Məhkəmə qərarları › İş №2(102)-5360/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-5360/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5360/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5360/20 (Açar sözlər: qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı və onun vəkili X1, cavabdehin vəkili Vəkil iştirakları ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-779/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikay əti üzrə işə 24 noyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) Yevlax şəhəri C.Mustafayev küçəsi 107 ünvanında qanunsuz inşa etdirdiyi iki mərtəbədən ibarət tikili tikinti norma və qaydalarına uyğun olmadığından, eləcə də onun və digər ailə üzvlərinin hüquqları ciddi şəkildə pozulduğundan və həyatlarına real təhlükə olduğundan həmin qanunsuz tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yevlax şəhəri C.Mustafayev küçəsi 107 ünva nında qanunsuz inşa etdirdiyi iki mərtəbədən ibarət evin onların həyətinə baxan, nəfəslik-pəncərənin qoyulmasında onların razılığı olmadığından və tikili tikinti norma və qaydalarına uyğun olmadığından, eləcə də onun və digər ailə üzvlərinin hüquqları ciddi şəkildə pozulduğundan nəfəslik-pəncərənin bağlanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə, iş № 2(039)-757/2019) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək ünvan 1 ünvanda yerləşən və Cavabdeh mülkiyyətində olan iki mərtəbəli fərdi yaşayış evinin arxa fasad hissəsində qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsində inşa edilmiş nəfəsliklərin bağlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 may 2011-ci il tarixdə verilmiş № ******* nömrəli MA seriyalı çıxarışa görə, ünvan 2 ünvanda İddiaçı mülkiyyətində 0,04441 hektar həyətyanı torpaq sahəsi vardır. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 15 yanvar 2019-cu il tarixli arayışına görə, Cavabdeh 25 avqust 1976-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Mustafayev küçəsi m 107-də qeydiyyatdadır. Səyyar Asan 9 tərəfindən 21 noyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə görə, İddiaçı xx xxxx 1949-cu il tarixdə Yevlax şəhərində anadan olmaqla Yevlax şəhəri, Ceyhun Mustafayev küçəsi ev 105-də qeydiyyatdadır. Yevlax şəhəri İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən 18 mart 2019-cu il tarixdə verilmiş 07 saylı məktubdan məlum olur ki, vətəndaş Cavabdeh inşa etdiyi iki mərtəbəli yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən nəfəslik üçün boşluq açaraq istifadə edir. Vətəndaş ona məxsus fərdi yaşayış evinin arxa hissəsindən istər pəncərə, istərsə də nəfəslik üçün nəzərdə tutulan pəncərə boşluğunu, yalnız qonşunun notarial qaydada razılığı əsasında aça bilər. Cavabdeh açdığı nəfəslik, qonşuluq münasibətləri gözlənilmədiyi üçün qanunsuz hesab edilir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 noyabr 2019-cu il tarixli 12064 saylı rəyinə görə, Cavabdeh ü nvan 3 ünvanda inşa etdirdiyi iki mərtəbədən ibarət yaşayış evinin iddiaçının yaşayış evinə tərəf açılan nəfəslik-pəncərənin yerinin dəyişdirilməsi mümkündür. Bunun üçün, cavabdehin yaşayış evinin otağından iddiaçının evinə tərəf açılan nəfəslik-pəncərə bağlanaraq, otağının havalandırılması və təbii işığın düşməsinin təmin olunması məqsədilə, otağın arakəsmələri üzərində pəncərə boşluqlarının açılması məqsədə müvafiq hesab olunur. Beləliklə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər qonşudular. Cavabdeh inşa etdiyi iki mərtəbəli yaşayış binasının arxa fasad hissəsindən qonşusu İddiaçı mülkiyyətində olan həyətyanı sahəyə və fərdi evlərinə baxan hissəsindən nəfəslik üçün boşluq açaraq istifadə edir. Cavabdeh məxsus fərdi yaşayış evinin arxa hissəsindən pəncərə-nəfəslik üçün n əzərdə tutulan pəncərə boşluğunu, yalnız qonşunun notarial qaydada razılığı əsasında aça bilər. Açılan nəfəslik pəncərənin yerinin dəyişdirilməsi mümkündür. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüq uqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilm əsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4 və 69.5.1-ci maddələrinin tələbinə görə ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir və ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsi qədər olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.1, 69.7.3 və 69.7.4-cü maddələrinə əsasən mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissə ləri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması, layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında obyektlərin tikintisinin yanaşı sərhəddəki ortaq divar və ya iki paralel divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü və yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərindən biridir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələbinə görə tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1-ci maddəsinə görə qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Apelyasiya instansiyası məhkəməsində icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il t arixli qətnaməsi ilə (hakimlər G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov, iş № 2(107)-779/2020) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2019-ci il tarixli 2(039)-757/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 may 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, ünvan 4 ünvanda İddiaçı mülkiyyətində olan və 0,04441 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 215.91 kv.m., yaşayış sahəsi 80.05 kv.m. olan iki mərtəbəli fər di yaşayış evi vardır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.2, 172.2, 180.4-cü, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4, 69.5.1, 69.7.1, 69.7.3, 69.7.4, 70.1, 72.1-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, istinad edilən qanunvericilik normalarından göründüyü kimi, qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Cavabdeh isə bütün bunlara əməl etməmiş, qonşusu İddiaçı ilə həyətin sərhədində olan hasara bitişik inşa et dirdiyi yaşayış evinin arxa, yəni İddiaçı həyətinə və evinə tərəf baxan hissəsində sonuncunun razılığı olmadan nəfəslik-pəncərə açmış, bununla da qanunvericiliyin tələbini pozmuşdur. Cavabdeh etdiyi hərəkəti evinin işıqlandırılması zəruriliyi ilə əsaslandırır. Lakin ekspert rəyindən görünür ki, Cavabdeh yaşayış evinin otağından iddiaçının evinə tərəf açılan nəfəslik-pəncərə bağlanaraq, otağının havalandırılması və təbii işığın düşməsinin təmin olunması məqsədilə, otağın arakəsmələri üzərində pəncərə boşluqlarının açılması məqsədə uyğundur. Göründüyü kimi, cavabdeh iddiaçının hüquqlarını pozmadan evinin otaqlarının havalandırılmasını və təbii işığın düşməsini təmin edə bilər. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya proses sual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 27 dekabr 2019-ci il tarixli2(039)-757/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh C avabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)779/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyası nın 2(107)-779/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-779/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tə tbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhk əməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunları na uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmə nin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Mə hkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-779/2020 nömrəli iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar