Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-537/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə çəkilmiş xərclərə görə pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə çəkilmiş xərclərə görə pul tələbinə dair” ilk iddiası, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “məişət əşyaları və pul tələbinə dair” qarşılıq lı iddiası ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-322/2022 nömrəli mülki iş üzrə 4 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qızları X2 əri olmuş, onlar rəsmi nikah münasibətlərində olmaqla ailəli olmuşlar.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)5377/2017 nömrəli qətnaməsinə əsasən, cavağdehlərin qızı Əsmər Əliyeva ilə İddiaçı Ramız oğlu arasında xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akı qeydləri kitabında 264 nömrə ilə qeydiyyata alınmış nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə çəkilmiş xərclərə görə pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18523 manat məbləğində maddi ziyanın, 5000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlər in qızı Əsmər Əliyeva ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra ailəsinə məxsus olan evdə yaşamağa başlamışlar. Həmin ərəfələrdə maddi imkanı bir qədər yaxşı idi. Qayınanası (eyni zamanda doğma xalasıdır) Cavabdeh1 bunu bildiyindən ona məsləhət görmüşdür ki, onun faktiki yaşadığı ünvan 1 ünvanda ona məxsus torpaq sahəsində yaşayış evi tikdirsin və gələcəkdə həmin evi satmaqla və ya hər hansı bir formada dəyərləndirməklə gəlir əldə edər. Həmin ərəfəiərdə maddi durumumun yaxşı olduğu üçün onun fikrinə etiraz etməmişdir. Həmin torpaq sahəsində bir neçə ev tikdirməyə başlamışdır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ümumi olaraq 170 kv metrlik sahəsi olan yaşayış evi tikdirmişdir. Cavabdehlərin özünə məxsus olan digər yaşayış evinin təxminən 150 kv metr yaxın hissəsini isə əsaslı şəkildə təmir etdirmişdir. Buna səbəb isə o idi ki, cavabdehlər həmin yaşayış evini kirayə verirdi. Bununla da kirayə haqqını artırırdı. Onun çəkdiyi xərci isə kirayə haqqından ona qaytarmalı idi. Bü cür razılaşmaya səbəb isə onların qohumluq münasibətlərindən irəli gəlirdi. Daha sonra həyat yoldaşı X5 ilə aralarında olan münasibətlər pisləşməyə başladı. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5377/2017 saylı, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Əsmər Əliyeva ilə aralarında olan nikah pozulmuşdur. Aralarında olan münasibətlər pisləşdiyindən cavabdehlər onu onun torpaq sahəsində tikdirdiyi yaşayış evinə buraxmadılar. Cavabdehlərlə şifahi olaraq razılıq əldə etmək üçün müraciət edərək çəkilmiş xərclərin ödənilməsini xahiş etmiş, lakin heç bir formada müs bət nəticə əldə edə bilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin yerləşdiyi ərazi plana düşmüş və evin 1 kv metrənin dəyəri isə 1200-1500 manat civarındadır. O, həmin yaşayış evlərini əsaslı olaraq yüksək səviyyədə tikdirib, təmir elətdirmişdir. Cavabdeh isə onun ümumi 280 kv metr sahəsi olan tikdirdiyi yaşayış evinin plana düşməsindən istifadə edərək əsassız şəkildə gəlir əldə etmək niyyətinə düşmüşdür. Cavabdehlərin yaşayış evinə çəkdiyi xərcləri qaytarmamaqla ona 5000 manat mənəvi ziyan vurmuşdur. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 12570 manat və 6500 ABŞ dolları dəyərində məişət əşyaları, 10000 manat mənəvi ziyanın alınaraq onl ara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışlar ki, xx.xx.2014-cü ildə mülki iş üzrə İddiaçı Əsmər Əliyeva ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, nikahlarından iki övladları anadan olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı doğma bacısı oğlu olduğu üçün milli mentalitet və qohumluq münasibətlərinin qorunub saxlanılması üçün onun vurduğu maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. Lakin iddiaçı zənn edirdi ki, onun barədə məhkəməyə müraciət edərək onlara vurduğu maddi və mənəvi ziyanı tələb edəcəklər. O, bundan qorxaraq onları qabaqlayaraq məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ona və həyat yoldaşına şər və böhtanlar ataraq əsassız olaraq maddi və mənəvi ziyan tələb edir. Qızına cehiz əşyaları kimi bir ədəd 1500 manat dəyərində kondisioner, Almanya istehsalı iki ədəd avropa qapıları (hər biri 500 manat olmaqla 1000 manat), Beko markalı qabyuyan-300 manat, 4 gözlü qaz plitəsi-470 manat, generator 1 ədəd - 300 manat. Hətta qızı gəlin köçəndə həyat yoldaşı “Bank of Baku”dan 4000 ABŞ dolları, yeznəsinin adına - X1 2500 ABŞ dolları, o özü isə “Accsess Bank”dan 7000 manat kreditə pul götürmüşdür, 2000 manat dəyərində “Əmrah Bank”dan soyuducu götürmüşdür. Bu əşyaların ümumi dəyəri 12570 manat və 6500 ABŞ dolları təşkil edir. Dəfələrlə iddiaçıdan əşyaları geri tələb etsə də, iddiaçı nə əşyaları nə də onun dəyərini onlara könül lü şəkildə ödəməkdən imtina edir. İddiaçı öz iddia ərizəsində heç bir hüquqi əsası olmayan əsassız iddia tələbi ilə evin təmirinə çəkilən xərcləri tələb edir. İddiaçı əmlakı və pulu qaytarmamaqla onlara 10000 mana mənəvi zərər vurmuşdur. Evinin ümumi sahəsi 140 kv metr ibarətdir. İddiaçı isə şər və böhtan ataraq bildirir ki, evin sahəsi 280 kv metrdir. İddiaçı ona məxsus mənzili yüksək səviyyədə təmir etdirdiyini qeyd edir. Əslində isə onun iddiasının heç bir hüquqi əsası yoxdur.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-567/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova), ilk İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evinin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 18523 manat məbləğində maddi ziyan, 5000 manat mənəvi ziyan və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb ona verilmə tələbinə dair ilkin iddiasının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı məişət əşyalarının dəyəri kimi 12570 manat və 6500 ABŞ dolları məbləğində pul, 10000 manat mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddianın Cavabdeh1 Təbliğat qızından və Cavabdeh2 mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 18523 manat məbləğində maddi ziyan tələbinə dair hissəsi üzrə araşdırma idiiaçının göstərdiyi hallar öz təsdiqini tapmamış, ilk iddiaçı iddia tələbinin əsasları faktiki əsaslarıı sübuta yetirə bilməmiş, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə ilkin iddiaçının təqdim etdiyi sübutlar, o cümlədən şahid ifadələri ilə bağlı qeyd etmişdir ki, dindirilmiş şahidlərin mülki iş üzrə tərəflərlə qohumluq, həmçinin tanışlıq münasibətlərinin olması, o cümlədən şahidlərin ifadələri və onların ifadələri ilə tərəflərin ifadələri arasında ziddiyətlərin olması şahid ifadələrinin mötəbər sübut kimi dəyərdəndirilməsini istisna edir. İlk iddiaçı görülən işlərin və istifadə edilmiş malların dəyəri, həmin işlərin və malların müqabilində hansı məbləğdə ödənişlərin aparılması, görülmüş işlərin müqabilində cavabdehlərin pul öhdəliyi daşımalarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
10. Məhkəmə həmçinin hesab etmişdir ki, ilk iddiaçı mənəvi zərərin tutulmasını tələb etsə də, qeyri maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə s irri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq ona mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, ilkin iddia mənəvi zərərin tutulmasına dair hissədə də rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məişət əşyaları, yaxud onların dəyəri olan 12570 manat və 6500 ABŞ dolları tələblərini hissəsdə qarşılıqlı iddianı araşdıraraq belə hesab etmişdir ki, qarşılıqlı iddiaçılar tələb etdikləri əşyaların mövcudluğu, o cümlədən onların dəyəri və digər səciyyələndirən xüsusiyyətləri, həmin əşyaların hal-hazırda qarşılıqlı iddia üzrə cavabdehin qanunsuz sahibliyində olduğunu, təsdiq edilməsi üçü n məhkəməyə yetərli sübut təqdim etməmişdir.
12. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianın mənəvi ziyana görə 10000 manat ödənilməsi hissəsində araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçılar mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdehin qeyri-maddi nemətərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozaraq onlara mənəvi sarsınıtı, iztirab verdiyini əsaslandıran hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, qarşılıqlı iddia mənəvi zərərin tutulmasına dair hissədə təmin edilməməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 21.1, 21.2 və 157.2, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti vərərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prossesııal huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunsada və cavabdeh tərəf bu sübutları istisna edən mötəbər dəlillər təqdim etməsədə, məhkəmə yenə cavabdehin mövqeyindən ç ıxış edərək, çəkişmə prinsipinin tələblərini pozmuş, sübutları obyektiv qiymətləndirməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində göstərir ki, təmir işlərinin görülməsi öz təsdiqini tapır, lakin bunun əvəzinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi isə öz təsdiqini tapmır. Lakin məhkəmə mental dəyərləri nəzərə almamışdır. Belə ki, o, evli olduğu üçün həmin vaxt öz həyat yoldaşının valideynlərindən təmirə görə ödədiyi pulun geri qaytarılmasını müqavilə ilə rəsmiləşdirməyi tələb edə bilməzdi. Həmçinin qayınanası onun doğma xalası olduğu üçün ondan evli olduğu zaman xərclənmiş pulun əvəzini rəsmi müqavilə bağlamaqla tələb etməsi mümkün deyildi və mental dəyərlər baxımından heç bir məntiqlə izah oluna bilməzdi. O, mümkün olan bütün sübutları təqdim etmiş, şahid ifadələri ilə bu hallar təsdiq ed ilir, həmçinin şahid ifadələri ilə də təsdiq olunur ki, o, həmin evin tikilməsinə müəyyən xərc çəkmişdir. Məhkəmə işə baxılmasına formal yanaşmış, sübutları düzgün qiymətləndirməmiş, çəkişmə prinsipi qaydalarına riayət etmədən, yalnız özünün fərziyələrinə əsaslanmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-322/2022 nömrəli iş üzrə 4 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə apеllyasiya şikayətlərində sada lanan dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еtmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386, 421.2, 428.4, 439.1, 442, 445.1, 445.2, 449.4, 462.3 və 467, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 217.4, 218.3, 372.1, 372.6, 372.7 və 384.0.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı sübutlarını nəzərə almamışdır. O, mümkün olan bütün sübutları məhkəməyə təqdim etmişdir. Şahid ifadələri ilə də təmir işlərinin aparılması təsdiq edilmişdir. Qaynanası iddiaçının öz doğma xalası olduğu üçün ondan evli olduğu zaman xərclənmiş pulun əvəzini rəsmi müqavilə bağlamaqla tələb etməsi mümkün deyildi və mental dəyərlər baxımından heç bir məntiqlə izah oluna bilməzdi. Bəzi şahidlər həm cavabdeh, həm də iddiaçı ilə qohum olduğu üçün onlar bir qohuma yaxşı görsənmək üçün yalan ifadə verə bilməzlər, çünki bu zaman digər tərəf ilə münasibətləri pisləşə bilər. Odur ki, şahidlər hər iki tərəflər münasibətlərini pisləşdirməmək üçün obyektiv və duzgün ifad ə vermişdir. Cavabdehlər mülki hüquqlarından sui istifadə edib, təmirə görə çəkilmiş pulu ödəməkdən imtina edirlər.
21. İddiaçı və qarşılıqlı idida üzə cavabdeh şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71 və 127-ci Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 425.1, 1091, 1092, 1096.1 və 1097.1, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1 və 217.4cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödən ilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurul masıdır.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən halla ra yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Kassa siya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
45. Məhkəmə kollegiyası b ir daha qeyd etməyi zəruri hesab edir ki, ilk ididaçı və qarşılıqlı iddia üzrə cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən aşağı instansiya məhkəmələri tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır, kassasiya instansiyası məhkəməsinin yenidən işin faktiki hallarını araşdırmaq və yeni hallar müəyyən etmək səlahiyyəti yoxdur.
46. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 322/2022 nömrəli mülki iş üzrə 4 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.