Məhkəmə qərarları › İş №2(102)-5348/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5348/2021

06.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5348/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: özbaşına tikilinin sökülməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-567/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi 26 saylı evin 113 saylı mənzili İddiaçı, X4 və X5 paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-cı ilin fevral ayında İddiaçı cavabdehlər X7 və Cavabdeh2alı Kəmaləddin oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə X6 məxsus olan və hazırda X1 yaşayan N mənzilin sanitar qaydalarının dəyişdirilməsinə, yataq otağının 60 sm qabağa çəkilmiş divarının, mətbəx otağı ilə yataq otağının yerinin dəyişdirilməsinə, əlavə inşa edilmiş balkon və özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, əvvəlki vəziyyətinə qaytarılması və ona dəymiş maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 3000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-132/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.Y.Həsənov) iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5950/2019 saylı, 01 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – F.F.Babayev (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-132/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6461 saylı, 1 0 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Ə.Əliyev (sədrlik edən və məruzəçi), Ə.M.Rüstəmov və T.A.Qoldman) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-729/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Y.Şamayev (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-132/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. K assasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3374/2020 saylı, 21 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və A.Q.Hüseynov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2020-ci il tarixli, 2(103)-729/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat İşə üçüncü dəfə apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-567/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və Z.A.Şirinov) İddiaçı apellyasiya şikayəti təmin edi lməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-132/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək cavabdehlərin müvafiq icazələr alınmadan özbaşına apardıqları tikinti işləri nəticəsində onun mənzilinin yararsız hala düşməsini, mənzilin qaz sızmaqla həyatı üçün təhlükə yaranmasını, yataq otağında və mətbəxdə çatların yaranmasını, lakin işə baxan məhkəmənin işin həmin hallarına düzgün qiymət vermədən nəticəyə gəlməsini, qətnamənin birtərəfli qiymətləndirilmiş sübutlar əsasında, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını və s. əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehlər Nun nümayəndəsi və cavabdeh N Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izahatları dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 170.1 İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2 Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və t am baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçıya görə 111 saylı mənzilin daxili konstruksiyasında dəyişikliklər edilməsi, əlavə tikililərin inşa edilməsi, mövcud tikililərin təyinatının dəyişdirilməsi və əlavə avadanlıqların (“Kombi” aparatı) quraşdırılması nəticəsində onun mülkiyyətində olan mənzilə zərər dəydiyindən həmin zə rər və eləcə də ona dəymiş mənəvi zərər ödənilməlidir. İşdən görünür ki, hazırkı iddia tələbi ilə əlaqədar Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 sentyabr 2018, 08 fevral 2019 və 19 fevral 2021-ci il tarixdə üç dəfə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və aparılmış ekspertiza tədqiqatları nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsində yerləşən 26 saylı evin 111 saylı mənzilində müəyyən söküntü və tikinti işlərinin aparılması aşkar olunsa da, həmin işlərin görülməsi nəticəsində iddiaçıya məxsus 113 saylı mənzilə hər hansı ziyanın dəyməsi müəyyən olunmamışdır. Müəyyən olunmuşdur ki, 111 saylı mənzil binanın 2-ci, 113 saylı mənzil isə binanın 3-cü mərtəbəsində yerləşməklə həmin mənzillərə giriş ayrı-ayrı pilləkən meydançasındadır və həmin 111 saylı mənzildə görülən işlər zamanı iddiaçıya məxsus 113 saylı mənzilə müdaxilə olunmamışdır. Eləcə də müəyyən olunmuşdur ki, 113 saylı mənzil (hamam və sanitar qovşağı istisna olmaqla) tam təmirsiz vəziyyətdə olmaqla ilkin təmirdən qalan sahələr istismar nəticəsində köhnəlmişdir. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin X9 İdarəsinin əməkdaşları tərəfindən 111 və 113 saylı mənzillərə baxış keçirilərkən 111 saylı mənzildə quraşdırılmış kombidən istifadə zamanı 113 saylı mənzildə dəm qazının iyinin hiss olunmadığı, tüstü bacasının işlək vəziyyətdə olması müəyyən olunmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, 111 saylı mənzildə aparılmış təmir - yenidənqurma işləri 113 sayl ı mənzilin normal istifadəsinə maneə törətmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. (170.1) Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. (170.2) 111 saylı mənzildə aparılmış təmir-tikinti və quraşdırma işlərinin iddiaçıya z ərər vurması ilə nəticələnməsi müəyyən olunmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə iş üzrə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-567/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar