Məhkəmə qərarları › İş №2(102)-534/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-534/2020

23.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-534/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Xnın katibliyi ilə, Cavabdeh X1 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)3196/2019 nömrəli iş üzrə 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Şabran rayon məhkəməsinin (hakim Çingiz İsgəndərov) 24 may 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Şabran şəhəri, R.Rza küçəsin də yerləşən X1nın yaşadığı evə köçürülməsi qət edilmiş, yaşayış sahəsinə istifadə hüququnun verilməsi hissəsdə iddia tələbi rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Günarə Tağızadə sədrlik edən və məruzəçi, Telman Quliyev, Elman Rəhimov) 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1nın apellyasiya şikayəti təmin edilməmiş, Şabran rayon məhkəməsinin iş üzrə 24 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdeh X1na qarşı yaşayış sahəsindən istifadə hüququnun verilməsi və evə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehin oğlu X4 ilə əvvəl nikahlarını rəsmi qeyd etdirmədən 12 mart 2000-ci il tarixdə ailə qurmuşlar. O, Şabran şəhəri, R.Rza küçəsində yerləşən həmin vaxtlar qaynatası X2 adına olan hazırda cavabdehin yaşadığı evə gəlin köçmüş, nikahlarını isə 25 aprel 2003-cü il tarixdə rəsmiləşdirmişlər. Ər-arvad münasibətlərindən 01 fevral 2004-cü il tarixdə İsmayıl və 07 fevral 2006-cı il tarixdə X2, 10 noyabr 2007-ci il tarixdə X3 adlı uşaqları olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulmuş və onu evdən qovmuşlar. Hazırda valideynlərinin evində yaşayır İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh X1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayət ində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,İddiaçı cavabdehin oğlu X4 ilə nikaha daxil olmuşlar, nikahdan 01 fevral 2004-cü il tarixdə İsmayıl, 07 fevral 2006-cı il tarixdə X2, 10 noyabr 2007-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Aralarında bağlanmış rəsmi nikahları 08 dekabr 2018-ci il tarixdə ləğv edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2019-cu il tarixli məktubdan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X1nın, X3 və X2 adına Şabran şəhəri, R.Rza küçəs ində fərdi yaşayış evi aşkar edilməmişdir. Yuxarıda adları qeyd olan şəxslərdən yalnız X4un adına ünvan 1 ünvanında ümumi birgə mənzil qeydə alınmışdır. Şahid qismində dindirilmiş X4 göstərmişdir ki, iddiaçı ilə 2000-ci ildə ailə qurmuşlar, nikahdan üç uşaqları anadan olmuşdur. 2006-cı ildə mübahisəli ev valideynləri tərəfindən tikilmiş və o öz ailəsi ilə birlikdə orada yaşamağa köçmüşdür. İddiaçıya məxsus olan cehiz əşyaları mübahisəli evdədir. İddiaçı xəstəliyi ilə əlaqədar evi tərk etmiş, uşaqlar onun himayəsindədir və o, yeni ailə qurmuşdur. İddiaçı hazırki tələbində mübahisəli evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək İddiaçı Şabran şəhəri, R.Rza küçəsində yerləşən X1nın yaşadığı evə köçürülməsi qət edilmişdir. İddia tələbinin rədd edilən hissəsi iddia tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən şəxs hər hansı bir səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ –subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandıgı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zam anı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçinin özünə məxsus evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bir inci instansiya məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə 2000-ci ildə ailə qurmuşlar, nikahdan üç uşaqları anadan olmuşdur. 2006-cı ildə mübahisəli ev valideynləri tərəfindən tikilmiş və o öz ailəsi ilə birlikdə orada yaşamağa köçmüş, orada birgə təsərrüfat aparmışlar. İddiaçıya məxsus olan cehiz əşyaları mübahisəli evdədir. Ona görə də, iddia tələbi qismən təmin edilərək İddiaçı Şabran şəhəri, R.Rza küçəsində yerləşən X1nın yaşadığı evə köçürülməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının psixonevroloji xəstə olduğu üçün, onlarla birgə yaşamağı qeyri-mümkün hesab edilməsi barədə gətirdiyi dəlili qəbul etmərək qeyd etmişdir ki, bu dəlil iddiaçının mübahisəli evdə köçürülməməsinə əsas ola bilməz. İşdən müəyyən edilir ki, apellyasiya inst ansiyası məhkəməsi iclası zamanı cavabdeh S.Qasımova iddiaçının mübahisəli evə köçüb yaşamasına heç bir etirazının olmamasını bildirmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, ap ellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh X1nın kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)- 3196/2019 nömrəli iş üzrə 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar