir məlumat yoxdur. Apellyasiya instansiyası məhkəməsi ərizəçinin fəhlə kimi işləməsini iddia etdiyi “Boradigah 2 saylı çay fabriki”nin fəaliyyət göstərməməsi və bu səbəbd ən də ərizəçinin iddia etdiyi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi qənaətinə gəlsə də, gəldiyi nəticəni hər hansı mötəbər yazılı sübutlarla əsaslandırmamışdır. Digər tərəfdən işdən görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1, X2 və X3 ifadələrində ərizəçinin sözügedən fabrikdə fəhlə işləməsini bildirmiş və ifadələrinin doğruluğunu təsdiq etmək üçün məhkəməyə əmək kitabçalarının surətlərini təqdim etmişlər. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan şahidlərin adlarına sözügedən fabrik tərəfindən əmək kitabçaları verildiyi və əmək kitabçaları onların özlərində olduğu halda, onlarla bir fabrikdə işləmiş ərizəçiyə əmək kitabçasının verilməməsinin səbəblərini aydınlaşdırmadan, ərizəçinin izahatı ilə şahidlərin ifadələri arasındakı ziddiyyətlərə aydınlıq gətirmədən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “Boradigah çay fabrikin”də fəhlə işləməsi faktını müəyyən etmişdir. Halbuki, işə əlavə edilmiş əmək kitabçalarının surətlərindən, o cümlədən şahidlərin özlərinin ifadələrindən görünür ki, sözügedən fabrikdə şahid X1 30 iyun 1983-cü ildən 01 avqust 1997-ci il tarixədək, şahid X2 08 dekabr 1981-ci ildən 02 yanvar 2000-ci il tarixədək, şahid X3 isə 12 fevral 1975-ci ildən 21 aprel 1992-ci il tarixədək işləmişlər. Apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirmədən, ərizəçinin 01 iyul 1975-ci ildən 31 iyul 1998-ci il tarixədək Masallı rayonu, sabiq “Boradigah çay fabrikin”də fəhlə işləməsi faktının şahid ifadələri ilə də tam təsdiqini tapmamasına əhəmiyyət verməd ən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nö qsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli, 2(106)-1153/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın
Məhkəmə qərarları › İş №2(102)-5332/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5332/2019
23.08.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver