Məhkəmə qərarları › İş №2(102)-534/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-534/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-534/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən tələb edilməsi, qeyri-müəyyən iddia tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X3 və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3728/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfind ən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Əhmədağa Əhmədov (keçmiş Xanlar) küçəsi, 1-ci keçid ünvanda yerləşən 0,12 ha-dan ibarət 112 saylı torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) Cavabdeh (bundan sonra – cavabdeh) mülkiyyətində olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1311/2015 nömrəli iş üzrə qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən İddiaçı (bundan sonra – iddiaçı) xeyrinə 59000 manat pul tutulması qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi əsasında icra icraatının gedişində cavabdehə məxsus əmlak açıq hərraca çıxarılmış və 84/14 saylı xx. xx.2016-cı il tarixli Açıq hərracın nəticələri haqqında protokola əsasən mübahisəli torpaq sahəsi 27000 manata iddiaçıya satılmışdır. Mübahisəli torpaq sahəsi hazırda iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-cu il tarixli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahəsinin və onun üzərində tikilmiş özbaşına tikililərin cavabdeh tərəfindən sökülərək öhdəsində olan ailə üzvləri və digər şəxslərlə birlikdə həmin torpaq sahəsindən çıxarılması və ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsa slandırmışdır ki, mübahisəli torpaq sahəsinin yeni mülkiyyətçisi olaraq dəfələrlə cavabdehdən oranı ailə üzvləri birikdə könüllü olaraq boşaltmasını tələb etsə də cavabdeh bundan imtina etmişdir. Hazırda da cavabdeh ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində olan özbaşına tikilidə yaşamaqla bərabər, həmin torpaq sahənin bir hissəsini də qanunsuz olaraq kənar şəxslərin faktiki istifadəsinə vermişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-3943/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Həsənov) iddia qismən təmin edilmiş, mübahisəli torpaq sahəsinin üzərində tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək öhdəsində olan ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılaraq həmin torpaq sa həsinin iddiaçıya təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçıya xüsusi mülkiyyət hüququ ilə məxsus torpaq kimi qeydiyyatdan keçdiyindən bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı qüvvədə olduğu müddətdə mülkiyyətçi kimi hüquqları qorunmalıdır. Digər tərəfdən, iddiaçıya məxsus torpaq sahəsi üzərində cavabdeh tərəfindən inşa edilmiş tikili özbaşına tikili olmaqla qanunun müdafiəsindən kənardır. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, digər şəxslərin də mübahisəli torpaq sahəsindən çıxarılması hisəsində tələb qeyri müəyyən olduğundan təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (b undan sonra – Mülki Məcəllə) 139.1, 146.1, 146.2, 152.1, 157.1, 180, 203.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 55, 56, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3728/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseyn (sədrlik edən və məruzəçi), İ.Kərimli və V.Baxışova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin öhdəsində olan ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində düzgün qənaətə gəlsə də, torpaq sahəsinin üzərində tikilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi hissəsində əsaslı nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi özbaşına tikililərin sökülməsi nəticəsinə gələrkən Mülki Məcəllənin 180-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsində özbaşına tikililərə mülkiyyət hüququnun əldə edilməməsindən, Torpaq Məcəlləsinin 111-ci maddəsində isə zəbt edilmiş torpaq sahələrində inşa edi lmiş tikililərin həmin torpaqları zəbt etmiş şəxslərin hesabına sökülməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, cavabdeh həmin torpaq sahəsini qanuni əsaslarla, alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə əldə etmişdir. Torpaq sahəsində cavabdeh tərəfindən tikinti aparılmışdırsa belə həmin tikintinin torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsindən sonra aparılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi özbaşına tikililərin cavabdehin hesabına sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişləri cavabdehə göndərilmiş və po çt şöbəsi tərəfindən geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayə tinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın tam rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehin şikayətdə istinad etdiyi hallar iddiaçının Konstitusiya və qanunlarla qorunan, eləcə də dövlət reyestrində həqiqiliyi və t amamlığı qüvvədə olan mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların, o cümlədən, baxılan mülki işin predmetinə aid olmayan halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bu baxımdan da apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Eyni zamanda Məhkəmə kollegiyası cavabdehə izah edir ki, mübahisəli torpaq sahəsində vicdanlı sahib kimi yaxşılaşdırmalar apardığını, yaxud iddiaçının onun hesabına əsassız varlandığını hesab edərsə, gələcəkdə bununla bağlı müvafiq sübutlar təqdim etməklə iddiaçıya qarşı ayrıca məhkəmə icraatında iddia qaldırmaq hüququna malikdir. Qeyd olunanlarla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin ailə üzvlərinin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, həmin tələb qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış, iddiaçı həmin şəxsləri müəyyən edib cavabdeh kimi işə cəlb etməmişdir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin ailə üzvlərinin mübahisəli torpaq sahəsindən çıxarılması hissədə ləğv edilməli, iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia həmin hissədə təmin olunmamalı, qətnamə mübahisələndirilən qalan hisədə - cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3728/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin ailə üzvlərinin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qərar qəbul edilsin. Cavabdehin ailə üzvlərinin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə - cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin iddiaçıya təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar