Məhkəmə qərarları › İş №2(102)-5364/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5364/2021

15.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5364/2021 15.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5364/21 (Açar sözlər: mənzilin təhvil verilməsi, müqavilə öhdəlikləri ) Bakı şəhəri, 15 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin natura şəklində təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 2(103)1848/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsindən üçüncü şəxs (hüquq və vəzifələrinə toxunan şəxs) Bayramov Abbas Atakişi oğlunun kassasiya şikayətinə 15 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078-ci məhəllədə yerləşən Cavabdeh MMC tərəfindən inşa edilən, çoxmərtəbəli yaşayış binasından, B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzil Cavabdeh MMC-dən 05 oktyabr 2005-ci il tarixli, 334 saylı müqavilə əsasında almışdır.

2. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilib.

3. Mübahisə mənzilin iddiaçıya təhvil verilməməsi ilə bağlıdır. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ər izəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 05.10.2005-ci il tarixli, 334 saylı müqaviləyə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı 05.10.2005-ci il tarixli 334 saylı müqaviləyə əsasən qeyd edilən mənzili satın alıb, mənzilin müqavilə ilə müəyyən edilən dəyərini tam olaraq ödəyib. Mənzil təhvil verilməyib.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 389.1, 390.1,399.1 və 421.2-ci maddəsinə istinad etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tаrixli 2(001)7746/2015 nömrəli qətnaməsi ilə iddiа t əmin edilmiş, Cavabdeh MMC tərəfindən 05.10.2005-ci il tarixli müqavilə öhdəlikləri yerinə yetirilərək Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində Cavabdeh MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının B korpusunda, 12-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 183,8 kv.m, yaşayış sahəsi 100,33 kv.m olan mənzilin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. (hakim Hüseyn Səfərov)

8. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, müqavilədə istinad edilən mənzil və çoxmərtəbəli tikili mövcuddur. İddiaçı mübahisəli mənzilin dəyərini tam ödəməklə, müqaviləyə əsasən mənzili əldə edib. Lakin hazırki vaxta kimi cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə y etirməyərək, mənzili iddiaçıya təhvil verməmişdir.

9. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 399.1, 404.1 və 404.4-cü maddələrinə və müqavilənin 1, 3, 4-cü bəndlərinə istinad edərək, hesab edib ki, həm qeyd edilən normaların, tələbinə, həm də müqavilə şərtlərinə görə iddiaçı müqavilədə sadalanan öhdəliyini tam yerinə yetirdiyindən, müqavilənin digər tərəfi Cavabdeh MMC də həmin müqavilə üzrə öhdəliyini yerinə yetirməli, müqavilədə adı keçən mənzili iddiaçıya təhvil verməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Bayramov Abbas Atakişi oğlu apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.

11. Apellyasiya şikayətinin dəlilləri: - mübahisə predmeti mənzili xxx 26.12.2011-ci il tarixli, 469 saylı müqaviləyə əsasən cavabdeh MTK-dan əldə etmiş, mənzilin dəyərini ödəmişdir; - alqı-satqıdan sonra mənzildə təmir işləri aparıb; - 2016-cı ildə mənzilin qıfılı dəyişdirilib, məhkəmə qətnaməsi ilə mübahisə predmeti mənzilin ona verilməsi qət olunub, lakin icra vaxtı mənzilin digər şəxslərin istifadəsində olması müəyyən edilib, bu da onun hüquqlarını pozmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1848/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Fuad Talışınski, Ziya Şirinov)

13. Apellyasiya instansiyası Cavabdeh MMC arasında bağlanmış 05 oktyabr 2005ci il tarixli, 334 nömrəli müqavilə və eyni tarixli arayışa əsasən müəyyən edib ki, İddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzili əldə etməklə, dəyərini tam ödəmişdir. Həmçinin apellyasiya şikayətinə əlavə olunmuş sənədlərə əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzilin əldə edilməsi ilə bağlı Cavabdeh MMC ilə Bayramov Abbas Atakişi oğlu arasında müqavilə bağlanmış, müqavilədə mənzilin dəyəri 137850 manat müəyyən edilmiş, 26 dekabr 2011-ci il tarixli qəbzlə 137850 manat pul vəsaiti ödənilmişdir.

14. Apellyasiya şikayətinə əlavə olunmuş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2019-cu il t arixli qiyabi qətnaməsi və Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin 17 iyun 2020-ci il tarixli «icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması» barədə qərara əsasən Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzilin Bayramov Abbas Atakişi oğluna təhvil verilməsi qət olunmuş, lakin icra icraatı zamanı aşkar olunmuşdur ki, həmin yaşayış sahəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(001)-7446/2015 saylı qətnaməsi ilə İddiaçı təhvil verilməsi qət olunmuş, sonradan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli icra sənədi üzrə həmin mənzillə bağlı 05 oktyabr 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqla rının X2 ötürülməsi, mənzilin onun adına rəsmiləşdiriliməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması qət olunmuşdur. Bu səbəbdən də Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qiyabi qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsinin icrasız məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir.

15. Apellyasiya instansiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2020-ci il tarixli qərarına əsasən onu da müəyyən edib ki, Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı iddiası qismən təmin olunmuş, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzillə bağlı 05 oktyabr 2005-ci il tarixli müqavilə üzrə tələb hüquqlarının X2 ötürülməsi, mənzilin onun adına rəsmiləşdirilməsi ilə bağlı sənədləşdirmənin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qət olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bayramov Abbas Atakişi oğlunun maraqlı şəxs kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qe yri-mümkün hesab edilmişdir.

16. Apellyasiya məhkəməsi müəyyən etdiyi işin hallarına əsasən qeyd edib ki, mübahisəli mənzilə dair “Xudafərin” MMC ilə İddiaçı arasında 05 oktyabr 2005-ci il tarixdə müqavilə, Cavabdeh MMC ilə Bayramov Abbas Atakişi oğlu arasında isə 26 dekabr 2011ci il tarixdə müqavilə bağlanmışdır. Üçüncü şəxs Bayramov Abbas Atakişi oğlu ilə bağlanmış müqavilə daha əvvəl eyni daşınmaz əmlakla bağlı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və vəzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır.

17. Apellyasiya məhkəməsi hesab edib ki, belə olan halda A.Bayramovla bağlanmış müqavilə mübahisə predmeti olan daşınmaz əmlak üzərində sonuncunun qanuni əmlak hüquqlarının yaranmasına əsas ola bilməzdi.

18. Apellyasiya məhkəməsi a pellyasiya şikayəti üzrə qeyd edib ki, üçüncü şəxs iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hər hansı halın mövcudluğunu göstərməmiş, bu istiqamətdə məhkəməyə sübut təqdim etməmişdir. Eyni mənzilə dair sonradan üçüncü şəxslə də müvafiq müqavilənin bağlanması halı isə iddiaçı ilə daha əvvəl bağlanmış müqavilənin hüquqi qüvvəsini və etibarlılığını aradan qaldırmır. Həmçinin, mübahisəli mənzil faktiki olaraq İddiaçı təhvil verilmiş, sonuncu tərəfindən mənzilə dair hüquqlar üçüncü şəxs X2 güzəşt olunmuşdur.

19. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək qeyd edib ki, həmin norma fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. B elə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur.

20. Apellyasiya məhkəməsi bu xüsusatla bağlı vurğulayıb ki, əşyaya sahiblənmə dedikdə, hüquqi sənədləşmə ilə yanaşı, həmçinin faktiki hərəkətlərlə ger çəkləşən yiyələnmə əməli başa düşülür. Sahiblik (yiyələnmə), şəxsin əşyanı özünün nəzarətində və təsir dairəsində saxlaması, kənar şəxslərin müdaxiləsindən qoruması (qapı qoyması, açarını yalnız özündə saxlaması, təmir etməsi), mütəmadi baş çəkərək onu idarə etməsi, saxlanma və kommunal xərclərini ödəməsi və s. kimi faktiki hərəkətlərdə özünü göstərir. Ona görə də, qeyd edilən aktiv hərəkətlərlə dəstəklənməyən təhvil aktı və ya müqavilə özü-özlüyündə sahiblənməni təsdiqləyən sübut kimi qəbul oluna bilməz.

21. Apellyasiya instansiyası gəldiyi nəticəni Mülki Məcəllənin 139, 452.1, 157.8-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli və Azərbaycan Respub likası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. Üçüncü şəxs Bayramov Abbas Atakişi oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə mübahisədə adı keçən mənzilin qanunu yolla müqavilə əsasında satın alınmasına istinad edilib. b) Kassasiya şikayətinə etiraz 24.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında İd diaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, kassator və onun vəkili (nümyəndəsi) məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə et mək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. «M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin mülki kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli Qərarı Mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bi lsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyas ı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

31. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

32. İddia tələbi müqaviləyə əsasən dəyəri ödənilmiş mənzilin təhvil verilməsi barədədir.

33. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05 oktyabr 2005-ci il tarixli, 334 nömrəli müqavilə və eyni tarixli arayışa əsasən iddiaçı Bakı şəhəri, Atatürk prospekti, 3078-ci Məhəllədə yerləşən yeni yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzili əldə etməklə, dəyərini tam ödəmişdir.

34. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Atatürk prospekti, 3078-ci məhəllədə yerləşən yaşayış binasında B korpusu, 12-ci mərtəbə, 3 otaqdan ibarət, sahəsi 183,8 kv.m olan mənzil Cavabdeh MMC ilə xxx arasında isə 26 dekabr 2011-ci il tarixdə müqavilə bağlanmışdır.

35. Göründüyü kimi, üçüncü şəxs xxx ilə bağlanmış müqavilə daha əvvəl eyni daşınmaz əmlakla bağlı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqavilənin qüvvədə olduğu, yəni tərəflərin hüquq və v əzifələrinə xitam verilmədiyi dövrdə bağlanmışdır.

36. Bu baxımdan, apellyasiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin hallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur.

37. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və apellyasiya şikayəti üzrə bağlı hazırki qərarın 13-21-ci bəndlərində əks olunan dəyərləndirməsini əsaslı, qanuni sayır və həmin dəyərləndirməyə istinadən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks olunanlardan görünür ki, apellyasiya məhkəməsi iddia tələbi ilə bağlı məsələləri – müqavilələrin bağlanma tarixi, əmlakın təhvil verilməsi, iş üzrə məhkəmə qərarlarının olması və s. – tam aydınlaşdırmaqla, apellyasiya şikayətinin dəlillərinə qiymət verməklə iddia tələbinə tətbiq edilm əli olan maddi hüquq normaları əsasında hüquqi qiymət verib.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) xxxx kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1848/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar