Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5367/2021 01.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, dəbbə pulunun azaldılması, ipoteka predmetinin ilkin satış qiyməti, likvid qiymət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, Cavabdeh və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5978/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 01 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “ (İddiaçı) Açıq Səhmdar Cəmiyyətinin “Avtoinvest” filialı (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 24 oktyabr 2014-cü il tarixli 86 nömrəli kredit müqaviləsinə əsasən, Bank cavabdehə 24 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 55.000 manat məbləğində kredit vermişdir. Həmin tarixdə bağlanmış 86 nömrəli ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi cavabdehin mülkiyyəti ndə olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 7, mənzil 4 (bundan sonra – ipoteka predmeti) Bankın xeyrinə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən əmlakın bazar dəyəri 100.000 manat, likvid dəyəri 85.000 manat müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 53.647,68 manat məbləğində əsas kredit borcu, 29.685,51 manat faiz borcu, 37.040,11 manat cərimə borcu olmaqla, cəmi 120.373,30 manat borcun, 31 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bankın xeyrinə 53.647,68 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 23.641,17 manat faiz, 66.224,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən 18.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 7.330,80 manat borc, ümumilikdə 150.843,95 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, Bankın kredit tələbinin satılmış əmlak hesa bına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzil satıldıqda cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdeh 1 ay ərzində həmin mənzili tərk etmədiyi halda məcburi qaydada çıxarılaraq, mənzilin boşaldılması və Banka təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bank tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bank tərəfindən təqdim edilmiş 23 iyul 2019-cu il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, cavabdehin 24 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18 iyul 2019cu il tarixədək 53.647,68 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 23.641,17 manat faiz, 66.224,30 manat cərimə, müqavilənin bitdiyi tarixdən 18.07.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 7.330,80 manat borc, ümumilikdə 150.843,95 manat məbləğində borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2019-cu il tarixli, 22764 nömrəli rəyində qeyd olunmuşdur ki, cavabdehin kredit müqaviləsinin müddəti bitən tarixə, yəni 24.10.2016-cı il tarixə Banka olan borcu 53.647,68 manat əsas, 23.641,46 manat faiz borcu olmaqla, ümumilikdə 77.289,14 manat təşkil edir. İş üzrə keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli, LP-227/19 saylı rəydə qeyd olunmuşdur ki, ipoteka predmeti olan mənzilin orta bazar dəyəri 150.000 manat təşkil edi r. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-156/2020 nömrəli iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Talıbov) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən kredit müqaviləsi üzrə əsas borc məbləği 53.647,68 manat, faiz borcu üzrə 23.641,17 manat, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 7.330,80 manat, cərimə borcu üzrə 500 manat olmaqla, cəmi 85.119,65 manat borc və 30 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin Banka olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının də yəri olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bank müqavilədə göstərilən məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə ekspert rəyini əsas götürməklə hesab etmişdir ki, cavabdehdən əsas və faiz borcu rəydə göstərilən məbləğdə tutulmalıdır. Bundan başqa, gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 7.330,80 manat iddiaçının xeyrinə tutulması barədə iddia tələbi də əsaslıdır. Bununla belə, məhkəmə tələb olunan cəriməni əsas təl əbə nisbətdə tənasübsüz yüksək hesab etmiş və cəriməni 500 manata azaltmışdır. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini əsaslı hesab etmiş və ekspert rəyini nəzərə almaqla onun ilkin satış qiymətini 150.000 manat müəyyən etmişdir. Məhkəmə, həmçinin belə qənaətə gəlmişdir ki, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehin mənzildən çıxarılması hissədə iddia rədd olunmalıdır. Belə ki, ipoteka qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş ve rməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 203.1, 319.1, 385.1, 442, 443.1, 448.1, 462.1, 465.2, 467, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 101.3, 103.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İpoteka haqqında” Qanun) 33, 34.1.1, 34.1.2, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bank apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin cərimə hissə sində tam təmin edilməsini, əmlakla bağlı təkrar qiymətləndirmə ekspertizasının təyin olunmasını və yeni ekspert rəyi əsasında əmlakın ilkin satış (likvid dəyəri) qiymətinin müəyyən olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlakın hazırkı bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamədə müəyyən olunmuş qiymət əmlakın real dəyərini əks etdirmir. Belə ki, ipoteka müqaviləsi 24 oktyabr 2014-cü il tarixində bağlanmışdır. İpoteka müqaviləsinə əsasən əmlakın bazar dəyəri 100.000 manat, likvid dəyəri 85.000 manat müəyyən edilmişdir. Həmin vaxtdan 6 ilə yaxın müddət keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhə miyyətli dərəcədə aşağı düşmüşdür. Həmçinin, cərimə borcunun kredit müqaviləsi üzrə 500 manat müəyyən edilməsi 66.224,30 manat dəbbə borcu ilə müqayisədə tənasübsüz surətdə azdır. Məhkəmə cərimə məbləğini müəyyən edərkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5978/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissəd ə işin faktiki halları, tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçı şikayətində ekspert rəyinin düzgün olmadığını və mənzilin qiymətinin real bazar dəyərindən aşağı olduğunu qeyd etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi dəbbə pulunun azaldılması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bununla bağlı dəlili də əsassızdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil) kassasiya şikayətində apellyasiya instansi yası məhkəməsi qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə maddi hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Şikayətdə qeyd olunmuşdur ki, aparılan təhlil və hesablamalar nəticəsində, ipoteka predmeti olan mənzilin hazırkı bazar qiyməti qiyməti 69.500 manat, likvid dəyəri isə 59.000 manat müəyyən edilmişdir. Belə ki, Bakı şəhərinin mərkəz hesab olunan rayonlarında yerləşən və mübahisələndirilən mənzildən daha yaxşı vəziyyətdə olan 2, 3 otaqlı, ümumi sahəsi 50 kv.metrdən daha çox olan mənzillərin real bazar qiyməti 150.000 manat deyildir. Odur ki, ipoteka predmeti olan mənzilin real bazar qiymətinin 150.000 olması qeyrimümkündür. Bu səbəbdən təkrar qiymətləndirmə ekspertizası keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 1 №-li qərardadında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Lakin məhkəmə qətnamədə ilkin satış qiymətini müəyyən edərkən əmlakın likvid qiymətini deyil, bazar dəyərini nəzərə almışdır. Bundan başqa, məhkəmə cərimə borcunun məbləğ ini azaldarkən Mülki Məcəllənin 467-ci maddəsinə istinad etsə də, maddənin ikinci hissəsini mübahisəli münasibətlərə tətbiq etməmiş, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə almamışdır. Dəbbə pulunun həcmini azaldarkən məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalı idi. Həmçinin, məhkəmə Mülki Məcəllənin 465.2-ci maddəsini nəzərə almamışdır. Həmin şərt kredit müqaviləsində öz əksini tapmışdır. Kassasiya şikayətinin əsası kimi, “İpoteka haqqında” Qanunun 1.0.9, 39.3, 39.3.3-cü, MPM-in 9.3, 76.1, 80, 88, 102.2, 206, 217.3-cü, Mülki Məcəllənin 465.2, 467-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatlar ı Məhkəmə iclasında iştirak edən Bankın vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdeh və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasə n kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Bankın apellyasiya şikayəti əsasında dəbbə pulu tələbinin təmin olunmaması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının az aldılması istisna edilir (maddə 467). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3.3. Mə hkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı: Bənd
11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxım dan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21....kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların möv cudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (maddə 88). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulu tələbinin təmin olunmamış hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hi ssədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 467-ci maddəsinin düzgün tətbiq edilmədiyi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, işə baxmış birinci instansiya məhkəməsi cərimə borcuna münasibətdə həmin maddəni tətbiq etməklə iddia tələbində irəli sürülmüş cərimə məbləğini tənasübsüz yüksək hesab edərək onu azaltmışdır. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində belə qənaətə gəlmişdir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanunidir. Şikayətin istinad olunan dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini əmlakın likvid qiyməti əsasında deyil, bazar dəyəri ilə müəyyən etmişdir. Halbuki ipoteka haqqında qanunvericilik (“İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsi) ipoteka predmetinin ilkin satış qiymətinin müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin likvid qiyməti əsasında müəyyən edilməsini tələb edir. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yu xarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5978/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi qismən – ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə dəbbə pulu tələbinin təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.