Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5366/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli 2(103)3606/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.C.Qarayeva, iş № 2(008)-8494/2018) İddiaçı Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcu n və debitor borcunun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən əsas borca görə 382 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə 3163,9 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, cəmi 3193,9 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. İşin halları: Tərəflər arasında təbii qazdan istifadəyə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh təbii qazda n istifadə etmişdir. 2017-ci ildə cavabdehə məxsus mənzilə baxış keçirilərkən cavabdehin sayğacdan kənar qazdan istifadə etməsi müəyyən olunmuş və bununla əlaqədar 21 sentyabr 2017-ci il tarixə kimi dəfələrlə akt tərtib olunmuş və qazdan istifadəyə görə borc hesablanmışdır. Həmin aktlar üzrə cavabdehə cəmi 2699,4 manat məbləğində borc hesablanmışdır. Hazırkı iddia qaldırılan günə, iddiaçıya görə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində, yaranmış borc 3193,9 manat təşkil edir. 2018-ci ilin noyabr ayında İstehsalat Birliyi tərəfindən irəli sürülmüş iddia tələbində cavabdehdən həmin borcun tutulması xahiş olunmuşdur. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək 2017-ci ilin aprel ayında Birliyin əməkdaşları tərəfindən qaz xəttinə qanunsuz qoşulması aşkar olunduqda həmin xəttin ləğv edilərək ona 382 manat məbləğində borc hesablanmasını, həmin vaxtdan sonra təbii qazdan qanunsuz istifadəyə yol verməməsini, ondan iddia olunan məbləğdə borcun düzgün olmayaraq tələb olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və ondan 382 manat məbləğində borcun tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik e dənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh həqiqətən də, sayğacdan kənar təbii qazdan istifadə etmiş və həmin pozuntunu aşkar etmiş Birliyin əməkdaşları tərəfindən ona 2699,4 manat məbləğində borc hesablanmış və ondan əvvəl ödəmədiyi 494,5 manat borc da nəzərə alınmaqla qazdan istifadəyə görə cəmi 3193,9 manat məbləğində borcu yaranmışdır. Həmin pozuntunun baş verməsini sübuta yetirilmiş hesab edən apellyasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına və İddiaçı Layihə-Konstruktor Bürosu tərəfindən hazırlanmış “Qaz işlədicilərinin nominal saatlıq qaz sərfləri və şərti işarələr”ə əsaslanmaqla hesab etmişdir ki, borcun məbləği düzgün müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan q
Məhkəmə qərarları › İş №2(102)-5366/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5366/2019
07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver