Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5346/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı və vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli, 2(103)6198/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmı şdır ki, onun tərəfindən Cavabdeh 31 yanvar 2014cü il tarixdə 47.500,00 (qırx yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti faizsiz olaraq borc verilmişdir. Qarşılıqlı razılaşmaya əsasən, borcun 31 yanvar 2015-ci il tarixə kimi tam qaytarılması müəyyənləşdirilmişdir. 24 dekabr 2014-cü il tarixdə hər iki tərəfin, həmçinin Bakı şəhərinin 38 saylı notariat kontorunun xüsusi notariusu İ.M.Xəlilovun iştirakı ilə yuxarıda qeyd olunmuş kredit müqaviləsi tərtib olunmuşdur. Həmin notarial qaydada təsdiq edilmiş yazılı əqddə cavabdeh 47.500,00 (qırx yeddi min beş yüz) ABŞ dolları borcu aldığını etiraf edir və 31 yanvar 2015-ci il tarixini həmin məbləğin tam qaytarmasının son müddəti kimi qəbul edir. Müqavilə bağlandıqdan sonra cavabdeh heç bir məbləğdə pul qaytarmayıb, bundan artıq uzun müdd ətin keçməsinə baxmayaraq Cavabdeh 47.500,00 ABŞ dolları borcunu qaytarmır. O, borclu olduğunu etiraf etsə də, hər dəfə yeni bəhanə gətirərək hazırda nəğd pulunun olmamasını, bir müddət sonra verəcəyini və sair vədlər verir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı xeyrinə 47.500,00 (qırx yeddi min beş yüz) ABŞ dolları pulun tutularaq ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.B.Axundov) 2(004)-2292/2018 saylı, 14 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 24 dekabr 2014cü il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən 47.500.00 (qırx yeddi min beş yüz) ABŞ dollarının (ödəniş günü manata məzənnəsi nəzərə alınmaqla) tutularaq İddiaçı ödənilmə si qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ş.Vəliyev, X.A.Mərdanova və E.M.Həsənov) 25.07.2018-ci il tarixli, 2(103)-6198/2018 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət v erməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etmədən işə baxmış və qətnamə qəbul etmişdir, apellyasiya instansiyası məhkəməsi isə bu hala qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli olduğu halda bunu etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili ***kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəs inə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 25.07.2018-ci il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,24 dekabr 2014-cü il tarixli borcun etirafı haqqında müq avilənin notariat qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh bu müqavilə ilə borc verən İddiaçı 47.500,00 (qırx yeddi min beş yüz) manat borcunun olduğunu tam etiraf etmiş və borcu 31 yanvar 2015-ci il tarixədək bütöv şəkildə olmaqla, borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2 və 741-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfi yyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır...”, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir”. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən «Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Göründüyü kimi, maddələrin tələblərini hazırki işin hallarına tətbiq edərkən, kollegiya hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında borc barədə razılıq əldə olunmuş, lakin cavabdeh olan borclu Cavabdeh üzərinə düşən öhdəliyi, yəni borc məbləğini ödəməmiş və bu səbəbdən kreditor - İddiaçı qarşısında cavabdehlik daşıyır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir t ərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətinin istinad edilən əqdin təzyiq altında imzalanaraq, əslində hər hansı borcun verilməməsi ilə bağlı qeyd etdiklər inə münasibətdə kassasiya kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Buna baxmayaraq, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilmədiyindən kassasiya şikayəti rədd edilməlidir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansi yası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.07.2018-ci il tarixli, 2(103)-6198/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5346/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5346/2019
11.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver