Məhkəmə qərarları › İş №2(102)-5333/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5333/2021

01.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5333/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) əri X3 Bakı şəhər İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən Göradil bağlar sahəsində 159 nömrəli ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 351b nömrəli bağ ayrılmışdır. X6 04.09.2007-ci il tarixdə vəfat etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4321/2018 nömrəli, 07 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Göradil bağlar sahəsində 159 nömrəli BTK-nın nəzdində ayrılmış 0.12 ha torpaq sahəsində yerləşən 351b nömrəli bağın 377 kv.metr olan sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində hüquqi qeydiyyata alınaraq buna dair Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbayca n Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına 15 yanvar 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. Eyni zamanda, Cavabdeh (bundan sonra – cavabdeh) Bakı şəhər İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 361 “F” nömrəli bağ ayrılmışdır. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndi, 351b saylı bağ sahəsinə cavabdehin qanunsuz müdaxiləsinə son qoyularaq torpaq sahəsinin boşaldılması, cavabdehin həmin ərazidən çıxarılması, cavabdeh ilə ona məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsi, 0.0377 ha torpaq sahəsinin sərhədi boyunca cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməsi vəzifəsinin sonuncuya həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qonşusu olan cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinə qanunsuz müdaxilə edərək zəbt etmiş və has ar çəkmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi dəfələrlə təqdim edərək cavabdehdən ona məxsus ərazini boşaltmasını tələb etsə də, cavabdeh buna əhəmiyyət verməmiş və öz qanunsuz əməllərinə davam etmişdir. Hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, X1 və İstismarı Birliyinin qərarı ilə 31 avqust 2005-ci il tarixli 16 saylı “Orderə” əsasən ona Göradil bağlar sahəsində 361“F” saylı bağ sahəsi verilmişdir. X2 mühəndisləri tərəfindən həmin bağ sahəsində 3 sot boş torpaq sahəsinin heç kimə aid olmadığı bildirilmiş, həmin torpaq sahəsi oğlu X4 akt tərtib edilərək verilmişdir. O da, 28 sentyabr 2005-ci il tarixdə DZR259002 saylı mədaxil qəbzi il ə X5 pul köçürərək, torpaq sahəsini oğlunun adına keçirmişdir. İddiaçının isə 29 ildən sonra bağ sahəsinə hansı qaydada çıxarış alması ona aydın deyildir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən verilmiş suala cavab olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi hasara onun tərəfindən alınmışdır. DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 20 iyun 2019-cu il tarixli, **********21 saylı məktubda qeyd olunmuşdur ki, 351b saylı bağ sahəsi 361f saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində sahə 1.577,0 kv.m təşkil edir. Ümumi sahədən 377,0 kv.m hissə 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1200,0 kv.m-dir). 361f saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1200,0 kv.m-dir. 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş, 377,0 kv.m sahədə tikili yoxdur. 361f saylı bağ kimi 1200,0 kv.m olan hissədə 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Mübahisə predmeti olan və faktiki vətəndaşın istifadəsində 361f saylı bağ sahəsi kimi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli, 22305 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mütəxəssis rəyinə əsasən 351b saylı bağ sahəsi 361f saylı bağ sahəsi ilə ümumi hasar daxilindədir, ara məsafələri şərtidir. Ümumi hasar daxilində sahə 1577.0 kv.m təşkil edir. Ümumi sahədən 377,0 kv.m hissə 351b saylı bağ sahəsi k imi qeydiyyatdan keçmişdir (sənəd üzrə 1200,0 kv.m-dir). 361f saylı bağ sahəsi isə sənəd üzrə və faktiki 1200,0 kv.m-dir. 351b saylı bağ sahəsi kimi qeydiyyatdan keçmiş 377 kv.m sahədə tikili yoxdur. 361f saylı bağ kimi 1200,0 kv.m olan hissədə bir mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Mübahisə predmeti olan və faktiki vətəndaşın istifadəsində 361f saylı bağ sahəsi kimi olan sahə bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-172/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia qismən təmin edilmiş, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsinə cavabdehin qanunsuz müda xiləsinə son qoyulması, cavabdeh tərəfindən 351b saylı bağ sahəsinin sərhədi boyunca inşa edilmiş daş hasarın cavabdehin hesabına sökülməsi, həmin bağ sahəsinin boşaldılması, cavabdehin həmin sahədən çıxarılması, iddianın digər hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 5 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin 25 manatının iddiaçıdan, 25 manatının isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehə Bakı şəhər İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Novxanı-Göradil bağlar sahəsində 121 saylı ВТК nəzdində ayrıl mış 0.12 ha torpaq sahəsi olan 361 “F” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə 352b saylı bağ sahəsi kimi qeyd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 351b saylı bağ sahəsi (0.0377 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur və həmin sahə cavabdeh tərəfindən hasara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 140, 152.1, 152.5, 157.4cü maddələrini rəhbər tutaraq hesab etmişdir ki, iddiaçıya məxsus 351b saylı bağ sahəsinə cavabdehin qanunsuz müdaxiləsinə son qoyulmalı, cavabdeh tərəfindən inşa edilmiş daş hasar onun hesabına sökülməli, həmin bağ sahəsi boşaldılmalı və cavabdeh oradan çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “cavabdehlə i ddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin plan sxemə əsasən müəyyən edilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, 14 yanvar 2019-cu il tarixində DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş, torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin sərhədlərinin yenidən müəyyən edilməsinə hər hansı zərurət yoxdur. Məhkəmə öz mövqeyini, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmış dır ki, qətnamə əsassız və qanunsuzdur, ona görə də, apellyasiya qaydasında ləğv edilməli, iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İddiaçıya 0,12 ha sahəsinə dair çıxarış əvəzinə 0,0377 kv.metr torpaq sahəsi üçün qeyri-qanuni çıxarış verilmişdir. İddiaçı qalan 0,823 ha torpaq sahəsinin harada yerləşdiyini bilmir. İddiaçı həmin torpaq sahəsinin istifadəsində və ya mülkiyyətində olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Torpaq sahələrinin bir-biri ilə üst-üstə düşməsi heç bir sxematik xəritədə öz təsdiqini tapmır. Ekspertin verdiyi rəy hakim üçün məcburi qüvvəyə malik olmadığı halda, hakim həmin rəyə istinad etmiş, rəyin doğruluğunu yoxlamaq məqsədilə əlavə tədbirlər görməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – ape llyasiya instansiyası məhkəməsi) 2(103)-2868/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində qeyd olunanlar əsaslı deyildir. Cavabdeh istinad etdiyi dəlilləri təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətin in dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları obyektiv, hərtərəfli araşdırmamış, onlara düzgün qiymət verməmişdir. Cavabdeh kassasiya şikayətində iddia ərizəsinə etirazında qeyd etdiyi dəlilləri göstərməklə əlavə olaraq bildirmişdir ki, torpaq sahəsi faktiki olaraq 16 ildir onun sahibliyində və istifadəsindədir. Torpaq sahəsini 3 metr hündürlüyündə hasara almış, təmizləmiş, sahəyə xeyli torpaq daşımış, yaxşılaşdırma işləri görmüş, çoxillik ağaclar əkmişdir. Bu günə qədər heç kim onun sahibliyinə müdaxilə etməmişdir. 0,0377 ha (faktiki 0,0302) torpaq sahəsi 0,12 ha bağın ayrılmaz hissəsidir. Hesab edir ki, Mülki Məcəllənin 135.4-cü maddəsinə əsasən o, həmin torpağı ayıraraq boşalda bilməz. İddiaçı 0,12 ha torpaq sahəsi olan 351b nömrəli bağın ona ayrıldığını əsas götürərək istifadəsində olan 0,0377 ha torpaq sahəsini mənimsəmişdir. Məhkəmələr iddiaçıya verilmiş orderin həqiqiliyinə, qanuniliyinə və həmin orderi verən şəxsin bağ sahəsi ayırmağa subyektiv hüququnun olub-olmamasına qiymət verməmişlər. İddiaçı qanunsuz orderlə onun istifadəsində olan torpağı mülkiyyətinə keçirmişdir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, mübahisəli bağ sahələri qonşu sahələr ola bilməz. Çünki mübahisəli bağ sahələrinin nömrələri ardıcıl deyil, bağ sahələri fərqli kooperativlər tərəfindən verilmişdir, iddiaçıya məxsus bağ sahəsi ilə cavabdehə məxsus bağ sahəsi ayrı-ayrı ərazilərdə ye rləşir və ara məsafələri çoxdur. Mübahisəli 0,0377 ha torpaq sahəsi cavabdehin bağ sahəsinə bitişikdir və vahid hasarla əhatə olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci m addəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ b edə bilər (152.1, 152.5, 157.2-ci maddələr). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin lə ğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2868/2021 nömrəli iş üzrə 28 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar