Məhkəmə qərarları › İş №2(102)-5334/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5334/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bor
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5334/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bahadur qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc pul tələbi) 02.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, İddiaçı Bahadur qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)658/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdak ı qərarı qəbul etdi. İşin halları 1. 2005-ci ildə iddiaçının cavabdehə verdiyi borcun qaytarılması ilə əlaqədar tərəflər arasında mübahisə yaranmışdır. Cavabdeh 20.07.2016-cı il tarixdə Bakı şəhər prokurorluğuna müraciət edərək, İddiaçı ona verdiyi borc pulu faiz əlavəsi ilə geri almasına baxmayaraq əlavə pul almaq məqsədi ilə onu ölümlə hədələdiyini bildirmişdir. Həmçinin İddiaçı 23.07.2016-cı il tarixdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə ərizə yazaraq, Cavabdeh onun 1100 manat və 4000 ABŞ dolları məbləğdə pulunu ələ keçirərək, dələduzluq etdiyini bildirmişdir. Onların ərizələri əsasında cinayət işi başlanmış, araşdırmanın nəticəsi olaraq Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 26.12.2018-ci il tarixli qərar çıxarılmışdır. Həmin araşdırma zamanı Cavabdeh verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı Bahadur qızından 2013-cü ilin avqust ayından başlayaraq 2014-cü ilin yanvar ayına qədər olan müddət ərzində 1.500 manat, sonradan 5.100 manat, İddiaçı bacısı Mehribandan 6.900 manat olmaqla, ümumilikdə 13500 manat, daha sonra isə 2015-ci ilin oktyabr ayında isə İddiaçı əlavə olaraq ayrılıqda 3.000 manat məbləğində pul borc götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bahadur qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1100 manat və 4000 ABŞ dolları məbləğində borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Cavabdeh əvvəlcə 2500 manat, daha sonra isə 4000 ABŞ dolları məbləğində borc vermişdir. 2500 manatdan 1400 manatını Cavabdeh ona qaytarmış, lakin 1100 manatı və 4.000 ABŞ dollarını bu günədək ondan ala bilməmişdir. Cavabdeh ona qarşı dələduzluq cinayəti törətməsi barədə şikayəti əsasında Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.1 maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və 26.12.2018-ci il tarixli qərarla həmin cinayət işi üzrə icraata xitam verilmiş, ona borc tələbi ilə məhkəməyə müraciət etməsi təklif edilmişdir. Cinayət işinin istintaqı zamanı Cavabdeh ifadəsində müxtəlif vaxtlarda ondan hər ay 7 faiz əlavə pul ödəməklə borc pul götürdüyünü və 2015-ci ilin noyabr ayında ona 1100 manat məbləğində borcu qaldığını bildirmişdir. 2015-ci ilin oktyabr ayında yenidən ona müraciət ed ərək 5000 manat pulu faizlə borc kimi verməsini xahiş etmişdir. O da, 5000 manat pulunun olmadığını bildirərək, yalnız 3000 manat məbləğində pulu hər ay 20 faiz əlavə ödəniş etməklə borca verməyi təklif etmiş, əlacsız qalaraq, bu şərtlərlə razılaşmış və 3000 manat pulu hər ay 20 faiz əlavə ödəniş etmək şərti ilə borca götürmüşdür. Borc məbləğini və faiz pullarını ödəyə bilmədiyi üçün münasibətləri kəskinləşmiş, məcbur qalaraq, bacısı oğlu Rafael İsmayılova ona köməklik göstərməsi barədə xahiş etmişdir. 2016-cı ilin iyun ayında R.İsmayılov özünə məxsus avtomaşını sataraq, Cavabdeh 5100 manat məbləğində pul vermiş, o da bu pulu iddiaçıya ödəməklə, ona daha borcu qalmadığını bildirmişdir. Cavabdeh istintaq orqanına vermiş olduğu ifadələrində ona borcu olmadığını bildirsə də, yanlışlığa yol ve rmişdir. Hal-hazırda da ona 1100 manat və 4000 ABŞ dolları məbləğində borcu qalmaqdadır.

4. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən də müxtəlif vaxtlarda iddiaçıdan faizlə borc pul götürmüş, lakin həmin borc məbləğləri tamamilə ödənilmişdir və iddiaçıya hazırda heç bir borcu yoxdur.

5. Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2019 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilərək, Cavabdeh 1100 manat və 4000 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı Bahadur qızına verilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik yara nmışdır. Mübahisə həll edilərkən tərəflərin izahatlarındakı məlumatlar əsas götürülməlidir. Belə ki, işdə yazılı sübut, maddi sübut və ya digər sübutlar yoxdur. ********** nömrəli cinayət işinin istintaqı zamanı ifadə vermiş şahidlərin ifadələrindəki məlumatlar isə mötəbər hesab edilməmişdir, çünki şahidlər pulun verilib-qaytarılmasını şəxsən görməmişlər, habelə onların mübahisə edən tərəflərlə münasibətləri var, ona görə də mübahisənin münsibətdə olduqları tərəfin xeyrinə həll edilməsində maraqlıdırlar.

7. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc alınmış 2500 manat və 4000 ABŞ dolları pulun və ya onun bir hissəsini qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı ona 1400 manatın qa ytarıldığını yazılı formada etiraf etdiyinə görə cavabdeh həmin məbləğdə pulu qaytardığını sübut etmək vəzifəsindən azaddır, işin bu halı sübut olunmuş sayılır. Lakin cavabdeh qalan 1100 manatı və 4000 ABŞ dollarını qaytardığını sübut edə bilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 425.1, 442, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2019 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-1700/2020 saylı qətnam əsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2020 saylı saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddianın qismən təmin edilməsi, Cavabdeh 3635 manat məbləğində pulun tutularaq, İddiaçı Bahadur qızına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, polis idarəsində verdiyi ifadədə Səmədova X3 Aygün Bahadur qızından 2013-cü ilin avqust ayından başlayaraq 2014-cü ilin yanvar ayına qədər olan müddət ərzində 1.500 manat, sonradan 5.100 manat, İddiaçı bacısı Mehribandan 6.900 manat olmaqla, ümumilikdə 13500 manat, daha sonra isə 20 15-ci ilin oktyabr ayında İddiaçı əlavə olaraq ayrılıqda 3.000 manat məbləğində pul borc götürdüyünü etiraf etmişdir. Eyni zamanda iş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunaraq imzalanmış qəbzdən görünür ki, o, aldığı 12000 manatı 23 fevral 2015-ci il tarixdə İddiaçı bacısı Mehriban Rzayevaya qaytarmış, sonuncu da həmin pulu təhvil aldığını öz imzası ilə təsdiq etmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, məhkəmə iclasında da İddiaçı Bahadur qızı Cavabdeh verdiyi borc pulların məhz bacısı Mehriban Rzayeva ilə ona birgə məxsus olduğunu bildirdi və həmin qəbzin həqiqiliyini mübahisələndirmədi. Göründüyü kimi Cavabdeh İddiaçı və onun bacısı Mehriban Rzayevadan ümumilikdə aldığı 13500 manat borcdan 12000 manatını geri qaytarmış və qalıq borc 1500 m anat təşkil etmişdir. Lakin iddiaçı həmin borcdan cəmi 1100 manat borcun tutulması tələbini irəli sürmüşdür.

13. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda iş materiallarında olan qəbzlərlə cavabdehin iddiaçıya 13.07.2015-ci il tarixdə 265 manat, 05.08.2015-ci il tarixdə isə 200 manat olmaqla, ümumilikdə 465 manat pul ödədiyini müəyyən etmiş və həmin məbləğlər də nəzərə alınmaqla cavabdehin iddiaçıya cəmi 635 manat borcu (1100 – 465 = 635) qaldığı barədə nəticəyə gəlmişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi cavabdeh bu borclardan əlavə olaraq 2015-ci ilin oktyabr ayında iddiaçıdan ayrılıqda cəmi 3000 manat pulu borca aldığını etiraf etmiş, lakin həmin borcun geri qaytarılmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiy a instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(102)-4004/2020 saylı qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.T.Əhmədov) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli, 2(103)-1700/2020 saylı qətnaməsi ləğv edilmiş, yenidən baxılması üşün apellyasiya instansiyasına göndərilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin əsaslanmasından belə qənaət hasil olur ki, məhkəmə iddiaçının və onun bacısı Mehr iban Rzayevanın cavabdehə vermis olduğu ümumi məbləği və cavabdehin qaytarmış olduğu pulların cəmini verilən məbləğdən (iki bacıya verilən) çıxmaqla son məbləği müəyyən edərək qalan məbləği iddiaçının xeyrinə tutmuşdur.

17. Amma, təqdim edilmiş digər məhkəmə qətnaməsinin mövcudluğu məhkəmənin qənaəti ilə ziddiyyət təşkil edir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, X4 hazırkı iş üzrə Cavabdeh qarşı ayrıca pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 1500 manat pulun tutulmasını xahiş etmiş və məhkəmənin həmin qətnaməsi ilə iddia təmin olunmuşdur. Tələb olunan 1500 manat pul məbləği hazırkı iş üzrə iddiaçının qeyd etdiyi vaxtda və şəraitdə verilən, məhkəmənin yuxarıda qeyd olunan əsaslanmasına aid olan pul məbləğlərinə daxild ir. Deməli belə qənaət hasil olur ki, əslində digər bacı öz mənafeyini heç kimə həvalə etməmiş və cavabdehin ona borclu olduğu pulu özü ayrıca iddia verməklə tələb edir. Həmin qətnamənin mövcudluğu hazırkı işlə bağlı məhkəmənin gəldiyi qənaətlə ziddiyyət təşkil edir. Çünki məhkəmə hazırkı işdə iki bacıya verilmiş pullardan qalan məbləği hesablayaraq iddiaçının xeyrinə tutmuşdu.

18. Cavabdeh tərəf sonrakı qətnamə ilə tələb olunan 1500 manat pulun hazırkı işdə tələb olunan 1100 manat olduğunu israr edir. Məhkəmənin hazırkı iş üzrə gəldiyi yekun nəticə bu halı istisna etmir, əksinə onu ehtiva edir ki, digər bacıya qalıq qalmış borc məbləği də bu işdə həll edilmişdir. Qətnamədə bununla bağlı açıqca qeyd edilir ki, “Cavabdeh İddiaçı və onun bacısı Mehriban Rzayevadan ümumilikdə aldığı 13500 man at borcdan 12000 manatını geri qaytarmış və qalıq borc 1500 manat təşkil etmişdir. Lakin iddiaçı həmin borcdan cəmi 1100 manat borcun tutulması tələbini irəli sürmüşdür. Eyni zamanda iş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya 13.07.2015-ci il tarixdə 265 manat, 05.08.2015-ci il tarixdə isə 200 manat olmaqla, ümumilikdə 465 manat pul ödəmişdir.”

19. Nə qədər ki, digər bacı (Mehriban Rzayeva) ona aid olan borcu ayrılıqda tələb edirdi, hazırkı işdə iki bacının cavabdehə vermiş olduğu və qaytarılan məbləğləri ümumiləşdirərək yekun qərar qəbul edilməsi əsaslı olmamışdır. Artıq kassasiya şikayətinə baxılarkən cavabdeh tərəf digər iş üzrə qətnamənin apellyasiya icraatında da dəyişdirilmədən saxlanmasını təsdiq etmişlər.

20. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi müə yyən etmişdir ki, iddiaçının tələb etdiyi 4000 ABŞ dolları pulun verilməsi təsdiq olunmur. Lakin məhkəmə həmin məbləğin əvəzi olaraq iddiaçının cavabdehə 3000 manat verməsi barədə cavabdehin etirafını əsas tutaraq, iddianı həmin məbləğdə təmin etmişdir.

21. Ona görə işə yenidən baxılarkən qeyd olunan ziddiyyətli hallar aradan qaldırılmalı, iddiaçının cavabdehə vermiş olduğu borcla bağlı təqdim edilmiş sübutlar ayrıca tədqiq edilməli, iddiaçının 4000 ABŞ dolları pulun qaytarılması ilə bağlı tələbi aydınlaşdırılmalı, iddiaçının hansı əsasla məhz 4000 ABŞ dolları tələb etməsi, bu halı təsdiq etmək üçün hansı sübutlar təqdim etməsi, onların mötəbərliliyi müəyyən edilməli, 3000 manat pulun həmin 4000 ABŞ dollarına aidiyyəti olub-olmaması dəqiqləşdirilməli və bunun nəticəsindən asılı olaraq tə rəflərin sübutetmə vəzifəsinin öhdəsindən nə dərəcədə gəlmələri rəhbər tutulmaqla mübahisəyə hüquqi qiymət verilməlidir. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 mart 2021-ci il tarixli, 2(103)-658/2021 saylı qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və X.Sarıyev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(011)-6958/2020 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya 1.100 manat və 4.000 ABŞ dolları məbləğində borcunun olduğu sübut olunur. Belə ki, Yasamal RPİ İŞ-nin müstəntiqi tərəfindən qəbul olunmuş 26.12.2018-ci il tarixli q ərardan görünür ki, cavabdeh şahid kimi dindirilərkən iddiaçıya 1.100 manat borcunun olduğunu yazılı şəkildə etiraf edib (iş v. 18). Bundan başqa, həmin qərarda şahid X1 ifadəsi əks olunub, o, bildirib ki, 2005-ci ildə cavabdehin iddiaçıdan 4.000 ABŞ dolları məbləğində borc pul adlığının şahidi olub (iş v. 17). X2 apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş və iddiaçının cavabdehə 4.000 ABŞ dolları pul verdiyinini şahidi olduğunu təsdiq etmişdir. Borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür, lakin cavabdeh 1.100 manat və 4.000 ABŞ dolları məbləğində pulun iddiaçıya qaytarıldığını sübut edə bilmir.

24. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qəra r qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

25. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, o, 3000 manat pulu borc şəklində götürdüyünü, aralarında 4000 ABŞ dollarla bağlı hər hansı bir münasibət olmadığını və götürülmüş manat borcunun qaytarıldığını bildirmişdir. Bundan əlavə, tərəflər arasında telefon danışığının səs yazısında iddiaçı cavabdehin ona borcu olmadığını etiraf edir, həmin danışıqlarda hər hansı bir dollar məbləğindən söhbət getmir. Məhkəmə iddiaçının və onun bacısının aldıqları puldan qalıq qalmış pulu ondan tutsa da, n əzərə almamışdır b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri

26. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçı Bahadur qızı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə onun izahatı dinlənilməmişdir.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyinə və gəlməmənin səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

29. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətna mə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

30. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, i ş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edi lməsin Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual h üquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdı r. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir.

36. Məhkəmə kollegiyası bildirir ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur.

37. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

38. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

39. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşk il edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir.

41. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir.

42. Baxılan işdə apellyasiyanın hədləri ilə bağlı bir qədər fərqli vəziyyət mövcud idi. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(103)1700/2020 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, Cavabdeh 3635 manat məbləğində pulun tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.

43. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verməmişdir. Kassasiya instansiyası məhkəməsi də cavabdehin dəlilləri həddində yoxlama apararaq apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmişdir. İşin bu halı o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tələbinin 3635 manat məbləğdə təmin olunmasını qəbul etmişdir və bu halda icraatın sonrakı mərhələsində iddiaçının tələbi 3635 manat məbləğdən çox təşkil etməmişdir. Bun a görə də apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçı qarşısında borc öhdəliyi olduğunu düzgün müəyyən edib, maddi hüquq normasının düzgün tətbiq etmiş olsa da, iddianı tam təmin etməkdə haqlı olmamışdır.

44. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktik halları yeni qərar çıxarılmasına imkan verir.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-658/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 3635 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bahadur qızına ödənilsin. Qalan hissədə iddia təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar