Məhkəmə qərarları › İş №2(102)-5341/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5341/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5341/2020 30.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5341/20 (Açar sözlər: kompensasiya ödəməklə mənzildən istifadə hüququna xitam verilməsi, kompensasiya məbləğinin müəyyən edilməməsi) Bakı şəhəri, 30 noyabr 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), X4 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı «kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya M əhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(104)-1235/2020 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı mülkiyyətində Goranboy rayonu, Səfikürd kəndində iki otaqlı fərdi yaşayış evi var.

2. Cavabdeh X2 iddiaçının gəlinidir. Cavabdeh iddiaçının oğlundan boşanıb.

3. Goranboy rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə cavabdeh azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus yaşayış evinə köçürülmüşdür.

4. Hazırda cavabdeh Goranboy rayonu, Səfikürd kəndindəki iddiaçıya məxsus evdə yaşayır. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Goranboy rayon Məhkəməsinə müraciət edərək, 4000 (dörd min) m anat kompensasiya ödənilməklə Cavabdeh Goranboy rayonu, Səfikürd kəndində yerləşən evdən istifadə hüququna xitam verilməsi və sonuncunun həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh hazırda iddiaçının oğlu Namiq Bayramovla ayrı yaşayırlar.

7. Goranboy rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi ilə cavabdehin azyaşlı uşaqları ilə birlikdə iddiaçıya məxsus yaşayış evinə köçürülməsi qət edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və Goranboy rayon İcra Şöbəsi tərəfindən icra olunaraq iddiaçı uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan evə köçürülmüşdür. 8.İddiaçı üçün cavabdehlə birgə yaşamaq mümkün deyildir. Hər gün əsassız olaraq dava-dalaş düşür, sakit yaşamaq mümkün deyildir. 10.Cava bdehin iddiaçının evində yaşamaq hüququnun olması bir mülkiyyətçi kimi hüqüqlarına toxunur, öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddənin 1 və 3-cü hissəsinə, Mülki Məcəllənin 152.1, 228.2-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh qızı birinci instansiya məhkəməsində icraat zamanı iştirak etmiş, iddianı qəbul etməyərək bildirmişdir ki, keçmiş əri ruhi xəstədir. Mübahisəli evə evləndikdən 2-3 ay sonra köçmüş, atasının köməyi ilə 1 otaq tikdirmişdir. 13.Mübahisəli evdən istifadə hüququ ona məhkəmə qətnaməsi ilə verilmişdir

14. Yaşadığı ev nə qaynına, nə də qayınanası olan iddiaçıya mıxsusdur. Belə bir iddianı isə yalnız mülkiyyətçi verə bilər.

15. Həmçinin iddiaçıının vermək istədiyi 4 000 (dörd min) manat pulla onun hazırda yaşadığı evə uyğun ev tikmək mümkün deyildir.

16. Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(045)-1215/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 4.000 (dörd min) manat pul kompensasiyası ödənilməklə onun azyaşlı uşaqları ilə birlikdə şəxsi mülkiyyət hüququ əsasında Goranboy rayonu Səfıkürd kəndində yerləşən İddiaçı məxsus yaşayış evindən istifadə hüququna xitam verilməsi, cavabdehin və ona məxsus şəxsi əşyalarının həmin evdən çıxarılması, qətnamənin Cavabdeh və onun azyaşlı uşağının evdən çıxarılmasına dair hissəsinin 4000 (dörd min) manat pul kompensasiyası ödənilməsi ilə şərtləndirilməsi qət edilmişdir. (hakim İsmayıl Əbdurəhmanlı)

17. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən mü əyyən etmişdir ki, mübahisələndirilən ev iddiaçının mülkiyyətindədir və iddiaçının mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmışdır. İddiaçının özündən başqa beş nəfər ailə üzvü var, kompensasiya ödənilən şəxslərin isə özündən başqa iki azyaşlı ailə üzvü vardır.

18. Məhkəmədə müəyyən edilmişdir ki, kompensasiya təklif olunan şəxs Cavabdeh həmin evdə 2009-cu ildən yaşayır, həmin ərazidə iddiaçının evinin ölçüsündə evin bir otağının bir aylıq mənzil kirayə haqqı 50 manatdır.

19. Məhkəmə hesab etmişdir ki, kompensasiya təklif edənin və təklif olunanın ailə üzvülərinin sayı və aralarındakı gərgin onların daha üç nəfərlə birlikdə 54.4 kv.metr yaşayış sahəsi olan mənzildə birgə yaşamasını mümkünsüz edir.

20. Məhkəmə təklif edilən 4000 manat kompensasiyanı məqbul he sab etmişdir.

21. Azyaşlı uşaqların ana ilə (cavabdehlə) qalmasını və ananın yaşayış yerinin uşaqların yaşayış yeri ilə eyni olmasını nəzərə alan birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşaqların da iddiaçıya məxsus evdən istifadə hüquqlarına xitam verilməlidir.

22. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 27, 228-ci maddələrinə və hüququn tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli qərarına istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh qızı qətnamədən apelyasiya şikayəti verib.

24. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, ona təklif olunan 4000 (dörd min) manat kompensasiya məbləğinə o, başqa yerdən ev ala bilməz və iki uşağı ilə birlikdə həmin m əbləğə başqa yerdə çox az müddətə qala biləcəkdir.

25. Başqa yaşayış yerləri isə yoxdur.

26. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

27. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020 il tarixli 2(104)-1235/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(045)1215/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmişdir.(hakimlər Fikrət Mehdiyev(sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Şamil Rzaquliyev)

28. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflə rin qarşılıqlı münasibətləri üzrə iddiam təmin etməkdə haqlı olmamışdır. Bu qəbildən olan işlərə baxılarkən işə baxan məhkəmələr tərəfindən istifadə hüququna xitam verilən şəxsin başqa mənzildə yaşaması üçün hansı müddət çərçivəsində kompensasiyanın ödənilməsi məsələsi araşdırılmalı və bu hala uyğun olaraq təklif edilən kompensasiyanın yetərliliyinə qiymət verilməlidir.

29. Apelyasiya məhkəməsi həmin ərazidə olan evlərin aylıq kirayə haqqının 50-100 manat olmaqla, orta hesabla 70 manat təşkil etməsini nəzərə alaraq, hesab etmişdir ki, mülkiyyətçi tərəfindən təklif olunan məbləğə uyğun olaraq evdən çıxarılması tələb olan şəxs həmin evə oxşar şəraitdə digər yerdə özünü evlə təmin etmək iqtidarında deyil. Eyni zamanda həmin məbləğ onun uşaqları ilə birlikdə təxminən 5 ildən az bir müddət kira yədə yaşamasına imkan verir.

30. Apelyasiya məhkəməsi qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı qətnamədən kassasiya şikayəti verib.

32. Kassasiya şikayəti apelyasiya şikayəti belə əsaslandırılıb ki, iddiaçının evinin ölçüsündə evin bir otağının kirayə haqqı 50 manatdır. İddiaçının təklif etdiyi 4000 manat kompensasiya cavabdehin davamlı surətdə və 5 il müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Apelyasiya məhkəməsi isə bu məbləği kifayət hesb etməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəlləniin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mül kiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. K assasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

38. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 4000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab olunmamasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv, iddianı rədd etmiş, gəlidiy nəticəni də “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə işin müəyyən etdiyi hallarına uyğun olaraq, təklif edilən 4000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmaması barədə düzgün nəticəyə gəlsə də, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını müəyyən etməməklə səhvə yol vermişdir.

40. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarınd a belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.

41. Hazırki işdə birinci instansiya məhkəməsi 4000 manat kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin adekvat əvəzi, apelyasiya instansiyası isə qeyri-adekvat əvəzi olmasını müəyyən etsə də, kompensasiyanın bazar qiymətinə uyğun olaraq nə qədər olmalı olması müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına görə isə bu, mütləq şəkildə müəyyən edilməlidir.

42. İddia ərizəsində göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qən aət prinsipinə əməl edilməsini təmin edir, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşını alır.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(104)-1235/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar