Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5340/2019 19.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, İddiaçı vəkili iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(005)5483/2018 qətnaməsi ilə (hakim K.Əmirxanova) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(103)-3379/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova, V.Həsənova və N.Cəfərova) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(005)-5483/2018 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli, 2(103)-3379/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.10.1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub, ailə həyatı qurmuşlar. Nikahları 2010-cu il tarixdə Nərimanov Rayon Məhkəməsində pozulmuş və onlara 19.04.2011-ci il tarixli, AZ-İ 124639 nömrəli Nikahın pozu lması haqqında şəhadətnamə verilmişdir. Məhkəmədə əmlak bölgüsü ilə bağlı işə baxılmış və birgə nikah müddətində əldə etdikləri əmlakların 1/3 hissəsi ona verilməklə, iki azyaşlı uşaqları cavabdehin himayəsində qaldığı üçün əmlakın çox hissəsi, yəni 2/3 hissəsi cavabdehə verilmişdir. Cavabdeh əmlak tələbi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Həmin vaxt cavabdehlə aralarında barışıq sazişi bağlanmış və iddiaçıya düşən əmlakların hamısı cavabdeh tərəfindən tələb olunduğu üçün ona verilmiş və qarşılığında ailə münasibətləri bərpa olunmuşdur. Lakin cavabdehlə barışsalar da, onunla rəsmi nikaha daxil olmamış, qeyri - rəsmi olaraq 5-6 il bir ailə kimi yaşamışlar. Cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlak lardan ünvan 1 istifadədə olan 0.05625 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada 42 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehin adınadır. Həmin ünvanda əlavə olaraq inşa olunub artırılmış, əlavə 2 mərtəbəli, 2 otaqlı, cəmi alt-üst 4 otaqlı mənzil də qeyri-yaşayış sahəsi kimi cavabdehin istifadəsində olmaqla, cavabdeh tərəfindən müqavilə əsasında icarəyə verilmiş və icarə haqqı da hazırda ona ödənilir. Bundan başqa Abşeron rayonu, Fatmai kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində olan 3 mərtəbəli magistral yolun kənarında, qeyri-yaşayış sahəsi yarımçıq tikililəri ilə birlikdə cavabdehin istifadəsindədir Bundan başqa, ünvan 2 yerləşən, 34 kv.m sahəsi olan avtoyuma məntəqəsi də cavabdehin istifadəsindədi r. Həmin avtoyuma məntəqəsi bələdiyyə qərarı ilə cavabdehin adınadır, icarə haqqı da cavabdehə ödənilir. Həmçinin, həmin avtoyuma məntəqəsinin üzərində quraşdırılmış "Nar mobile" yüksək hündürlüklü antena qurğusunun da 3000 manat illik icarə haqqı cavabdehə ödənilir. Yuxarıda göstərilən əmlakları birgə nikah dövründə aldıqlarına baxmayaraq, cavabdeh onu aldadaraq, yalan vəd verərək həmin əmlakları öz əlinə keçirmişdir, iddiaçı da iki övladının gələcəyi naminə bu vəziyyətlə razılaşmışdır. Cavabdehin mülkiyyətində, onun adına qeydiyyata alınmış əmlakların olmasına baxmayaraq, cavabdeh 2007-ci il tarixdə nikah müddətində, 20 il müddətində ipoteka müqaviləsi ilə aldıqları (həmin əmlak aralarında bölünməmişdir, iddiaçının mülkiyyətindədir, həmin əmlaka dair ipotekanı iddiaçı özü ödəyir), Nərima nov rayonu, Mayakovski küçəsi, ev 15, mənzil 13 ünvanda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxmaq və mülkiyyətində olan mənzillərdən birinə qeydiyyata düşmək istəmir. Müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan yayınır. Cavabdeh həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mənzil hüququnu, mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam edir, iddiaçı isə həmin mənzil üçün hər ay 400 manat məbləğində ipoteka krediti ödəyir. O, nikah müddətində "Kapital Bank"dan 48000 manat məbləğində ipoteka krediti götürüb, həmin mənzili almış və 10 ildir ki, hər ay 400 manat şəxsən ödəyir. Eyni zamanda, Cavabdeh 88 yaşında qoca və xəstə atasının və anasının təkidi ilə ondan ayrıldığı və boşandığı üçün atası ona hədiyyə olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzili ona bağışlamışdır. Cavabdehin adına tam mülkiyyət hüququ ilə qeydə alınmış əmlaklar olmasına baxmayaraq, onun əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmaması mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh 20 il müddətində ipoteka müqaviləsi ilə aldığı və mülkiyyətçisi olduğu, ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası nın 11 aprel 2019-cu il tarixli, 2(103)-3379/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən qətnamə ləğv edilməli və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarından göründüyü kimi İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 23.10.1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olub, ailə həyatı qurmuşlar. Nikahları 2010-cu il tarixdə Nərimanov Rayon Məhkəməsində pozulmuş və onlara 19.04.2011-ci il tarixli, AZ-İ 124639 nömrəli Nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmədə əmlak bölgüsü ilə bağlı işə baxılmış və birgə nikah müddətində əldə etdikləri əmlakların 1/3 hissəsi ona verilməklə, iki azyaşlı uşaqları cavabdehin himayəsində qaldığı üçün əmlakın çox hissəsi, yəni 2/3 hissəsi cavabdehə verilmişdir. Cavabdeh əmlak tələbi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qətnaməsindən narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Həmin vaxt cavabdehlə aralarında barışıq sazişi bağlanmış və iddiaçıya düşən əmlakların hamısı cavabdeh tərəfindən tələb olunduğu üçün ona verilmiş və qarşılığında ailə münasibətləri bərpa olunmuşdur. Lakin cavabdehlə barışsalar da, onunla rəsmi nikaha daxil olmamış, qeyri - rəsmi olaraq 5-6 il bir ailə kimi yaşamışlar. Cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlaklardan ünvan 1 istifadədə olan 0.05625 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 2 mərtəbəli binada 42 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaql ı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ ilə cavabdehin adınadır. Həmin ünvanda əlavə olaraq inşa olunub artırılmış, əlavə 2 mərtəbəli, 2 otaqlı, cəmi alt-üst 4 otaqlı mənzil də qeyri-yaşayış sahəsi kimi cavabdehin istifadəsində olmaqla, cavabdeh tərəfindən müqavilə əsasında icarəyə verilmiş və icarə haqqı da hazırda ona ödənilir. Bundan başqa Abşeron rayonu, Fatmai kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində olan 3 mərtəbəli magistral yolun kənarında, qeyri-yaşayış sahəsi yarımçıq tikililəri ilə birlikdə cavabdehin istifadəsindədir Bundan başqa, ünvan 2yerləşən, 34 kv.m sahəsi olan avtoyuma məntəqəsi də cavabdehin istifadəsindədir. Həmin avtoyuma məntəqəsi bələdiyyə qərarı ilə cavabdehin adınadır, icarə haqqı da cavabdehə ödənilir. Həmçinin, həmin avtoyuma məntəqəsinin üzərində quraş dırılmış "Nar mobile" yüksək hündürlüklü antena qurğusunun da 3000 manat illik icarə haqqı cavabdehə ödənilir. Yuxarıda göstərilən əmlakları birgə nikah dövründə aldıqlarına baxmayaraq, cavabdeh onu aldadaraq, yalan vəd verərək həmin əmlakları öz əlinə keçirmişdir, iddiaçı da iki övladının gələcəyi naminə bu vəziyyətlə razılaşmışdır. Cavabdehin mülkiyyətində, onun adına qeydiyyata alınmış əmlakların olmasına baxmayaraq, cavabdeh 2007-ci il tarixdə nikah müddətində, 20 il müddətində ipoteka müqaviləsi ilə aldıqları (həmin əmlak aralarında bölünməmişdir, iddiaçının mülkiyyətindədir, həmin əmlaka dair ipotekanı iddiaçı özü ödəyir), Nərimanov rayonu, Mayakovski küçəsi, ev 15, mənzil 13 ünvanda yerləşən 3 otaqlı mənzildən qeydiyyatdan çıxmaq və mülkiyyətində olan mənzillərdən birinə qeydiyyata düşmək istəmir. Müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan yayınır. Cavabdeh həmin mənzildə qeydiyyatda qalmaqla iddiaçının mənzil hüququnu, mülkiyyət hüququnu kobud surətdə pozmaqda davam edir, iddiaçı isə həmin mənzil üçün hər ay 400 manat məbləğində ipoteka krediti ödəyir. O, nikah müddətində "Kapital Bank"dan 48000 manat məbləğində ipoteka krediti götürüb, həmin mənzili almış və 10 ildir ki, hər ay 400 manat şəxsən ödəyir. Eyni zamanda, Cavabdeh 88 yaşında qoca və xəstə atasının və anasının təkidi ilə ondan ayrıldığı və boşandığı üçün atası ona hədiyyə olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzili ona bağışlamışdır. Cavabdehin adına tam mülkiyyət hüququ ilə qeydə alınmış əmlaklar olmasına baxmayaraq, onun əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmaması mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Cavabdeh 20 il müddətində ipoteka müqaviləsi ilə aldığı və mülkiyyətçisi olduğu, ünvan 2 ünvanda yerləşən 3 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(005)5483/2018 qətnaməsi ilə, İddiaçı cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd olunması qət edilmişdir. Rayon məhkəməsi nəticəyə gəlmişdir ki, Cavabdeh ünvan 3 ünvanda yerləşən 3 otaqlı mənzildə evin mülkiyyətçisi İddiaçıla nikahda olduğu müddətdə yaşamış, onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Hansı ki, həmin hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsindən fərqli nəticəyə gəlmişdir ki, mübahisəli mənzil tərəflərin birgə mülkiyyətindədir. Lakin, apelyasiya məhkəməsi gəldiyi nəticəyə uyğun olaraq qərar qəbul etməmiş, rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Belə ki, rayon məhkəməsi cavabdehin mənzildən istifadə hüququ olmasını və bu hüquqa kompensasiya verməklə xitam verilməsinin mümkünlüyünü göstərmişdir. Apellyasiya məhkəməsi cavabdehin birgə mülkiyyətçi olması nəticəsinə gəlsə də rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla mülkiyyətçinin də istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması nəticəsinə gəlmişdir. Hansı ki, mülkiyyətçiyə kompensasiya ödənilm əklə onun istifadə hüququna xitam verilməsi qanunla nəzərdə tutulmamışdır. Mülkiyyətçi müqavilə bağlamaqla əmlakına müstəqil sərəncam verə bilər. Birgə mülkiyyət hüququna xitam verilməsinin hüquqi əsasları qanunda nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, mülkiyyətçi olan cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinə əsaslar olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işin bütün faktik halları ətraflı araşdırıldığından, lakin faktlara hüquqi qiymət verilməsində səhvə yol verildiyindən qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1, 417.1.4, 417.2-ci maddələrinə əsasən kassasiya məhkəməsi iş üzrə yeni qərar qəbul edə bilər. Həmin maddələrə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddia tələbi rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5340/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5340/2019
19.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver