Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-534/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-479/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18654.75 manat vurulmuş zərər, 2277.43 manat faiz, 3000 manat əldən çıxmış fayda, 7.15 manat poçt xidmət haqqı olmaqla, cəmi 23939.33 manat pulun və 30.40 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 işə qəbul olunmaq üçün ərizə ilə İddiaçı MMC-yə müraciət etmişdir. 2015-ci ilin avqust ayının 7-də Cavabdeh1 ərizəsi əsasında onunla bir il müddətinə 07 avqust 2016-cı il tarixədək əmək müqaviləsi bağlanmışdır. Qeyd edilən əmək müqaviləsi əsasında Cavabdeh1 şirkətdə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. 2015-ci ilin avqustun 7-də Cavabdeh1la tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 İddiaçı MMC ilə aralarında olan razılığa əsasən tam maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh1 İddiaçı MMC qarşısındakı öhdəliyinin icrasının təminatı məqsədi ilə digər Cavabdeh2la İddiaçı MMC arasında 07 avqust 2015-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. 2015-ci il tarixli əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən Cavabdeh1 şirkətə məxsus məhsulların satış planına uyğun olaraq geniş əhatəli və keyfiyyətli distribusiyanı həyata keçirməyi, marşrut siyahısı üzrə mütəmadi olaraq müştərilərə baş çəkməyi, müştərilərlə bağlanmış müqavil ənin şərtlərinə uyğun olaraq onlardan satılmış malların pulunu almağı, həmin gün kassa mədaxil orderi yazıb maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərdən yeni sifarişlər qəbul etməyi və sifariş vərəqəsini doldurmağı, daim müştəri bazasının artmasına və genişləndirilməsinə çalışmağı, ticarət obyektlərinə çatdırılan malların fakturada göstərilən məbləğdə və çeşiddə tam həcmdə çatdırılıb-çatdırılmamasını yoxlamağı, müştərilərdən alınmış pullara yerində kassa mədaxil orderi yazmağı, onun bir nüsxəsini müştəriyə və ikinci nüsxəsini elə həmin gün maliyyəçi menecerinə və ya firmanın kassasına təqdim etməyi, müştərilərin debitor borclarını daim nəzarətdə saxlamağı və bağlanmış müqavilə şərtlərinə uyğun borcları vaxtında almağı, satış planına uyğun olaraq müştərilərin m al ehtiyyatı ilə təmin olunmasını təmin etməyi, özünün kitabında hər bir ticarət obyekti və müştəri barəsində məlumatların ətraflı qeydiyyatını aparmağı, müştərilərlə daim təmkinli davranmağı, səliqəli geyinməli, danışıq və hərəkətləri ilə müştəriləri qıcıqlandırmamağı və onların rəğbətini qazanmağı və alıcıya satış üçün verilmiş malların qaytarılmasını üç gün müddətində həyata keçirməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında müqavilə bağlandıqdan sonra Cavabdeh1 işə başlamış və İddiaçı MMC-yə məxsus malları qaimə əsasında təhvil götürərək, satışı ilə məşğul olmuşdur. Cavabdeh1 müqavilə əsasında vəzifəsinə uyğun olaraq satdığı məhsulların pullarını mağazalardan yığaraq cəmiyyətin xəzinəsinə ödəməli olduğu halda vəzifəsindən sui-istifadə edərək həmin pulların bir hissəsini iddiaçının xəzin əsinə ödəməmişdir. Cavabdeh1 öhdəliyə əməl etməyərək müəssəyə maddi zərər vurmuşdur. Cavabdeh1 müəssəyə maddi zərər vurduğundan onun fəaliyyəti əmək qanunvericiliyinə əsasən dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh1 hesabında qalan pul vəsaitini ödəmədiyindən iddiaçı tərəfindən həmin pul vəsaiti dəfələrlə istənilsə də, Cavabdeh1 hər dəfə vaxt istəyərək borcunu ödəyəcəyini bildirərək sənədlərinin hüquq mühafizə orqanlarına verilməməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 yaşadığı ünvana teleqram göndərilərək borcun ödənilməsi tələb edilmişdir. Alınmış mallara görə hesablaşma vərəqəsində Cavabdeh1 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654.75 manat məbləğində borcu qalmışdır. Cavabdeh1 alınmış mallara görə hesablaşma vərəqəsində 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654. 75 manat məbləğində borcu qalmasını öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə Cavabdeh1 18654.75 manat zərər məbləğini vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, 21.02.2018-ci il tarixdən 30 iyul 2020-ci il tarixədək cəmi 2277.43 manat məbləğində faiz, əldən çıxmış faydaya görə 3000 manat və yaşadığı ünvanına göndərilən teleqram üçün poçt xidmətinə ödənilən 7.15 manat məbləği əsas zərər məbləğinə əlavə edilərək ümumilikdə 23939.33 manat borc hesablanmışdır. İddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsinə dair vaxt verilsə də, sonuncu borcu ödəməyəcəyini bildirmişdir. Hazırda Cavabdeh1 iddiaçıya 23939.33 manat məbləğində borcu qalmışdır. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 oktyabr 2020-ci il tarixli 2(037)-639/2020 nömrəli qətnaməs i ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 18654.75 manat zərər məbləği və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 18685.15 manatın alınıb İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, araşdırma ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında sonuncunun öhdəliyi ilə 07 avqust 2015-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış 07 avqust 2015-ci il tarixli əmək müqaviləsi və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməmiş və 23 oktyabr 2017-ci il tarixə iddiaçıya 18654.75 manat məbləğində borcu qalmışdır. Cavabdeh iddiaçıya məxsus müəssisədən götürdüyü malların dəyərini ödə diyini bildirsə də, həmin malların dəyərinin ödənilməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə qərara gəlir ki, cavabdehin iddiaçıya 18654.75 manat məbləğində borcu olması təsdiq edildiyindən 18654.75 manat zərər məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 2277.43 manat faiz və 3000 manat əldən çıxmış fayda məbləğinin alınmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 07 avqust 2015-ci il tarixli əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədə cavabdehin öhdəliyə əməl etməməsinə görə əsas borc məbləğinə faiz hesablanması və əldən çıxmış fayda tələb edilməsi qeyd edilmədiyindən cavabdehdən 2277.43 manat faiz və 3000 manat əldən çıxmış fayda məbləğinin alınmasına dair hissəsi rəd d edilməlidir. Məhkəmə Cavabdeh2 ümumilikdə 23939.33 manat borcun və 30.40 manat dövlət rüsumunun alınmasına münasibət bildirərək qeyd edir ki, Cavabdeh1 İddiaçı MMC qarşısındakı öhdəliyinin icrasının təminatı məqsədi ilə Cavabdeh2la İddiaçı MMC arasında 07 avqust 2015-ci il tarixdə öhdəlik müqaviləsi bağlansa da həmin müqavilə zaminlik müqaviləsi hesab olunmadığından iddia tələbi Cavabdeh2 aid hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192, 199, 200.1, 202.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbin in rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elçin Hüseynov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Gündüz Abbasov) 2(107)-479/2021 saylı, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2(037)-639/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh apelyasiya şikayətində İddiaçı MMC-yə heç bir borcunun olmamasını, iddiaçı cəmiyyətin ondan əsassız olaraq pul tələb etməsini bildirsə də, bunu təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tə rəfindən verilmiş apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət əsaslandırılmamışdır. Apellyasiya şikayəti ancaq formal mülahizələrdən ibarət olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cаvаbdeh Cavabdeh1ndаn 18654.75 manat məbləğində pulun аlınаrаq iddiаçı İddiaçı MMCyə verilməsi nəticəsinə gələrkən haqlı o lmuşdur. İddia tələbinin təmin edilməyən hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissəsi ilə əlaqədar araşdırma aparmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o məhkəmə də demişdir ki, 18654.75 manat borcla bağlı iddiaçının əsas istinad etdiyi imzanı ona ağ kağıza imza etdiriblər və həmin şirkətdə həmişə belə olub. Onun dediklərinin düzgün olub olmamasını müəyyən etmək üçün isə verdiyi sualların cavablarını iddiaçıdan tələb etm ək lazım idi. Bax o zaman məhkəmə həqiqətən də ədalət mühakiməsini həyata keçirmiş olardı. İsmayıllı rayon məhkəməsi öz qətnaməsini iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, Şəki Apelyasiya Məhkəməsi isə belə bir əsassız qətnaməni hər hansı fərqli əsas göstərmədən qüvvədə saxlamışdır. Belə ki, o, müəssisənin qaydalarına əsasən işdən çıxan ticarət nümayəndəsi bölgə müdiri və ya auditin həmçinin digər ticarət nümayəndəsinin iştirakı ilə ərazidəki müştəri borclarını satış nöqtələrinə bir-bir gedərək, təhvil-təslim aktı tərtib edir və ərazini yeni gələn ticarət nümayəndəsinə təhvil verir. Həmin müştərilərdə olan qalıq borc məbləği, satışdan qaytarılan və mənimsəmə məbləğləri təhvil-təslim atında qeyd edilir. İddiaçı MMC ondan tələb etdi yi 18654.75 manat hansı müştərilərdə qalıbsa, həmin müştərilərin adlarına kod dövriyyəsini (kod dövriyyəsi-müştəri ilə ticarət nümayəndəsi arasında yaranmış problemlərin aradan qaldırılması üçün İddiaçı MMC-nin tərtib etdiyi sənəddir) dəfələrlə hətta rayon və apelyasiya məhkəməsinin hakimləri də tələb etməsinə baxmayaraq, məhkəməyə təqdim etməmişdir. Lakin yenə də ona məlum olmayan səbəbdən məhkəmə iddianı əsassız olduğunu bilə-bilə təmin etmişdir. Bundan əlavə o, İddiaçı MMC-nin Zaqatala rayonu üzrə ticarət nümayəndəsi işləmişdir. 2016-cı ilin dekabr ayında Zaqatala bölgəsindən çıxmış, həmin vaxt onun balansında 6085 manat borc hesablanmışdı. 19.01.2017-ci ildə 1000 manat, 06.03.2017-ci ildə isə 5085 manat ödəyərək Zaqatala bölgəsi üzrə borc balansını sıfırlamışdır. Lakin həmin 6085 manat borcun qaytarılması cari uçot kitabına qeyd edilməmiş və əlavə olaraq onun borcu kimi hesablanmışdır. Həmçinin şirkətin təqdim etdiyi cari uçot kitabının əvvəli məhkəməyə təqdim edilməmişdir. Yəni o, işə başladığı gündən - işdən çıxdığı günə kimi apardığı ticarət dövriyyəsini tam şəkildə əks etdirən hər hansı sənəd iddiaçı tərəfindən məhkəməyə təqdim olunmayıb. Halbuki sadaladığı halları təsdiq edən sənədləri həm məhkəmə iclasında təqdim etmiş, həm də özündə vardır. Lakin məhkəmə bütün bunlara hüquqi qiymət verməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən üçün çağırılmadan k asasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iddianın təmin edildiyi hissəsində mübahisələndirildiyindən və apelyasiya ins tansiyası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı göstərilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
191. Əmə k münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə
192. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-c u maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Maddə
205. İşəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası;
1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir;
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər;
3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzi mləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də onun iddiaçıya borcu olmadığına, bu barədə sübutlar təqdim etsə də, nəzərə alınmadığına, iddiaçının həmin borcun onun ucbatından yaranmasına dair sübut təqdim edə bilməməsinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, iddia tələbinin təmin edildiyi hissə üzrə yaranmış borc məbləği ca vabdehin öz imzası ilə təsdiq edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Hazırda cavabdehin iddiaçıya borcunun olmamasını bildirməsi özünü müdafiə xarakteri daşıyır. Çünki o, borcunun olmaması barədə hər hansı sübutu işə mahiyyəti üzrə baxmış məhkəmələrə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-479/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.