Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5363/2019 05.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızının, İddiaçı, vəkili X20 oğlunun, maraqlı şəxs X7, vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) İddiaçı Cavabdeh1nə qarşı “mənzilə sahiblik, istifadə payı hüququnun tanınması” tələbi bаrədə iddiаsı təmi n edilmişdir. Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (S.Mehrəliyev) iddiaçı X7 Cavabdeh1nə, İddiaçı, Cavabdeh2, Cavabdeh3 və X12 qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiаsı təmin edilmişdir. Cavabdeh1 Apellyasiya Məhkəməsi MK-nın ( hakim E.Kazımov ) 18 yanvar 2019-cu il tarixli qərardadı ilə mülki işlərin bir icraatda birləşdirilməsi qərara alınmışdır. Cavabdeh1 Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1483/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Həsənov, X.Mərdanova və F.Babayev ) Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiаsının rədd edilməsi; Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdiri lmədən saxlanılması qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Cavabdeh1 Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1483/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1nə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2016-cı il iyun ayında mənzil şəraitini yaxşılaşdırmaq qərarına gəldiyini, bu məqsədlə ünvan 2 19.06.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satdığını, ünvan 1 ünvanında yerləşən yaşayış binasının yerləşdiyi ərazi xoşuna gəldiyi üçün oradan mənzil almaq istədiyini, bir müddət sonra makler vasitəsilə oradan mənzil almış X8 ilə görüşdüyünü, sonuncuya məxsus ünvan 1 yerləşən binada 3 otaqlı 110 m2 sahəsi olan mənzilə baxıb bəyəndiyini və mənzili 116 000 manata almağa razılaşdığını, bundan sonra həmin binanı tikən Cavabdeh1 MK-nın sədri x5 müraciət etdiklərini, x5 göstərişlərinə uyğun olaraq x3un 11 avqust 2016-cı ildə notarial qaydada təsdiq olunmuş ərizə ilə ona (x5) müraciət edib adına olan mənzilin və payın İddiaçı adına keçirilməsini xahiş etdiyini, öz növbəsində onun (iddiaçının) da Cavabdeh1 MK-nın rəhbərliyindən mənzilin özünün adına rəsmiləşdirilməsini istədiyini, 11 avqust 2016-cı il tarixli qərarla (protokolla) x3 kooperativin üzvlüyündən çıxarıldığı və özünün üzvlüyə qəbul edildiyini, bundan sonra x3 adına olan 2013-cü il tarixli müqavilənin və maliyyə arayışının 16.01.2016-cı il tarixi ilə onun ( iddiaçının) adına rəsmiləşdirildiyini və sonuncuya yeni müqavilə və maliyyə arayışı verildiyini, maliyyə arayışında mənzilin dəyərinin tam ödənildiyinin və Cavabdeh1 MK-ya borcunun olmadığının qeyd edildiyini, sentyabr 2016-cı ildən həmin mənzildə 45 000 manat məbləğində təmir apardığını, bu günədək orada yaşamaqla komunal xərcləri ödədiyini, bununla belə 16.08.2016-cı il tarixli kooperativ mənzil-tikinti haqqında alqı-satqı müqaviləsini itirdiyindən mənzilə sahiblik (mülkiyyət) hüququ əldə edə bilmədiyini, dəfələrlə x5 şifahi müraciət edib mənzilə dair dublikat müqavilə verilməsini xahiş etdiyini, lakin bir nəticəsinin olmadığını irəli sürmüş, buna görə də Cavabdeh1 şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında Cavabdeh1 MK tərəfindən inşa edilmiş binanın 10-cu mərtəbəsində yerləşən 110 m2 sa həsi olan 3 otaqlı, 27 saylı mənzilə dair sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. x4 iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MK ilə aralarında Cavabdeh1 şəhəri, İ.Qutqaşınlı küçəsi, ev ünvanında yerləşən 27 saylı mənzilə dair imzalanmış müqaviləyə əsasən MK həmin mənzili ona təhvil verməyi, o isə mənzilə görə müqavilə ilə nəzərdə tutulmuş pay haqqını tam ödəməyi öhdəsinə götürmüş, MTK tərəfındən verilmiş 04.04.2008-ci il tarixli maliyyə arayışı ilə mənzilin dəyərini tam ödəməsi faktı direktorun və mühasibin imzası, cəmiyyətin möhürü ilə təsdiqlənmiş, qeyd olunan maliyyə arayışı və müqavilə əsasında ona Cavabdeh1 şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfındən mənzilin sahibliyinə və istifadəsinə verilməsinə dair 15.04.2008-ci il tarixli 026400 nömrəli order verilmişdir. Çıxarış almaq üçün müraciətindən sonra MK rəhbərliyi çıxarışı özlərinin alacaqlarını bildirmiş, bunun üçün mənzilin orderinin əslini və müqaviləni ondan almış, lakin sonradan icarə haqqını ona verməmişlər. Sonradan MK rəhbərliyinin dələduzluq edərək mənzilini qanunsuz olaraq başqa şəxsə satdığını bilmişdir. Beləliklə, müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi pozmuş, müqavilənin şərtlərinə əməl etməmişdir. Məhkəməyə müraciət etdikdən sonra məlum olmuşdur ki, mübahisəli mənzilə dair İddiaçı ilə “Baki” MK arasında 16.01.2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə mülkiyyətində olan mənzilə dair bağlandığı və razılığı, xəbəri olmadan imzalandığı üçün etibarsız hesa b edilməlidir. İddiaçı ilə Cavabdeh1 MK arasında müqavilə, mənzil onun mülkiyyətində olan zaman imzalanmış, mənzilin qanuni sahibi və mülkiyyətçisi o olsa da İddiaçı və Cavabdeh1 MK onun mənzili barədə qanunsuz olaraq sərəncam vermişlər. Həmin mənzilin satılmasına razılığı, ümumiyyətlə mənzilin satılmasından məlumatı olmamışdır. Həmçinin bu günlərdə ona məlum olmuşdur ki, Cavabdeh1 MK-nın vəzifəli şəxsləri olan X14 və digərləri barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmış, ittiham aktı tərtib edilmiş və iş baxılması üçün Cavabdeh1 Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış və ona ittiham aktı təqdim olunmuşdur. İttiham aktından müəyyən olunur ki, mübahisəli mənzil eyni zamanda 4 nəfərə satılmışdır. Həmin şəxslər hazırki iş üzrə cavabdehlər, yəni Cavabdeh2, X15, Cavabdeh3, X31 qızıdır. İttiham aktında mənzilin ona məxsus olduğu, mənzilin qanuni sahibinin məhz o (x4) olduğu qeyd olunur. Cavabdehlərlə bağlanmış müqavilələr onun mülkiyyətində olan mənzilə dair bağlandığı, onun müqaviləsindən sonra buna səlahiyyəti olmayan şəxs tərəfındən razılığı, xəbəri olmadan imzalandığı üçün etibarsız hesab edilməlidir. Çünki həmin mənzilə dair sərəncam vermək hüququ ona məxsus olmuş, mənzilin satılmasına razılığı, ümumiyyətlə mənzilin satılmasından məlumatı olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozu lması ilə qəbul edilmişdir. Ona görə də Cavabdeh1 Apellyasiya Məhkəməsi MK-nın 2(103)-1483/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı vəkili X20 oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X7 vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etmədiyini, şikayətin tam əsassız olduğunu bildirərək təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin hüquqi varisi - eyni adlı (Cavabdeh1) mənzil kooperativi tərəfindən inşa edilən Cavabdeh1 şəhəri, İ.Qutqaşınlı küçəsi ev 3 ünvanında yerləşən binanın mübahisə mövzusu olan 27 saylı mənzili 04.04.2008-ci il tarixdə x4ə satılmış, sonuncu tərəfindən mənzilin dəyəri tam şəkildə ödənilərək ona həmin kooperativ tərəfindən bu barədə 04.04.2008-ci il tarixli MK01/05 saylı maliyyə arayışı, 15.04.2008-ci il tarixdə isə Cavabdeh1 şəhər İcra Hakimiyyə ti Başçısının Aparatı tərəfındən 026400 nömrəli order verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Cavabdeh1 MK-nın üzvlərinin ümumi yığıncağının 21.07.2014-cü il tarixli qərarına əsasən X2 üzvlüyündən çıxarılaraq X19 onun yerinə üzv qəbul edilmiş və sözügedən mənzil onun adına keçirilmişdir. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, Cavabdeh1 MK-nın üzvlərinin ümumi yığıncağının 14.07.2015-ci il tarixli qərarına əsasən X3 üzvlüyündən çıxarılmış, Cavabdeh2 onun yerinə üzv qəbul edilərək həmin mənzil onun adına keçirilmişdir; Cavabdeh1 MK-nın 14.07.2015-ci il tarixli, MK-01/05 saylı maliyyə arayışına görə, Cavabdeh2 mənzilin dəyərini tam ödəmişdir və borcu yoxdur. İşin müəyyən edilmiş digər halına görə, X16 Cavabdeh1 MK-ya ərizə ilə müraciət edərək mübahisəli mənzilə dair mü qaviləsinin ləğvinə, həmin mənzilin İddiaçı adına keçirilməsinə və sənədləşdirilməsinə razılıq verdiyini, gələcəkdə bu mənzillə bağlı heç bir irad və tələbinin olmayacağını göstərmiş, 11.08.2016-cı il tarixdə isə Cavabdeh1 MK-nın üzvlərinin ümumi yığıncağının qərarına əsasən X1 üzvlüyündən çıxarılaraq İddiaçı kooperativə üzv qəbul edilmiş, mənzil onun adına keçirilmişdir; Cavabdeh1 MK-nın 11.08.2016-cı il tarixli MK-01/05 saylı maliyyə arayışına görə, İddiaçı mənzilin dəyərini tam ödəmişdir və borcu yoxdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə İdarəsi tərəfindən Cavabdeh1 şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş 14.05.2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Cavabdeh1 İdarə heyətinin sədri vəzifəsində işləyən X14, həmin kooperativin kome ndantı X23, tanışları X17, X18 və X21 qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib saxta sənədlərdən istifadə edərək özgənin əmlakını aldatma və etibarından sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə Cavabdeh1 şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil Kooperativ Təsərrüfatı İdarəsinin 15.04.2008-ci il tarixli 026400 nömrəli orderi əsasında X13 məxsus 27-ci mənzili saxta alqı-satqı müqavilələri, maliyyə arayışları əsasında 21.07.2014-cü ildə X12, 14.07.2015-ci ildə Cavabdeh2, 07.11.2015- ci ildə X9, 11.08.2016-cı ildə İddiaçı, o cümlədən həmin ünvanda yerləşən digər mənzilləri müxtəlif şəxslərə sataraq onların külli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri faktlarına görə 19 oktyabr 20 17-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Törətdikləri cinayət əməlləri sübut olunduğundan x6 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, x7 CM-nin 178.3.2-ci maddəsi ilə, X17, X18 və X21 isə Azərbaycan Respublikası CM- nin 178.3.2, 32.5, 308.2 və 32.5, 313-cü maddələri ilə təqdirləndirilən şəxs qismində cəlb edilməklə. x6 və x3 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə təqsirləndirilən şəxslər x8 və x7 istintaq orqanından gizləndiklərinə görə barələrində axtarış elan edilmişdir. Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslər x6, x7 və x5 barəsində ibtidai istintaq tamamlanmaq mərhələsindədir”. Beləli klə, işin müəyyən olunmuş hallarına görə mübahisəli mənzil ilkin olaraq x4 satılmaqla onun tərəfindən mənzilin dəyəri tam ödənilmiş və Cavabdeh1 şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfındən ona 15.04.2008-ci il tarixli 026400 nömrəli order verilmişdir. Bununla belə, sonradan onun razılığı alınmadan adına rəsmiləşdirilmiş mənzil saxta sənədlər əsasında – yəni, Cavabdeh1 MK-nın üzvlərinin ümumi yığıncağının 21.07.2014-cü il, 14.07.2015-ci il və 11.08.2016-cı il tarixli qərarlarına əsasən müvafiq olaraq Kəmalə Ağayevanın, Cavabdeh2 və İddiaçı adına keçirilməklə onlara bu barədə müvafiq sənədlər (kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışlar və maliyyə arayışları) verilmişdir. Həmçinin, mübahisəli mənzilin x4 adına rəsmiləşdirilməsinə dair sənədlərin qanunvericilikl ə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud da etibarsız hesab edilmiş olduğu müəyyən olunmamışdır. Məhkəmə araşdırması zamanı mübahisəsi gedən mənzilin cavabdeh kooperativ (əslində cinayət əməllərinin törədilməsində təqsirli bilinən Kooperativinin İdarə heyətinin sədri X14 və digərləri) tərəfindən sonrakı tarixlərdə (21.07.2014-cü il, 14.07.2015-ci il və 11.08.2016-cı il) digər şəxslərin adına sənədləşdirildiyi müəyyən olunsa da, bu hal özü-özlüyündə cavabdeh kooperativi x4 qarşısında öhdəliklərini yerinə yetirməkdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifələrinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) b aşa düşülür. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Mülki Məcəllənin 178.8-ci maddəsinə müvafiq olaraq, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh ed ilməsinə dair” Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “...pay haqqının tam ödənilməsinə qədər kooperativ və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır...Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər”. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, x4lə Cavabdeh1 arasında yaranmış münasibətlər çərçivəsində cavabdeh kooperativ öhdəliklərini lazımınca icra etmədiyi üçün, x4 mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsi, üzərində sahiblik və istifadə hüququnun tanınması və həmçinin mənzildən istifadə etməsinə maneçilik törədilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsini tələb etməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, həmin mənzilin cavabdeh kooperativ (əslində cinayət əməllərinin törədilməsində təqsirli bilinən Kooperativinin İdarə heyətinin sədri X14 və xüsusilə X16) tərəfindən 11.08.2016-cı il tarixdə İddiaçı adına sənədləşdirilməsi (onun adına kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışının verilməsi) və mənzilin sonradan adı çəkilən şəxsə təhvil verilərək onun hazırda orada faktiki yaşaması da fərqli nəticəyə gəlinməsinə səbəb ola bilməz; çünkü həmin mənzil İddiaçı təhvil verildiyi zaman x4 adına olan sənədlər qüvvədə olmuş, beləliklə də cavabdeh kooperativ (xüsusilə mənzilin əvvəlki sahibi olduğu göstərilən X16), mübahisəsi gedən mənzillə bağlı əqd bağlamaq səlahiyyəti olmadığı halda mənzili İddiaçı adına saxta sənədlər əsasında rəsmiləşdirmişdir. Yuxarıda qeyd olunduğu kimi, x4 adı na olan daha əvvəlki tarixli sənədlərin ləğv olunduğu və ya etibarsız hesab edildiyi müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, həmin mənzilin x4ə təhvil verilməsini zəruri etməklə yanaşı, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşması deməkdir. Bununla yanaşı kollegiya qeyd edir ki, İddiaçı məruz qaldığı maddi və mənəvi ziyanla bağlı cavabdeh kooperativə (həmçinin ona qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərə Kooperativinin İdarə heyətinin sədri X10 və tanışı X11) qarşı müvafiq iddia irəli sürmək hüququna sahibdir. Yuxarıda şərh olunan qənaətinin məntiqi davamı olaraq kollegiya, x4 mübahisəli mənzilə dair Cavabdeh1 MK tərəfındən İddiaçı adına verilmiş 11.08.2016-cı i l tarixli maliyyə arayışının, İddiaçı Cavabdeh1 MK-ya üzv qəbul olunması barədə MK-nın üzvlərinin ümumi yığıncağının 11.08.2016-cı il tarixli 04 saylı protokolundan çıxarışın etibarsız hesab edilməsi tələblərini də əsaslı hesab edir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müə yyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdi r. Kollegiya, mübahisəsi gedən mənzillə bağlı x4 adına olan sənədlərin hazırkı dövrədək qüvvədə olmasını bir daha vurğulayaraq qeyd edir ki, nə cavabdeh kooperativ, nə də mübahisəli mənzilin əvvəlki sahibi olduğu göstərilən X16 həmin mənzil üzərində sərəncam vermək səlahiyyətinə malik subyektlər olmamışlar. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qət naməsi İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5363/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5363/2019
05.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver