Məhkəmə qərarları › İş №2(102)-5365/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5365/2021

02.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5365/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili Vəkil və cavabdeh Gilan FMCG Trade and Distribution” MMC-nin vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)910/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Gilan FMCG Trade and Distribution” MMC arasında bağlanmış 02.10.2018ci il tarixli əmək müqaviləsinə əsasən logistika Departamentində Anbar şöbəsində fəhlə peşəsinə təyin edilmiş, müqavilə müddəti 3 ay müəyyən edilmişdir. Həmin müqaviləyə işəgötürənin 16.01.2020-ci il tarixli 10 K/Ş saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Gilan FMCG Trade and Distribution” MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməs inə müraciət edərək, onunla olan əmək müqaviləsinin ləğv edilməsinə dair 16.01.2020-ci il tarixli 10 K/Ş saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər hər ay müvafiq əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddət MMC-nin nəzdində fəaliyyət göstərən Logistika Departamentinin Anbar Şöbəsində fəhlə olaraq işləmiş, 06.01.2020-ci il tarixindən başlayaraq ona və digər işçilərə Anbar Şöbəsinin müdiri Əbülfəz müəllim tərəfindən bildirilmişdir ki, əmək müqaviləsinin yenilənməsi ilə əlaqədar olaraq, Baş ofisə gedib müvafiq sənədləri imzalamalıdırlar. O da digər işçilər kimi 15.01.2020-ci il tarixində Baş ofisə ged ərək sənədləri imzalamışdır. 16.01.2020-ci il tarixində işə gəldikdə isə ona iş yerindən bildirmişlər ki, işdən azad edilib. Elə həmin gün yenidən Baş ofisə gedərək nəyə əsasən işdən azad olunmasının səbəbini soruşduqda, X1 əmək kitabçası təqdim edilərək bildirilmişdir ki, hal-hazırda müvəqqəti olaraq işdən azad edilib, lakin onu 01.02.2020-ci il tarixindən etibarən yenidən işə çağıracaqlar. Lakin yenidən işə çağrılmamışdır. Digər tərəfdən, onun tərəfindən işəgötürənə ümumiyyətlə işdən azad edilməsi barədə ərizə təqdim edilmədiyi halda, Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə işdən azad edilmişdir. Halbuki, onun tərəfindən öz xahişinə əsasən işdən azad edilməsi barədə işəgötürənə ərizə təqdim edilməmişdir. Eyni zamanda işdən azad edilən zaman işəgötürən qanunla müəyyən edilmiş qay dada xəbərdarlıq müddəti əvəzinə aylıq əmək haqqını birdəfəlik qaydada ödənilməli olduğu halda, işəgötürən bu qaydaya da əməl etməmişdir. Bundan əlavə, işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı bir ay əvvəl işçini rəsmi xəbərdar etməlidir və yaxud da qanunla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Həmçinin xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyalarının icrasından azad edilməli idi.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1926/2020 saylı, 16.09.2020ci il tarixli qətnaməsi ilə (sədrlik edən O.Məmmədli ) iddia tələbi təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçı tərəfindən verilmiş işdən azad olma barədə ərizədən görünür ki, o, 16.01.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və nəticədə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Cavabdehin hərəkətlərində heç bir qanunsuzluq yoxdur. Mübahisələndirilən 07.01.2020-ci il tarixli ərizə iddiaçının özü tərəfindən imzalandığından, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsi nin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya icraatında iddiaçının nümayəndəsi onun işdən azad edilməsi barədə onun adından yazıldığı iddia olunan ərizədə yazıların və imzanın kim tərəfindən icra edildiyinin müəyyən olunması üçün ekspertiza keçirilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyanın 30.11.2020-ci il tarixli 2(103)8588/2020 saylı qərardadı ilə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 12.02.2021-ci il tarixli 4/1148 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş "xxxx" müəssisəsinin adına İddiaçı adından yazılmış olan 07.01.2020-ci il tarixli, tutduğu vəzifədən azad olunması haqqında ərizədə “İmza” qrafasındakı imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ərizənin yuxarı sağ tərəfindəki “Logistika, Anbar, Fəhlə İddiaçı”, “İmza” qrafasındakı “Bədəlov.H” yazıları, “Ərizə” yazısından aşağıda yerləşən “16.01”, “Tarix:” qrafasındakı “07.01.2020” rəqəmlər – İddiaçı tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(103)-910/2021 saylı qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və E.Həsənov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1926/2020 saylı, 16.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi, hesab etmişdir ki, mübahisələndirilən 07.01.2020-ci il tarixli ərizə iddiaçının ö zü tərəfindən imzalanmış və iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya kassasiya verərək, qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiaya instansiyasına qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi ilə razıdır, çünki ərizələr şirkət tərəfindən əvvəlcədən tərtib edilmişdir. Lakin o, boş blanka imza etmişdir. Məhkəmə iş üzrə şahidləri dəvət edib dindirməmişdir. İşdə iddiaçının işdən azad edilməsi barədə əvvəllər yazdığı ərizə də olmuşdur və bu hala qiymət verilməmişdir. Həmçinin iddiası işdən azad edilməsi barədə ərizə yazmış olsa belə, işəgötürən bir aylıq xəbərdarlıq müddətini gözləməli idi. Çünki Əmək Məcəlləsinin 69-cu maddəsinə görə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Lakin baxılan işdə bu cür hal olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil ka ssasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər.

15. Məhkəmə iclasında cavabdeh Gilan FMCG Trade and Distribution” MMC-nin vəkili Nümayəndə3 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə

68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardı r: a) tərəflərdən birinin təşəbbüsü. Maddə

69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Maddə

76. Əmək müqaviləsinin ləğv ed ilməsini məhdudlaşdıran şərtlər

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə

292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ

1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə

294. Fərdi əmək mübahisələrinə baxan orqanlar

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə

300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri

1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iş çinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

17. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına v ə yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

24. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki hallarına görə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinə iddiaçının ərizəsi əsasında Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş dir.

25. İddiaçının işdən çıxması barədə ərizəsinin onun tərəfindən imza edilmədiyi barədə dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza yolu ilə araşdırılmış və müəyyən edilmişdir ki, həmin ərizəyə iddiaçı özü imza etmişdir. Apellyasiya instansiyasının mövqeyinə görə, işin bu halı, işçi ilə əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuşdur.

26. İşçi yalnız yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğvinin mümkünlüyü barədə kassatorun dəlili əsassızdır.

27. Çünki işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməsinin qaydaları Əmək Məcəlləsinin 69-cu maddəsində müəyyən edilmişdir. Həmin normada imperativ şəkildə müəyyən olunmuş qaydalar ondan ibarətdir ki: işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməlidir; ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmadığı və və son haqq-hesabının aparılmasını tələb etdiyi halda işəgötürən işçinin tələblərini yerinə yetirməlidir; əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürdüyü və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verdiyi halda əmək müqaviləsinin ləğvinin mümkünsüzlüyü (bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməm iş olsun); əmək müqaviləsinin bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsinin olmaması; işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyin qadağan edilməsi.

28. Baxılan işdə iddiaçıya münasibətdə bu imperativ qaydaların pozulması müəyyən olunmamışdır.

29. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır və iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğundur.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin tələbl ərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

31. Kassatorun digər dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir və MPM-nin 407.2-ci maddəsinə əsasən bu dəlillərin araşdırılmasına yol verilmir.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 12 aprel 2021-ci il tarixli, 2(103)910/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar