Məhkəmə qərarları › İş №2(102)-5340/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5340/2022

26.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5340/2022 26.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası və iddiaçı Cavabdehlər Nəsimi rayon İcra və Probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDR xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı “qərarın, təklifin digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə (Açar sözlər: prosessual müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyrimümkün sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhm ədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)61/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları 1. 1-ci iş üzrə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 a saylı yaşayış evinin zirzəmisində yerləşən 18 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) boşaldılması və Cavabdeh istifadəsindən alınaraq iddiaçının istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. 2-ci iş üzrə iddiaçı Cavabdehlər Nəsimi rayon icra və probasiya şöbəsi, Azərbayc an Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz və əsassız olaraq Nəsimi rayon İcra şöbəsi tərəfindən ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a nömrəli binanın zirzəmisindəki 18 kv.m ümumi sahədə yerləşən qeyri-yaşayış sahəsi olan 6 saylı qarajını onun xəbəri olmadan saxta sənədlərdən istifadə edərək, qanunsuz olaraq İddiaçı adına keçirməklə rəsmiləşdirilməsi barədə verilən 17 yanvar 2013-cü ilk tarixli, 17/70 182/3 saylı təklifin və Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 may 2011-ci il tarixli 2(102)-1480/2011 saylı icra vərəqəsinin icrası çərçivəsində guya borc tələbi əvəzinə verilməsi barədə Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən qanunsuz qəbul olunmuş 22 may 2013-cü il tarixli qərarın və ondan irəli gələn hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilərək ləğv edilməsini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinı göndərilən sənədlərin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi və icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 3. 1-ci iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 92 a yaşayış evinin zirzəmisində yerləşən 18 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) boşaldılması və Cavabdeh istifadəsindən alınaraq İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. 4. 2-ci iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsi ilə (hakim C.Musayeva) iddia tələbi qismən təmin edilərək Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92a nömrəli binanın zərzəmisindəki 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayı ş sahəsi olan 6 saylı qarajın borc tələbi əvəzinə tələbkara verilməsi barədə 22 may 2013-cü il tarixli qərarın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92a nömrəli binanın zərzəmisindəki 18 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi olan 6 saylı qaraja dair İddiaçı mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-ti tərəfindən verilmiş 28 iyun 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və iddianın qalan hissədə rədd olunması qət edilmişdir. 5. 1-ci iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsindən Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə iş üz rə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 6. 2-ci iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsindən 3-cü şəxs İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadı ilə 2-ci iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(006)-282/2020 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdehlər Nəsimi rayon icra və probasiya şöbəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Kom itəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı “qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının eyni tarixli, eyni saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli, 2(006)-5/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)-61/2022 saylı qərardadından 1-ci iş üzrə Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş müddəti ötürülmüş apellyasiya şikayəti nin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

12. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

13. Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxi l olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

14. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

15. Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin qərardadından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.

16. Maddə 408.1. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarıl ır.

18. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün sayılmalı və apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmalıdır.

20. Belə ki, MPM-nin 405.0.1-ci maddəsində apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün müddə t, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müəyyən edilmişdir.

21. Həmin normanın tələbinə əsasən şikayət vermə müddətinin axımı qərardadın “rəsmi qaydada verildiyi” gündən başlandığına görə, müddətin axımını hesablamaq üçün məhkəmə aktının “rəsmi qaydada verilməsi” anlayışının nəyi ifadə etməsi müəyyən olunmalıdır. Bu anlayışın izahı MPM-nin 135.5-ci maddəsində verilərək göstərilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

22. Göründüyü kimi MPM-nin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində göstərilən hər hansı bir qaydada çatdırılan məhkəmə sənədləri, rəsmi qaydada verilmiş sayılır. Bu qaydaların birindən bəhs edən MPM-nin 135.2-ci maddəsində dey ilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir.

23. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli qərardadın surəti Cavabdeh 18 iyun 2022-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada verilmişdir. Bu halda qərardaddan kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş müddətin axımı da həmin tarixdən başlanmaqla 10 gün davam etmiş olur.

24. Lakin iddiaçı həmin qərardaddan kasassiya şikayətini 09 avqust 2022-ci il tarixdə elektron informasiya sistemi ilə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır.

25. Azərbaycan Respublikası MPM-nin 409-cu maddə sinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

26. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını, kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılm ası üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

27. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir.

28. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması, apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

29. Məhkəmə kollegiyası izah edir ki, müddət ötürüldüyü hallarda, proses iştirakçısının Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzürlü hesab edilərək, buraxılmış müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 408 və 411ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2022-ci il tarixli, 2(103)61/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar