Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5344/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)2837/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov, iş № 2(004)-8052/2018) İddiaçı Cavabdeh və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Əra zi İdarəsinə qarşı reyestr qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 720 saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 16 avqust 2004-cü il tarixli 190 saylı sərəncamı ilə N Vaqif qızına ayrılmış və 01 sentyabr 2004-cü il tarixdə X2 və İstismarı Birliyi ilə onun arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsin ə icarədarın ailə üzvü kimi 1991-ci il təvəllüdlü Minəxanım və 1990-cı il təvəllüdlü Rövşənin adları daxil edilmişdir. 12 sentyabr 2011-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bağa dair torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyətinin 06 iyun 2014-cü il tarixli sərəncamı ilə bağ sahəsində tikilmiş bir mərtəbəli iki otaqlı ev N Vaqif qızının adına hüquqi qeydiyyata alınmışdır. 12 iyul 2014-cü il tarixdə bağ evinə və torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və onun adına dövlət Reyestrindən Çıxarış verilmişdir. Notariusda təsdiq olunmuş 19 mart 2015-ci il tarixli müqavilə ilə Cavabdeh həmin bağ sahəsini və evini X4 bağışlamış və sonuncu tərəfindən həmin əmlak X1 bağışlanmaqla bağ sahəsi və ev i hazırda onun mülkiyyətindədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qərarı ilə mübahisəli bağ evinin Cavabdeh adına hüquqi qeydiyyata alınması barədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 06 iyun 2014-cü il tarixli sərəncamı ləğv edilmişdir. 2018-ci ilin oktyabr ayında İddiaçı anası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli bağı və torpaq sahəsini onun xəbəri və razılığı olmadan öz adına özəlləşdirib bağa mülkiyyət hüququ əldə etməsini, Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş 06 iyun 2014-cü il tarixli sərəncamın ləğv olunmasını əsas göstərməklə Cavabdeh adına verilmiş 12 iyul 2014-cü il tarixli Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təl əbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı qətnamədən verdiyi kassasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və 3-cü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsəl ələr: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı anası Cavabdeh adına mübahisəli bağ sahəsinə dair verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız sayılmasını tələb edərkən istinad etdiyi əsas dəlil ondan ibarətdir ki, Cavabdeh onun razılığı olmadan bağ sahəsini özəlləşdirmiş, Çıxarışın verilməsi üçün əsas olmuş 06 iyun 2014-cü il tarixli əmlakın hüquqi qeydiyyata alınması barədə rayon İcra Hakimiy yəti başçısının sərəncamı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmişdir. İddiaçı anasının adına verilmiş Dövlət Reyestrindən Çıxarışın etibarsız hesab edilməsini tələb edərkən heç bir qanuni əsasa istinad etməmiş və tələbini hüquqi cəhətdən əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdin etibarsızlığının əsasları müəyyən olunmuşdur. Lakin iddiaçının göstərdiyi dəlillər həmin əsaslardan heç birinə uyğun olmamışdır. İşdən görünür ki, cavabdehlə bağ icarə müqaviləsi 2004-cü ildə bağlanmış və onun adına Dövlət Reyestrindən Çıxarış 12 iyul 2014-cü il tarixdə verilmişdir. Həmin Çıxarış bağ sahəsinin özəlləşdirilməsinin nəticəsi olaraq verilməsinə baxmayaraq, iddiaçı tərəfindən özəlləşdirmənin nəticələrinin etibarsız hesab edilməsi tələb olunmamış və iddiaçı Azə rbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddəti ötürmüşdür. Bağ sahəsində inşa edilmiş yaşayış evinin hüquqi qeydiyyata alınmasına dair rayon İcra Hakimiyyətinin 06 iyun 2014-cü il tarixli sərəncamı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaması əsası ilə ləğv edilməklə işin həmin halı cavabdehin adına Dövlət Reyestrindən Çıxarışın verilməsindən imtina üçün əsas olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5344/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5344/2019
07.08.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver