Məhkəmə qərarları › İş №2(102)-536/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-536/2023

09.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-536/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: ipotekaya xitam verilməsi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4627/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Bank Olmaya n Kredit X4 Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hadıyev Fərhad Yaşılxan oğlu ilə "xxxx" ASC (hazırda hüquqi varisi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-dir) arasında xx.xx.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsi bağlanmışdır.

2. Kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı ipoteka müqaviləsinə əsasən Hadıyev Fərhad Yaşılxan oğluna məxsus olan ünvan 1 ünvanda olan 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 105,4 kv.m yaşayış, 176,8 kv.m köməkçi sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

3. Hadıyev Fərhad Yaşılxan oğlu kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün "xxxx" ASC tər əfindən Biləsuvar rayon Məhkəməsində iddia qaldırılaraq, 9.825,06 ABŞ dolları əsas borc, 6.389,74 ABŞ dolları faiz, 12.716,37 ABŞ dolları dəbbə olmaqla, cəmi 28.931,17 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh F.Y.Hadıyevə məxsus olan 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldərək, həmin əmlakın açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Biləsuvar rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-149/2013 saylı qətnaməsi ilə ümumilikdə 17.485,8 ABŞ dolları borcun tutulması və tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi qət edilmişdir. Qətnaməyə əsasən ipoteka predmetinin hərracda ilkin satış qiyməti 49.000 manat müəyyən edilmişdir.

5. Qətnamənin icrası Biləsuvar rayon İcra Bölməsi tərəfindən həyata keçirilmiş və icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcraata başlamaq haqqında qərara və eləcə də sifariş məktubuna əsasən ipoteka predmetinin ilkin satış qiyməti 49.000 manat olmaqla satılması üçün Azərbaycan Respublikası Respublika Xammal və X6 Mərkəzi "xxxx" MMC-yə sifariş edilmişdir. Bununla bağlı İcra Bölməsinin xx.xx.2013-cü il tarixli sifariş məktubu "xxxx" MMC-yə göndərilmişdir. 6. "xxxx" MMC tərəfindən Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi 49.000 manata hərraca çıxarılmış və hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir.

7. Hərracda əmlak satılmadığı üçün 15% aşağı qiymətlə, yəni 41.650 manata təkrar hərraca çıxarılmış və hərrac xx.xx.2013-cü i l tarixə təyin edilmişdir.

8. Keçirilən təkrar hərrac baş tutmadığı üçün xx.xx.2013-cü il tarixdə əmlak tələbkara təklif edilmişdir. 9.

9. Tələbkar qanunla nəzərdə tutulan 30 gün müddətində əmlakı əldə etməmişdir.

10. Hərrac təşkilatı xx.xx.2014-cü il tarixli 01/1964 saylı məktuba əsasən icra sənədini hərracın baş tutmaması səbəbindən Biləsuvar rayon İcra Bölməsinə geri qaytarmışdır.

11. Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 aprel 2016-cı il tarixli 2-1(106)-36/2016 nömrəli qərarı ilə Biləsuvar İcra Şöbəbəsinin Biləsuvar rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-149/2013 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin qaytarılması haqqında 21 avqust 2014-cü il tarixli qərarından "xxxx" ASC tərəfindən verilmiş şikayətə əsasən həmin şikayəti təmin etməy ən Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 19 avqust 2015-ci il tarixli, 2-1(86)-1058/2015 saylı qərarı və Biləsuvar Rayon İcra Qrupunun 21 avqust 2014-cü il tarixli qərarı ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 12.İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hadıyev Fərhad Yaşılxan oğlu ilə "xxxx" ASC (hazırkı Cavabdeh BOKT ASC) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 942/10/PB saylı ipoteka müqaviləsinə xitam verilməsi, Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 13.İddia tələbi onunla əsaslandırılmışdır ki, Hadıyev Fərhad Yaşılxan oğlu ilə əvvəlki "xxxx" ASC (hüquqi varis Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC) arasında xx.xx.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı ipoteka müqaviləsinə əsasən F.Y.Hadıyevə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Hadıyev Fərhad Yaşılxan oğlu kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün "xxxx" ASC tərəfindən Biləsuvar rayon Məhkəməsində iddia qaldırılaraq, 9.825,06 ABŞ dolları əsas borc, 6.389,74 ABŞ dolları faiz, 12.716,37 ABŞ dolları dəbbə olmaqla, cəmi 28.931,17 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh F.Y.Hadıyevə məxsus olan 0,11 ha torpaq sahəsin də yerləşən fərdi yaşayış evinə yönəldərək, həmin əmlakın açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)149/2013 saylı qətnaməsi ilə ümumilikdə 17.485,8 ABŞ dolları borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Qətnaməyə əsasən ipoteka predmetinə hərracda satışı üçün 49.000 manat ilkin satış qiyməti qoyulmuşdur. Qətnamənin icrası Biləsuvar rayon İcra Bölməsi tərəfindən həyata keçirilmiş və icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcraata başlamaq haqqında qərara və eləcədə sifariş məktubuna əsasən ipoteka predmeti ilkin satış qiyməti 49.000 manat olmaqla satılması üçün Azərbaycan Respublikası Respublika Xamma l və X6 Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. Bununla bağlı İcra Bölməsinin xx.xx.2013-cü il tarixli sifariş məktubu "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi 49.000 manata hərraca çıxarılmış və ilk hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir. İlk hərracda əmlak satılmadığı üçün 15 % aşağı qiymətlə, yəni 41.650 manat olmaqla ikinci hərraca çıxarılmış və hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir. Keçirilən hərraclar baş tutmadığı üçün xx.xx.2013-cü il tarixdə əmlak tələbkara təklif edilmişdir. Həmin tarixdən bu günə kimi tələbkar əmlakı qəbul etməmişdir. Hərrac təşkilatı isə xx.xx.2014-cü il tarixli 01/1964 saylı məktuba əsasən icra sənədini hərracın baş tutmaması səbəbindən Biləsuvar rayon İcra Bölməsinə geri qaytarmışdır. Artıq hərracın keçirilməsindən 7 ilə yaxın bir müddət keçməsinə baxmayaraq tələbkar əmlakı borc əvəzinə qəbul etməmişdir. Bu müddət ərzində X1 vəfat etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçılar ipoteka predmeti olan fərdi yaşayış evində əmlak ipoteka qoyulmamışdan əvvəldən yaşamış və hazırdada yaşamağa davam edirlər. Beləliklə iddiaçılar faktiki olaraq mirası qəbul etmiş və miras əmlakı idarə etməyə başlamışlar. Odur ki, bu hissədə onların ipoteka qoyulmuş, sonradan miras qalmış əmlakla bağlı subyektiv hüquqları vardır. İş materiallarına əlavə olunmuş Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarilxi 8678 saylı və 8677 saylı məktublardan görünür ki, iddiaçılar həqiqətən də 2002-ci il tarixdən halhazıradək mübahisəli mənzildə yaşayır. Bu hallar iddiaçılar üçün hazırkı iddianın qaldırılmasına hüquqi əsas (subyektiv hüquq) yaradır. Biləsuvar rayon İcra Bölməsinin sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlak İpoteka haqqında qanunun tələblərinə uyğun olaraq hərraca çıxarılmışdır. İddianın əsaslarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi hərracın keçirilməsindən uzun bir müddət (7 il) keçsə də, tələbkar əmlakı əldə etməmişdir. Qanunun tələbinə görə isə əmlakın əldə edilməsi müddəti 30 gündür. Göründüyü kimi ipoteka predmetinin hərracda satılmamasından uzun zaman keçməsinə baxmayaraq, tələbkar ipoteka predmetini qəbul etməmişdir ki, bunu nla da o, həmin əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş subyektiv hüququnu itirmişdir. Bu səbəbdən də, ipotekanın xitamı üçün hüquqi zəmin yaranmışdır.

14. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx.xx.2022-ci il tarixli, 2(006)-1108/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

15. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hərrac təşkilatçısı olan "xxxx" MMC 04 noyabr 2013-cü il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair qiymət qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31.237 manat 50 qəpik). Lakin tələbkar qeyd olunan təklifi qəbul etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, ipo teka qoyan vəfat etsə də, iddiaçılar ipoteka predmeti olan fərdi yaşayış evində yaşamaqla, miras əmlaka münasibətdə hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları vardır. Belə olduğu təqdirdə, iddiaçıların ipotekaya xitam verilməsi barədə tələbləri əsaslıdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarına və MPM-nin sübutetmə ilə bağlı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikay əti onunla əsaslandırılmışdır ki, keçirilən hərrac barədə Banka heç bir məlumat verilməmiş, "xxxx" MMC tərəfindən hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyi üçün, tələbkar olaraq onların hərracın keçirilməsindən və əmlakın onlara təklif edilməsindən xəbərləri olmamışdır. Bu barədə onlara heç bir bildiriş çatdırılmamışdır. Odur ki, Biləsuvar rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarından şikayət vermişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)-1058/2015 saylı Qərarı ilə iddiaları təmin edilməmişdir. Həmin Qərardan verdikləri apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(106)- 36/2016 saylı qərarı ilə təmin edilmiş və Biləsuvar rayon İcra Şöbəsinin müvafiq qərarı ləğv edilmişdir. xx.xx.2021-ci il ta rixdə tərəflərindən məktubla Biləsuvar rayon Məhkəməsinə müraciət edilərək xx.xx.2013cü il tarixli, 2(022)-149/2013 saylı Qətnaməsinin icraya yönəldilməsini xahiş etmişlər. İcra prosesi təzələndikdən sonra hazırkı iş üzrə iddiaçılar məhkəməyə müraciət edərək ipoteka müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Hesab edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(106)-36/2016 saylı qərarı qüvvədə olduğundan, göstərilən əsaslarla ipoteka müqaviləsinin xitam edilməsi qanunsuz və əsassızdır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Ş.Ə.Məhərrəmova) 6 oktyabr 2022-ci il tarixli, 2(103)4627/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, müəyyən edilir ki, hazırkı iş üzrə mübahisəli olan ipoteka predmeti ilkin və təkrar hərracda satılmadığlndan, “İpoteka haqqında” qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana təklif edilmiş, lakin ipoteka saxlayan əmlakı qəbul etməmişdir. 21. “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin müddəalarına və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarındakı mövqeyinə görə, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

22. Qeyd edilən hüquqi mövqedən yanaşmaqla, hazırkı işin həqiqi halların a qiymət verdikdə müəyyən edilir ki, təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan olan cavabdehin hazırkı mübahisənin predmeti olan Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 105,4 m2 yaşayış, 176,8 m2 köməkçi sahədən ibarət olan 59 saylı fərdi yaşayış evini “İpoteka Haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə etmək imkanı olmuş, lakin cavabdeh bu imkandan istifadə etməmişdir. Bununla da, həmin qanunun 43.8-ci maddəsinin dispozisiya şərtinə uyğun olaraq, ipotekaya xitam verilmişdir.

23. Hazırda Cavabdeh BOKT ASC qeyd edilən hərracın keçirilməsindən xəbərsiz olduqlarını, onlara hərracla bağlı məlumat verilmədiyini, hərracın yeri və vaxtı barədə bildiriş göndərilmədiyini, habelə əmlakın onlara təklif edilməsindən xəbərsiz olduqlar ına, habelə hərrac baş tutmadıqdan sonra icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin qərarının mövcud olmasına və bu qərarında məhkəmənin qeyd edillən halları müəyyən etməsinə istinad etmişlər.

24. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas vermir.

25. Belə ki, Cavabdeh BOKT ASC keçirilmiş hərracdan, habelə təkrar hərrac baş tutmadıqdan sonra əmlakın onlara təklif edilməsindən xəbərsiz olduqlarını qeyd edirlər.

26. Məhkəmənin sorğusu əsasında Biləsuvar rayon İcra Qrupundan əldə edilmiş icra sənədlərinin surətindən müəyyən edilir ki, tələbkar "xxxx" ASC keçirilmiş hərracın yeri va vaxtı barədə, habelə əmlakın tələbkara təklif edilməsi barədə müvafiq b ildiriş göndərilməklə məlumatlandırılmışdır.

27. Azərpoçt MMC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən göndərilən məktublar 2 saylı poct filialının 106 saylı poçt şöbəsində qəbul olunmuş, xidmət ərazisi üzrə 14 saylı poçt şöbəsinə daxil olmuş və müxtəlif tarixlərdə (06.09, 12.09, 26.09, 17.10 və xx.xx.2013-cü il tarixlərdə) "xxxx" ASC-yə çatdırılmışdır.

28. Bundan əlavə, iş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlak” qəzetinin xx.xx.2013, xx.xx.2013 və xx.xx.2013-cü il tarixli nömrələrinin müvafiq səhifələrinin surətindən görünür ki, Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi, 59 saylı fərdi yaşayış evinin müvafiq olaraq, 49.000 manat, 41650 manat və 31237 manat qiymətə hərracdan satılması barədə elanlar dərc edilmişdir. 29. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əl aqədar AR Ali Məhkəməsi MİÜMKın 23 oktyabr 2007-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki: “MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması,onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır”.

30. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutula n bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

31. Bununla da, KM-nin Plenumu hərracın keçirilməsi barədə bildirişin borcluya və ya tələbkara çatdırılmamasının hərracın mübahisələndirilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir.

32. Göründüyü kimi, apellyasiya şikayətinin bu dəlili əsassız olmuşdur.

33. İcra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının mövcud olması halında hazırkı iddianın təmin edilməsinin hüquq pozuntu su olması ilə bağlı kollegiya qeyd edir ki, həmin qərar cavabdehin özünün də qeyd etdiyi kimi, icra məmurunun qərarından verilmiş şikayət üzrə qəbul edilmiş və icra sənədinin yenidən icra edilməsi üçün icra şöbəsinə qaytarılması ilə nəticələnmişdir. Həmin qərarda məhkəmənin tələbkarın hərracın keçirilməsindən xəbərsiz olmasına istinad etməsi, özlüyündə hərracın nəticələrinin etibarsızlığına səbəb olmur.

34. MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

35. Kollegiya qeyd edir ki, bu maddədə söhbət eyni tərəflərin iştirak etdiyi başqa mülki işdən getdiyi halda, hazırkı apellyasiya şikayətinin dəlilində c avabdeh icra məmurunun hərəkəti ilə bağlı qəbul edilmiş inzibati qərara istinad etmişdir.

36. Həmçinin, cavabdeh Biləsuvar rayon İcra Qrupunun sifarişi əsasında "xxxx" MMC tərəfindən keşirilmiş hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirməmişdir.

37. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli ipoteka predmetinin hərracdan satılması ilə bağlı keçirilmiş ilkin və təkrar hərracın baş tutmaması, habelə həmin əmlakın ipoteka saxlayana təklif edilməsi, lakin onun tərəfindən qəbul edilməməsinə dair hərracın nəticələri mübahisəsiz olduğundan, ipotekaya xitam verilməsinə dair iddia əsaslı olmuşdur

38. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43 və 48-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 oktyabr 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

39. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayətində işin yuxarıda qeyd olunan hallarına istinad olunaraq qeyd edilmişdir ki, keçirilən hərrac barədə ASC-yə heç bir məlumat verilməmiş və bu prosesdən ASC-nin xəbəri olmamışdır. Odur ki, Biləsuvar rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarından ASC tərəfindən şikayət verilmişdir. Şir van İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)-1058/2015 saylı Qərarı ilə ASC-nin iddiası təmin edilməmişdir. Həmin Qərardan verilən Apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(106)-36/2016 saylı qərarı ilə təmin edilmiş və Biləsuvar rayon İcra Şöbəsinin müvafiq qərarı ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdə ASC tərəfindən məktubla Biləsuvar rayon Məhkəməsinə müraciət edilərək xx.xx.2013-cü il tarixli, 2(022)-149/2013 saylı Qətnaməsinin icraya yönəlidilməsi xahiş edilmişdir. İcra prosesi təzələndikdən sonra hazırkı iş üzrə iddiaçılar məhkəməyə müraciət edərək ipoteka müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1108/2022 saylı Qətnaməsi ilə iddia təmin ed ilmiş və xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı İpoteka müqaviləsinə xitam verilmişdir. Nə qədər ki, Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(106)-36/2016 saylı qərarı qüvvədədir göstərilən əsaslarla ipoteka müqaviləsinin xitam edilməsi qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun

42. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipot eka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

43. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

44. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

45. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 oktyabr 2014-cü il tarixli Qərarı:

46. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. 47. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. 48. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.

49. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. 50. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

51. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə

52. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan s onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1 Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazı rkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ərizəçi tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi. 62.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 63.Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla əsaslı deyil. Kassasiya şikayətinin dəlilləri apellyasiya ş ikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Kassasiya instansiyası məhkəməsi də bu qərarın 20-38-ci bəndlərində qeyd olunan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə dəyərləndirmə aparılmasına lüzum görmür.Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 64.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. 65.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh BOKT ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 oktyabr 2022-ci il tarixli 2(103)4627/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar