Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5363/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5363/2022 Açar sözlər: işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 4253/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İşçı İddiaçı (bundan sonra - iddiaçı) ilə işəgötürən Cavabdeh QSC (bundan sonra cavabdeh və QSC) arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı cavabdeh QSC-də 3 ay müddətinə satış meneceri vəzifəsində işə qəbul edilmişdir. 3. "xxxx" MMC-nin cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli 05/21 saylı məktubda qeyd edilmişdir ki, iddiaçı müəssisə tərəfindən keçirilən iş müsahibəsindən uğurla keçərək "xxxx" vəzifəsində işə qəbul olmuşdur. Müəssisə bu vəzifə üzrə işçi ilə əmək müqaviləsi bağlamaq niyyətindədir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda ərizəsində göstə rdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Bununla əlaqədar olaraq, işçinin xx.xx.2021-ci il tarixdən işə başlamalı olduğunu nəzərə alaraq müvafiq sənədləşdirmə işlərini həyata keçirilməyi cavabdehdən xahiş edilmişdir.
4. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədə, iddiaçı başqa işə götürənlə əmək müqaviləsi bağlanmasını əsas gətirərək xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə və 69.3-cü maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsini və son haqq hesabın ödənilməsinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli 263 saylı məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin "xxxx" kimi əmək müqaviləsi bağlamaq istədiyi şəxsin QSC-yə 184000 ABŞ dolları dəyərində əmlak borcu var. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanuna zidd hərəkətləri ilə işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İddiaçı cəmiyyətə olan borcu tam şəkildə ödədikdən sonra, onunla əmək müqaviləsinə xitam verilə bilər.
6. Cavabdeh QSC-nin xx.xx.2021-ci il tarixli 291-K saylı “əmək müqaviləsinə xitam veriməsi” barədə əmrinə əsasən, xx.xx.2021-ci il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə (işçi əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmrin əsası kimi cavabdeh QSC-nin icraçı direktorunun satış müavini, satış departamentinin müdiri F.İ.Səməd ovun və satış şöbəsinin müdiri A.H.Həsənovun təqdimatı, müqavilələr və hüquq şöbəsinin rəyi, habelə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh QSC-nin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrinin ləğv edilməsi və Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, yeni bir müəssisədə işə çalışmağa başlamaq üçün razılığa gəldiyini, həmin razılığa əsasən xx.xx.2021-ci il tarixdə həmin müəssisə ilə əmək müqaviləsi bağlayıb işə çıxmalı olduğunu bildirmiş və təklif məktubunun surətini əlavə edərək, xx.xx.2021-ci il tarixdən işdən azad olunması xahiş etmişdir. Lakin cavabdeh QSC Əmək Məcəlləsinin tələblərini kobud surətdə pozaraq, tələm-tələsik guya audit yoxlaması təyin etmiş, hədə-qorxu gələrək iddiaçının şirkətə 184000 ABŞ dolları məbləğində borcunun olduğunu və pulu geri qaytarmasını tələb etmişdir. Hətta rəsmi məktubla ona müraciət edərək, Əmək Məcəlləsinin tələblərinə zidd olaraq pul ödənilmədiyi halda işdən azad edilməyəcəyini bildirmişdir. Bundan başqa, "xxxx" MMC-yə məktub ünvanlayaraq, iddiaçının işdən azad edilməsinin mümkün olmadığını bildirmişdir. Bundan sonra tərəflərindən xx.xx.2021-ci il tarixdə məktubla müraciət edilərək onun tutduğu vəzifədən azad edili b-edilməməsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixli 314 nömrəli məktubla bildirilmişdir ki, onun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Həmin əmr iddiaçının nümayəndəsinə xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam vermişdir. Cavabdehin 17 sentyabr 2021-ci il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun deyildir və əsassız olaraq qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz ərizəsində Əmək Məcəlləsinin 69.3-cü bəndinə və 68.2-ci maddənin “a” bəndinə istinad etməklə xx.xx.2021-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşəgötürən isə əsassız olaraq ondan pul tələb etm iş, bu səbəbdən mütləq qaydada işə çıxmalı olduğunu bildirmişdir. Yəni, cavabdeh iddiaçıya təzyiq göstərməklə onu işə çıxmağa məcbur etmişdir. Bu hallar cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış məktublarla öz təsdiqini tapır. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə keçirilən mediasiyada iştirak zamanı cavabdeh cəmiyyətin nümayəndəsi şifahi olaraq bildirmişdir ki, iddiaçı üzrlü səbəb olmadan işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən işdən azad etmişlər. Lakin əvvəl yazılan məktublardan görünür ki, cəmiyyətin məqsədi zorla, hədə qorxu gəlinərək iddiaçıya 184000 ABŞ dolları məbləğində əsassız olaraq pul vəsaiti ödətdirmək olmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin tələblərinə uyğun işəgötürənin hüquqlarına və maraqlarına hər hansı f ormada ziyan dəyməmişdir. Digər tərəfdən, iş materiallarından aydın olur ki, işdən azad edilmə barədə ərizə xx.xx.2021-ci il tarixdə işəgötürənə təqdim edilmiş, işəgötürən isə əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli əmrdə, əmrin qəbul edilməsi əsasları demək olar ki, qeyd edilməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilən zaman Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. İşəgötürən tərəfindən işçinin mütləq qaydada işə çıxmalı olmasının zərurəti əsaslandırılmamışdır. Belə olan halda, işəgötürənə hər hansı bir ziyan vurulmasından söhbət gedə bilməz və əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
9. Bak ı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-374/2022 saylı qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia təmin edilmişdir. 10.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh cəmiyyət əmək müqaviləsinə xitam verilməsi barədə əmri tərtib edərkən əmək qanunvericiliyinin tələblərinə riayət etməmişdir. Belə ki, mübahisələndirilən əmrin faktiki əsası kimi hər hansı bir hal göstərilməmiş, əsas kimi müvafiq sənədlərə istinad edilmişdir. İstinad edilən sənədlərdə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsası kimi ziddiyətli hallara istinad edilmişdir. Belə ki, QSC-nin Müqavilələr və Hüquq şöbəsinin müdiri Yusifov R.F, həmin şöbənin müdir müavini Bayramov R.Z və baş məsləhətçi NümayəndəS tərəfindən QSC-nin icraçı direktoruna təqdim edilmiş xx.xx.2 021-ci il tarixli rəy ilə müəyyən edilir ki, həmin rəydə iddiaçının heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və iddiaçının QSC-yə borcunun olması göstərilmiş, iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsinə, QSC tərəfindən yazılı xəbərdarlıqlara məhəl qoymamasına görə işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi, QSC-yə vurduğu maddi ziyana görə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göründüyü kimi, həmin rəydə iddiaçının işdən çıxarılmasını faktiki əsası kimi üzrlü səbəb olmadan işə çıxmaması göstərilmiş və bu əsasla onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi tövsiyyə edilmişdir. Lakin əmrin əsası kimi istinad edilmiş digər bir sənəd olan, yə ni QSC-nin icraçı direktorun satış üzrə müavini, satış departamentinin müdiri Fəzail Səmədov və satış şöbəsinin müdiri Aydın Həsənov tərəfindən QSC-nin icraçı direktoruna ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatda isə göstərilmişdir ki, “iddiaçı 12 avqust 2021-ci il tarixində ərizə ilə müraciət edərək xəstə olduğu səbəbindən işə gələ bilmədiyini, xəstəlik tarixinin son günü 20 avqust 2021-ci il tarixi olduğunu, həmin tarixdən vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, onun maddi məsul şəxs olaraq şirkətə əmlak borcu var, xəstəliyi bitdikdən sonra işə gəlməli və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməli, borca dair yoxlamada iştirak etməli, izahat verməli, bundan sonra onun işdən çıxarılması məsələsinə baxılacaq. Lakin o özünün əmək müqaviləsi üz rə öhdəliklərini yerinə yetirməməklə” QSC arasında bağlanmış Əmək müqaviləsinin və “Tam maddi məsuliyyət” haqqında müqaviləsinin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı 21 avqust 2021-ci il tarixində işə gəlməli olduğu halda işə gəlməmiş, gəlməməsi barədə də, heç bir məlumat verməmişdir. “Məişət və Keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində işləyən iddiaçının 21 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021-ci il tarixindək heç bir üzürlü səbəb olmadan işə gəlməməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin yerilnə yetirilməməsinə görə və şirkətə olan əmlak borcunun ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi, həmin təqdimatda iddiaçının xx.xx.2021-ci il tarixədək işə gəlməsinin üzrlü səbəbdən (xəstəliyi ilə əlaqədar) olması qeyd edilmiş, iddiaçının həmin tarixdən sonr a üzrlü səbəbdən işə gəlməməsi qeyd edilmişdir. Həmçinin, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi əsası kimi iddiaçının xx.xx.2021-ci il tarixdən sonra işə gəlməməsi, həmçinin şirkətə olan əmlak borcunun ödənilməməsi qeyd edilmişdir. Halbuki rəydə iddiaçının QSC-yə olan borcuna görə məhkəmədə müvafiq iddia qaldırılması tövsiyyə edilmişdir. Göründüyü kimi mübahisələndirilən əmr tərtib edilərkən əmək qanunvericliyin tələblərinə əməl edilməmiş, əmrdə əmək müqaviləsinə xitam verilməsinin faktiki əsası göstərilməmiş, bu barədə istinad edilən digər sənədlər isə ziddiyətli olmuşdur.
11. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 68-ci maddəsində Əmək Məcəlləsinin ləğv edilməsinin müxtəlif əsasları təsbit edilmişdir. Həmin əsaslardan biri də, tərəflərdən birinin təşəbbüsü ilə ə mək müqaviləsinin ləğv edilməsidir (68.2-ci maddənin “a” bəndi). Əmək Məcəlləsinin 69-cü maddəsində işçi tərəfindən ləğv edilməsi qaydası müəyyən edilmişdir. Baxılan işdə iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək başqa işə götürənlə əmək müqaviləsi bağlamaq istədiyini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsini xahiş etmişdir. İşə götürən isə bu ərizəni nəzərə almamış, bəzi sənədlərdə iddiaçının işə üzürlü səbəblərdən çıxmaması əsası ilə, bəzi sənədlərdə isə onun QSC-yə borcu olması əsası ilə iddiaçı ilə bağlanmış əmək münasibətlərinə xitam verməmişdir. Belə olan halda, iddiaçı iradəsinə zidd olaraq xx.xx.2021-ci tarixdən sonra əmək münasibətlərinini davam etdirilməsinə məcbur edilmişdir ki, bu hal iddiaçının Azərb aycan Respublikasının Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını pozmuşdur. 12.Cavabdehin iddiaçının ərizəsini nəzərə almaması barədə iddia tələbinə etirazının əsası kimi istinad etdiyi dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ilk növbədə cavabdeh iddiaçının xx.xx.2021-ci ilə qədər heç bir üzrlü səbəb olmadan işə çıxmamasını sübut etməlidir. Belə ki, cavabdehin əmrin ləğv edilməsi əsası kimi istinad etdiyi xx.xx.2021-ci il tarixli təqdimatda iddiaçının xx.xx.2021-ci il tarixə qədər xəstəliyi səbəbindən işə çıxmaması göstərilmiş, lakin həmin tarixdən sonra işə heç bir üzrlü səbəb olmadan işə gəlməməsi göstərilmişdir. Lakin iddiaçı artıq həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi və 69.3-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Belə olan halda, iddiaçı artıq qeyd edilən normaların tələblərinə əsasən iddiaçı işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malik olmuşdur. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu idi. 13.Cavabdeh tərəfindən digər bir əsas kimi istinad edilən iddiaçının QSC-yə borcunun olması ilə bağlı məhkəmə qeyd qeyd etmişdir ki, cavabdeh bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim etməmiş, iddiaçının həmin borcunun hansı əsaslardan yaranmasını əsaslandırmamışdır. İddiaçının nümayəndəsi və vəkilinin bu barədə cavabdehə müraciətləri də cavabsız qalmışdır. 14.Digər tərəfdən məhkəmə hesab etmişdir ki, bu barədə sübut təqdim edilməsi halında belə bu iddiaçı ilə bağlanmış əmək müqaviləsinin həmin maddə xita m üçün əsas deyildir. Çünki artıq iddiaçı başqa əsasla (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam vermişdir. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) təsbit edilmiş hüquqla əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi eyniləşdirilməməlidir. İddiaçı əsas zəruri və hüquqi əsası olduğundan (başqa işə götürənlə əmək müqaviləsi bağladığından) cavabdehlə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam vermişdir. Lakin cavabdeh heç bir əsas olmadan (cavabdehin istinad etdiyi ziddiyətli əsaslar yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməsi üçün əsas olmamışdır) əmək müqaviləsinə iddiaçı tərəfindən xitam verilməsini rəsmiləşdirməkdən boyun qaçırmış, bu isə cavavdehin əsassız ol araq iddiaçı ilə əmək müqaviləsinin başqa bir əsas ilə (Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə) xitam verilməsi ilə nəticələnmişdir ki, bu da öz növbəsində iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə və Əmək Məcəlləsi müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. 15.Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə maddi ziyan vurması, sonuncunun isə bu barədə müvafiq iddia tələbi məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bu hal həmçinin cavabdeh QSC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəydə QSC-nin direktoruna müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunarkən təsbit edilmişdir. 16.Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki,, iddiaçının tələbi əs aslı hesab edilməli və cavabdehin 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrin ləğv edilməlidir. 17.Məhkəmə tələbin ikinci hissəsi ilə bağlı, yəni iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsi barədə əmrin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməli olması müəyyən edilmişdir. Ona görə də, iddiaçının bu hissədə də tələbi təmin edilərək cavabdehin üzərinə bu vəzifə qoyulmalıdır. 18.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 69-cu, 84.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88ci və 217.4-cü maddələrinə istinadla əsasland ırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə olan borcunun araşdırılması ilə bağlı yaradılan komissiyanın onun fəaliyyətini ciddi şəkildə araşdırdığını gördükdən sonra məsuliyyətdən yayınmaq məqsədi ilə tez-tələsik işdən azad olunma haqqında ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı dəfələrlə ona yazılı xəbərdarlıqlar göndərilməsinə baxmayaraq 21 avqust 2021-ci il tarixdən işə çıxmalı olduğu halda işə gəlməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X 2 Xidmətinin Bakı şəhər idarəsinə qanunsuz işdən çıxarılma ilə bağlı müraciət etmiş müraciət araşdırıldıqdan sonra iddiaçıya işdən çıxarılma ilə bağlı qanunvericiliyin tələblərinin pozulmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş 17 sentyabr 2021-ci il tarixli 291-K saylı əmrdən də aydın görünür ki, əmrdə qanunvericiliyin tələbinə uyğun olaraq bütün məlumatlar öz əksini tapıb və iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla əmək müqaviləsinə xitam verildiyi qeyd edilib. Yəni, əmrin mətnindən də aydın görünür ki, işçi əmək müqaviləsi üzrə özün ün əmək funksiyalarını yerinə yetirməyib əmək qanunvericiliyində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad edilib. Bundan başqa, hakimin ziddiyyət kimi qələmə verdiyi təqdimat və rəydə hər hansı bir ziddiyyətdən söhbət gedə bilməz. Təqdimatdan da aydın görünür ki, “Məişət və Keramika əşyaları satışı” şöbəsinin satış meneceri vəzifəsində çalışan iddiaçı 21 avqust 2021-ci il tarixindən 10 sentyabr 2021ci il tarixindən heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və əmək müqaviləsi üzrə öhdəliklərinin yerilnə yetirilməməsi nəticəsində şirkətə vurduğu maddi ziyana görə qanunvericiliyin tələbinə uyğun olaraq tədbir görülməsi barədə göstəriş verilməsi xahiş edilir. Yəni, təqdimatda əsas olaraq üzrsüz işə gəlməmə və əmək funksiyalarının icra edilməməmsi nəticəsin də şirkətə külli miqdarda maddi ziyanın vurulması qeyd edilib. Təqdimatda işə gəlməmə əsas kimi qeyd edildiyindən rəydə də, buna uyğun olaraq, yəni işə gəlməməyə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə uyğun olaraq işdən azad etmə, vurduğu maddi ziyan isə orta aylıq əmək haqqı məbləğindən artıq olduğuna görə məhkəməyə müraciət edilməsi tövsiyə edilib. Göründüyü kimi, təqdimat və rəy arasında heç bir ziddiyyət yoxdur və hakimin gəldiyi nəticə tamamilə yanlış və əsassızdır. Ədalət mühakiməsini həyata keçirməli olan hakim şəxsin konstitusion hüquqları ilə əmək müqaviləsi üzrə öhdəliklərin və əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş işəgötürəni xəbərdar etməsi anlayışlarını düzgün tətbiq edə bilmir ki, nəticədə iddiaçının iş materiallarında olan əmək müqaviləsi üzrə öhdəkilərin in nə olduğunu görməzdən gəlir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 2(103)4253/2022 nömrəli, 9.06.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2021-ci ildə cavabdehə təqdim etdiyi yazılı ərizəsində onun ərizə verildikdən bir ay sonra deyil, məhz başqa işə götürənlə əmək müqaviləsi bağlaması səbəbi ilə xx.xx.2021-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xita m verilməsini xahiş etdiyindən, cavabdeh həmin ərizədə göstərilən tarixdə əmək müqaviləsinə xitam verməkdən imtina etməkdə, habelə xx.xx.2021-ci ildə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verməkdə haqlı olmamışdır.
23. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq onun ərizədə göstərdiyi tarixdə xitam verilməli olduğundan, lakin cavabdeh müqaviləni həmin tarixdə ləğv etməklə bağlı vəzifəsini icra etmədiyindən, iddiaçının həmin tarixdən sonrakı müddətdə işə gəlməməsi onun tərəfindən əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz.
24. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun başqa işə götürənlə əmək mü qaviləsi bağlaması səbəbindən onun yazılı ərizəsində qeyd etdiyi tarixdə xitam verilməli olduğundan, həmin tarixdən sonrakı müddətdə onunla bağlanmış əmək müqaviləsinə hər hansı əsasla xitam verilməsinin və bunun hüquqi və faktiki əsaslarının araşdırılmasına ehtiyac yoxdur. İddiaçının iradəsinə zidd olaraq xx.xx.2021-ci tarixdən sonra əmək münasibətlərinin davam etdirilməsinə məcbur edilməsi və bu halın iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquq və azadlıqlarını pozması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35.3-cü, 35.4-cü maddələrinə və Əmək Məcəlləsinin 42, 69-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlil ləri a. Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçinin yeni işə qəbul olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbini təmin edərkən, sübutlara qiymət verməmişdir. Belə ki işçinin yeni işəgötürənlə əmək müqaviləsinin olubolmamasını araşdırmamışdır, hərçənd bu hallar iddianın təmin olunması üçün əsas hesab edilmişdir. Cavabdeh öz hüququ olan (Əmək Məcələsinin 201, 202 və 203-cü maddələrini n tələbinə əsasən) maddi ziyanın vurulmasına dair araşdırma aparmaqda haqlı olduğu halda, məhkəmə onun bu hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş və bunun nəticəsi olaraq ə sassız qətnamə qəbul etmişdir. Əmək Məcəlləsinin 69.3-cü maddəsinin açıq tələbindən göründüyü kimi, işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinə xitam verilməsi tələbi ancaq onun başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda mümkündür. Lakin hazırki iş üzrə hər hansı əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə iddianı təmin etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
29. Maddə 68, hissə 2, bənd a). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
30. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan i şəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
31. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
32. Maddə 70, bənd "xxxx". İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
33. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutula n əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
34. Maddə 71, hissə
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Kassasiya baxışının hədləri
35. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçinin başqa işəgötürənlə əmək müqaviləsi bağlaması ilə əlaqədar ərizəsində göstərdiyi tarixdə əmək müqaviləsinə xitam verilməsi qaydası qanunda nəzərdə tutulmuşdur.
39. Baxılan işdə iddiaçı işə götürənlə əmək müqaviləsi bağlanması ilə əlaqədar xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi haqqında verdiyi ərizəni və digər sübutu məhkəməyə təqdim etmişdir. Belə olan halda işə mahiyyəti üzrə baxmış məhkəmələr bu qənaətə gəlmişlər ki, Əmək Müqaviləsinin 69.3-cü maddəsinə əsasən iddiaçının ərizəsində göstərilən gün əmək müqaviləsinin ləğv edilməsi üçün əsas yaranmışdır. Lakin cavabdeh bu qaydaya əməl etməmişdir.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin etiraz və dəlillərinə hüquq normalarına əsasən qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şika yətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)4253/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.