Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-535/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzildən çıxarılma, həmin mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(105)-1616/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə 20 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-536/2018 saylı, 01 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ilə cavabdeh X9 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2, X3 və X4 müştərək qaydada iddiaçı "xxxx" İKBnin xeyrinə kredit müqaviləsinə əsasən 63050,98 ABŞ dolları məbləğində əsas borc, 23085,15 ABŞ dolları məbləğində fazi borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manat məzənnəsi ilə, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmas ı üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X5 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 64.9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilə və X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51.1 kv.m sahədən ibarət olan 4 nömrəli evin, 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı "xxxx" İKB-yə olan kredit müqaviləsinə əsasən 63050,98 ABŞ dolları məbləğində əsas borc, 23085,15 ABŞ dolları məbləğində fazi borcu, 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 86436,13 ABŞ dolları məbləğində kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 30 manat ödənilmiş dövlət rüsumunun, ipotek a predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, ipoteka predmetləri olan X5 məxsus Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 64,9 kv.m sahədən ibarət olan 23 nömrəli evin, 31 nömrəli mənzilin ilkin satış qiymətinin 68000 manat, X1 məxsus Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən 51,1 kv.m sahədən ibarət olan 4 nömrəli evin 2 nömrəli mənzilin ilkin satış qiymətinin isə 48000 manat müəyyən edilməsi qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmuş və Sumqayıt şəhəri, 41-ci məhəllədə yerləşən, 4 nömrəli evin, 2 nömrəli mənzili açıq hərracdan İddiaçı ASC tərəfindən alınmış və iddiaçının hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əml akın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq ona çıxarış verilmişdir.
3. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışlar ki, "xxxx" İKB ASC (hazırki İddiaçı ASC) ilə X9 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş X1 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 536/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmiş, həmin mənzilə dair İddiaçı ASC -nin mülkiyyət hüquqları 22 aprel 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış verilmişdir. Mübahisəli mənzilin İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir.
6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4483/2024 nömrəli iş üzrə 12 avqust 2024cü il tarixli qətnaməsi ilə (hakim X6) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 33cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmiş lakin sonradan manatın məzənnəsi ABŞ dollarına nisbətdə dəyərdən düşərək 1 (bir) ABŞ dolları 1 (bir) manat 70 qəpik civarına çatdığından öhdəliklərin icrası qeyri-mümkün olmuşdur. xx.xx.2017-cı il tarixdə YeloBanka ("xxxx" İKB ASC) rəsmi müraciət edilərək müqavilə şərtlərinin dəyişdirilməsi təklif edilmiş, lakin bu təklifə bu günə kimi də cavab verilməmişdir. Eyni zamanda da göstərilən təklif ə qədər dəfələrlə YeloBanka ("xxxx" İKB ASC) şifahi müraciətlər edilsə də kreditin bağlanmasına şərait yaradılmamışdır. YeloBank-ın ("xxxx" İKB ASC) hesabladığı əlavə faiz borcu, cərimə borcu kredit müqaviləsinin şərtlərinə və mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından kredit üzrə borc şişirdilmiş məbləğdir. İndiyə qədər kredit müqaviləsi üzrə ödənilən 30000 (otuz min) ABŞ dolları əsas borcun azalmasına yönəldilməmişdir. X10 və həyat yoldaşı X7 hər ikisi ağır xəstə olmaqla əlilikləri qanunla müəyyən edilmişdir. Ailə böyükdür, həmin mənzillərdən başqa heç bir əlavə yaşayış yerləri yoxdur, başqa yaşayış yeri almağa ailənin maddi imkanı yoxdur. Yelobankla əldə edilmiş şifahi razılaşmaya əsasən həmin mübahisəli kredit müqaviləsi üzrə ödənişlərə başlanılmışdır və artıq 3 (üç) aydır k i, ödənişlər edilir. Ona görə də iddia tələbləri rədd edilməlidir.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdehin ödədiyi ödənişlər onun qalıq borcudur. Ümumi borcundan iki əmlakı satılaraq 73950 manat borcu ödənilib və 39729 ABŞ dollar qalıq borcu qalıb. Bankla hər hansı razılıq əldə edilməyib. İndi isə qalıq borcundan ödəniş edir. Cavabdehlə əlaqə saxlanılaraq hansı borcundan ödəniş edildiyi də bildirilib.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1616/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi hakim), X16 və X11) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4483/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 59.3.1-ci maddəsi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda şərtsiz olaraq, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etməli olduğunu təsbit etmişdir. Hazırkı iş üzrə də mübahisəli mənzil, digər mülki hüquqi əqdlərdən deyil, məhz kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin açıq hərracda realizəsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da mübahisəli m ənzilin cavabdehin qanunsuz sahibliyində olması təsdiq olunmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
14. Məhkəmə kollegiyası cavabdehin bankla razılıq əldə edilməsi və borcun hissəhissə ödənilməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, evdən istifadə ilə əlaqədar tərəflər arasında hər hansı bir razılaşmanın olması müəyyən edilməməklə, iddiaçının nümayəndəsi də belə bir razılaşmanın mövcud olmadığını, edilmiş ödənişlərin isə ipoteka predmetinin dəyərindən çıxıldıqdan sonra qalıq borcla əlaqədar edildiyini bildirmişdir ki, bununla da cavabdehin qeyd olunan dəlili də əsassız olmuşdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, “İpoteka haqqında” Azərbayca n Respublikasının qanununun 59.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 384.0.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Mübahisələdirilən qətnamə qanuni və əsaslı deyildir. Məhkəmə tərəf indən maddi və prossesual hüquq normalarının pozuntularına yol verilmiş, işə obyektiv baxılmamış və sonda düzgün olmayan qətnamə çıxarılmışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunu
21. Maddə 59.3.1 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşa yan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur.
34. Belə ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdehin mübahisəli mənzili tərk etməməsi iddiaçının mülkiyyət hüququnu pozur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun 59.3.1-ci maddəsi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu halda şərtsiz olaraq, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini tərk etməli olduğunu təsbit etmişdir. Hazırkı iş üzrə də mübahisəli mənzil, digər mülki hüquqi əqdlərdən deyil, məhz kredit müqaviləsi üzrə verilmiş borc məbləğinin qaytarılması üçün ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin açıq hərracda realizəsi əsasında iddiaçının mülkiyyətinə keçmişdir ki, bununla da mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində olması təsdiq olunmuşdur.
36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
37. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkə məsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işin kassasiya baxışında kassator kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad qəbul edildikdən sonra şikayətin geri qaytarılması ilə bağlı müraciət etmişdir. Qeyd edilməlidir ki, prosessual qanunvericilikdə bu mərhələdə kassasiya şikayətinin geri qaytarılması ilə bağlı kassasiya məhkəməsinin səlahiyyəti nəzərdə tutulmamışdır.
40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 2(105)-1616/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.