Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5360/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qərarların etibarsız hesab olunması, məhkəmə aidiyyəti, korporativ tələblər, kommersiya mübahisəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3865/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) (VÖEN **********), "Construction Materials” MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) (bundan sonra – şirkətlər) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsi tərəfindən 10.01.2018-ci il tarixdə qeydiyyata alınmışlar. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestr indən Çıxarışlarına əsasən, şirkətlərin qanuni təmsilçisi (təsisçisi) Cavabdehdur (bundan sonra – cavabdeh), hüquqi ünvanı AZ1063, ünvan 1ənzil 2-dir. Şirkətlərin təsisçisinin 16.05.2018-ci il tarixli qərarlarında (4 qərar) qeyd olunmuşdur ki, şirkətlərin direktorunun dəyişdirilməsi məqsədi ilə direktor Cavabdeh səlahiyyətlərinə onun 16.05.2018-ci il tarixli ərizəsinə əsasən xitam verilmiş, onun şirkətlərlə bağladığı əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən həmin tarixdə xitam verilmiş, İddiaçı (bundan sonra – iddiaçı) həmin tarixdən şirkətlərin direktoru vəzifəsinə təyin edilmiş və onunla əmək müqavilələri bağlanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron məlumat sistemində olan məlumatlara əsasən, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin müvafiq olaraq 6045,50 manat, 7762,02 manat, 110220,00 manat, 10402,47 manat vergi borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şirkətlərə direktor təyin olunmağı barədə həmin hüquqi şəxslərin təsisçisi olan cavabdehin 16 may 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 İdarəsi iddiaçıya qarşı ölkədən getmə hüququnun məhdudlaşdırılması barədə Astara Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Buna səbəb isə onun şirk ətlərə direktor təyin edilməsi və Dövlətə külli miqdarda vergi borcunun olmasıdır. İddiaçı Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsinə müraciət edərək, hansı əsasla və kim tərəfindən həmin şirkətlərə rəhbər təyin olunmasını soruşmuş, kommersiya sirri olduğu üçün məlumat ona deyilməmişdir. Bundan sonra vəkillə müqavilə bağlamış və vəkil tərəfindən həmin orqana sorğu verilmişdir. Sorğuya cavab olaraq, İdarədən həmin hüquqi şəxslərin təsis sənədlərinin surətləri təqdim edilmiş və məlum olmuşdur ki, iddiaçı 16 may 2018-ci il tarixli qərarlarla qeyd olunan hüquqi şəxslərə direktor vəzifəsinə təyin edilmiş və heç bir araşdırma aparılmadan (yəni, onun bundan xəbərinin olub-olmaması yoxlanılmamış və onun iştirakı tələb olunmamışdır) həmin hüquqi şəxslərin dire ktoru kimi qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı xəbəri olmadan, yalnız şəxsiyyət vəsiqəsinin surəti təqdim edilməklə, 4 şirkətə direktor təyin olunmuş və Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyatı İdarəsi bunu qeydiyyata almışdır. Bundan sonra dövlətə külli miqdarda ziyan vurulmuş, iddiaçının hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia ərizəsinə münasibətdə bildirmişdir ki, o, iddiaçını tanımır, eyni zamanda, MMC-lərin təsisçisi olmasından da məlumatı yoxdur, şirkətlərin adlarını indi eşidir, hansı yolla açıldığını bilmir, işin həllini məhkəmənin mülahizəsinə buraxır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinin nümayəndəsi X2 iddia tələbinə münasibətdə i şin həllini məhkəmənin mülahizəsinə buraxmış, əlavə olaraq qeyd etmişdir ki, şirkətlər elektron qaydada müraciət əsasında qeydiyyatdan keçmişlər. Həmin vaxt qüvvədə olan “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanun) 5-ci maddəsinin tələbinə görə “Asan” imza ilə təsisçinin müraciət etməsi kifayət edirdi. Lakin hazırda həm təsisçi, həm də direktor “Asan” imza ilə müraciəti imzalamalıdır. Dövlət Vergi Xidməti təqdim olunan sənədlərin qanunvericiliyə uyğun olub-olmadığını yoxlayır, həmin sənədləri imzalayan şəxsin aldadılmasını və ya onun imzaladığı sənədin məzmunundan xəbərsiz olub-olmadığını araşdırmır. Bu baxımdan, hüquqi şəxsin qeydiyyatı aparılarkən qeyd olunan Qanunun 5-ci maddəsində göstər ilmiş sənədlərin olması vacibdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-205/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı direktor təyin olunmağı barədə hüquqi şəxslərin təsisçisi olan cavabdehin 16 may 2018-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi üçün hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilən qərarların etibarlılığını şübhə altına alan, mülki qanunvericilikdə nəzərdə tutulmuş hal müəyyən edilməmişdir. Cavabdeh tərəfindən 16 may 2018-ci il tarixli qərarlar qəbul edilərkən iddiaçının aldadılması, iradəsinin ziddinə olaraq hərəkət etməsi müəyyən olunmur. Şirkətləri n dövlət qeydiyyatına alınması zamanı hüquqi şəxslərin qanuni təmsilçisi olan Cavabdeh tərəfindən sənədlər “X3 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsinin tələbinə uyğun təqdim edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 331.1, 337.1, 337.4, 339.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini iddia tələblərinə uyğun əsaslandırmış, şikayətində qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cava bdeh apellyasiya şikayətinin təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, imza onun tərəfindən icra olunsa da, iddiaçını tanımır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3865/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki hallarını, tərəflərin münasibətlərini nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətində göstəri lən dəlilləri formal mülahizələr olmaqla əsaslı sayıla bilməz. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh bir-birlərini tanımır, iddiaçı şirkətlərə direktor təyin olunması üçün ərizə ilə müraciət etməmiş, onunla əmək müqavilələri bağlanmamış, o, heç vaxt işçi kimi qeydiyyata alınmamış, 2021-ci ilin iyul ayında hərbi xidmətini başa vurmuşdur. Məhkəmələr heç bir sübuta əsaslanmadan, yalnız cavabdehin izahatını qətnamədə yanlış qeyd edərək, əqdin iddiaçının idarəsinə zidd bağlanmadığını göstərərək, iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmə qeyd olunan MMC-lərin vergi borcları ilə bağlı çıxarışlar əldə etmişdir. Lakin, həmin vergi borclarının necə əmələ gəldiyini və bank əməliyyatlarının kim tərəfindən aparıldığını araşdırmamışdır. Yəni, natamam məhkəmə araşdırması aparılaraq, sənədlərin kim tərəfindən saxtalaşdırılması və Dövlət büdcəsinə kimin tərəfindən ziyan vurulması müəyyən edilməmişdir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 324, 337, MPM-in 88, 106.1, 217, 265.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kass asiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunu n tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərki bi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə rəsmi reyestr məlumatlarına əsasən hüquqi şəxslərin direktoru olan iddiaçı həmin məlumatlara əsasən hüquqi şəxslərin təsisçisi olan cavabdehə qarşı özünün direktor təyin olunması barədə qərarların etibarsız hesab olunması barədə iddia qaldırmışdır. MPM-in 26-cı maddəsinin mənasına görə həmin iddia kommersiya mübahisəsi hesab edilir. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarına əsasən tərəflərin bağ lı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir (bənd 13). MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələbl ər üzrə işlərə də aid edilməlidir (bənd 19). Qərarın tərkib hissəsi olan və onun icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır. Buna baxmayaraq birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozaraq, mübahisəyə mahiyyəti üzrə baxmış və iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Eyni zamanda iddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasi ya instansiyası məhkəməsi 385.1.1-ci maddəsinə əsasən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv etməli olduğu halda, yenə də kommersiya mübahisəsinə mahiyyəti üzrə baxaraq qətnaməni dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən ilk növbədə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı məsələyə aydınlıq gətirilməli və bunun nəticəsinə uyğun olaraq prosessual qanunvericiliyin tələblərinə uyğun yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3865/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5360/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5360/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver