Məhkəmə qərarları › İş №2(102)-5356/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5356/2021

01.11.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5356/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “XXX” əməliyyat şirkətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, preyudisiya, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə2, cavabdehin vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2541/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən “XXX” əməliyyat şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 10 fevral 2020-ci il tarixdə saat 15:40 radələrində “XXX” əməliyyat şirkətinin (bundan sonra – cavabdeh və ya şirkət) cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X3 iş zamanı xəsarət alması ilə nəticələnən bədbəxsexinin ərazisində yerləşən YQ-2M (PP-2M) markalı yol qızdırıcısının ilanvari borusunda yaranmış nasazlığı aradan qaldırmaq məqsədilə qızdırıcının qabaq köynək hissəsində yerinə yetirilən qazla kəsmə zamanı əmələ gəlmiş partlayış nəticəsində baş vermişdir. Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli əmri ilə hadisənin araşdırılması üçün Təhqiqat komissiyası yaradılmış və müv afiq Təhqiqat aktı tərtib edilmişdir. X1 aktında hadisənin baş verməsinə səbəb olaraq, bir sıra işçilərin, o cümlədən şirkətin Baş mexaniki vəzifəsində işləyən İddiaçı (bundan sonra – iddiaçı) nəzarətsizliyi göstərilmiş və qeyd olunmuşdur ki, şirkətin Baş mexaniki (iddiaçı) şirkətin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Baş Mexanikin vəzifə təlimatı”nın 2-ci (Vəzifə öhdəlikləri) bölməsinin 10-cu (avadanlığın təmiri və istismarı zamanı təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə və...nəzarət edir) və 24-cü (avadanlığın təmiri və onların işlək vəziyyətdə qalmasını həyata keçirən şirkətin bölmələrinin işlərinə rəhbərlik edir) abzaslarının tələblərinə əməl etməmişdir (4.1-ci bənd). X4 Xidmətinin MN ******* nömrəli, 28.02.2020-ci il tarixli inzibati xəta haqqında protokoluna əsasən, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmiş və o, 1000 manat cərimə edilmişdir. Şirkətin rəhbəri V.O.Davlyatov tərəfindən verilmiş 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəli əmrə əsasən, bir sıra işçilərlə bağlanmış əmək müqavilələrinə, o cümlədən, iddiaçı ilə bağlanmış 11 aprel 2016-cı il tarixli, 0109 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən 04 mart 2020-ci il tarixdən xitam verilmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29 aprel 2020-ci il tarixli qərara əsasən, baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 16 2.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona tətbiq olunmuş Əmək Məcəlləsinin 70-ci maddəsinin üzərindən götürülməsi və işə bərpa olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildən “XXX” əməliyyat şirkətində çalışmışdır. Son 15 il şirkətdə müxtəlif rəhbər vəzifələrdə işləmiş, işlədiyi bütün dövrlərdə şirkətin daxili qaydalarına əməl etmiş, rəhbərliyin tapşırıqlarını və digər istehsalat öhdəliklərini vaxtında və texniki təhlükəsizlik qaydalarına uyğun olaraq yer inə yetirmişdir. Lakin, 2020-ci il fevral ayının 10-da başqa departamentin (şöbənin) istismarında olan neft qızdırıcısının demontajı zamanı naməlum səbəblərdən qaz partlayışı olmuş və onun rəhbəri olduğu şöbənin nəzdindəki, təmir sexinin qaynaqçısı xəsarət almışdır. Bununla bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilməklə işdən azad olunmuşdur. Həmin əmr qanunsuzdur. Belə ki:

1. X2 apardığı təhqiqat üzrə tərtib olunmuş akta əsasən, ona Əmək Məcəlləsinin maddələrinə uyğun olaraq İXM-in 198.0.1-ci maddəsi tətbiq edilmiş və Əmək Müfəttişliyinin 11.03.2020-ci il tarixli qərarı ilə 1000 manat məbləğində cərimə olunmuşdur. Şirkət bunu əsas tutaraq ona başqa cəza tətbiq edə bilərdi;

2. Qəza baş vermiş neft qurğusunda demontaj işlərinin aparılmasını rəhbəri olduğu şöbənin təmi r sexinin rəisinə tapşırmışdır. Təmir işlərinin aparılması birbaşa onun vəzifə səlahiyyətidir;

3. Hadisə vaxtı o, hadisə yerində olmamış, şirkətin Baş mühəndisinin verdiyi digər vacib tapşırığın icrası ilə məşğul olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3894/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia təmin olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, şirkətdə istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı bu barədə ona verilmiş tapşırığ ın qanunsuz olduğunu bildirmiş, lakin həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı irad bildirməmişdir. Beləliklə, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı və inzibati xəta haqqında protokol mövcuddur. İddiaçı öz əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, bu da müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkət hesab edilməlidir. Odur ki, iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 71, 72, 296-cı, Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassızdır, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işi obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya icraatı zamanı Əmək Müfəttişliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, cavabdeh şirkət baş vermiş hadisə ilə bağlı obyektiv araşdırma aparmamış, yalnız Əmək Müf əttişliyinin natamam Təhqiqat aktına əsaslanaraq iddiaçının işdən azad olunması barədə müvafiq əmr vermişdir. Halbuki, hadisədən sonra Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi başlanmış, ətraflı araşdırma aparılmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə 29 aprel 2020-ci il tarixli qərardan da aydın görünür ki, hadisədə iddiaçının hər hansı əmək funksiyasını və ya əməyin təhlükəsizliyi qaydasının pozulması halı müəyyən olunmamışdır. Əks halda, iddiaçının barəsində CM-in 162-ci maddəsi ilə cinayət işi başlanıla, ona müvafiq ittiham elan oluna bilərdi. Hesab edir ki, cavabdeh cinayət təqibinin nəticəsini gözləməli idi. Sonuncu isə hər han sı obyektiv araşdırma aparmadan, tələmtələsik əmr qəbul etmiş, nəticədə iddiaçının əmək hüquqları kobudcasına pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, həqiqətən hadisədən sonra Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi başlanmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh şirkətin nümayəndələri də cinayət təqibində iştirak etmiş, araşdırmadan məlumatlı olmuşlar. Lakin, daha əvvəl Əmək Müfəttişliyinin müvafiq araşdırması olduğundan və Təhqiqat aktı təqdim olunduğundan iddiaçının və digər aidiyyəti şəxslərin işdən azad olunması barədə əmr qəbul olunmuşdur. İşin apellyasiya icraatı zamanı tədqiq edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29 aprel 2020-ci il tarixli qərarda qeyd olunmuşdur ki, yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası üzrə 16 aprel 2020-ci il tarixli 10/314 saylı ekspert rəyindən də görünür ki, “XXX” əməliyyat şirkətinin X5 Kompleks hazırlanması sexində Aşağı Mişovdağ çənlər Parkında neft qızdırıcısında baş vermiş partlayışın səbəbi qurğu daxilində qaz-hava qarışığının alışması olmuşdur. Neft qızdırıcısında təmir işlərinin aparılmasından əvvəl nəzərdə tutulmuş təhlükəsizlik tədbirləri görülmüş, o cümlədən neft qızdırıcısının daxili iki dəfə su ilə yuyulmuş və əsasən də, qaz-qaynaq işlərinin görülməsindən öncə, qurğunun daxili mühiti qaz detektoru vasitəsilə yoxlanılmış və qazın olması aşkar edilməmişdir, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulması müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Şirvan Şəhər Prokurorluğunun 12 mart 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29 aprel 2020-ci il tarixli qərar qüvvədədir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2541/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 03 mart 2020-ci il tarixli, 02X-OK nömrəl i əmri iddiaçıya aid hissədə ləğv edilmiş, iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ümumi sözlərlə iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini və əmək vəzifələrini pozmasını qeyd etmiş, lakin pozuntunun xarakterini və konkret olaraq nədə ifadə olunmasını ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslandırmamışdır. Məhkəmə yalnız hadisə ilə bağlı X1 aktının mövcudluğunu, bu səbəbdən də əmrin qanuni olmasını qeyd etməklə kifayətlənmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, həmçinin iddiaçının işdən azad olunması ilə bağlı cavabdehdən zəruri sə nədləri tələb etməmiş, sonuncu isə belə sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki işdən görünür ki, baş vermiş hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğunda CM-in 162-ci maddəsi ilə cinayət təqibi başlanmış, müvafiq araşdırma aparılmış, şahidlər dindirilmiş, ekspertizalar təyin olunmuş, nəticədə cinayət hadisəsinin olmaması əsası üzrə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə, MPM-in 82.4-cü maddəsinə istinadla qeyd etmişdir ki, cinayət təqibi orqanının cinayət hadisəsinin olmaması, baş vermiş hadisə ilə əlaqədar qüvvədə olan normativ aktların tələblərinin pozulmaması barədə qüvvədə olan qərarı vardır və həmin qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cinayət təqibi zamanı baş vermiş hadisədə idd iaçı tərəfindən texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarının, qüvvədə olan normativ aktların tələblərinin pozulması hallarının mövcudluğu müəyyən olunmamışdır. Cavabdeh isə hadisə baş verdikdən sonra tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, həmçinin cinayət təqibinin nəticəsini gözləmədən (Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işçi bu müddət ərzində işdən kənar edilə bilərdi) iddiaçı barəsində mübahisələndirilən əmri qəbul etmiş, eyni zamanda əmri əsaslandırmamışdır (əmri ümumi sözlərlə əsaslandırmağa çalışmış, pozuntunun konkret olaraq nədən ibarət olması göstərilməmişdir). Beləliklə, işdə olan sübutlarla, həmçinin qanuni qüvvədə olan cinayət təqibi orqanın qərarı ilə iddiaçının baş vermiş hadisədə təqsirinin (əməyin mühafizə qaydalarının pozulması və s.) olması müəyyən edilməmişdir. Cavabdeh əmrin qanuniliyini təsdiq edən halları əsaslandıra və sübut edə bilməmişdir. Bu hal isə özü-özlüyündə mübahisələndirilən əmrin ləğvinə tam əsasdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 2, 70, 71, 300-cü, MPM-in 14.2, 77.1, 81, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hü quq normalarının tələblərini kobud surətdə pozmuşdur. Belə ki, məhkəmə iddia tələblərindən kənara çıxmış, iddiaçıya məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsini qət etmiş, bununla da MPM-in 218.3, 372.4-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini kobud şəkildə pozaraq, cavabdeh şirkətin prosessual hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, qətnamədə qeyd edilmişdir ki, cavabdehdən zəruri sənədlər tələb edilsə də, sənədlər məhkəməyə təqdim olunmamışdır. Lakin, cavabdehdən məhkəmə iclasında tələb edilən bütün sənədlər və yazılı etiraz elektron qaydada 31.03.2021-ci il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yüklənmişdir. Lakin, məhkəmə həmin sənədləri naməlum sə bəbdən qəbul etməmişdir. Məhkəmə iddia tələbini təmin edərkən yalnız “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29 aprel 2020-ci il tarixli qərara istinad etmiş, iddiaçının İXM-in 198.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati məsuliyyətə cəlb olunmasına əhəmiyyət verməmişdir. Halbuki, işçinin əməlində cinayət tərkibinin olmaması, onun əmək qanunvericiliyini pozmaması anlamına gəlmir. Şikayətdə, həmçinin qeyd olunmuşdur ki, X4 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Ə mək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Xidmət əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində həmin siyasətin həyata keçirilməsini təmin edir. Əgər məhkəmələr üçün X4 Xidmətinin bədbəxt hadisənin araşdırılmasına dair tərtib etdiyi Təhqiqat aktının heç bir əhəmiyyəti və hüquqi qüvvəsi yoxdursa, o zaman həmin qurumun yaradılması və üzərinə müxtəlif vəzifə və hüquqlarla yanaşı müəssisələrdə baş vermiş bədbəxt hadisələrin araşdırılması vəzifəsi qoyulmasının önəmi qalmır. Şikayətin əsası kimi MPM-in 9, 10-1.3-10- 1.5, 14, 77, 88, 218.3, 372.4-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olun an nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 62.

1. İşəgötürən bu bəndin “a”-“ç” bəndlərində göstərilən hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər...

4. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yax ud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 217

1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.

2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır

3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.

4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır(maddə 80). Qanuna və ya d igər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4) Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının işdən azad olunması barədə əmr bir nəfər işçinin xəsarət alması ilə nəticələnmiş istehsalat qəzasında iddiaçının tə qsirinin müəyyən edildiyi ilə əsaslandırılmış, əmrin verilməsinə əsaslardan biri Əmək Müfəttişliyinin əmri ilə yaradılmış Komissiyanın iddiaçının hadisədə təqsirini təsdiq edən Təhqiqat aktı olmuşdur. İşə baxmış birinci instansiya məhkəməsi qeyd olunan təhqiqat aktının, habelə iddiaçının İXM-in 198.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə təqsirli hesab edilərək, cərimə olunması barədə qərarın qüvvədə olduğuna istinad edərək iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi öz mövqeyini ilk növbədə baş vermiş hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarının hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olması ilə əsaslandırmış, bununla da MP M-in 82.4-cü maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhz məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən preyudisial əhəmiyyətə malik olduğu üçün cinayət işinin başlanmasının rədd olunması barədə ibtidai araşdırma orqanının qərarı və ya iş üzrə gəldiyi qənaət mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Belə qərar və ya həmin araşdırma zamanı tədqiq edilmiş sübutlar, o cümlədən izahat və rəylər, mülki işə baxarkən mülki prosessual qanunvericiliyin yol verdiyi hədlərdə sübut növlərindən biri kimi digər sübutlarla birlikdə tədqiq edilə və qiymətləndirilə bilər. MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tə ləblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olubolmaması və s.) baxımından qiymət verməlidir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1 və 88-ci maddələri). Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları və orada əksini tapmış sübutları t əqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi cinayət təqibini həyata keçirən orqanın iş üzrə icraata xitam verilməsinə dair qərarda ifadə etdiyi mövqeyi və həmin araşdırma üzrə verilmiş ekspertiza rəyində müəyyən olunmuş nəticəni mötəbər (həlledici) sübut kimi qəbul etmiş, iş üçün əhəmiyyətli olan digər sübutlara ümumiyyətlə qiymət verməmişdir. Halbuki iş üzrə mübahisələndirilən əmrin verilməsinə əsas məhz baş vermiş bədbəxt hadisənin təhqiqat aktı olmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda cinayət hadisəsinin olmadığı barədə ibtidai araşdırma orqanının gəldiyi nəticə ümumiyyətlə hadisənin baş verməməsi anlamına gəlmir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində araşdırmanın aparılmasını və həmin qanunvericilik sahələrinin tələblərinə uyğun hüquqi nəticələrin tətbiqini istisna etmir. Baxılan iş üzrə istehsalatda qəzanın baş verdiyi, həmin hadisə nəticəsində bir nəfər işçinin xəsarət aldığı və işəgötürənin hadisə ilə bağlı zərərə məruz qaldığı işin mübahisə olunmayan hallarıdır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, cavabdeh cinayət təqibinin nəticəsini gözləmədən, Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işçini bu müddət ərzində işdən kənarlaşdırmadan iddiaçı barəsində mübahisələndirilən əmr qəbul etmişdir. Halbuki Əmək Məcəlləsinin istinad olunan maddəsi işçinin işdən kənarlaşdırılmasını işəgötürənin hüququ kimi müəyyən edir, hətta işçi işdən kənarlaşdırıldığı halda belə işəgötürənin işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq etmək səlahiyyəti verir. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apellyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tət biq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “XXX” əməliyyat şirkəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2541/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar