Məhkəmə qərarları › İş №2(102)-5344/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5344/2022

14.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5344/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (yeni adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borc, kassasiya şikayətinin ekspert rəyi ilə bağlı dəlilləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin (indiki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmentinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-84/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 26% olmaqla 25.575 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsində yerləşən 2 otaqlı, 29.01 kv.m yaşayış sahəsindən ibarət 100 nömrəli evin 7 saylı mənzil (bundan sonra – ipoteka predmeti) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu ipoteka müqaviləsinə əsasən ipoteka qoyulan mənzil 65.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, kredit müqaviləsi üzrə 6131 ABŞ dolları faiz, 14,21 ABŞ dolları cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 8,15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6153,36 ABŞ dolları məbləğ ində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın cavabdehə məxsus olan mübahisəli mənzilinə yönəldilərək açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tə ləbini belə əsaslandırmışdır ki, xx.xx.2019-ci il tarixinədək cavabdehin banka ümumilikdə 6.153,36 ABŞ dolları borcu olmuşdur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş, ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidi r.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-7107/2019 nömrəli iş üzrə 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən xx.xx.2015-ci il tarixli, kredit müqaviləsi üzrə 6.131 ABŞ dolları məbləğində faiz borcu, 14,21 ABŞ dolları məbləğində cərimə və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 8,15 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi olmaqla, cəmi 6.153,36 ABŞ dolları məbləğində borc və 60 manat məhkəmə xərclərinin iddiaçının xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş, cavabdehə məxsus mübahisəli mənzilinə yönəldilərək ilkin satış qiyməti 65.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışd an əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir.

5. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya ümumilikdə 6.153,36 ABŞ dolları faiz borcunun qalması, müqavilə üzrə öhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi həmin borcun tutulmasına və tutmanın ipoteka predmetinə yönəldilməsinə və mənzilin boşaldılmasına dair hissələrdə təmin edilməlidir.

6. Eyni zamanda məhkəmə iddia tələbinin “mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin istifadə hüququnun itirilməsi və mənzilin banka təhvil verilməsi” hissələri ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürm ək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan hazırda iddiaçının həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır.

7. Həmçinin, məhkəmə iddia tələbinin “əmlakın satışından əldə edilən vəsait iddia tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb icra icraatına aid olan məsələ olduğundan iddia ərizəsi həmin hissədə əsassız olduğuna görə təmin edilməməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119, 216220, 222.2. və 360-cı maddələrinə, “İpoteka haqqında” Azərb aycan Respublikası Qanununun 34 və 59.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bütün borclarını tam ödəmişdir. Bunun məntiqi nəticəsi olaraq bankın ona təqdim etdiyi müqavilə üzrə xx.xx.2015-xx.xx.2017-ci il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən xx.xx.2017-ci il tarixinə dövrün sonuna qalıq 0.00 manat göstərilmişdir. O mütəmadi olaraq ödənişləri həyata keçirmiş və bu barədə qəbzləri özündə saxlamışdır. Ödənişlər həyata keçirilərkən ödənişin əsas borca və ya faiz borcuna he sablanması barədə iddiaçıya nə yazılı, nə də şifahi məlumat verilməmişdir. Ödənişlərin əsas borca və ya faiz borcuna yönəldilməsi onun təqsiri deyil. Sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə banka etmiş, ödənişin məbləği 637,11 ABŞ dolları olmuşdur. Bununla da borcunu tam ödəmişdir. Cavabdehin banka borcu qalması barədə ona heç bir məlumat verilməmiş, iddia ərizəsində qeyd edilən bankın xəbərdarlıq məktubu ona çatdırılmamışdır.

11. Apellyasiya baxışı zamanı cavabdehin xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixinə əsas və faiz borcunun məbləğini müəyyən etmək məqsədilə məhkəmə mühasibatlıq, əlavə məhkəmə mühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir.

12. Məhkəmə mühasibatlıq, əlavə məhkəmə m ühasibatlıq və təkrar məhkəmə mühasibatlıq ekspertizalarının yekdil rəyinə əsasən, xx.xx.2018-ci il tarixədək cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 26.377,65 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 12.206,61 ABŞ dolları əsas borca, 14.171,04 ABŞ dolları isə faiz borcuna silinir. Cavabdehin müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixinə əsas borcu 13.368,39 ABŞ dolları, faiz borcu 299,30 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 5.511,33 ABŞ dolları məbləğində pul hesablamada nəzərə alınmamışdır. Ekspert rəyinə əsasən kreditorun qeyd olunan kredit müqaviləsi üzrə faiz borcu düzgün hesablanmamışdır.

13. Məhkəmə mühasibatlıq və əlavə məhkəmə mühasibatlıq ekspertizalarını aparmış ekspert Rövşən C əlilov məhkəmə iclasında verdiyi rəyi təsdiq edərək bildirmişdir ki, bank tərəfindən ödənişlər düzgün olmayaraq əsas borcdan silindiyindən, faiz borcu bank tərəfindən düzgün hesablanmamışdır. Mühasibatlıq sahəsində xüsusi biliklərdən istifadə edilməklə aparılmış hesablama nəticəsində cavabdehin iddiaçıya faiz borcunun 299,30 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-84/22 nömrəli iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlham Kərimli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Elşən Kazımov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş, cavabdehdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 299,13 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin müqavilə müddətinin başa çatdığı xx.xx.2018-ci il tarixinə faiz borcu 299,30 ABŞ dolları təşkil etdiyindən qətnamə faiz borcunun məbləği hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. 16. 13368,39 ABŞ dolları məbləğində əsas borca münasibətdə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği (13368,39 manat x 0,05=668,42) x 1,5 il=1002,6 ABŞ dolları olmaqla iddia tələbinin həcmindən çox olduğundan və bank tərəfindən qətnamədən apelly asiya şikayəti verilmədiyindən, həmin hissədə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 319.1, 385.1, 442, 445.7, 739.1-ci, MPM-in 384.0.3, 402 və 405-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ödənişlərin silinmə ardıcıllığını nəzərə almamış, ekspertiza r əyini əsas götürməklə yekun qərar qəbul etmiş, ekspert tərəfindən borcun düzgün hesablanmamasını, ekspert tərəfindən borcun silinmə ardıcıllığına düzgün diqqət yetirilməməsini, ekspert rəyi ilə cavabdehin faktiki borcunun qaldığını nəzərə almayaraq maddi hüquq normasını pozmuşdur.

20. Apellyasiya instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş və səhv nəticəyə gəlmişdir.

21. Kassator şikayətində ekspert rəyinin məhkəmə üçün məcburi olmamaqla, digər sübutlarla birlikdə qiymətləndirilməli olduğunu göstərmişdir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır. Lakin apellyasiya instansiya məhkəməsi bu hala diqqət yetirməyərək sübutları düzgün qiymətləndirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kass asiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarı 28. “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassas iya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın faiz borcu tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 4

0. Kassasiya şikayətinin dəlilləri iş üzrə verilmiş ekspert rəylərinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

41. Baxılan iş üzrə tərəflərin vəsatətləri əsasında ilkin, əlavə və təkrar məhkəmə ekspertizaları təyin edilmiş, bütün rəylər üzrə ekspertlər eyni nəticəyə gəlmiş, sonuncu rəyi vermiş ekspert məhkəmə iclasında dindirilmişdir.

42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-84/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın faiz borcu tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar