Məhkəmə qərarları › İş №2(102)-5370/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5370/2022

06.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5370/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mirasın qəbulu faktının müəyyən edilməsi 06.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *5 iyul 2*22-ci il tarixli 2(1*3)4692/2*22 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə *6 dekabr 2*22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə Cavabdeh1 (bundan sonra cavabdeh) və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin notariusunun hərəkətlərinin qanunsuz hesab edilməsi, 28 fevral 2**7-ci il tarixdə ölmüş atası X1 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/2424 saylı evin 84 saylı mənzilinin və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 torpaq sahəsinin miras əmlak kimi faktiki onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və qeyd olunan miras əmlaklara dair tam pay üzrə onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi vəzifəsinin notariusa həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələblərini onunla əsaslandırıb ki, o, valideynləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 57/24 saylı evin 84 saylı mənzilində yaşayır. Eyni zamanda atası X məxsus Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 saylı ünvanda torpaq sahəsi var. Boş vaxtlarında atası X birlikdə orada təsərrüfat işləri ilə məşğul olub. Bacısı Cavabdeh1 valideynləri ilə münasibəti yaxşı olmadığı üçün 2**3-cü ildə ailə qurub və demək olar ki, valideynləri ilə maraqlanmayıb. 2**7-ci ilin yanvar ayında anası X2, 2**7-ci ilin fevral ayında isə atası X ölmüşlər. Cavabdeh ailə qurduqdan sonra heç vaxt onlarla birlikdə yaşamayıb və valideynlərindən qalmış miras əmlakla bağlı bu günə qədər heç vaxt maraqlanmayıb və bu barədə heç bir tələbi olmayıb. Cavabdeh valideynləri ilə yaxşı münasibətdə olmayıb və valideynləri ond an incik vəfat ediblər. Hər kəs bunu təsdiq edə bilər ki, hətta məzar daşında onun adının qeyd olunmasını istəmədikləri üçün məzar daşında “oğlundan xatirə” sözləri qeyd edilib. O da bir qardaş olaraq, bacısının valideynlərinə qarşı olan bu hərəkətlərindən dolayı onunla incik olub. Yəni onlar arasında mehriban münasibət olmayıb. Əgər cavabdehin, əmlaka tələbi olsaydı, mütləq indiyə kimi, bununla bağlı iddia tələbi irəli sürmüş olardı. Valideynlərindən miras qalmış əmlakları faktiki o, qəbul edib və həmin əmlaklar həmişə onun istifadəsində olub. Miras əmlakların kommunal xərcləri, təsərrüfat və vergi ödənişləri onun tərəfindən ödənilib və yaşadığı dövrdə mənzildə əsaslı təmir işləri aparıb. Valideynlərinin dəfni onun tərəfindən aparılıb, hətta “Ölüm haqqında” Şəhadətnamə alınmasına dair məh kəmədə iddia qaldıraraq, məhkəmə qətnaməsi ilə ölüm faktını təsdiq etdirib. Lakin, bütün bunlara baxmayaraq, 27 yanvar 2*22-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinin notariusu tərəfindən təqdim edilmiş məktubla ona müraciət edərək, 15 fevral 2*21ci il tarixdə cavabdehin müraciəti əsasında vəfat etmiş atası X adına vərəsəlik işi açıldığını və cavabdehi vərəsə kimi tanıyacağını bildirib. Cavabdeh nikaha daxil olduqdan sonra heç vaxt miras əmlaklarda yaşamayıb, həmin əmlaklardan istifadə etməyib və onun mənzildə qeydiyyatı formal xarakter daşıyıb. Cavabdeh miras əmlakla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib və iddiası rədd edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərək, iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edib. Cavabdeh ərindən boşandığı üçün mirasdan pay tələb etmək fikrinə düşüb, lakin o, mirası qəbul etməyib. Lakin, onunla “Telekommunikasiya xidmətlərinin göstərilməsi barədə” 3* yanvar 2**8-ci il tarixli müqavilə, “Məişət istehlakçılarının sayğaclarının dəyişdirilməsi, yoxlanması və quraşdırılması haqqında” 16 may 2**8-ci il tarixli Protokol, kommunal xidmətlərə dair ödəniş qəbzləri, vergi ödənişləri ilə bağlı sənədlər, şahidlər və sair sübut edir ki, məhz o, əmlakı idarə etməyə faktiki başlayıb və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirib. Bütün bu sübutlar təsdiq edir ki, o, atası X miras qalmış əmlaka sahiblik etmək, əmlakı saxlamaq, orada təsərrüfat aparmaq yolu ilə mirası faktiki idarə etmək üsulu ilə qəbul edib. Göründüyü kimi, həm mülki hüquq normaları, həm də Konstitusiya Məhkəmə sinin qərarları vərəslər arasında miras əmlakla bağlı mübahisə olduqda, mübahisəyə məhkəmədə baxılmasını diqtə edir. Bu səbəbdən də onunla cavabdeh arasında mübahisə olduğu üçün, Xn cavabdehin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verəcəyinə dair hərəkətləri tam qanunsuzdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2*22-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Xudiyeva) iddia qismən təmin edilərək, X miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin, 84 saylı mənzilinin və ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilib və qalan hissədə iddianın rədd olunması və qətnamənin sözügedən miras əmlaklara dair iddiaçının adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsi üçün əsas olması qət edilib. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı sözügedən miras əmlaka sahiblik etməyə və onları idarə etməyə faktik başlamaqla mirası qəbul edib. İddiaçının miras əmlakları qəbul etməsi faktı işə əlavə edilmiş çoxsaylı sübutlarla da istisna olunmur. Cavabdeh isə mübahisəli mənzildə qeydiyyatda olsa da, nə valideynlərinin sağlığında, nə də onların ölümündən sonra mirası qəbul etməyib. Eyni zamanda iddiaçı, iddiada notariusun hərəkətlərini mübahisələndirsə də, notariusun hər hansı qanunsuzluğa yol verməsi mülki iş materilları ilə müəyyən olunmur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mü lki Məcəllənin 1151.1, 1243.2, 1255-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, atası İddiaçı miras qalmış sözügedən əmlaklardan miras pay almaq hüququnun təmin edilməsi və miras əmlakların iddiaçı ilə onun arasında 1/2 hissədə bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *5 iyul 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 21 aprel 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Ap ellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1159.1.1, 1243.2, 1255-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayə tini onunla əsaslandırıb ki, ona miras əmlaka faktiki sahiblik etməyə heç bir imkan verilməyib. O, 2**3-cü ildə ailə həyatı qurub, ata evinə gəlibgedib və orada bir müddət yaşayıb və 2*19-cu ildə nikahı pozulub. İddiaçı onu aldadıb və bildirib ki, əgər kirayəyə çıxsa ona ev verəcək. Hazırda iki uşağı ilə birlikdə yaşayır və heç bir yerdən maddi dəstəyi olmadığı üçün kirayədə yaşamaq onun üçün çətinlik törədir. Odur ki, ata evinə ehtiyacı var və oradan haqqı olan payını istəyir. Əgər vəsiyyətnamə olsaydı, o zaman mirasdan məcburi pay instititunun tətbiqini tələb edəcəkdi. Hazırda vəsiyyətnamə mövcud deyil. Deməli, atasından qalmış mənzil və bağ evi qanun üzrə vərəsələr olaraq ½ hissədə iddiaçı ilə onun arasında bölünməlidir. Heç bir hal bu hüququnu məhdudlaşdıra bilməz. Məhz bu səbbədən də 2*21-ci ildə vərəsəlik işinin açılması ilə bağlı notariat orqanına müraciət edib, lakin iddiaçı onun mirasdan pay almaq hüququnu əngəlləmək üçün Reyestr Xidmətinin əməkdaşlarını mənzilə buraxmayıb, onların xidməti fəaliyyətinə maneçilik törədib və nəticədə o, öz hüquqlarını realizə edə bilməyib. Qeydiyyat ünvanı ata evidir, bu nüans formal xarakter daşımır, çünki qeydiyyatda olduğu ünvanda yaşamağa iddiaçı tərəfindən şərait yaradılmayıb. Ata evində qeydiyyatda olmağı həmin mirasdan pay almağının hüquqi əsaslarından birini təşkil edir. Atası vəfat edəndən sonra həmin mənzilə faktiki sahiblik edib, kommunal ödənişləri edib və müəyyən müddət orada yaşayıb və atası vəfat edəndən sonra iddiaçı 12 il həmin ünvanda olmayıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 1*.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götür ənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə vəya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi brədə işlərə baxır; 3*8-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 4*7.2-ci maddəsinə ə sasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdehin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, tərəflərin atası X 28 fevral 2**7-ci ildə ölüb və onun ölümündən sonra Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 57/24 saylı evin 84 saylı mənzili və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı 2 b/m 883 saylı ünvanda torpaq sahəsi miras qalıb. X3 miras qalmış əmlakları onun qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu İddiaçı faktiki idarə etməklə qəbul edib və miras əmlaklara hazırki vaxtadək idarə etməklə o, sahiblik edib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, miras əmlakların faktiki idarə olunmaqla iddiaçı tərəfindən qəbul edilməsi və cavabdehin etirazının əsası kimi istinad etdiyi halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmaması mülki iş materilları ilə istisna edilmədiyindən, iddianı bu hissədə qismən təmin etməklə birinci instansiya məhkəm əsi düzgün nəticəyə gəlib və məhkəmənin gəldiyi nəticəyə aşağıda sadalanan maddələrin tələblərinə tam uyğundur. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sırasına daxildirlər; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya ə mlaka sahiblik etməyə vəya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsində göstərilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, iddiaçı sözügedən faktı təsdiq edən lazımi sənə dləri başqa qaydada ala bilmir. Ona görə də iddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 3*7.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 3*8-ci maddəsinin tələbinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, cavabdeh kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərin i pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şika yəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *5 iyul 2*22-ci il tarixli, 2(1*3)-4692/2*22 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar