Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5343/2020 23.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı xxx oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), X1 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının İddiaçı xxx oğlunun iştirakı ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)960/2020 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin in zibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Goranboy rayon Polis Şöbəsinin İB-nin müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işi üzrə icraatın xitam edilməsi haqqında” xx xxxxx 2018-ci il tarixli qərara əsasən İddiaçı xxx oğlu şikayət ərizəsi ilə müraciət edərək, Cavabdeh həyat yoldaşı xxxnı və oğlunu məktəbdə işə düzəldəcəyini bildirməklə 2500 manat pulunu ələ keçirməsini göstərmişdir. Həmin fakt üzrə araşdırma aparılmış və İddiaçı xxx oğlunun 2500 manat pulunun ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə icraata CPM-in 39.1.3-cü maddəsinə istinad etməklə xitam edilmiş, İddiaçı xxx oğlunun tələbinin təmin edilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı xxx oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2368 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxx 2013-cü il tarixdə iddiaçıdan arvadının və oğlunun Goranboy şəhərində yerləşən 25 saylı məktəbə işə düzəltmək adı ilə 2500 manat pul almış, lakin sonuncuları işə düzəltməmiş, qaytarmalı olduğu pulun əvəzinə plastik pul kartını verərək, həmin kart vasitəsi ilə 3 ay ərzində, hər ay 44 manat olmaqla, cəmi 132 manatı ödəmiş, qalan 2368 manat pul isə qaytarılmamışdır. Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(045)-97/2019 nömrəli qətnaməsi ilə (hakim İ.X.Abdurəhmanlı) iddia təmin edilərək, Cavabdeh 2368 manat pulun alınaraq İddiaçı xxx oğluna verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı xxx oğlu Cavabdeh pul vermiş, cavabdeh pulun bir qismini qaytarmış və cavabdehin iddiaçıya 2368 manat pul borcu vardır. İddiaçı pulunu cavabdehdən tələb etsə də cavabdeh iddiaçının pulunu qaytarmaqdan imtina edir. Məhkəmə borc münasibətlərinə dair maddi hüquq normalarına istinad edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apelyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(045)-97/2019 nömrəli qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəmə sinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-960/2020 nömrəli qətnaməsi ilə (hakim R.Ş.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.M.Əliyevadan və Ə.İ.Məmmədovdan ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(045)-97/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilərək, Cavabdeh 2368 manatın alınaraq İddiaçı xxx oğluna verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunması barədə gəldiyi nəticə düzgün olsa da, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddia ərizəsindən, eləcə də işin 21-ci vərəqində olan cinayət iş üzrə icraata x itam verilməsi haqqında xx xxxxx 2018-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı oğlunu və arvadını işə düzəltmək adı ilə cavabdehə 2500 manat vermişdir. Birinci instansiya məhkəməsi isə bunu tərəflər arasında borc kimi qiymətləndirərək Mülki Məcəllənin 739.1 və 740-cı maddələrinə istinad edərək iddianı təmin etmişdir. İş üzrə icraata xitam verilməsi haqqında xx xxxxx 2018-ci il tarixli qərardan görünür ki, xxx X2 xxx xxx oğlundan sonuncunun arvadını və oğlunu işə düzəltmək adı ilə 2500 manatı almışdır. Lakin cinayət törədildiyi gündən iki il müddət keçdiyi üçün Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməmiş və Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə icraata xitam verilmişdir. Apelyasiya məhkəməsi zərərə və mülki hüquq pozuntusuna (deliktə) dair mad di hüquq normalarına istinad edərək hesab etmişdir ki, iddia təmin olunmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-960/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçıdan 1000 manat və 1000 ABŞ dolları məbləğində pulu sələmlə almış və əmək haqqı kartını ona vermişdir. İddiaçı əmək haqqı kartından 280 manat çıxaraq 110 manatı əsas borcdan silmiş. 170 manatı isə faizə hesablanmışdır. Borc qurtarana kimi, kart iddiaçıda qalmışdır. Lakin iddiaçı bununla qane olmamış və məhkəməyə müraciət etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə yazılı etiraz verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslı və qanuni olmasını, kasasiya şikayətinin isə vaxtı uzatmaq məqsədi ilə verildiyini göstərmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı xxx oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və vəkili məhkəmə icl asına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması xxxli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kasasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1 097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübu tlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya zərər vurulduğu üçün sonuncu bunun əvəzini ödəməlidir. Apelyasiya instansiyası məhkəməsi hazırki kasasiya şikayətinin dəlillərinə uyğun apelyasiya şikayətinə düzgün hüquqi qiymət vermiş və onu əsassız hesab etmişdir. Belə ki, cavabdeh onunla iddiaçı arasında borc müqaviləsindən irəli gələn münasibətlərin yarandığını və həmin borcu tam ödədiyini göstərsə də, bununla bağlı işə mahiyyəti üzrə baxan məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Əksinə, yuxarıda qeyd olunduğu kimi, iddiaçının şikayəti əsasında Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmış və həmin iş üzrə icraata qeyri-bəraətverici əsasla, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilmiş, cavabdeh qeyd olunan qərarı mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İddiaçı şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-960/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxla nılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5343/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5343/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver