Məhkəmə qərarları › İş №2(102)-5368/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5368/2021

25.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5368/2021 25.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar X23, İddiaçı2 və İddiaçı3 cavabdehlər Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi və X7 qarşı “hüquqi əhəmiyyəti olan mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vərəsələr tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarə t tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçıların vəkili Nümayəndə və cavabdeh X5 vəkili X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(103)-3349/2021 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 27.04.2018-ci il tarixli, seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, X rayonu, X küçəsi, ev X, mənzil 4 X6 mülkiyyətində olmuşdur. 130 nömrəli MKİS tə rəfindən verilmiş 08.05.2018-ci il tarixli, 222 nömrəli arayışda qeyd edilmişdir ki, mərhumə X16 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X13 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. 130 nömrəli MKİS tərəfindən verilmiş 29.X.2019-cu il tarixli, 716 nömrəli arayışda X6 ailə üzvləri X17, İddiaçı1, Cavabdeh2, X14, X13 olduğu qeyd edilmişdir. X14 09.08.20X-ci il tarixdə, X24 13.01.2012-ci il tarixdə ölmüşdür. Saatlı rayon Qeydiyyat şöbəsinin 293164 nömrəli, 23.02.1983-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X18 23.02.1983-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmişdi r. Nikah bağlandıqdan sonra ərə X, arvada Xa soyadı verilmişdir. Qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(103)X173/2019 saylı qətnaməsi ilə iddiaçi X38 oglunun cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3, Bakı səhəri 7 sayli notariat kontoruna və Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarsı "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsiz hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı səhəri, X Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(003)-2658/2018 saylı qətnaməsindən iddiaçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı sə həri X Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2 (003)-2658/2018 saylı qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunmuşdur. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən cavabdeh İddiaçı2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V-100 reyestr nömrəli, cavabdeh İddiaçı1 adına verilmiş 16 may 2018-ci il tarixli 2V108 reyestr nömrəli, cavabdeh İddiaçı3 adına verilmiş 17 may 2018-ci il tarixli 2V-X3 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmış və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavabdehlərin adına verilmiş çıxarış ləğv edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçılara ünvanlanmış ünvan 1i məktubunda qeyd edilmişdir ki, mərhum X3 miras qalmış Bakı şəhəri, X rayonu, X küçəsi, ev X, 4 saylı ünvanında yerləşən mənzilə dair yuxarıda qeyd edilən şəxslərin mirasın faktiki qəbul etmələri məhkəmə qaydasında müəyyənləşdirilməli olduğundan həmin şəxslərə vərəsəlik şəhadətnamələrinin hazırda verilməsi mümkünsüzdür. Yuxarıda yazılanları nəzərə alaraq xahiş edirik ki, məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət edəsiniz. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar X23, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pay bölgüləri aparılmaqla qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 və X9 birgə nikahından X19, X24, X23, İddiaçı2 və İddiaçı2 doğulmuşlar. İddiaçı2 evlənməmiş, övladı olmamışdır. X4 12 may 1976-cı ildə, miras qoyan X25 05 avqust 2001-ci ildə, X20 09 avqust 20X-ci ildə, X24 isə 13 yanvar 2012-ci ildə ölmüşlər. Bakı şəhəri, X rayonu, X küçəsi, ev X, 4 saylı mənzil 27.04.2018-ci il tarixdə mərhum X Xanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. X X ailə qurandan sonra mübahisəli mənzildə yaşamağa başlamış, X Xa öləndən sonra X X arvadının şəhərdə işləməsi səbəbindən bir müddət köçüb şəhərdə yaşayıb, 1-2 ildən sonra yenə həmin mənzilə qayıtmışdır. Bir müddət sonra X Buzovnada özü üçün ev tikdirib ora köçmüş, miras mənzil sahibsiz qalmışdır. Evin sahibsiz qalmamaması üçün qardaşlar qərara gəlmişlər ki, evi satsınlar, bununla bağlı X Xa bildirmişlər, sonuncu isə məhkəməyə mür aciət etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlərini oğlanları X23, X19, İddiaçı2 aparmışlar və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. Əlavə edilən 29.X.2017-ci il tarixli 182813 nömrəli və 08.05.2018-ci il tarixli 196902 nömrəli mədaxil qəbzlərindən görünür ki, mənzil kommunal xidmət haqqı X23 tərəfindən X rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödənilmişdir. Əlavə edilən sənədlərdən aydın olur ki, mənzilə dair ödəmə sənədləri və bildirişlər X27, X Xanın adına, telefon xidmətlərindən istifadə üzrə ödəmə sənədləri X Xun adına tərtib edilmişdir. Tərəflər arasında əvvəlki məhkəmə araşdırılmalarından o da məlum olur ki, mərhum X Pirimovanın qırx mərasimindən sonra mirasın daşınar və tərkib hissəsini bölərək, evin miras qoyana məxsus bir sıra əşyalarını X Xa, paltartikən maşını İddiaçı2 vermişlər. Bundan başqa, qədimi xalçalar İddiaçı2la X X arasında bölüşdürülmüş, X Xa gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Bu hal faktiki olaraq mirasın tərkib hissələrinin iddiaçılar tərəfindən faktiki qəbul edilməsini tam təsdiq edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddiaçılar X23, İddiaçı2 və İddiaçı3 “Pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsinin təmin edilməsi haqqında” iddia ərizəsindəki tələbin həcmini “hüquqi əhəmiyyəti olan mirasın iddiaçılar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbini də əlavə etməklə, “hüquqi əhəmiyyəti olan mirasın iddiçilar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəl ik şəhadətnamələrinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 25 noyabr 2020-ci il tarixli iclasında iddaçı İddiaçı2 izahatında bildirmişdir ki, mübahisə predmeti olan ev anasınındır. Evi o rəsmiləşdirmişdir. Evdə anası və kiçik qardaşı Fazil yaşayıb. X həmin vaxtlar evdən çıxmış və kirayədə yaşayırdı. Anasının xahişi ilə X evə qaytımışdır. 2001-ci ildə anası vəfat etdikdən sonra kiçik qardaşı Fazilə Xla yaşamaq çətin olmuşdur. X da ordan köçərək ayrı yaşamışdır. 20X-ci ildı Fazil vəfat etmişdir. Sonrada evin açarları Xda olduğundan eve gedib gələ bilməmiş və bu müddət ərzində X polis orqanlarında işlədiyindən ondan çəkinmişlər. 2013-cü ildə evlə bağlı vərəsəlik məsələsini qaldırmaq istəmiş, lakin iddiaçı Sarayın əri vəfat etdiyindən bu mümkün olmadı. Bir müddət s onra evlə bağlı sənədləri Xdan istədikdə, o sənədləri itirdiyini bildirdi. Bundan sonra notariat kontoruna müraciət edilmiş və məsələ bu qədər uzanmışdır. Məhkəmənin 25 noyabr 2020-ci il tarixli iclasında İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Xın miras əmlakda payı olduğunu etiraf etdiklərini, hazırkı mülki iş üzrə müddət iddianın predmeti olmadığını bildirmişdr. Məhkəmənin 25 noyabr 2020-ci il tarixli iclasında iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçılar X Xun həmin mülkə onların xahişi ilə qayıtdığını etiraf etmiş, miras onun tərəfindən faktiki qəbul edilmişdir. Eyni tərəflər arasında eyni predmet üzrə artıq məhkəmə aktları mövcuddur. İddiaçı tərəf müddətin ötürüldüyünü etiraf etmişdir, iddiaçı tərəfindən əsas götürülmüş mirasın faktiki qəbulu məsələsi də müddət tələb edir. Bu müddət iki aydır. İddia tələbini tam əsassızdır. Bakı şəhəri X Rayon Məhkəməsinin (hakim Zaur Tağıyev) 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, 05.08.2001-ci il tarixdə vəfat etmiş X10 məxsus olan (Bakı şəhəri, X rayonu, X küçəsi ev X, mənzil 4) miras əmlakın iddiaçılar X23, İddiaçı2 və İddiaçı3 tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, 05.08.2001-ci il tarixdə vəfat etmiş X10 məxsus olan (Bakı şəhəri, X rayonu, X küçəsi ev X, mənzil 4) miras əmlaka iddiaçılar X23, İddiaçı2 və İddiaçı3 1/4 hissədə payının müəyyən edilməsi, X10 məxsus olan (Bakı şəhəri, X rayonu, X küçəsi ev X, mənzil 4) miras əmlakın ¼ hissəsində iddiaçıla r X23, İddiaçı2 və İddiaçı3 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, X rayonu, X küçəsi, ev X, mənzil 4 X6 mülkiyyətində olmuşdur. X16 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 130 nömrəli MKİS tərəfindən verilmiş arayışda X6 ailə üzvlərinin X17, İddiaçı1, Cavabdeh2, X14, X13 olduğu qeyd edilmişdir. X1 övladları X14, X17 vəfat etmişdir. X16 vəfat etdikdən sonra mənzildə abadlıq işlərini oğlanları X, X, Nazim aparmışlar və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. İşdə olan (Azəriqaz, Azərpoçt, Bakı Elektikşəbəkə) mədaxil qəbzlərindən görünür ki, mənzil kommunal xidmət haqqı həm X X, həm X X tərəfindən ödənilmişdir. İş materiallarından aydın olur ki, mübahisəli mənzilə dair ödəm ə sənədləri və bildirişlər X15, X Xanın adına, tərtib edilmişdir. Mülki işijn materiallarına əlavə edilmiş qətnamələrdən də aydın olur ki, X10 məxsus mirasın daşınar hissəsi bölünərək, miras qoyana məxsus əksər əşyalarını X Xa, paltartikən maşını İddiaçı2 vermişdir. Bundan başqa qədimi xalçalar Nazim Pirimova və X Pirimov arasında bölüşdürülmüş, X Xa gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Göründüyü kimi tərəflər mirasin bir hissəsi sayılan daşınar əmlaklara yiyələnməklə mirası tamamilə qəbul etmişlər. Vərəsələr tərəfindən miras əmlakla bağlı formal hərəkətlər həyata keçirilməsə də, qeyriformal olaraq mirasın qəbulu ilə bağlı hərəkətlər həyata keçirilmişdir. Belə ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilmə sindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. X16 vəfat edtdikdən sonra onun ailə üzvləri (qanun üzrə vərəsə olan) X21, XX, X12 miras əmlakı (Bakı şəhəri, X rayonu, X küçəsi ev X, mənzil 4) faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Cavabdeh X2 iddiaçılar X23, İddiaçı2 və İddiaçı3 05.08.2001-ci il tarixdə vəfat etmiş X10 məxsus (Bakı şəhəri, X rayonu, X küçəsi ev X, mənzil 4) əmlakı iddiaçılar tərəfindən qəbul edilməsi faktının müə yyən edilməsi və pay bölgüləri aparılmaqla, qanun üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi barədə iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin işin faktiki hallarında göründüyü kimi iddiaçı miras əmlakı faktiki idarə edilməklə qəbul etmişdir. Əgər vərəsə miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamışdırsa miras əmlak qəbul edilmiş hesab edilir. X10 məxsus mirasın daşınar hissəsi bölünərək, miras qoyana məxsus əksər əşyalarını X Xa, paltartikən maşını İddiaçı2 vermişdir. Bundan başqa qədim i xalçalar Nazim Pirimova və X Pirimov arasında bölüşdürülmüş, X Xa gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Bundan başqa 130 nömrəli MKİS tərəfindən verilmiş 08.05.2018-ci il tarixli, 222 nömrəli arayışda qeyd edilmişdir ki, X16 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X13 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası mülki Məcəlləsinin X33, X34.1, X45, 1243.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri X rayon Məhkəməsinin 2(003)-784/2020 nömrəli, 26 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə daşınar əşyaların iddiaçılar tərəfindən qəbul edilməsi, bununla da miras əmlakın bir hissəsinin faktiki sahiblik və ya idarə edilməsi ilə, miras əmlakın tamamilə qəbul edilmiş olması qənaətində olmuşdur. Daşınar əşyalara münasibətdə miras əmlakın iddiaçılar tərəfindən qəbul edilməsi işin halları ilə sübut edilməmişdir. Hazırki mülki işdə, eyni zamanda bundan öncəki iddiaçı X19 tərəfindən qaldırılmış iddia tələbi üzrə mülki işdə daşınar əşyaların bir hissəsinin X X, İddiaçı2 tərəfindən sahiblik və ya idarə edilməsi qeyri-müəyyən olaraq qalmışdır. Hazırki iddia tələbində iddiaçılar X26ma məxsus olan paltartikən maşının İddiaçı2 verildiyini, qədimi xalçaların İddiaçı2la X X arasında bölüşdürüldüyünü, gümüş sırğa və naz ik qızıl üzüyün, qızıl saatın X Xa verildiyini bildirsələr də, həmin əşyaların həqiqətən miras qoyana məxsus olduğu və o öldükdən sonra əşyaların iddiaçılarda olmasını təsdiq edən sübutları (məsələn fotoşəkillər, videoçəkiliş və s.) məhkəməyə təqdim etməmişdirlər. Halbuki, mülki işlərdə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 23 iyun 2021-ci il tarixli 2(103)3349/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri X rayon Məhkəməsinin 2(003)-784/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mirasın qəbulu elə bi r hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki onların miras əmlak ı faktiki (qeyri-rəsmi üsulla) qəbul etmiş olduğu iş materialları ilə ümumiyyətlə müəyyən olunmur, iddiaçıların iddia tələbindən qədimi xalçalar İddiaçı2la X X arasında bölüşdürülmüş, X Xa gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmiş olması barədə irəli sürdükləri isə mirasın faktiki qəbul kimi dəyərləndirilə bilməz. İddiaçılar ilk növbədə, paltartikən maşın, xalça, qızıl saat, gümüş sırğaların mövcudluğunu; daha sonra o əşyaların həqiqətən mərhum X Xaya məxsus olduğunu və onlara miras olaraq qaldığını; həmin əşyaların hansı formada gəlib iddiaçılara çatmasını; həmin əşyaların iddiaçılarda olduğunu, yəni əşyalara faktiki sahiblik etdiklərini, eyni zamanda həmin əşyaların məhz, mərhumun sağlığında deyil, ölümündən sonra iddiaçılara keçməsini sübut etməli olsalar da, bu barədə nə bir inci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsi heç bir sübut təqdim etməmişlər. Buna görə də, həmin hal miras əmlakın iddiaçılar tərəfindən faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi İş materiallarında olan 130 nömrəli MKİS tərəfindən verilmiş 08.05.2018-ci il tarixli, 222 nömrəli arayışda mötəbər sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, göstərilən arayışda qeyd olunmuşdur ki, “mərhumə X16 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlər oğlanları İddiaçı1, Cavabdeh2, X13 aparmış və mənzilin kommunal xidmətlərini birgə ödəmişlər. Kollegiya mərhumə X Pirimovanın vəfatından 17 il sonra verilmiş və özündə əvvəlki illəri ehtiva edən arayışı inandırıcı hesab etmir. Belə ki, həmin arayışda id diaçıların 2001-ci ildən etibarən kommunal haqları ödəmələri sübuta yetirilə bilməmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-X73/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qətnaməsində cavabdehlər X23, İddiaçı2, İddiaçı3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürüldüyü qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəllənin X46, 1243, 1246, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinadən əsaslandırmışdır. İddiaçılar birgə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair qərar qə bul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras əmlaka dair iddiaçı və cavabdehlərin vərəsəlik hüquqları Mülki Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmay araq, o, mirası tamamilə qəbul etmişdir. İşin hallarından məlum olur ki, vərəsələr miras əmlak barədə susmamışlar. Belə ki, miras açıldığı vaxtdan mübahisəli mənzildə abadlıq işləri aparmış, mənzil kommunal xidmətlərini ödəmişlər. Eləcə də tərəflər mirasın bir hissəsi sayılan əmlaklara sahiblənməklə, mirası tamamilə qəbul etmişlər. Onların mirasın bir hissəsini qəbul etmələri, onların mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tam qəbul etmələri kimi sayılmalıdır. Cavabdeh X X kassasiya şikayətinə dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsi tam və hər tərəfli araşdırma aparmaqla iş üzrə obyektiv və ədalətli qətnamə qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Nümayəndə şikayəti nin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh X Xun vəkili Vüqar Babayev kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdir. Cavabdeh Bakı şəhəri 7 saylı xüsusi Notariat ofisinin xüsusi notariusu N.Vədətova məktubla məhkəməyə müraciət edərək işlərinin çoxluğunu nəzərə alaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə X46. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsə liyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam bax dıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mö vqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin X51-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.“Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəll ənin X53-cü maddəsi). Bunlar Xent öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin X33-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəl lənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli qərarı ) Məhkəmə kollegiyası hesab edir ki, miras q oyana məxsus olması və miras əmlak kütləsinə daxil olub-olmaması müəyyən olunmayan əşyaların iddiaçılara anaları tərəfindən verilməsinin iddiaçıların mirası qəbul etməsi kimi qiymətləndirilməsi Mülki Məcəllənin 1243.2, 1243.3 və 1246-cı maddələrinin müddəaları ilə uzlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayə ti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 223 iyun 2021-ci il tarixli 2(103)-3349/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar