Məhkəmə qərarları › İş №2(102)-5341/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5341/2019

23.08.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5341/2019 23.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh, nümayəndəsi X1 və vəkili X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)2925/2019 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(010)5127/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.K.İmanova) iddiaçı “X6 Kompani S.A.” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” barədə iddiası təmin edilərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, XXX küçəsi, 39T 415007.66 m B 44 77374.55 m C kordinatlar üzrə yerləşən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq iddiaçı təşkilatın istifadəsinə qaytarılması qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)2925/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, V.T.Həsənov və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” barədə iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, iddiaçı təşkilat, “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən Azərbaycan Respublikası DNŞ-nə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin sazişin hazırla nması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. 20 sentyabr 2005-ci il tarixli Azərbaycan Respublikası Qanuna əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. İddiaçı təşkilat Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən DNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün iddiaçı təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına vermişdir. Sazişin 2.1-ci maddəsinə əsasən DNŞ iddiaçı təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, iddiaçı təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hazırda həmin torpaq sahəsi üzərində mülkiyy ət hüququnun bir növü olan istifadə hüquqları mövcuddur. İddiaçı təşkilatın qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, XXX küçəsi, 39T 415007.66 m B 4477374.55 m C koordinatları üzrə yerləşən torpaq sahəsində cavabdeh tərəfindən vaxtı ilə özbaşına tikilmiş sahəsini artırmaq məqsədilə qeyri-qanuni tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Araşdırma zamanı cavabdeh nə torpaq sahəsinə, nə tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Cavabdehə mədən ərazisində lazımi icazələr almadan hər hansı tikinti işlərinin aparılması qadağan olduğu bildirilərək, tikintinin dayandırılması barədə xəbərdarlıq edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh qanunsuz tikinti işlərini davam etdirmişdir.Ona görə də iddia ərizəsinin təmin e dilməsi barədə qətnamə çıxarılması xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh, nümayəndəsi Natəvan Həsənova və vəkili Azər Orucov kassasiya şi kayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı “X6 Kompani S.A.” Şirkəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyəşidirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, mütəxəssis rəyinə görə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası DNŞ-nin torpaq sahələrinin hüdudları daxilində olmaqla iddiaçı təşkilatın ərazisində yerləşməsinə, cavabdehin və ailə üzvlərinin məhkəmə qətnaməsinə əsasən mübahisəli tikiliyə yaşayış hüquqları tanınmaqla, pasport qeydiyyatına alınmalarına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəll əsinin 180.1, Torpaq Məcəllənin 46, 68, 111-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərətəfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası ƏMDKnin yanında DƏK və ÜRX tərəfindən verilmiş 08 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq 415007.66; 4477374.55 saylı kordinatlar üzrə yerləşən torpaq sahəsinin Azərbaycan Respublikası DNŞ-nin torpaq sahələrinin hüdudları daxilində olmaqla iddiaçı təşkilatın ərazisi olmas ı qənaətinə gəlsə də, işdə, həmin torpaq sahəsi üzərində iddiaçı təşkilatın və ya Azərbaycan Respublikası DNŞ-nin hər hansı hüquqlarının əmələ gəlməsini özündə ehtiva edən heç bir hüquq müəyyənedici sənəd yoxdur. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Həmin Məcəllənin 55-ci maddəsinə görə, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakmiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və digər yollarla yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 3 və 4-cü bəndlərinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsində göstərilir ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməsindən sonra yaranır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı təşkilatın iddia etdiyi torpaq sahəsinin hüquqi statusuna, həmin torpaq sahəsi üzərində iddiaçı təşkilatın hər hansı hüququnun əmələ gəlib-gəlməməsinə aydınlıq gətirmədən, bu barədə hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməyi iddiaçı təşkilata təklif etmədən, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertizalar keçirib cavabdeh tərəfindən zəbt edilməsi iddia edilən torpaq sahəsinin ölçüsünü, sərhədlərini yerində müəyyən etmədən, həmin torpaq sahəsinin üzərində olan və sökülməsi iddia olunan tikililərin nədən ibarət olmasını aydınlaşdırmadan, eləcə də Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏK və ÜRX tərəfindən verilmiş 08 oktyabr 2018-ci il tarixli mütəxəssis rəyinin mötəbərliliyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə təhlil edib yoxlamadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1, 77.3, 88, 106.1-ci maddələrinin mənasına görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutları təqdim etməyi tərəflərə təklif etməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir. Həmçinin işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Digər tərəfdən məhkəmələrin istinad etdikləri sözügedən mütəxəssis rəyi kifayət qədər aydın və tam olmamaqla prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, mütəxəssis rəyində cavabde h tərəfindən zəbt olunduğu iddia edilən torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə dair aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr dəqiq göstərilməyib. Eləcə də həmin rəydə ümumiyyətlə cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin ölçüsü, onun tərəfindən torpaq sahəsində aparılmış tikililərin sahəsi, həmçinin cavabdehə məxsus tikilinin hansı hissəsinin torpaq sahəsinə düşməsi və sair qeyd edilməyib. Eyni zamanda göstərilən hallar iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib edilib, imzalanmış 06 iyun 2018-ci il tarixli aktda da öz təsdiqini tapmır. Əksinə, cavabdehin izahatından, apellyasiya və kassasiya şikayətinin dəlillərindən görünür ki, o, Qarabağ müharibəsi veteranıdır, 1990-cu ildən ailə üzvləri (arvadı, iki uşağı) ilə birlikdə fasil əsiz və etirazsız olaraq Bakı şəhəri, Suraxanı rayonu, XXX qəsəbəsi, XXX küçəsi 218/28 saylı evdə yaşayırlar, həmin evə onun və ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 19 dekabr 2005-ci il tarixli qətnaməsinə əsasən yaşayış hüquqları tanınmaqla, pasport qeydiyyatına alınmışlar. Evi yaşayış üçün yararsız vəziyyətə düşdüyündən Suraxanı rayon İcra Hakimiyyətinin razılığına əsasən evdə yenidənqurma, təmir işləri aparıb, lakin maddi imkanı olmadığı üçün təmir işlərini başa çıtdıra bilməyib və təmir, tikinti işlərini öz həyətindən kənara çıxmadan aparıb. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Mülki Məcəllənin 180.1-ci maddəsinin, Torpaq Məcəlləsinin 46, 68, 111-ci maddələrinin tələblərinə istinad edib, cavabdehin iddiaçı təşkilata məxsus torpaq sahəsi ni zəbt edib, orada özbaşına tikinti aparması qənaətinə gəlsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq əsaslandırmayıb. Belə ki, əvvəla Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti saylır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və ailə üzvlərinin yaşadıqları evin hüquqi statusuna, evin tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində inşa edilibedilməməsinə, buna lazımi icazələrin alınıb-alınmamasına, tikintinin aparılması zamanı şəhərsalma və tikinti normalar ına və qaydalarına əməl edilib-edilməməsinə aydınlıq gətirmədən, iddiaçının və ailə üzvlərinin mübahisəli tikiliyə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaşayış hüquqlarının tanınmaqla, pasport qeydiyyatına alınmalarını nəzərə almadan, müəyyən sübutetmə vasitələri (məsələn: reyestr xidmətinin arayışı) ilə təsdiq edilməli olan işin hallarını başqa sübutlarla təsdiq etməyə çalışmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, MPM-nin 14.1, 81-ci maddələrinin mənasına görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni zamanda qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən işdən görünür ki, m übahisəli ev 1990-cı ildən mövcuddur. Uzun müddətdir ki, cavabdeh və ailə üzvləri fasiləsiz və etirazsız olaraq orada yaşayışlar və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onların həmin evdən istifadə hüquqları vardır. Həmçinin cavabdeh Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1, 158.1.2, 158.4-cü maddələrinin mənasına görə, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, ümumiyyətlə cavabdehin və ailə üzvlərinin mübahisəli tikiliyə istifadə hüquqlarının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən əmələ gəlməsini nəzərə almamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “mülkiyyət” və “əmlak” anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar (məsələn, iqtisadi və ya sosial maraqlar) da “mülkiyyət hüquqları” hesab edilə bilər. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, Önəryıldızın “davamlı surətdə və kifayət qədər uzun müddət ərzində” qanunsuz tikilidə yaşaması, ona qarşı adekvat tədbirlərin görülməməsi, onun belə vəziyyətdə dövlət orqanlarının dolayısilə dözümlülük nümayiş etdirməsi tikilinin sahibinin həmin tikiliyə mülkiyyət hüququnun tanınmasını şərtləndirir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq (vaxtınd a adekvat tədbirlərin görülməməsi, belə vəziyyətdə dövlət orqanlarının dolayısilə dözümlülük nümayiş etdirməsi və sair) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyətə” bərabərdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, “özbaşına tikinti və onun nəticələri ilə bağlı” Avropa Məhkəməsinin öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə almadan, cavabdehin ailə üzvlərinin dairəsini müəyyən edib onları hazırkı işə baxılmasına cəlb etmədən və beləliklə də, hazırki iddianın qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə və ailə üzvlərinə bazar dəyəri miqdarında qabaqcadan müvafiq kompensasiya ödənilmədən qaldırmasına diqqət yetirmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla, əslində cavabdehin və ailə üzvlərinin evə və torpaq sahəsinə “gözlənilən mülkiyyət hüquqlarını” pozmuşdur. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab vermir. Halbuki, həmin maddənin mənasına görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlə rinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət veri lməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli, 2(103)-2925/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar