Məhkəmə qərarları › İş №2(102)-5337/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5337/2020

17.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5337/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)854/2020 saylı qətnaməsindən Cavabdeh kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(044)2723/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.Ə.Şirinov) İddi açı Cavabdeh qarşı “tikintinin, torpaq sahəsinin qaytarılması, torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması” barədə iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən, sahəsi 0,1328 ha olan torpaq sahəsi, ümumi sahəsi 238,5 kv.metr olan əmlak kompleksi və ünvan 2 ünvanda yerləşən, sahəsi 0,0495 kv.metr olan torpaq sahəsi, ümumi sahəsi 31,7 kv.metr olan qeyri-yaşayış binasının cavabdehin sahibliyindən alınaraq iddiaçıya verilməsi, cavabdehin həmin torpaq sahəsindən, qeyri-yaşayış binasından çıxarılması, həmin torpaq sahəsinin və qeyri-yaşayış binasının boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)854/2020 saylı qətnaməsi ilə (hakimlər R.Z.Ma medov sədrlik edən, məruzəçi, İ.Ə.Şəfiyev və A.H.Hüseynzadə) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən, sahəsi 0,1328 ha olan torpaq sahəsi, ümumi sahəsi 238,5 kv.metr olan əmlak kompleksi və ünvan 2 ünvanda yerləşən, sahəsi 0,0495 kv.metr olan torpaq sahəsi, ümumi sahəsi 31,7 kv.metr olan qeyri-yaşayış binasının cavabdehin sahibliyindən alınaraq ona verilməsi, cavabdehin həmin torpaq sahəsindən, qeyri-yaşayış binasından çıxarılması, həmin torpaq sahəsinin və qeyri-yaşayış binasının boşaldılaraq ona təhvil verilməsi barədə qətna mə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verd i. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh vəkili Vəkil izahatını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Resp ublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddianın əsaslı olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Torpaq Məcəlləsinin 84.1, 111.1, 111.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq no rmalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən ödəniş vaxtı milli manata məzənnədə 220.000 ABŞ dollarının tutulub iddiaçıya verilməsi qət edilib. Eyni zamanda, Gəncə şəhər İcra Şöbəsinin icra məmurunun “əmlakın tələbkarın adına rəsmiləşdirilməsi haqqında” xx xxxxxx 2018-ci il tarixli Qərarına əsasən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017- ci il tarixli ic ra sənədinin icrasını təmin etmək üçün borclu Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, sahəsi 0,1328 ha olan torpaq sahəsində yerləşən, ümumi sahəsi 393,4 kv.metr, əsas sahəsi 327 kv.metr, köməkçi sahəsi 66,4 kv.metr olan əmlak kompleksi və Gəncə şəhəri, Nizami rayonu, N.Nərimanov prospekti, 11-ci döngədə yerləşən qeyri-yaşayış binasını tələbkar İddiaçı borun bir hissəsi kimi qəbul etməsini nəzərə alıb və borclu Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən qeyri yaşayış binasını və ünvan 1 ünvanda sahəsi 0,1328 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 393.4 kv.metr, əsas sahəsi 327 kv.metr, köməkçi sahəsi 66,4 kv.metr olan əmlak kompleksini qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar İddiaçı adına rəsmiləşdirilməsi üçün zəruri sənədlərin Reyestr Xidmətinə tə qdim edilməsi və Qərarın icrasının Reyestr Xidmətinə həvalə edilməsi qərara alınıb. xx xxx 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0,1328 ha torpaq sahəsi və ümumi sahəsi 238,5 kv.metr olan əmlak kompleksi kimi müəssisə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ sub yektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını təl əb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) t orpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla icazə verilmir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini arışdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli əmlak iddiaçının xüsusi mülkiyyətində olduğundan və cavabdeh həmin əmlaka olan hüquqlarını itirdiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülk i mübahisəyə düzgün tətbiq edib. Cavabdeh kasasiya şikayətində mübahisəli əmlakın mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmasına əsas olmuş sənədləri ayrıca məhkəmə qaydasında mübahisələndirdiyini, həmin əmlakın onunla arvadı Alimə Abdullayevanın birgə nikahı dövründə ümumi gəlirləri hesabına əldə olunduğunu və sonuncunun həmin əmlak üzərində birgə paylı mülkiyyət hüququnun tanınması barədə ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmasını və sair göstərsə də, etirazının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsin də göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, mübahisəli əmlak iddiaçının mülkiyyətində olduğundan və beləliklə də, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə sayıldığından, apellysiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılıb (Mülki Məcəllənin 140-cı maddəsi). Bu baxımdan kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2 (104)-854/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar