Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5352/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassator İddiaçı, vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsindənİddiaçıkassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli qətnaməsi ilə (iş № E.A.Nuriyev, iş 2(007)-197/2017) İddiaçı cav abdeh “xxxx” MMC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə üç aylıq orta əmək haqqı miqdarında olmaqla 3631 manat məbləğində işdənçıxarma müavinətinin tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7043/2017, hakimlər İ.S.Şirinov, T.S.Səmədov, T.M.Əliyev)iddiaçı və cavabdehin ayrıayrılıqda verdiyi apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə onun iş vaxtından artıq işlədiyi iş saatları üçün 55.639 manat əmək haqqı və əmək haqqının inflyasiyasına görə 15.604 manat, cəmi 71.243 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarı ilə (iş № 2(102)-8926/2017, hakimlər İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev) “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3199/2018, hakimlər X.A.Mərdanova, X.Ə.Cəmilova, E.M.Həsənov)iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə onun iş vaxtından artıq işlədiyi iş saatları üçün 55.639 manat əmək haqqı və ə mək haqqının inflyasiyasına görə 15.604 manat, cəmi 71.243 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-6483/2018, hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov, İ.K.Dəmirov) cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, cavabdehdən iddiaçının xeyrinə onun iş vaxtından artıq işlədiyi iş saatları üçün 55.639 manat əmək haqqı və əmək haqqının inflyasiyasına görə 15.604 manat, cəmi 71.243 manat məbləğində pulun tutulması hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnam əsi ilə (iş № 2(103)-306/2019, hakimlər R.Ə.Eyvazov, F.Ş.Talışinski, Z.Ə.Əliyev)iddiaçı və cavabdehin ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 5.066 manat məbləğində pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianı tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 15.08.2016-cı il tarixdə İddiaçı “xxxx” MMC-yə qarşı cavabdeh MMC-də normadan artıq işləmiş olduğu iş saatlarının pul əvəzinin Azərbaycan Respublikası əmək qanunverciliyinin tələbləri səviyyəsində hesablanıb ödənilməsi tələbinə dair iddia ərizəsi ilə mə hkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Hesablanmayan əmək haqqı məbləği iddiaçının mülkiyyətinə verilməklə bu halda iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin ed ilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, 24 noyabr 2008-ci il tarixli əmək müqaviləsi üzrə iddiaçı cavabdeh təşkilatda «mülki inşaat üzrə mühəndis» vəzifəsinə işə qəbul edilmiş və həmin müqavilədə onun əmək məzuniyyətinin müddəti 42 təqvim günü, gündəlik iş vaxtı 8 saat, həftəlik iş vaxtı isə 40 saat müəyyən edilmişdir. İddiaç ı ilə bağlanmış əmək müqaviləsinə cavabdehin 01 sentyabr 2015-ci il tarixli, 87-T-15 nömrəli əmrinə əsasən 02 sentyabr 2015-ci il tarixdən (Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən - işçilərin və ya ştatların iştisarı) xitam verilmişdir. Həmçinin, iddiaçının 2-ci qrup Çernobıl əlili olması da işin mübahisəsiz halıdır. «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən, X5 AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə yönəldilmişdir. Həmin Qanunun 5-ci maddəsinin 1- ci bəndinə əsasən bu Qanun - köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslərə şamil olunur. Həmin Qanunun 6-cı maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər - beş günlük iş həftəsində tam iş gününün haqqını almaqla 6 saatlıq iş günü müəyyən edilməsi, onlar üçün əlverişli vaxtda məzuniyyət verilməsi hüququna malikdirlər. Cavabdeh iddiaçının qeyd edilən Qanunun 5-ci maddəsinin 1-ci bəndinin təsiri altına düşməməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Əmək Məcəlləsinin 165-ci maddəsinin İ bəndinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. İşdə olan ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh şirkətdə normadan artıq işlədiyi əlavə iş saatı 3014 saat, əlavə işə görə ödənilməli olan əmək haqqı (24 noyabr 2008-ci ildən 02 sentyabr 2015-ci ilədək olan dövr əhatə edilməklə və ixtisara salındığına görə 2 aylıq müavinət verildiyi nəzərə alınmaqla) 55639 manat təşkil edir. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı normadan artıq işlədiyi iş saatlarının pul əvəzinin hesablanıb ödənilməsini tələb etməkdə mü vafiq subyektiv hüquqlara malik olmuşdur. Bununla bərabər, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müd afiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötm üş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İşin faktiki hallarına əsasən iddiaçı onunla bağlanmış əmək müqaviləsinə cavabdehin 01 sentyabr 2015-ci il tarixli əmri ilə xitam verilənədək, ötən 7 il müddət ərzində həmin müqavilənin məzmununu, şərtlərini və sair mübahisələndirməmiş, yalnız 15 avqust 2016-cı il tarixdə hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin iddia müddətinin tətbiqi nəticələrini müəyyən edən 375-ci maddəsinin tələblərinə görə iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün müst əqil əsasdır. İddiaçının tələbinin ona düzgün hesablanmayan əmək haqqı məbləğinin onun mülkiyyəti hesab edildiyinə tələbin iddia müddətinin şamil edilmədiyi tələblərə aid edilməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, apellyasiya məhkəməsinin də istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı cavabdeh təşkilatda 2008-ci ilin noyabr ayından 2015-ci ilin sentyabr ayına kimi işləmiş və işdən azad olunduqdan sonra işlədiyi bütün müddət üçün artıq işlədiyi iş saatlarına görə ona hesablanmayan və ödənilməyən əmək haqqının tutulması tələbini irəli sürür. Bu halda əmək haqqının hesablanması mübahisələndirilməklə həmin tələbə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndi ilə nəzərdə tutulmuş iddia müddəti şamil edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5352/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5352/2019
17.09.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver