Məhkəmə qərarları › İş №2(102)-5351/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5351/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5351/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə, müstəqil tələblər irəli sürən üçüncü şəxs X10 İddiaçı və Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisəsi, ekspert rəyləri arasında ziddiyyət, Konstitusiya Məhkəməsinin qərarlarının və kassasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Əliyev İspəndiyar Əsəd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh, vəkili X4, müstəqil tələb irəli sürən üçüncü şəxsin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi, müstəqil tələblər irəli sürən üçün şəxs X10 İddiaçı qarşı müqavilənin etibarsız hesab olunması və Cavabdeh qarşı mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və sair tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)874/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında tikilməkdə olan ya şayış binasının (bundan sonra – yaşayış binası və ya evi) 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili 31.07.2008-ci il tarixli 240 sayli müqaviləyə əsasən X3, 05.10.2009-cu il tarixli 263 saylı müqaviləyə əsasən isə İddiaçı (bundan sonra – iddiaçı) satmış, sonuncu tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 28.05.2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, yaşayış binasında tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə payçı Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 12.11.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən, icraçı yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən, ü mumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüş, "xxxx" MMC tərəfindən cavabdehə verilmiş 12.11.2013-cü il tarixli 360 saylı maliyyə arayışına əsasən, cavabdeh həmin mənzilin müqavilə dəyərini tam ödəmişdir. İcraçı "xxxx" MMC ilə cavabdeh (sifarişçi) arasında bağlanmış 30.01.2014-cü il tarixli kommunal xərclərin ödənilməsi barədə 23 saylı müqaviləyə əsasən, sifarişçi yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 70 saylı mənzilin təmir işlərinin görülməsini icraçıya həvalə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2014-cü il tarixli, 1(101)-91/2014 saylı hökmünə əsasən, ibtidai istintaq za manı zərərçəkmiş şəxs qismində dindirilən X5 ifadəsində "xxxx" MMC ilə 31.07.2008-ci il tarixli 240 №li müqavilə bağlamasını, müqaviləyə əsasən ona Bakı şəhəri, Gəncə pr-ti 2935A ünvanında 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsındən sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin satılmasını, dəyəri 34.492,60 manat olan mənzilə görə ilkin ödəniş olaraq 17.500 manat ödəməsini, qalan pulu hər ay 944,03 manat olmaqla ödənilməli olmasını, mənzil üçün cəmi 18.100 manat pul ödəməsini, 2012-ci ilin əvvəllərində K.Kazımzadənin həbs olunmasını bildiyini göstərmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31.03.2015-ci il tarixli 1(103)-285/2015 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin X8 və qeyriləri haqqındakı 10.03.2015-ci il tarixli qərarının nəticəvi hissəsində anlaşılmazlıq a radan qaldırılaraq "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 111.708 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi "İddiaçı Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 13-cü mərtəbəsində ümumi sahəsi 75,46 kv.m olan mənzil və ya 27.920 manat, həmin binanın birinci mərtəbəsində 50 kv.m qeyri-yaşayış sahəsi və ya 60.000 manat, həmin binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələblərinə dair mülki iddiaları təmin olunsun" ifadəsi kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19.04.2017-ci il tarixli ******* *** saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC-nin direktoru X9 barəsində hazırda istintaqı aparılan, həmçinin əvvəllər istintaqı tamamlanaraq məhkəməyə göndərilmiş cinayət işləri üzrə məktubda adları çəkilən İddiaçı və Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmamışdır, həmin şəxslər hər hansı şikayətlə müraciət etmədiklərinə və onların adlarına mənzil alqı-satqısına dair istintaqa hər hansı sənəd təqdim edilmədiyinə görə onlarla bağlı xüsusatlar üzrə cinayət təqibi aparılmamışdır. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanda inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci girişində binanın layihə-texniki sənədlərinə əsasən 12ci mərtəbə, lakin mərtəbələrin sıra sayının özbaşına dəyişdirilməsi yolu ilə 11-ci hesab edilən mərtəbədə yerləşən 59,47 kv.m sahədən ibarət bir otaqlı mənzil "xxxx " MMC-nin direktoru xxx tərəfindən 12.08.2013-cü il tarixli 84 saylı müqavilə ilə 11-ci mərtəbədə yerləşən mənzil kimi X1. Lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.07.2015-ci il tarixli qətnaməsi ilə mənzil üzərində X14 "xxxx" MMC ilə bağladığı 01.05.2007-ci il tarixli 191 saylı müqavilə ilə qanuni hesab edilərək mənzilin onun istifadəsinə verilməsi, xxxx adına verilmiş 12.08.2015-ci il tarixli 312 saylı çıxarışın etibarsız hesab edilməsi və onun mənzildən çıxarılması qərara alınmış, apellyasiya və kassasiya instansiyaları qətnaməni qüvvəsində saxlamışlar. xxxx hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış binası nın 1-ci blokunun 11-ci mərtəbəsindəki ümumi sahəsi 59,47 m olan 1 otaqlı mənzildən cavabdehin ailə üzvləri və əmlakları ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili "xxxx" MMC-nin sahibi K.Kazımzadədən almışdır. Həmin binanın 10-cu mərtəbəsində yerləşən 1 otaqlı mənzilə dair cavabdehlə müqavilə bağlanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə yaşayış binasının 11-ci mərtəbəsində yerləşən sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin ona məxsus olduğu qeyd edilmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 31.03.2015-ci il tarixli qərarı ilə də göstərilən mənzil ona verilmişdir. Cavabdeh isə 10-cu mərtəbənin əvəzində 11-ci mərtəbənin bir otaqlı mənzilini zəbt etmiş və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları nəticədə iddiaçının icra sənədini icra edə bilmirlər. Məhkəmədə tədqiq olunan satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış "xxxx" MMC ilə alıcı İddiaçı arasında 05.10.2009-cu il tarixli 263 saylı müqaviləyə 23.02.2013-cü il tarixli əlavədə qeyd olunmuşdur ki, icraçı yaşayış binasının 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı izolə olunmuş mənzili bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği vaxtında tamamilə ödəməyi, mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin dəyəri hər kv.m üçün 500 mana t olmaqla, sahəsi 59,47 kv.m olan mənzil üçün 29.735 manat müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2394/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia tələbi təmin olunmamışdır. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili 05.10.2009-cu il tarixli 263 saylı müqaviləyə əsasən iddiaçıya satmışdır. Həmçinin, müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 28.05.2012-ci il tarixli birgə təsərrüfat fəaliyyəti haqqında müqaviləyə əsasən, yaşayış binasında tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə i ddiaçı arasında, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 05.10.2009-cu il tarixli 263 saylı müqaviləyə 23.02.2013-cü il tarixli əlavə müqavilə bağlanaraq icraçı, yaşayış binasının 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 23.02.2013-cü il tarixli müqaviləni imzalamadığını, müqavilənin yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzildən iddiaçının imtina etmək məqsədi ilə bağlanmadığını bildirsə də, məhkəməyə təqdim olunan "xxxx" MMC-nin direktoru xxxx ərizəsi, məhkəmə iclasında şahid qismində dindirilən "xxxx" MMC-nin xəzinədarı xxxxn ifadəsi ilə həmin müqavilənin 05.10.2009-cu il tarixli 263 saylı müqavilə əsasınd a iddiaçıya satılmış mənzilin əvəzində yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzilin iddiaçıya verilməsi niyyəti ilə bağlandığı müəyyən olunmuşdur. Məhkəmə daha sonra müəyyən etmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 12.11.2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən, yaşayış evinin 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzil 27.000 manata sonuncuya satılmış, müqavilədə mənzilin 10-cu mərtəbədə yerləşməsi qeyd olunsa da, binada qeyri-yaşayış sahələri ilə yaşayış sahələrinin hesablanmasında dəyişiklik edildiyindən həmin mənzilin binanın 11-ci mərtəbəsində yerləşməsi müəyyən edilmişdir. Məhkəmə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin 31.03.2015-ci il tarixli, 1(103)285/2015 nömr əli qərarı ilə mənzilin ona verilməli olması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin qərarda Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzilin və ya 23.788 manat pulun iddiaçıya verilməsi qeyd olunmuşdur. İddiaçı Gəncə prospekti 2935A ünvanında inşa olunan binada tikintinin başa çatdırılmasını və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən "xxxx" MMC ilə 23.02.2013-cü il tarixli əlavə müqavilə bağlamaqla həmin mənzilə və ya mənzilin dəyərinə görə Gəncə prospekti 29/35 A ünvanında 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzili qəbul etməklə razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı 23.02.2013-cü il tarixli əlavə müqavilə bağlamaqla əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina etmiş, yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan mənzili qəbul etməyə razılaşmışdır. Beləliklə o, həmin binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı mənzildən imtina etmişdir. Odur ki, iddiaçının həmin mənzili tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 389.1, 390.1, 390.2, 567, 646.1, 646.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindək i birinci icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyildir, məhkəmə sübutlara qiymət verərkən qərəzliliyə yol vermiş, MPM-in tələbləri baxımından sübut kimi qəbul edilməsi mümkün olmayan fakta istinad etmişdir. "xxxx" MMC ilə bağlanmış, 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilənin əsli, yaxud onun notariat qaydasında təsdiq olunmuş surəti mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin 09.10.2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tikinti texniki ekspertizası üzrə 27875 nömrəli, 08 yanvar 2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihədə və Fövqəladə Hall ar Nazirliyinin (FHN) 2016-cı il tarixli rəyində qeyd olunanlara əsasən, iddiaçı və "xxxx" MMC arasında bağlanmış 05.10.2009cu il tarixli müqavilədə qeyd olunmuş yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsində olan 1 otaqlı mənzilin və mübahisələndirilən, cavabdehin istifadəsində olan yaşayış binasının 1ci blok, 10-cu mərtəbəsində 1 otaqlı mənzilin eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəyə və FHN-nin TTNDA-nin "Azkommunlayihə" KLİ-nin direktoru xxxx tərəfindən imzalanmış 10 mart 2016cı il tarixli rəydə qeyd olunanlara əsasən, cavabdeh və "xxxx" MMC arasında bağlanmış 30.01.2014-cü il tarixli müqavilədə 1 otaqlı mənzilin yaşa yış binasının 1-ci blok, 10-cu mərtəbədə yerləşməsi qeyd olunduğu halda, mövcud vəziyyətdə cavabdehin istifadəsində olan mənzilin həmin binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 02.04.2018-ci il tarixli qərardadı ilə təyin edilmiş təkrar məhkəmə-tikinti texniki ekspertizası üzrə 10725 nömrəli, 21 iyun 2018-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli mənzilin "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəyə əsasən, tədqiq olunan binanın 1ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Lakın baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanması, digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsi nəzərə alınaraq, halhazırda mübahisəli mənzilin 10-cu mərtəbədə yerləşdiyi müəyyən olunmuşdur. "xxxx" MMC-nin sifarişi ilə "xxxx" MMC tərəfindən işlənib hazırlanmış eskiz layihəsi ilə cavabdeh və "xxxx" MMC arasında bağlanmış 30.01.2014-cü il tarixli müqavilə arasında uyğunsuzluq olsa da, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdehin istifadəsində olan mənzilin "xxxx" MMC ilə bağlanmış 30.01.2014-cü il tarixli müqavilədə göstərilən 1 otaqlı mənzilin yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1462/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və S.Hacıyev) apellya siya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin mənzilə dair hüquqları (müqaviləsi) mübahisələndirilməmiş və onun həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir. Bundan əlavə, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-285/2015 nömrəli, 31.03.2015-ci il tarixli qərarı ilə (Bakı şəhəri Gəncə prospekti 2935 A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59,47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddia təmin olunmuşdur) mülki iddiaçı kimi tanınmış iddiaçının mülki iddiası təmin edilərək mənzilin və ya 23.788 manat məbləğində pulun iddiaçıya təqdim edilməsi "xxxx" MMC-yə həvalə edildiyindən, preyudisial mənaya görə mülki hüquqi məsuliyyət hazırkı iş üzrə cavabdehə deyil, məhz "xxxx" MMC-yə məxsusdur və hökmün icrası üzrə məsuliyyəti də o daşıyır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 389.1, 390.1, 390.2, 567, 646.1, 646.2-ci, MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-8753/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və Ə.Nurməmmədov) kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. d) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək kassasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını x ahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 178.1-ci maddəsi və MPM-in 89.1, 89.3, 103.2, 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, bununla da onun Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının cavabdehə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, MPM-in 416, 418.1, 418.2 və 418.3-cü maddələ rinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticə üzrə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş əlavə müqavilənin MPM-in 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və qətnaməsində iddiaçının apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasına münasibət bildirməmişdir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, göstərilən mənzil üzrə mübahisə yaranmasına baxmayaraq, iddiaçı cavabdehin həmin mənzilə dair h üquqlarını (müqaviləsini) mübahisələndirməmiş və həmin müqavilənin həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir. Halbuki Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada ç ıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə cavabdehlə 12 noyabr 2013-cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslan dırmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamaqla, iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə heç bir münasibət bildirməmiş, təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini və ilk ekspertiza rəyinin nəticələri ilə razılaşmamasının səbəblərini göstərməmiş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzər də tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. Kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 20 avqust 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla MPM-in 416, 418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 19 dekabr 2018-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin İ hissəsində və 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş mülkiyyət və hü quq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur. e) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda icraat Ali Məhkəmənin Plenumunun 13(102)-5(k)/2020 nömrəli, 18 sentyabr 2020-ci il tarixli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin 2(103)-1462/2018 nömrəli iş üzrə 20 avqust 2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair kassasiya instansiyası məhkəməsinin 2(102)-8753/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qərarının ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin Plenumunun qərarı Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun əsaslandırılmışdır. f) Apellyasiya instansi yası məhkəməsindəki ikinci icraat Mülki iş yeni apellyasiya baxışına qaytarıldıqdan sonra X18 müstəqil tələb irəli sürən üçüncü şəxs (bundan sonra – üçüncü şəxs), X12 və “Xətai-6” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Üçüncü şəxs iddiaçıya qarşı ”AENT-E” MMC ilə iddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə və cavabdehə qarşı sonuncunun yaşayış binasının 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzilin qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin üçüncü şəxsə təhvil verilməsi ba rədə müstəqil iddialar irəli sürmüşdür. İddia ərizələri üçüncü şəxs birinci instansiya məhkəməsində iştirak etmədiyindən icraata qəbul edilmişdir. Üçüncü şəxs iddiaçıya qarşı tələbini onunla əsaslandırmışdır ki, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC-dən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzili dəyərini tam ödəyərək əldə etmişdir. "xxxx" MMC-nin direktoru XXX qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. XXX barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri "xxxx" MMC-yə keçmişdir. MMCnin direktoru X16 həmin vaxt onu yanına çağıraraq müqaviləs ində göstərilən mənzilin başqasına verildiyini bildirmiş, lakin əlavə ödəniş ediləcəyi halda ona həmin binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 59.47 kv.m sahəsi olan 70 nömrəli mənzili verəcəyini bildirmişdir. Bununla əlaqədar olaraq tərəfindən ilkin olaraq əldə etdiyi mənzildən imtina edilmiş və X13 əlavə 6.040 manat məbləğində ödəniş edilmişdir. Lakin "xxxx" MMC-nin direktoru ona 1-ci blok, 10-cu mərtəbədə yerləşən 59.47 kv.m sahəsi olan, 70 nömrəli mənzili satarkən dələduzluq edərək onunla heç bir müqavilə bağlamamış, yalnız həmin mənzillə bağlı MMC tərəfindən təsdiq edilmiş 19 sentyabr 2012-ci il tarixli, 057 nömrəli saxta çıxarış vermişdir. Lakin faktiki olaraq həmin mənzillə bağlı heç bir real hərəkət edə bilməmişdir. "xxxx" MMC-nin direktoru X16 tərəfindən bir mənzilin bir ne çə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun da barəsində cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiaçı kimi tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)103/2017 nömrəli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə onun Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan 70 saylı mənzillə təmin edilməsi qərara alınmışdır. Yəni, hökmlə onun dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş və həmin mənzilin dəyərini tam ödədiyindən mənzil üzərində hüquqlarının tam bərpa edilməsi nəticəsinə gəlinmişdir. Həmin mənzil qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə ona məxsusdur və hazırda həmin mənzildə faktiki yaşayan cavabdehin mənzild ən çıxarılması və ona təhvil verilməsi ilə bağlı onun iddiası üzrə mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. Lakin məhkəmə 03.06.2020-ci il tarixində məhkəmə iclasının tarixi və vaxtı barədə nə ona, nə də vəkilinə heç bir məlumat verməmiş, məhkəmə işində ona qədər heç bir prosessual statusu olmayan və iştirak etməyən İddiaçı üçüncü şəxs kimi tanınmış və onun ərizəsi əsasında sözügedən mülki iş dayandırılmışdır. Məhz həmin qərardad ona təqdim ediləndən sonra bilmişdir ki, ona məxsus olan mənzillə bağlı İddiaçı iddiaları mövcuddur. Onunla "xxxx" MMC arasında yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzillə bağlı müqavilə 2006-ci il tarixində bağlanmışdır. Hazırkı mənzil isə 2012-ci ildə məhz ilkin mənzilin əvəzi olaraq ona verilmişdir. Bu o deməkdir ki, əslində həmin mənzilə dair ilkin hüquq ona məxsusdur. Digər tərəfdən tərəflər onun həmin mənzillə bağlı hüquqlarını bilə-bilə vicdanlı davranmayaraq məhkəməyə bu barədə heç bir məlumat verməmişlər. Üçüncü şəxs cavabdehə qarşı iddia tələbini iddiaçıya qarşı iddia tələbi ilə oxşar məzmunda əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-874/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmiş, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci m ərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaçıya və cavabdehə qarşı iddia tələblərinin təmin olunmaması qət edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir. Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən müba hisəli mənzilin cavabdehin istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq iddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı haqlı olaraq cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığını mübahisə predmetinə aid etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçı müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması ilə bağlı tələb irəli sürmüşdür. Müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC arasında 05 oktyabr 2009-cu il tarixl i, 263 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, həmin MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilin iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən, iddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehlə "xxxx" MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən iddiaçıya müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır. Həmçinin, iş materialları, tərəflərin izahatları, eləcə də Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 08 yanvar 2018-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin cavabdehin istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehlə "xxxx" MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqaviləyə əsasən, "xxxx" MMC həmin binada dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan nəzərə alınmalıdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə sonun cuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən tələb irəli sürülə bilər. Beləliklə, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, "xxxx" MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Mənzilin dəyərini tam ödəməklə iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Üçüncü şəxsin iddia tələbl ərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, üçüncü şəxs ilk olaraq yaşayış binasının 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilə deyil, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında "xxxx" MMC tərəfindən yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kv.m sahəsi olan ikiotaqlı mənzilə dair müqavilə bağlamışdır. Həmçinin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 onunla "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 05 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə və mənzilin dəyərinin tam ödənilməsinə dair 02 may 2008-ci il tarixli maliyyə arayışına istinad etməklə, iddiaçınin iddia tələblərinin onun maraqlarına toxunduğunu, mübahisəli mənzilin ona aid olduğunu bildirmişdir. Bununla bağlı isə məhkəmə qeyd etmişdi r ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 ilə "xxxx" MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 05 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə əsasən, X2 iddia olunan mənzilin iddiaçınin iddia etdiyi mənzil ilə eynilik təşkil etməsi müəyyən olunmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1-ci, MPM-in 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh və üçüncü şəxs kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X15) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməsi və sözügedən mənzillərin yerləşdiyi binalara vizual baxış keçirilməsi məqsədi ilə işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət vermişdir. Şikayətdə qeyd olunmuşdur ki, cavabdehlə bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilədə qeyd olunan mənzilin mübahisəli mənzilə heç bir aidiyyatı yoxdur. Çünki cavabdehin aldığı mənzil sözügedən binanın 1-ci blokunun 10-cu mərtəbəsində yerləşir. İddiaçı ilə bağlanmış müqaviləyə əsasən isə, ona 1-ci blokun 11-ci mərtəbəsində mənzil verilmişdir. Hər iki mənzil eyni binada olsa da, ayrı-ayrı mərtəbələrdə yerləşir. İki ayrı-ayrı məhkəmə icraatın a qəbul edilmiş məhkəmə işi zamanı iki müxtəlif məhkəmə ekspertizaları aparılmış və hər iki ekspertiza zamanı müxtəlif rəylər verilmişdir. Məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməli və məhkəmənin tərkibi sözügedən mənzillərin yerləşdiyi binalara vizual baxış keçirməli idi. Lakin, məhkəmə bu məsələyə səthi yanaşmış və yalnız ekspertiza rəyləri ilə kifayətlənmişdir. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri üçüncü şəxsin iddia tələbinin dəlilləri ilə eyniyyət təşkil edir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi üçüncü ş əxsin iddiası üzrə heç bir araşdırma aparmamış, faktiki işə mahiyyəti üzrə baxmamışdır. İşə baxan məhkəmə işdə olan sübutlara qiymət verərkən bəzi əsas məqamları nəzərdən qaçırmış, bu da maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmə öz qətnaməsində bildirmişdir ki, iddiaçı 11-ci mərtəbədəki mənzildə yaşayan cavabdehə qarşı iddia qaldırmışdır. Lakin iş materiallarında olan Xətai Rayon İcra və Probasiya idarəsinin 29 noyabr 2019-cu il tarixli arayışından görünür ki, cavabdeh 11-ci mərtəbədə yox, 10-cu mərtəbədəki 70 nömrəli mənzildə yaşayır. Hansı ki, bu mərtəbədəki mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə üçüncü şəxsə verilmişdir. Həmçinin iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2018-ci il tarixli ekspert rəyi ndə təkrar olaraq mübahisəli mənzilin binanın eskiz layihəsinə görə 1-ci blokun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmiş, lakin baxış zamanı binada pilləkən meydançasında quraşdırılmış liftin mərtəbələr üzrə sıralanması, digər mərtəbələrdə yerləşən mənzillərdə yaşayan sakinlərin yerləşməsi nəzərə alınaraq 10-cu mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi, işdə olan ən sonuncu ekspert rəyi 11-ci mərtəbənin əslində 10-cu mərtəbə olduğunu təsbit etmişdir. Lakin məhkəmə hansı əsasla bu ekspert rəyini qəbul etdiyini bildirməmiş və əslində Konstitusiya Məhkəməsinin Qərarında göstərilən halları yenidən nəzərə almamışdır. Məhkəmə ümumiyyətlə qanuni qüvvəyə minmiş hökmün üçüncü şəxs ilə bağlı hissəsinə münasibət bildirməmişdir. Həmçinin mərtəbələrin və mənzilin yerləşmə yerinin müə yyənləşdirilməsi məqsədilə tikinti-texniki ekspertizanın keçirilməsi barədə üçüncü şəxsin vəsatətini rədd etməklə, işin hərtərəfli araşdırmasında maraqlı olmadığını nümayiş etdirmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdehin vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdi. Üçüncü şəxsin vəkili də apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdi. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qə rar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara q iymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə v ə ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməy ə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Maddə

420. Kassasiya instansiyası nda işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 yanvar 2005-ci il tarixli Qərarı Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilən qərarlar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir və qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır. Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala d eyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarı Qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Kassasiya instansiyası məhkəməsini n mövqeyi Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarının qüvvədən düşməsi (ləğv olunması) zamanı Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqeyi, həmçinin ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün müstəqil məhkəmə-hüquq ekspertizası təyin edilmiş, habelə məhkəmə təkrar ekspertizanın keçirilməsinin zəruriliyi qənaətinə gəlinmişdir. Lakin məhkəmə ilkin ekspertizanın rəyi ilə razılaşmamasının və təkrar ekspertiza təyin edilməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamışdır. Məhkəmə iddiaçının əmlak hüququnun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə y önəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. Buna baxmayaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi də yuxarıda göstərilən pozuntuların aradan qaldırılması üçün heç bir prosessual addım atmamış, mübahisəli mənzilin yerləşməsinin dəqiq müəyyən edilməsi üçün verilmiş iki ekspert rəyi arasında ziddiyyətə aydınlıq gətirməmiş, yaxud ekspert rəylərindən biri ilə razılaşmamasının və yenidən təkrar ekspertiza təyin edilməməsinin səbəblərini göstərməmiş və bunu əsaslandırmamış, bununla bağlı prosessual qanunvericiliyin verdiyi digər imkanlardan istifadə etməmişdir. Halbuki təkrar apellyasiya baxışında işə müstəqil tələb irəli sürən və sürməyən yeni şəxslər qoşulmuş, həmin şəxslər də mübahisəli mənzilin onlara məxsus olduğunu iddia etmişdir. Mövcud vəziyyətdə isə tərəflər və üçüncü şəxslərlə bağlanmış müqavilələrdə göstərilən mənzillərin və mübahisəli mənzilin eyni sahə olub-olmadığının müəyyənləşdirilməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından həlledici əhəmiyyətə malik olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayətləri təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plen umunun qərarlarında ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-874/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar